Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə18/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   14   15   16   17   18   19   20   21   ...   76

 
69
idrak (düşünmə) prosesinin vacib şərtidir” fikri ilə birləşir və 
beləliklə, mahiyyətcə bir-birinə yaxınlaşan nitqi söyləmək və dinlə-
mək, dialoq və daxili nitq, poetik və daxili nitq kimi nəzəri cəhətdən 
bir-birinə qarşı qoyulan anlayışlardan yan keçmək imkanı verir
1
.  
A.Leontyevin bu fikrinin əleyhinə olaraq, biz düşünürük ki, 
insan heç də həmişə sözlərlə və nitq vasitəsilə düşünmür. Çox vaxt 
düşünmə prosesinin əksəriyyəti söz və ya dildən daha böyük tutuma 
malik olan intellekt kod və obrazları vasitəsilə həyata keçirilir. Nitqin 
yaradıcısı və ya dilin mühafizəçisi hesab olunan şüur müstəqil mate-
riya da olsa, ilahi ideya da olsa, istənilən halda, bizim fikrimizə görə, 
beyin aparatının maddi köynəyi, cildi olan funksiyasıdır. Nitq və dil 
isə insan beynindən kənarda passiv işarələr sistemindən və ya 
zəncirindən başqa bir şey deyildir.  
§1.14.4.  A.Leontyev L.Vıqotskinin belə bir fikrinə istinad 
edir: “...Ətraf aləm və davranış arasında ikili münasibət vardır, birinci 
halda ətraf aləm fərdin qarşısında duran vəzifələrin həllinə yönələn 
davranış aktının obyekti rolunda çıxış edir, ikinci halda isə vasitə 
rolunda çıxış edir. Bu vasitənin köməyi ilə tapşırığın yerinə yetiril-
məsi üçün lazım gələn psixoloji əməliyyatları istiqamətləndirir” və 
buradan A.Leontyev L.Vıqotskinin işarə ilə bağlı yalnız bir fikrinin
kommunikativlik fikrinin dil işarələri üçün məqbul olduğunu göstə-
rir. A.Leontyevin özü dil işarəsini stimul-vasitə adlandırır və göstərir 
ki, stimul-vasitə və ya işarə real əşya obyekti olmamalıdır. Çünki son 
nəticə olaraq real obyekt də stimul-vasitə kimi çıxış etdikdə bu ob-
yektin psixoloji ekvivalentini əks etdirir.Yəni fəaliyyət prosesində 
obyekt və ya əşyanın bütün xüsusiyyətlərini deyil, yalnız bu fəaliy-
yətə uyğun ayrı-ayrı cəhətlərini əks etdirir
2

Bu müddəasında A.Leontyevin ümumi fikri məqbul sayıla 
bilsə  də, bütün işarələri eyni qəlibdən çıxmış stimul-vasitə adlan-
dırmaqda o, təbii ki, yanılır. Bu işarələr tam eyni hesab oluna bilməz, 
burada birinci və ikinci intellekt obrazı  və onlara ekvivalent olan 
                                                 
1
 Леонтьев А.А. Слово в речевой деятельности, Москва, «Наука», 1965, с. 12. 
2
 Yenə orada, s.  25. 
 
70
gerçəklik elementlərindən danışmaq daha doğru olardı
1

Bunun  əvəzinə A.Leontyev virtual və real işarələr cütünü 
təklif edir. Virtual işarəni qeyri-maddi, real işarəni isə maddi adlan-
dırır, dilin maddiliyinin açarını da bu reallıqda görür
2
. “Dilin reallığı 
maddi olanın deyil, ideal olanın reallığıdır. Dil obyektiv gerçəklikdir, 
o dilçilik elmindən kənarda və ondan asılı olmayaraq mövcuddur, 
amma biz bu gerçəkliyin özündən apellyativ vahid kimi istifadə edə 
bilmərik və dili onun konkret reallaşmasından ayıra bilmək üçün 
elmi analiz tələb olunur. Analizin sonunda biz nə əldə edirik, dilçilik 
fəaliyyətimizlə biz nə yaradırıq? Bu sadəcə dilin modelidir“
3

Təəssüflə qeyd etməliyik ki, A.Leontyev başqa bir əsərində bu 
fikrin də üstündən qələm çəkərək yazır: “Deyilənlərdən görünür ki, 
işarə real predmet və ya gerçəklik elementi deyil....Real işarə dedik-
də, konkret işarə  əməliyyatının elementini nəzərdə tuturuq. Virtual 
işarə isə  fəaliyyətin məlum xüsusiyyətləridir. Onlar konkret işarə 
əməliyyatlarından kənardır və müvafiq maddi obyektlərə atributiv-
ləşmiş, yəni işarə formasında bərkimişlər”
4

Buradaca qeyd edək ki, elmi gerçəyin astanasında dayanan 
A.Leontyev, hər ikisi təxminən eyni dərəcədə maddi və eyni dərəcə-
də qeyri-maddi olan birinci və ikinci intellekt obrazlarına ekvivalent 
götürülə bilən işarələr cütünü müəyyənləşdirməkdə  səhvə yol ver-
mişdir. Real və virtual işarələr kimi ilkin meyarlar cütü yanlış seçildi-
yinə görə, təbii ki, ümumi nəzəri mülahizə  də  səhvə  məhkumdur. 
Analiz üçün seçilən vahidi həm ilkin obrazın, həm əksetdirmə pro-
sesinin, həm də  əks etdirilən elementin xüsusiyyəti kimi araşdıran 
A.Leontyev qərara gəlir ki, nitqi reallaşdıran (həyata keçirən) bütün 
proses və mexanizmlərin tam modelini vermək  elmin müasir 
səviyyəsində hələ mümkün deyil, çünki biz psixolinqvistik mövqedə 
qalmaqdayıq və bizi nitq prosesinin fizioloji detalları yox, onların 
                                                 
1
 Əsgərov M.B. Gerçəklik elementinin intellekt obrazları. Tədqiqlər. Bakı, 2003, N 4, s. 39-43. 
2
 Леонтьев А.А. Слово в речевой деятельности,  Москва, «Наука», 1965, с. 26. 
3
 Леонтьев  А.А.  Психолингвистические  единицы  и  порождение  речевого  высказыва-
ния. Москва, Наука, 1969,  с. 9. 
4
 Леонтьев А.А. Язык, речь, речевая деятельность. Москва, «Просвещение», 1969, c. 47. 


 
71
prinsipial quruluşu, onların tərkibində olub nitqin tipoloji aspektlərini 
təmin edən cəhətlər maraqlandırır
1
.  
§1.14.5. İndiyə qədər mövcud olan  modellərin psixolinqvistik 
semantikanı  şərh etməyə qadir olmadığını iddia edən A.Leontyev 
yazır:“Belə düşünməyə  əsas var ki, başqa bir psixoloji əsasa, yəni 
mənanın  əhəmiyyətli rola malik olduğu nəzəriyyəyə söykənən 
metodla (L.Vıqotski məktəbinin psixoloji konsepsiyası məhz belədir) 
aparılan eksperimental-semantik analiz daha ardıcıl və daha detallı 
şəkildə  işlənmiş psixolinqvistik modelin yaranmasına gətirib çıxa-
racaqdır”
2
. Təklif olunan modelin başlıca xüsusiyyətləri A.Leontyev 
tərəfindən 5 əsas metodoloji prinsipə uyğun şəkildə şərh edilir
3
:  
1) Analizin “elementlər”  əsasında deyil, “vahidlər”  əsasında 
aparılması (artıq qeyd olunduğu kimi, bu fikir L.S. Vıqotskiyə 
məxsusdur); 
2) Nitqin yaranmasının üçfazalılığı (planlaşdırma, reallaşdır-
ma, müqayisə), fəaliyyətin məqsədyönlülüyü, motivləşməsi, ierarxik 
quruluşu (bu fikir də L.Vıqotskiyə məxsusdur və həmin fikrin daha 
təkmilləşdirilmiş variantına  T.V.Ryabovanın  əsərlərində  də rast 
gəlinir); 
3) Evristik prinsip, yəni subyekt tərəfindən optimal hesab olu-
nan nitqyaratma üsulundan istifadə olunması ehtimali və alqoritmik 
eksperimentlərin uğursuzluğuna səbəb olur (bu fikrə L.Vıqotskinin 
və hətta ondan da əvvəlki tədqiqatçıların əsərlərində rast gəlinir). 
4) Ehtimali proqnozlaşdırma ideyası (bu fikrin ilkin variantına 
N.A.Brenşteynin, L.Vıqotskinin, daha təkmil variantına isə 
E.F.Tarasovun əsərlərində də rast gəlinir); 
5) Mənimsəmə prosesinin, o cümlədən nitqin mənimsənil-
məsinin aktiv xarakteri (bu fikrə L.Blumfild və N.A.Brenşteynin, 
eyni zamanda L.Vıqotskinin əsərlərində rast gəlinir). 
                                                 
1
 Леонтьев  А.А.  Психолингвистические  единицы  и  порождение  речевого  высказыва-
ния. Москва, Наука, 1969, c. 38. 
2
 Леонтьев А.А. Язык, речь, речевая деятельность. Москва, «Просвещение», 1969, c.135. 
3
 Леонтьев А.А. Психолингвистические единицы…, c. 263. 
 
72
§ 1.15. “Nitq fəaliyyəti nəzəriyyəsi“nin əsaları 
 
Göründüyü kimi, o qədər də orijinal olmayan metodoloji prin-
siplər  əsasında orijinal tədqiqat modelinin formalaşdırılması  və bu 
bazada psixolinqvistikanın yeni məktəbinin və yeni psixolinqvistik 
nəzəriyyənin yaradılması, təbii ki, o qədər də asan ola bilməzdi. İstə-
nilən halda sovet və postsovet məkanında uzun illərdən bəri yeni 
psixolinqvistik nəzəriyyə kimi təqdim və  qəbul olunan “Nitq fəa-
liyyəti nəzəriyyəsi”nin əsas məqamlarını onun müəllifinin və ən bariz 
tərəfdarlarının şərhində nəzərdən keçirməkdə fayda vardır.  
§1.15.1. Üçüncü psixolinqvistika nəsli və ya məktəbi də adlan-
dırılan
1
 “Nitq fəaliyyəti nəzəriyyəsi”nin əvvəlki məktəblərdən bir sıra 
cəhətləri ilə fərqləndiyi iddia olunur və A.Leontyev həmin fərqlərin 
aşağıdakılardan ibarət olduğunu göstərir: 
Birinci. Sovet psixolinqvistlərinin tədqiqatlarının (“Nitq fəa-
liyyəti nəzəriyyəsi” nəzərdə tutulur – M.Əsgərov) predmeti nitq 
yaradıcılığı prosesinin və ya nitqin mənimsənilməsi prosesinin mate-
rialı mahiyyəti daşıyan ayrıca cümlə, söyləm, yaxud mətn yox
bütünlükdə bu proseslərin özüdür. Təbii ki, tədqiqatın metodu da, 
müəyyənləşdirilən vahidlər də  fərqlidir: L.Vıqotskinin təbirincə 
desək, psixolinqvist “elementlərin analizi” ilə deyil, “vahidlərin 
analizi” ilə məşğul olur və eyni zamanda, vahid deyərkən psixoloji 
fəaliyyət nəzərdə tutulur. Bütöv ayrı-ayrı təkcələrin toplanmasından 
və ya birləşməsindən yox, kiçik fəaliyyətlərin daha mürəkkəb 
fəaliyyətlərin daxilində  və onların da öz növbəsində daha qlobal 
fəaliyyətlərin tərkibində dinamik şəkildə cərəyanından yaranır. Bunu 
nitqə tətbiq etməklə belə düşünmək olar ki, onun analiz metodolo-
giyası nitq məhsulu və ya bu məhsulun abstraksiyası statusuna yox, 
nitq  əməliyyatı statusuna malik olmalıdır”
2

A.Leontyevin birinci fərq kimi təqdim etdiyi bu mülahizənin 
                                                 
1
 Тарасов Е.Ф.Тенденции развития психолингвистики.Москва«Наука», 1987, s. 94. 
2
 Леоньтев А.А. Эвристический принцип в восприятии, порождении и усвоении речи // 
Вопросы психологии 1974, № 5. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə