57
Nitqin müxtəlif modelli cümlə tipləri arasından
seçilərək
söylənilməsi prinsipinin düzgün olmadığını C.Miller belə izah edir
ki, bu halda dili yenicə öyrənməyə başlayan uşaq saniyədə 3x10
20
sayda cümlə eşitməlidir. Əgər bu qayda ilə uşaqlıq dövrü 100 il
olsaydı və uşaq yeməyə, yatmağa, və s. digər işlərə vaxt sərf
etməsəydi, o halda mövcud variantlar arasından lazım gələn düzgün
cümləni seçib söyləyə bilərdi
1
. Ən inadkar opponentlər də bu hesab-
lamalardan sonra razılaşar ki, hər bir cümlə əvvəlindən sonuna qədər
nitq anında orijinal formada yaranır.
§ 1.13. N.Xomskinin tarnsformativ psixolinqvistikası
Dilçilik tarixində N.Xomskinin transformativ psixolinqvistika-
sı adı ilə tanınan nəzəriyyə
2
o dövrə qədər mövcud olan analoji nəzə-
riyyələrdən, o cümlədən Ç.Osqud və onun davamçılarının assosiativ
psixolinqvistikasından əsaslı surətdə fərqlənir.
Transformativ psixolinqvistikada bir tərəfdən
formal dil struk-
turlarının mənimsənilməsi və onlardan istifadə məsələləri öyrənilir,
digər tərəfdən isə kommunikantın nəzərdə tutduğu məna yükünün dil
şəklində formalaşması ilə bağlı təsəvvür yaradılır ki,bu məqsədlə də
səthi və dərin səviyyəli nitq elementlərinin yaradılması anlayışından
istifadə edilir.
Nitq fəaliyyətinin xüsusi statusu, onun qeyri-nitq fəaliyyətin-
dən fərqi ön plana çəkilməklə nitq fəaliyyətinin mənimsənilməsi
üçün ilkin, diləqədərki biliklərin, dilin öyrənilməsində koqnitiv alət
kimi çıxış edən mənimsəmə strukturlarının tələb olunduğu qeyd
edilir. Dilin öyrənilməsi prosesi abstrakt qrammatik strukturların və
onların yaradılma qaydalarının mənimsənilməsi kimi qəbul edilir.
Belə hesab
olunur ki, qrammatık strukturların mənimsənilməsi üçün
uşaqlarda anadangəlmə ilkin biliklər mövcuddur və dilin mənimsə-
1
Миллер. Дж., Галантер Е. и Прибрам К. Планы и структуры поведения. Москва, 1965,
с.158-159.
2
Хомский Н. Синтаксические структуры // Новое в лингвистике, М., 1962. Вып. 2.
58
nilməsi bu anadangəlmə qrammatık biliklərin aktivləşməsidir.
§1.13.1. N.Xomski “Sintaksis nəzəriyyəsinin aspektləri” əsə-
rində yazır:“Bir anlaşılmazlığı aradan qaldırmaq üçün yenidən təkrar
etmək lazımdır ki,yaradıcı qrammatika danışan və ya dinləyən şəxs
üçün model deyil.O, dili bilməyi ən ümumi terminlərlə xarakterizə
etməyə cəhd göstərir ki, bu bilik də danışan və dinləyən şəxsə dildən
əməli şəkildə istifadə imkanı verir. Biz qrammatikanın müəyyən
struktur tərkibinə malik olan cümlələr yaratdığını söyləməklə qeyd
etmək
istəyirik ki, qrammatika cümlə üçün belə bir struktur tərkibi
nəzərdə tutur. Biz deyəndə ki, cümlə konkret yaradıcı qrammatikaya
istinadən hər hansı məqsədə malik olur, heç də onu nəzərdə tutmuruq
ki, həmin məqsədi əldə etmək baxımından danışan və ya dinləyən
şəxs hansısa praktik və ya effektiv hərəkətləri icra etməlidir. Bu
məsələlər dildən istifadə nəzəriyyəsinə aiddir
1
“.
Eyni fikri davam etdirərək, o, yazır:“Dildən istifadə etməyin
məqbul modeli əsas komponentlərdən biri kimi yaradıcı qrammatika-
nı nəzərdə tutur ki, bu da danışan və ya dinləyən şəxsin dili bilməsini
əks etdirir, amma qeyd edilən yaradıcı qrammatika öz-özlüyündə
nitqyaratma və ya nitqi mənimsəmə modellərinin xarakterini və ya
funksiyalarını müəyyənləşdirmir
2
”.
O daha sonra fikrini belə inkişaf etdirir: “Yaradıcı qrammatika
deyərkən mən bəzi eksplisit və formaları düzgün
müəyyənləşdirilmiş
cümlələrin struktur təsvirini verən sadə qaydalar sistemini nəzərdə
tuturam. Belə ki, bu və ya digər dildə danışan hər bir şəxs yaradıcı
qrammatikaya əvvəlcədən bələd olur və bu bələdlik həmin şəxsin öz
dilini bilməsinə əsaslanır.Bu, o demək deyil ki, həmin şəxs qram-
matika qaydalarını süurlu surətdə qavramışdır, qavraya bilər və ya
onun dili bilməsi ilə bağlı intuitiv şəkildə söylədiyi mülahizələr
mütləq gerçəkdir
3
“.
Göründüyü kimi, N.Xomski yetkin insanların dil imkanlarını
1
Хомский Н. Аспекты теории синтаксиса. М., 1972с. 13.
2
Yenə orada, s. 14.
3
Yenə orada, s. 15.
59
cümlə yaradan sistemə ekvivalent götürməklə yaradıcı qrammatika
adı altında sintaktik strukturların yaranma sxemini təklif edir.
§1.13.2. Bəzən ziddiyyətli, bəzən isə tam aydınlaşdırılmayan,
lazımi qədər şərh olunmayan və bu səbəbdən
də opponentləri tərəfin-
dən müxtəlif şəkildə şərh oluna bilən fikirlər irəli sürdüyünə görə,
N.Xomski tez-tez tənqidlərə məruz qalmışdır. Məsələn,Y.F.Tara-
sovun fikrincə, N.Xomskinin dil imkanlarını sintaktik strukturlar
yaradan transformativ qrammatika şəklində təqdim etməsi sırf abs-
trakt təsəvvürdür və onun arxasında heç bir psixoloji gerçəklik da-
yanmır
1
. Bir qədər irəliyə qaçmaq kimi görünsə də, ədalət naminə
qeyd edək ki, Y.F.Tarasovun özünün irəli sürdüyü və ya
A.Leontyevin “Nitq fəaliyyəti nəzəriyyəsi”ndə irəli sürdüyü və
Y.F.Taraso-vun canfəşanlıqla dəstəklədiyi bir çox mülahizələrin də
“arxasında heç bir psixoloji gerçəklik dayanmır”.
Biz R.M.Frumkinanın bu fikrinin tərəfdarıyıq ki, N.Xomski-
nin transformativ qrammatikasında irəli
sürülən formal model birba-
şa empirik yoxlamaya cəlb oluna bilməz, çünki o tamamilə fərqli
qnesseoloji statusa malikdir. R.M.Frumkinanın təbiri ilə desək,
“uzunmüddətli və ciddi şəkildə analitik araşdırma aparmadan... for-
mal nəzəriyyə (məsələn, transformasiya) çərçivəsində işlənən anlayı-
şın empirik analoqu müəyyənləşdirilə bilməz”
2
.
§1.13.3. N.Xomski, demək olar ki, bütün əsərlərində göstər-
məyə çalışmışdır ki, “transformativ qrammatikada cümlənin yaradıl-
ması ilə, nitq prosesində cümlənin qurulması eyni şey deyil və bun-
ları eyniləşdirmək olmaz”
3
. Amma artıq qeyd etdiyimiz kimi, tam
aydınlaşdırılmayan, lazımi qədər şərh olunmayan və bu səbəbdən də
opponentləri tərəfindən müxtəlif formalarda təhrif edilərək şərh oluna
bilən bu fikir də A.R.Luriya, A.Leontyev, Y.F.Tarasov və başqaları
1
Тарасов Е.Ф.Тенденции развития психолингвистики.Москва«Наука», 1987, s. 49.
2
Фрумкина Р.М. Лингвистическая гипотеза и эксперимент: (О специфике гипотез в
психолингвистике) // Гипотеза в современной лингвистике. М., 1980.
3
Хомский Н. Синтаксические структуры//Новое в лингвистике. М., 1962; Хомский Н.,
Миллер Дж. Конечные модели исползования языка//Кибернетический сборник. Новая
серия. М., 1967. Вып.4; Хомский Н. Аспекты теории синтаксиса. М., 1972.
60
tərəfindən haqsız tənqidlərə məruz qalmışdır.
A.Leontyev
belə hesab edir ki, N.Xomskinin konsepsiyası
birtərəflidir, orada əsasən nitqin qəbulu və mənimsənilməsi model-
ləşdirilmiş, nitqin yaranması məsələsi isə diqqətdən kənarda qalmış-
dır
1
. Biz isə belə hesab edirik ki, N.Xomskinin konsepsiyasında
nitqin yaranması məsələsinə toxunulmuş və hətta yaradıcı qram-
matika əsasında onun tam şərhi də verilmişdir. Doğrudur, N.Xomski-
nin verdiyi şərh A.Leontyevin “Nitq fəaliyyəti nəzəriyyəsi”ndə şəx-
sən irəli sürdüyü şərhlə tam uyğun gəlmir, amma istənilən halda
fərqli düşüncə tərzi qarşı tərəfin müvafiq məsələyə münasibətinin
olmaması kimi təqdim edilməməlidir.
A.Leontyev belə hesab edir ki, N.Xomskinin konsepsiyasının
ən böyük çatışmazlığı onun real psixoloji fakt və hadisələrdən kənar
olmasıdır. Belə ki, Xomskinin insan beyninin bəzi funksiyalarını
EHM-in analoji funksiyaları əsasında şərhini qəbuledilməz hesab
edən A.Leontyev yazır:“Nitqin formalaşması tamın hissəsi kimi
müxtəlif vəziyyət imkanlarına malik
olan mürəkkəb bir sistemə
daxildir və bu sistemin özü də daha mürəkkəb olan başqa bir sistemə
– insanın ictimai fəaliyyətlə əlaqəsi sisteminə daxildir”
2
. İnsan
müstəqil fəaliyyət imkanına malik ictimai sistemin, EHM isə kənar
idarəyə möhtac olan texniki sistemin elementi olduğundan bunların
müqayisəsinin qəbuledilməzliyindən çıxış edən A.Leontyev öz
amansız tənqidində nəzərə almır ki, bu müqayisədə N.Xomskinin
məqsədi insan beyni və EHM-in eyniyyətini göstərmək deyil.
N.Xomskinin məqsədi məlum olan əsasında məchulun funksiyasını
şərh etməkdir və ədalət naminə qeyd edək ki, o, buna nail ola
bilmişdir. Biz də bu tədqiqat boyu bəzi beyin fəaliyyətlərinin
şərhində EHM-in bir sıra funksiyalarına istinadlar vermişik və belə
hesab edirik ki, bizi analoji olaraq N.Xomskinin aqibəti gözləmir.
Yəni ümid edirik ki, bu qeyddən sonra ağlı və məntiqi
normal olan
1
Леонтьев А.А. Психолингвистические единицы и порождение речевого высказыва-
ния. Москва, Наука, 1969, с. 81.
2
Yenə orada, s. 83.