Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə13/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   9   10   11   12   13   14   15   16   ...   76

 
49
niyyətsiz və kobud adamdır.  
2. Müdirə hörmət etmir və ya onu saymır.  
Burada düşünmə prosesinin daxili nitq vasitəsilə gerçəkləşdiyi 
də iddia oluna bilər. L.Vıqotskinin öz fikrinə görə:“Daxili nitqə 
təxminən sözsüz nitq də demək olar”
1
.  
Bizcə, “daxili nitq sözsüz nitqdir”, “tam olan nitq və  tə-
fəkkürün vəhdəti, onun vahidi isə sözdür” müddəalarındakı qarşılıqlı 
ziddiyyəti izah etmək mümkün deyil. Bunu təsadüfi səhv və ya diq-
qətsizlik  əlaməti də hesab etmək düzgün olmazdı. L.Vıqotskinin 
əsərlərinin “Psixologiya” adı ilə nəşr olunmuş 1008 səhifəlik külliy-
yatında, bir-birinə ziddiyyət təşkil edən və tədqiqatın aparıcı xətlərini 
əmələ gətirən eyni və bənzər fikirlərə rast gəlmək o qədər də çətin 
deyil.  
§1.11.4.  L.Vıqotski bu və ya digər funksiyanın filogenetik 
inkişafında təfəkkür və nitq arasındakı  əlaqəni insanabənzər mey-
munlar üzərində araşdırdıqdan sonra belə bir qənaətə  gəlir ki, 
1)təfəkkür və nitq müxtəlif genetik köklərə malikdir, 2) təfəkkür və 
nitqin inkişafı müxtəlif xətlər üzrə gedir və bir-birindən asılı deyil, 
3)filogenetik inkişafın davam etdiyi bütün müddət ərzində təfəkkür 
və nitq arasındakı münasibət heç vaxt bir-birindən tənasüb asılılığın-
da olmur, 4) antropoidlərdə insani intellekt bir növ münasibətlər nəti-
cəsində (alətdən istifadənin ilkin formaları), insani nitq isə tamamilə 
başqa münasibətlər nəticəsində yaranır (nitq fonetikası,emosional 
funksiyalar və nitqin sosial funksiyalarının ilkin mərhələsi), 5) insan-
lara məxsus olan təfəkkür və nitq arasındakı bağlılıq antropoidlərdə 
müşahidə olunmur, şimpanzedə bunların biri ilə digəri arasında heç 
bir bağlılıq yoxdur, 6) heç bir tərəddüd etmədən təfəkkür və nitqin 
filogenezi ilə bağlı demək olar ki, intellektin diləqədərki inkişafı və 
nitqin intellektəqədərki fazası mövcuddur
2

Burada söhbətin insanabənzər meymunlardan və antropoidlər-
dən getməsi diqqəti yayındıra və ya bunun müasir insanlara aid 
                                                 
1
 Выготский  Л.С. Психология, изд. Апрель Пресс, “Эксмо-пресс”, Москва, 2000, с. 368. 
2
 Yenə orada, s. 328-329. 
 
50
olmadığı fikrini yarada bilər. Amma təxminən eyni fikrə 
L.Vıqotskinin əsələrində dəfələrlə rast gəlinir: “Fikir və söz arasında 
ilkin bağlılıq yoxdur”
1

Əvvəl deyilənləri bir kənara qoyub yalnız bu son fikirlə bağlı 
qeyd etmək istəyirik ki, insan olumundan ölümünə qədər əsas həyati 
keyfiyyətlərini təkmilləşdirməyə qadir olan ən ali canlıdır. Məntiq və 
bütün canlılara xas olan fizioloji qanunlar baxımından insan şüurlu 
varlıq olduğuna görə onun düşünmə qabiliyyəti, cəmiyyət üzvü və ya 
ictimai fərd olduğuna görə isə onun nitqi daima inkişaf etməlidir. Bu 
heç də o demək deyil ki, “başlanğıcdan bir-biri ilə heç bir bağlılığı 
olmayan” bu iki aparıcı xüsusiyyət inkişafın hansı bir mərhələsində 
isə birləşib vəhdət təşkil etməlidir. Onlardan birinin digərinin inkişa-
fını sürətləndirdiyi şübhəsizdir. Praktik və verbal intellekt məsələlə-
rindən danışarkən L.Vıqotskinin də qeyd etdiyi kimi, simvolların və 
xüsusilə  də sözün vasitə funksiyası intellektin inkişafında irəliləyiş, 
hətta böyük sıçrayış yaradır
2

Biz bu fikirdəyik ki, fəaliyyətin sürətləndirilməsini təmin edən 
vasitəni fəaliyyətin özü kimi və ya varlığın yaradılmasında iştirak 
edən elementi varlığın bütövü kimi qəbul etmək doğru deyil.  
§1.11.5.  Biz artıq qeyd etmişdik ki, L.Vıqotski uşağın fəaliy-
yətini müşayiət edən nitqi və ya hər hansı  işi icra edən uşağın 
danışmasını onun sözlü düşünməsi kimi qəbul edir və icra edilən 
tapşırıq çətinləşdikcə danışığın çoxalmasını dərketmə və düşünmədə 
nitqin aparıcı rolu kimi qiymətləndirir
3
. Yəni doğrudanmı uşaq danış-
masa, həmin işi icra edə bilməzdi? Bizcə, bu fikir “portret çəkən 
rəssamın zümzümə etdiyi mahnı olmasa, o işləyə bilməz” hökmü qə-
dər yanlışdır.  
L.Vıqotskinin başqa bir fikrinə nəzər salaq: “Afaziya xəstəli-
yinə tutulmuş insanlarla insanabənzər meymunların müvafiq işləri 
yerinə yetirmə qabiliyyəti təxminən eynidir. Bu fakt yüksək psixoloji 
                                                 
1
 Выготский  Л.С.Психология, изд. Апрель Пресс, “Эксмо-пресс”, Москва, 2000, с. 463. 
2
 Yenə orada, s. 838-840. 
3
 Yenə orada, s. 840-842. 


 
51
funksiyaların yerinə yetirilməsində nitqin müstəsna rol oynaması ilə 
bağlı fikirlərimizi sübut edir
1
“. Amma bizcə, bu, nitqin müstəsna 
rolunu yox, sadəcə olaraq belə xəstələrdə yüksək psixoloji funksiya-
larla yanaşı, nitq qabiliyyətinin də pozulduğunu göstərir və yalnız 
onu sübut edir ki, nitq yüksək psixoloji fəaliyyətlər qrupuna daxildir.  
§1.11.6. Göstərilən tədqiqatda L.Vıqotskinin elə fikirləri vardır 
ki, onların yarısı inkarolunmaz həqiqət, digər yarısı isə mübahisə 
obyektinə çevrilən və  bəzən tənqidə davam gətirməyən 
mülahizələrdir. Belə bir fikrə nəzər salaq: “Nitq hazır fikrin ifadəsi 
deyil. Fikrin özü nitqə çevrilir və bunun üçün şəklini dəyişir, yenidən 
təşkil olunur
2
“.  Əgər birinci cümlə olmasaydı, ikinci cümlənin 
gerçəkliyi qəbul oluna bilərdi. Belə ki,birinci intellekt obrazları 
şəklində formalaşan fikrin ikinci intellekt obrazlarına transformasiya-
sı dərketmənin və idrak prosesinin müvafiq fazalarında tez-tez təsa-
düf olunan hallardır.    
Başqa bir məqamda L.Vıqotski yazır: “Söz yalnız nitq və 
təfəkkürün vəhdəti deyil, eyni zamanda ümumiləşdirmə  və ünsiy-
yətin, kommunikasiya və mənimsəmənin vəhdətidir”
3
. Sözün nitq və 
təfəkkürün vəhdəti və vahidi olması məsələsinə münasibətimizi artıq 
qeyd etmişik. Amma etiraf etmək lazımdır ki, söz geniş  mənada 
ümumiləşdirmə  və ünsiyyətin vəhdətidir. Belə ki, sözün və nitqin 
əsas funksiyası ünsiyyətdir. Bundan başqa, söz istənilən halda hər 
hansı konkret əşyaya yox, əşyalar qrupuna aid olur (xüsusi isimlər 
istisna olmaqla). Bu səbəbdən hər bir söz psixoloji baxımdan 
ümumiləşdirmədir. Belə ki,alma sözu rəngindən, növündən, 
dadından asılı olmayaraq bütün almaları ümumi şəkildə ifadə edir, 
getmək sözü isə piyada, atla, qatarla, təyyarə ilə, sürünərək və s. 
yollarla məkanda yer dəyişməni ifadə edən, mahiyyətcə eyni, üsul 
baxımından fərqli hərəkətlərin ümumiləşdirilmiş adıdır. 
L.Vıqotskinin də qeyd etdiyi kimi, “fikrin sözlə ifadəsi ümumi-
                                                 
1
 Выготский  Л.С. Психология. Апрель Пресс,  “Эксмо-пресс”,  Москва,  2000,  с. 842. 
2
 Yenə orada, s.  471. 
3
 Yenə orada, s. 271. 
 
52
ləşdirmənin köməyi ilə  həyata keçirilən fövqəladə bir aktdır və o, 
gerçəkliyi birbaşa hissetmə  və  mənimsəmədən fərqli  şəkildə  əks 
etdirir
1
“. 
§1.11.7.  Sözün ümumiləşdirmə  məsələsindən danışarkən 
L.Vıqotski belə bir fikir söyləyir:“Bəzi  əşyalar haqqında uşaqlara 
ona görə  məlumat vermək mümkün olmur ki, hələ onların məlum 
ümumiləşdirmələri mövcud deyil”
2
. Bizcə, burada ümumiləşdirmə-
dən yox, gerçəklik elementinə ekvivalent olan birinci intellekt 
obrazının yoxluğundan danışmaq daha doğru olardı
3
. Belə ki, at, 
qatar, təyyarə kimi gerçəklik elementləri haqqında məlumatı 
olmayan uşağa və ya böyük adama min dəfə  də  təkrar etsək, atla, 
qatarla  və ya təyyarə ilə  getməyin  nə demək olduğunu anlaması 
mümkün deyil. Amma at, qatar, və təyyarəni həmin şəxslərə göstər-
sək və ya bunların nə olduğunu sözlə izah etsək, yəni bu gerçəklik 
elementlərinə ekvivalent olan birinci intellekt obrazlarının yaranması-
na şərait yaratsaq, o halda atla, qatarla və ya təyyarə ilə getməyin nə 
demək olduğunu asanlıqla başa düşərlər.  
L.Vıqotski assosiativ və struktur psixologiyanın əleyhinə çıxa-
raq bu psixoloji mövqelərin zəif cəhətini onda görür ki, onlar sözün 
ümumiləşdirici mahiyyətini və gerçəkliyi özünəməxsus  şəkildə  əks 
etdirməsini, sözün həm formasının, həm də  mənasının dəyişməsini 
görə bilmirdilər
4

Bəzi məqamlarda onunla razılaşmasaq da, biz belə hesab edi-
rik ki, nitqin yaranması, sözün təbiəti ilə bağlı L.Vıqotskinin bəzi 
fikirləri bu gün də öz aktuallığını qoruyur.  
§1.11.8.  Əvvəllər belə hesab olunurdu ki, fərd özünü dərk 
etdiyinə görə, başqalarını  dərk edə bilir. L.Vıqotski isə belə hesab 
edir ki, əsl həqiqət bunun əksidir və “biz başqalarını dərk etdiyimizə 
görə özümüzü dərk edə bilirik. Başqalarında gördüyümüzü özümüz-
                                                 
1
 Выготский  Л.С. Психология,изд. Апрель Пресс,  “Эксмо-пресс”, Москва, 2000,  с.269. 
2
 Yenə orada, s. 270. 
3
 Əsgərov M.B. Ümumi dərketmə prosesində sinktual dərketmənin rolu (psixolinqvistik 
araşdırma). Tədqiqlər. Bakı, 2004, N 1, s. 16-19 
4
 Vıqotski L.S. Göstərilən əsəri, s. 368. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə