Linguopsychology


FƏSİL 3.   Təfəkkür prosesləri və formalar



Yüklə 0,54 Mb.

səhifə2/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   76

 

FƏSİL 3.   Təfəkkür prosesləri və formalar 
138 
§ 3.1.          Dil struktur vahidi olan formaların yaranması 
139 
§ 3.2.          Leksik formalar 
148 
§ 3.3.          Leksik-qrammatik formalar 
157 
§ 3.4.          Qrammatik formalar 
168 
§ 3.5.          Formaların dil struktur vahidləri kimi yaranma və     
                    mənimsənilmə mexanizminin modelləşdirilməsi 
183 
§ 3.6.           Formaların dil struktur vahidləri kimi uşaqlar tərəfindən   
                    mənimsənilməsinin özünəməxsusluğu 
187 
§ 3.7.          Üçüncü fəsil üzrə nəticə və təkliflər 
195 
FƏSİL 4.  Təfəkkür prosesləri və nitq 
197 
§ 4.1.           Nitqin yaranması və mənimsənilməsi 
199 
§ 4.2.           Nitqin yaranmasında real gerçəkliyin rolu 
216 
§ 4.3.           Nitqin yaranmasında kommunikantın rolu 
218 
§ 4.4.           Nitqin funksiyaları 
221 
§ 4.5.           Nitqin növləri 
227 
§ 4.6.           Nitqin yaranma və mənimsənilmə mexanizminin    
        modelləşdirilməsi 
234 
§ 4.7.           Uşaqlarda nitqin yaranma və mənimsənilmə mexanizminin  
        fərqliliyi 
245 
§ 4.8.          Dördüncü fəsil üzrə nəticə və təkliflər 
251 
FƏSİL 5.  Təfəkkür prosesləri və dil 
253 
§ 5.1.          Yeni inteqral elm sahələrinin yaranma zəruriyyəti 
253 
§ 5.2.          Dilin inkişaf tendensiyaları 
260 
§ 5.3.          Dildə forma və məna vəhdətinin kökləri 
262 
§ 5.4.          Dilin xaotikliyi və sistem anlayışı 
268 
§ 5.5.          Dilin linqvopsixoloji sistem mahiyyəti 
272 
§ 5.6.          Beşinci fəsil üzrə nəticələr 
280 
Mövzu ilə bağlı ədəbiyyat 282 
ÖZET:            Lengüistikpsikoloji veya Dilin Psikolojisi 
297 
РЕЗЮМЕ:    Лингвопсихология или психология языка  
300 
SUMMARY:    Languapsychology and or the psychology of  language 
303 
 
6
REDAKTORDAN 
 
Elmin  bütün sahələrində olduğu kimi, dilçilikdə də milli-
lik və  bəşərilik mövcuddur. Belə ki, bir çox dil kateqoriyaları 
milli səciyyə daşıdığından yalnız bir və ya bir neçə qohum dilə 
məxsus olduğu halda, elə dilçilik və ya dil məsələləri var ki, 
ona yalnız bəşəri mövqedən yanaşılmalı, ümumi dilçilik yönü-
mündən araşdırılmalıdır. Bu məsələlərə ilk növbədə dilə müxtə-
lif aspektlərdən yanaşmanın nəticəsi olaraq bir neçə elmin qo-
vuşugunda meydana çıxan neyrolinqvistika, psixolinqvistika, 
riyazi dilçilik, kompüter dilçiliyi və s. kimi yeni elm sahələrini 
aid etmək olar. Dünya dilçilərinin bu sahələrdəki tədqiqatların-
dan bəhrələnməklə Azərbaycan dilçiliyində  də bu sahədə yeni 
axtarışların aparılması, maraqlı araşdırmaların meydana çıx-
ması, yeni söz deyilməsinə  cəhdlərin göstərilməsi təqdir olun-
malı və yüksək qiymətləndirilməlidir. 
Azərbaycan dilçiliyində son illər dilin psixoloji yöndən 
araşdırılmasına – neyrolinqvistika, psixolonvistika və linqvo-
psixologiyaya meyl olduqca güclənmişdir. Filologiya elmləri 
üzrə fəlsəfə doktorları Aytən Hacıyeva, Leyla Xanbutayeva və 
digərləri öz tədqiqatlarında buna, bir qədər səthi də olsa, toxun-
muş, tədqiqat mövzularının psixolinqvistik tərəflərini açmağa 
müəyyən səy göstərmişlər. Azərbaycanda neyrolinqvistika 
sahəsində ilk dəfə  hərtərəfli və mükəmməl araşdırmalar apar-
mış professor Gülmirə Sədiyevanın bu sahədəki əməyi yüksək 
qiymətləndirilməlidir. Bu gün qardaş Türkiyədə çalışan, yüksək 
nəzəri biliyi, elmi savadı ilə, apardığı  gərgin, maraqlı  təcrübə 
və eksperimentlər sayəsində nail olduğu elmi nəticələri ilə Tür-
kiyə elmi ictimaiyyətinin rəğbətini qazanan bu gənc istedadlı 
tədqiqatçımızı  cəsarətlə Azərbaycan dilçiliyində “Vıqotski və 
Luriya linvopsixoloji məktəbininin layiqli davamçısı” adlan-
dırsaq”, yəqin ki, yanılmarıq. Bu gün Azərbaycan dilçililik el-
minə - məsələlərə orijinal yanaşma tərzi, yeni baxışları ilə fərq-


 

lənən, bu və ya digər elmi problemin təhlil və  tədqiqində öz 
sözünü demək istəyən və bunu bacaran bu cür yüksək nəzəri 
hazırlıqlı, istedadlı gənclərin gəlişi olduqca sevindiricidir. 
Azərbaycan dilçiliyinin nəzəri problemlərinin tədqiqi ilə 
məşgul olan filologiya elmləri namizədi Mayıl  Əsgərov da öz 
müstəqil fikri diqqəti cəlb edən, mövcud nəzəriyyələri öz təfək-
kür süzgəcindən keçirib müəyyən elmi qənaətlər  əldə etməklə 
cəsarətlə mübahisə meydanına atılan orijinal düşüncə sahibidir. 
O artıq uzun illərdir ki, beynəlmiləl mahiyyət daşıyan psixolin-
vistika, daha dəqiq desək, linqvopsixologiya sahəsində  yorul-
maq bilmədən araşdırmalar aparır.  
Nəhayət, bu gün on illərin gərgin zəhmətinin labüd nəti-
cəsi kimi onun “Linqvopsixologiya və ya dilin psixologiyası” 
kitabı oxucuların mühakiməsinə  təqdim olunur. Beş  fəsildən
mövzu ilə bağlı zəngin elmi ədəbiyyat siyahısından ibarət olan 
əsər “Terminoloji dəqiqləşdirmələrlə başlayıb, əsərin 3 dildə - 
türk, rus və ingilis dillərində  təqdim olunan xülasələri ilə 
tamamlanır. Müəllif öz tədqiqat obyektinin – linqvopsixologi-
yanın mahiyyətinin oxuculara aydın və anlaşıqlı olması, tədqi-
qatın əsas məqsədinin onlara yetərincə çatdırılması üçün  linq-
vopsixologiyanın nəzəri məsələlərini işıqlandırmağa çalışır, di-
lin  psixoloji problemləri ilə bağli nəzəri fikir və müddəaların 
tənqidi analizi fonunda mübahisəli məqamlara münasibətini 
bildirir, dərketmə  və  təfəkkür mexanizmini aydınlaşdırmağa 
cəhd göstərir.  
Kitabın “Təfəkkür prosesləri baxımından forma, nitq və dil” 
adlanan hissəsində leksik və qrammatik formaların, eləcə  də 
nitqin yaranması  və  mənimsənilməsi mexanizmi öyrənilir, bu 
mexanizmin modelləşdirilməsınə  səy göstərilir, xüsusən uşaq-
larda nitqin yaranma mexanizminin fərqliliyi  şərh olunur. 
Təfəkkür prosesləri və dil məsələsi ilə bağlı dilin strukturunun 
linqvopsixoloji analizini aparan müəllif dilin xaotikliyi və sis-
tem anlayışı, forma və  məna vəhdətinin kökləri, dilin inkişaf 
 
8
tendensiyalrı, dilin linqvopsixoloji mahiyyəti məsələlərinə öz 
baxış bucağından işıq salmaqla yeni münasibət bildirməyə, 
özünə məxsus fikir və mülahizələrini təqdim etməyə çalışır. 
Onu da qeyd etməliyik ki, psixolinqvistika və linqvopsi-
xologiya (dilin psixologiyası)  əslində eyni obyektə müxtəlif 
yanaşma tərzindən irəli gəlmişdir. Belə ki, insan nitqinin yaran-
ma və formalaşması, onun psixikada yeri məsələsinə psixo-
linvistika linqvistik, linqvopsixologiya isə psixoloji baxımdan 
yanaşır. Müxtəlif tarixi dönəmlərdə Amerikada, Avropada, elə-
cə də Rusiyada psixolinvistika sahəsində Humboldt, Blumfild, 
Xomski,  Şerba kimi dünyaşöhrətli alimlər çalışmış  və dünya 
psixolinqvistika məktəbinin təməlini qoymuşlar. Linqvopsixo-
logiyanın isə bir məktəb kimi formalaşması ilk növbədə sovet 
dövrünə təsadüf edir və Vıqotski, Luriya, Svetkova kimi tanın-
mış sovet dilçilərinin adı ilə bağlıdır.  
Hər iki məktəbin uğurlarına söykənən psixolinqvistika və 
linqvopsixologiyanın Azərbaycan dilçiliyinə tam yol açmasına, 
türk dillərinin zəngin materialları  əsasında Azərbaycan psixo-
linqvistikasının daha da inkişafına və formalaşmasına çalışan, 
elmi məqalələri, beynəlxalq elmi məclislərdə maraqla din-
lənilən məruzələri ilə elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşı-
lanan M.Əsgərov öz gərgin zəhməti sayəsində meydana gələn 
araşdırmaları ilə məqsədinə nail olmuş, Azərbaycan dilçiliyinə 
dəyər və sanbalı ilə, elmi-nəzəri yükünün ağırlığı ilə seçilən, 
kimləri və  nələrisə  təkrarlamaqdan uzaq olan, dilçi məntiqi 
təfəkkürünün bəhrəsi sayılan hamımız üçün faydalı ola biləcək 
“Linqvopsixologiya və ya dilin psixologiyası” kimi qiymətli 
bir əsər ortaya qoymuşdur. İnanıram ki, kitab müəllifinə yeni-
yeni elmi uğurlar qazandıracaqdır.  
 
AMEA Dilçilik İnstitutu  
Türk dilləri şöbəsinin müdiri filologiya elmləri doktoru 
MƏHƏBBƏT MİRZƏXAN qızı MİRZƏLİYEVA 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə