Linguopsychology



Yüklə 0,54 Mb.

səhifə14/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   76

 
53
də axtarıb tapırıq. Özümüzə kənardan baxa bilirik və anlayırıq
1
”. 
İlk baxışdan çox sadə görünən bu mülahizə ilə L.Vıqotski 
dərketmə  də daxil olmaqla bütün yüksək psixoloji funksiyaların 
sosial təbiətini ön plana çəkir və göstərir ki, “bütün yüksək psixoloji 
fəaliyyətlər  əvvəlcə xüsusi formaya malik psixoloji əməkdaşlıq 
şəklində mövcud olmuş  və daha sonra fərdi davranış formasına 
çevrilmişdir
2
“.  
§1.11.9.  Dili də yüksək psixoloji fəaliyyətlərdən biri hesab 
edən L.Vıqotski qeyd edir ki, dil iki funksiya yerinə yetirir: “birincisi, 
ayrı-ayrı insanların təcrübəsini və  fəaliyyətini koordinasiya edən 
sosial vasitə kimi, ikincisi, düşünənin aləti kimi çıxış edir. Biz hər 
zaman hansısa bir dildə düşünürük
3
“.  
Doğrudur, biz düşünmə prosesinin filoloji mənada, yəni hər 
hansı bir xalqın dili kimi dil vasitəsilə həyata keçirilməsi fikrini qəbul 
etmirik. Biz dərketmə prosesinin növlərindən (sinktual dərketmə) və 
ya tərkib hissələrindən, daha doğrusu, onun fazalarından biri olan 
düşünmə (xatırlama) prosesinin işarə, simvol, obraz və kodlarla 
reallaşması fikrini irəli sürmüşük
4
 və indi də bu fikirdəyik ki, 
düşünmə və ya düşünərək dərk etmə prosesi nitq və ya dildən daha 
tutumlu olan intellekt obrazı və ya kodları vasitəsilə həyata keçirilir
5

Bu səbəbdən L.Vıqotskinin “daxili nitqin xarici nitqə keçidi, yəni 
nitqin yeni strukturda qurulması – tamamilə  bəsit, özünəməxsus 
sintaksis, daxili nitqə məxsus məna və səs quruluşunun xarici nitqə 
məxsus digər struktur formalarına keçməsi ilə reallaşır
6
“ fikrini belə 
bir şərt daxilində qəbul edirik ki, son məqsədin məhz nitq yaratmaq 
və ya nə isə söyləmək olduğu hallarda fikir birinci və ikinci intellekt 
obrazlarının qarışıq kombinasiyası şəklində formalaşır, səslənmə və 
ya yazılma anında okkazional nitq ehtiyacına uyğun olaraq tam şəkil-
                                                 
1
 Выготский  Л.С. Психология, Апрель  Пресс,  “Эксмо-пресс”,  Москва,  2000,  с. 198. 
2
 Yenə orada, s. 866. 
3
 Yenə orada, s. 765 
 
4
 Əsgərov  M.B. Dərketmə və onun fazaları. Tədqiqlər. Bakı,  2003,  N 4,  s. 37-39 
5
 Əsgərov  M.B. Dilin  psixolinqvistik  mahiyyəti.  Tədqiqlər.  Bakı,  2004,  N 2,  s.  60-64. 
6
 Vıqotski L.S. Göstərilən əsəri, s. 375. 
 
54
də ikinci intellekt obrazlarına transformasiya olunaraq nitqə çevrilir. 
Əslində, L.Vıqotski də “daxili nitqin qanunu belədir ki, hər zaman 
mübtəda buraxılır”
1
 və  ya “daxili nitqə təxminən sözsüz nitq də de-
mək olar
2
 kimi fikirlərlə daxili nitqin və ya düşünmənin dildən, 
sözdən fərqli vahidlərlə həyata keçirildiyini etiraf edir. 
L.Vıqotskinin “bütün sözlər əvvəlcə ilkin əşya və ya hərəkət 
mənası ilə doğulur, sonradan bu bağlılıq tədricən yox olur, etimoloji 
araşdırmalar da bunun sübutudur
3
 deməsi və fikrini əsaslandırmaq 
üçün  əksər dilçilərin həmişə örnək gətirdiyi “çernila” (mürəkkəb) 
sözü ilə bağlı nümunə verməsi, mahiyyət etibarilə  hər cür idrak 
prosesinin, o cümlədən dərketmənin əsasında birinci intellekt obrazı-
nın dayanması  və öyrənilən hər yeni dil ilə bağlı kommunikantın 
şüurunda müvafiq ikinci intellekt obrazlarının yaranması fikrini bir-
başa olmasa da, dolayısı ilə təsdiq edir.  
§1.11.10.  “Nitqin məna tərəfi tamdan hissəyə, cümlədən sözə 
doğru, nitqin xarici tərəfi isə hissədən tama doğru, sözdən cümləyə 
doğru inkişaf edir”
4
 deyən L.Vıqotski, dolayısı ilə, bir tərəfdən aktiv 
kommunikantın  şüurunda gerçəklik elementinə ekvivalent olan 
birinci intellekt obrazları  şəklində formalaşmış vahid fikrin nitq 
prosesində müstəqil gerçəklik elementləri kimi qəbul edilmiş ikinci 
intellekt obrazları  şəklində  sıralanmasını
5
, digər tərəfdən isə ikinci 
intellekt obrazları  şəklində  sıralanmış nitqin köməyi ilə passiv 
kommunikantın  şüurunda gerçəklik elementinə ekvivalent olan 
birinci intellekt obrazlarının vahid fikir formalaşdırdığını
6
 bir  növ 
etiraf edir. Təbii ki, “L.Vıqotski qeyd edilən mövqeyi məqsədyönlü 
və ya şüurlu şəkildə etiraf edir” demək düzgün olmazdı. Çünki o öz 
mövqeyinin nitqi reaksiyalar sistemi hesab edən behavioristlərin və 
                                                 
1
 Выготский  Л.С.Психология, изд. Апрель Пресс, “Эксмо-пресс”, Москва, 2000, с 364. 
2
 Yenə orada s. 368. 
3
 Yenə orada s. 197. 
4
  Yenə orada s. 470. 
5
 Əsgərov M.B. Ümumi dərketmə prosesində sinktual dərketmənin rolu (psixolinqvistik araşdırma). 
Tədqiqlər.  Bakı,  2004,  N 1,  s. 16-19. 
6
 Əsgərov M.B.  Dilin  psixolinqvistik  mahiyyəti. Tədqiqlər.  Bakı,  2004,  N 2,  s. 60-64 


 
55
ya subyektin öz daxili dünyasını anlaması üçün yol hesab edən 
obyektivist psixoloqların mövqeyindən  əsaslı  şəkildə  fərqləndiyini 
qeyd edərək yazır:“Nitq uşağa öz davranışlarını yenidən qurmağa 
kömək edən yardımçı simvol-vasitələr sistemidir
1
“.  
L.Vıqotskinin bu mövqeyi behavioristlərin və obyektivist 
psixoloqların mövqeyinə nisbətən daha mütərəqqi, daha qabaqcıl 
mövqe, psixoloji tədqiqatlar istiqamətində irəliyə doğru atılmış 
cəsarətli addımdır. Amma istənilən halda, L.Vıqotskinin sözə  həd-
dindən artıq dəyər verməsi və “yüksək psixoloji funksiyaların yerinə 
yetirilməsində nitqin müstəsna rol oynaması” ilə bağlı fikirləri onu 
sələflərindən və bu ideyaların əsl mahiyyətini anlaya bilməyən “da-
vamçılarından” belə çox-çox irəliyə aparsa da, tədqiqatçı alimin tam 
elmi gerçəyə qovuşmasına mane olmuşdur. “İnkişafın başlanğıcında 
iş dursa da, onun sonunda işə çevrilmiş söz dayanır
2
deyən tədqi-
qatçı dilin dərketmə  və  təfəkkür prosesindəki rolunun illüstrativ və 
transformativ mahiyyətini qəbul etməmiş və ya anlaya bilməmişdir
3
.    
L.Vıqotskidən fərqli olaraq, biz dilin dərketmə  və  təfəkkür 
prosesindəki illüstrativ və transformativ rolunu qeyd etməklə, mahiy-
yət baxımından nitqi sinktual dərketmə nəticəsində gerçəklik elemen-
ti və birinci intellekt obrazına ekvivalent olaraq yaranan, kommuni-
kant tərəfindən müstəqil gerçəklik elementləri kimi dərk edilən dil 
struktur vahidlərinin danışıq anındakı  məqsədə (və ya okkazional 
nitq ehtiyacına) uyğun şəkildə sıralanması hesab edirik. 
Ç.Osqud, N.Xomski və onların psixolinqvistikası L.Vıqotski-
nin tədqiqatlarından sonrakı dövrə aid olsa da, onların fikirlərini 
L.Vıqotskinin fikirlərindən daha qabaqcıl, irəliyə doğru atılmış addım 
hesab etmək  ədalətsizlik olardı. Onların fikirlərini geriyə addım da 
adlandıra bilmərik. Yalnız bunu deməklə kifayətlənək ki, əgər onlar 
L.Vıqotskinin  əsərləri ilə tanış olsaydılar, öz əsərlərini bu şəkildə 
yazmazdılar və ya bu əsərləri ümumiyyətlə yazmazdlar.  
                                                 
1
 Выготский  Л.С. Психология. изд. Апрель Пресс, “Эксмо-пресс”, Москва, 2000, с.  884. 
2
 Yenə orada s. 891. 
3
 Bax: Əsgərov M.B. Dilin psixolinqvistik mahiyyəti.Tədqiqlər.Bakı,2004, N 2, s. 60-64 
 
56
§ 1.12. Ç.Osqudun assosiativ psixolinqvistikası 
 
Klassik və neobehaviorizm ideyalarından çıxış edən Ç.Osqud 
özünün assosiativ psixolinqvistikasını yaradarkən, nitq fəaliyyətinin 
təsvirində xarici faktorların analizinə  əsaslanan və stimul-reaksiya 
zəncirindən ibarət olan birpilləli modellə yanaşı, stimul və reaksiya-
ları bir-biri ilə bağlayan daxili, gizli və müşahidə olunmayan psixi 
proseslərin ikipilləli, hətta üçpilləli modellərindən də istifadə edir.  
Bununla belə, mürəkkəbləşdirilmiş bu modellər, A.Leontye-
vin fikrincə, prinsip etibarilə heç nəyi dəyişmir, bunlar öz məqsədinə 
can atan insanın aktiv fəaliyyəti yox, ətraf mühitə adaptasiya olunma-
ğa çalışan insanın ətraf aləmin təsirlərinə göstərdiyi reaksiyalardır
1

Osqudun “Psixolinqvistika” kitabının 1965-ci il nəşrinin qısa 
xülasəsini verən A.Leontyev göstərir ki, bu kitabda əsasən aşağıdakı 
məsələlər nəzərdən keçirilir: 
1.
 Dilin və nitq fəaliyyətinin təbiəti, nitqin öyrənilməsi üçün 
əsas mövqelər; 
2.
 Nitq fəaliyyətinin quruluşu  və ya ierarxiyası (səviyyələr, 
vahidlər və s.); 
3.
 ”Növbəlilik psixolinqvistikası” - nitq fəaliyyətinin statistik 
quruluşu; 
4.
 Mənanın psixolinqvistik problemləri (onun təbiəti, “ölçüləri”, 
semantik kodlaşdırma, verbal assosasiya problemləri); 
5.
  Nitq fəaliyyətinin qeyri-dil şərtləri problemi (motivləşmə 
şərtləri, dil və mədəniyyət və s.). 
Cümlənin quruluşunu şərh etmək üçün istifadə olunan S→R 
sxemi onu (cümləni – M.Ə)  yanız bir-birinə bağlanmış reaksiyalar 
zənciri kimi izah etməyə imkan verir. Dili mənimsəmə vərdişlərinin 
yaranması isə tədris prosesi kimi izah olunur və bu prosesin əsasında 
uşaq tərəfindən böyüklərin işlətdiyi hər bir birləşmə  və cümlənin 
əzbərləndiyi iddia olunur
2

                                                 
1
 Леонтьев А.А. Психолингвистика, Москва, “Наука”, 1967, с. 20-35. 
2
 Тарасов Е.Ф. Тенденции развития психолингвистики. Москва«Наука», 1987, с 44. 




Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   76


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə