Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə21/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   17   18   19   20   21   22   23   24   ...   76

 
81
§1.16.5  Bu fəsildə  nəzərdən keçirilən məsələlərə  və  gəlinən 
nəticələrə istinadən belə hesab edirik ki, əvvəlki psixolinqvistik mək-
təblərdən fərqli olaraq yalnız psixoloji problemlərin analizinə deyil, 
eyni zamanda nitq və ya dil struktur vahidlərinin yaranması, qəbulu 
və  mənimsənilməsi, nitq vasitəsilə ünsiyyət, ilkin və ikinci dilin 
mənimsənilməsi, eləcə də dilin quruluşu və nitq söyləminin strukturu 
məsələlərinin həm psixoloji, həm də linqvistik yöndən analizinə 
imkan verən yeni bir dilçilik istiqamətinin və ya psixolinqvistikanın 
dördüncü pilləsinin yaradılması vacibdir.  
Yeni yaradılan bu istiqamətin göstərilən imkanlara malik 
olması üçün onun müvafiq ilkin meyar və apellyativ vahidlərinin, 
psixoloji və linqvistik əsaslarının müəyyənləşdirilməsi, işlənib hazır-
lanması tələb olunur.  
Linqvistika və psixologiya elmlərinin kəsişmə nöqtəsində 
dayanan, əsas müddəaları növbəti fəsillərdə təqdim və şərh olunan, 
bu məktəbin və ya istiqamətin “Linqvopsixologiya” və ya “Dilin 
psixologiyası” adlandırılmasını məqsədəuyğun hesab edirk. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
82
II FƏSİL   
 
DƏRKETMƏ VƏ TƏFƏKKÜRÜN 
MEXANİZMİ   
 
§ 2. Bu günə qədər canlı varlıq və təbiət, insan və ətraf mühit, 
şüur və gerçəklik, fərd və cəmiyyət arasındakı qarşılıqlı əlaqə, təsir və 
münasibət məsələlərinə minlərlə  tədqiqat  əsəri həsr olunmuş, qeyd 
edilən əlaqə, təsir və münasibətlər müxtəlif istiqamət və aspektlərdən 
tədqiq olunmuşdur. Təqdim olunan tədqiqatın bu fəslində insani şüur 
və insanın təmasda olduğu gerçəkliklə qarşılıqlı  əlaqəsini, təsir və 
münasibətlərin bəzi cəhətlərini araşdırmağa cəhd göstərəcəyik. 
Burada ümumiyyətlə “şüur və gerçəklik” deyil, məhz “insani şüur və 
onun təmasda olduğu gerçəkliklə qarşılıqlı əlaqə, təsir və münasibəti” 
deməklə biz tədqiqat obyektimizi qismən konkretləşdirməyə ehtiyac 
duyduq. Çünki insandan başqa digər canlı varlıqlarda da ən primitiv 
şəkildə olsa belə,  şüurun mövcudluğu haqqında müəyyən fikirlər 
səslənməkdə, bunun sübutu və  təsdiqi ilə bağlı konkret tədqiqatlar 
aparılmaqdadır. 
Konkret dəlil və əyani sübutların olmaması səbəbi ilə şüur və 
gerçəklik arasındakı qarşılıqlı əlaqə, təsir və münasibətlərin öyrənil-
məsi istiqamətində istər insanlar, istərsə də digər canlılarla bağlı apa-
rılan araşdırmalarda tədqiqatçılar  əksərən nəzəri mülahizə  və müd-
dəalara, analogiya və funksional bənzərlik prinsiplərinə əsaslanmışlar    
Bu tədqiqat əsərində irəli sürülən elmi-nəzəri müddəalar həm 
prinsip, həm meyar, həm də əldə edilən nəticələr baxımından əvvəl-
kilərdən fərqlənsə də, etiraf edək ki, tədqiqat boyu biz də müəyyən 
nəzəri mülahizə və analogiyalara əsaslanmış, əvvəlki tədqiqat əsərlə-
rinin bəzi cəhətlərindən yaradıcı şəkildə faydalanmış, sələfimiz hesab 
etməkdən qürur duyduğumuz bəzi alimlərin fikirlərini davam və 
inkişaf etdirmişik. 
Əyanilik məqsədi ilə belə deyə bilərik ki, müasir kompüterlər 
insan beyninin ən bəsit texniki modeli hesab oluna bilər. Növündən 


 
83
asılı olmayaraq mətn,  şəkil, riyazi məlumat, səs və  s.  kimi  hər cür 
informasiya kompüterə daxil edilərkən avtomatik olaraq xüsusi kod-
lara çevrilir və kod şəklində kompüterin yaddaşına “yazılır”. Belə 
kodlar kompüterin yaddaşında istənilən qədər qalır. Lazım gəldiyi an 
həmin kodlar xüsusi komandalarla “geri çağırılır” və bu zaman kod-
lar yenidən avtomatik şəkildə ilkin daxil edildiyi mətn, şəkil, riyazi 
məlumat, səs və s. formasına düşür (bəzən isə xüsusi komandalarla 
onların forması dəyişdirilir).   
Obyektiv aləmin insan tərəfindən dərk olunması, dərk olunmuş 
məlumatın yadda saxlanması və tələb olunduqda yaddaşdakı çoxsaylı 
məlumatlar arasından məhz lazım olanın seçilməsi və ondan müvafiq 
şəkildə istifadə edilməsi də təxminən eyni qayda və ardıcıllıqla, başqa 
sözlə desək, analoji mərhələ və ya fazalarla baş verir.  
Təbii ki, bu günə qədər mövcud olan ən mükəmməl kompü-
terlər belə hərtərəfli imkanları baxımından insan beyni ilə müqayisə 
oluna bilməz. Heç bir kompüter insan beyninin imkan və qabiliyyət-
lərinə, ən başlıcası isə, ilkin komandanı almadan müstəqil fəaliyyət 
göstərmək imkanına malik deyildir. Ayrı-ayrı proqramlar üzrə 
“ixtisaslaşmış” kompüterlər həyata keçirdiyi əməliyyatlar baxımın-
dan bizi təəccübləndirsə və hətta bəzən heyrətləndirsə də, hal-hazırda 
mövcud olan ən müasir, ən mükəmməl “superkompüterlər” belə 
insan beyni ilə müqayisədə dəryanın bir damlası kimidir. 
Nəzərə almaq lazımdır ki, bu və ya digər məlumatın kompüte-
rin yaddaşına yazdırılması və bu zaman istifadə olunan ən kiçik apel-
lyativ vahidlərin təbiəti, iş prinsipi və yenilənməsi qaydası  kiberneti-
ka elminə çoxdan məlumdur. Əks halda, kompüter icad və istismar 
oluna bilməzdi.  
Kompüterdən fərqli olaraq hər hansı məlumatın “insanın bey-
ninə yazılması”, bu zaman istifadə olunan ən kiçik apellyativ vahidlə-
rin təbiəti, iş prinsipi və yenilənməsi qaydası isə tam şəkildə elm alə-
minə, hələ ki, məlum deyildir. Qeyd olunanlardan bəziləri haqqında 
epizodik xarakterli məlumatlar olsa da, bu günə qədər hələ heç bir 
tədqiqatçı, heç bir alim məlumatın “insanın beyninə yazılması” və 
 
84
onun vahidləri, onların yenilənməsi qaydasını eksperiment və ya  
təcrübə yolu ilə müəyyən edə bilməmişdir.  
Başqa sözlə desək, bu günə qədər heç bir cərrah hər hansı can-
lının beynində əməliyyat apararkən orada xüsusi məlumat bazasına 
və ya içərisində ətraf mühitlə bağlı hər hansı informasiya olan zərrə-
ciyə, hüceyrəyə rast gəlməmişdir. Bu günə qədər məlumatın “insanın 
beyninə yazılması” zamanı istifadə olunan ən kiçik apellyativ 
vahidlərin təbiəti, iş prinsipi və yenilənmə qaydası haqqında yalnız 
nəzəri mülahizə və təsəvvürlər mövcuddur
1
.  
Etiraf edək ki, bu tədqiqat çərçivəsində də məlumatın “insanın 
beyninə yazılması” və bu zaman istifadə olunan apellyativ vahidlər, 
onların təbiəti, iş prinsipi və yenilənməsi qaydası ilə bağlı olaraq, əsas 
qismi bu sətirlərin müəllifinə aid olan elmi mülahizə, ehtimal və tə-
səvvürlərə müraciət olunur. Biz bu tədqiqatda verdiyimiz şərhlərlə nə 
“transformativ qrammatiklər”, nə də “nitq fəaliyyəti nəzəriyyəçiləri” 
kimi psixologiya elmində inqilab etmək niyyətində və ya ambisiya-
sında deyilik. Sadəcə olaraq, dilçilik məsələləri ilə bağlı fikir və 
mülahizələrimizə ən çox uyğun gələn yeni bir model təqdim edirik.  
Bu modelin psixoloqlar tərəfindən qəbul edilməsi özümüzü 
peşəkar psixoloq kimi hiss etməyimizə  əsas verməyəcəyi kimi, bu 
modelin psixoloqların bir qismi tərəfindən qəbul edilməməsi də bizi 
təqdim etdiyimiz modeldən imtina etməyə məcbur edə bilməz. Çünki 
1988-ci ildən bu günə qədər apardığımız sınaq və təcrübələr əsasında 
bu modelin heç bir cəhəti ilə mövcud psixoloji modellərdən zəif 
olmaması və hətta bəzi cəhətlərinin onlardan daha mükəmməl olması 
yoxlanılmışdır.    
 
§ 2.1. Dərketmə və təfəkkürün vahidləri 
 
Hər hansı məlumatın “insanın beyninə yazılması” zamanı isti-
fadə olunan apellyativ vahidlərin iş prinsipinin analizi, əslində, dər-
ketmənin ən primitiv formasının analizinə bərabər götürülə bilər.  
                                                 
1
 Nəcəfov M. Bеyin fəaliyyəti və psixi hadisələr. Bakı, 1989, 44-52 s 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə