Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə22/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   18   19   20   21   22   23   24   25   ...   76

 
85
Əlbəttə ki, söylənən fikrin düzgünlüyünün sübutu və  əməli 
tətbiqi məsuliyyətindən yaxa qurtarmaq üçün ilkin vahidlərlə bağlı 
E.F.Tarasov və onların davamçıları kimi psixolinqvistik tədqiqatda 
ilkin meyar və apellyativ “vahidləri müəyyən etmək olmaz və buna 
ehtiyac da yoxdur”
1
 deyərək problemdən yan keçmək də olardı. Am-
ma nəzərə almaq lazımdır ki, ilkin meyar və apellyativ vahidin seçil-
məsi, düzgün əsaslandırılması və tədqiqatın əvvəlində xüsusi olaraq 
vurğulanması həm tədqiqatın sonrakı mərhələlərinin aparılması, həm 
də bu tədqiqat və onun nəticələrinin anlaşıqlı bir şəkildə başqalarına 
şərh edilməsi üçün son dərəcədə əhəmiyyət kəsb edir. L.Vıqotskinin 
təbirincə desək, “əsas məsələni həll etmədən, ikinci dərəcəli məsələ-
lərin həllini nəzərdə tutan problemlərin düzgün qoyuluşu belə müm-
kün deyil”
2
. Bu baxımdan dərketmə  və  təfəkkür proseslərində isti-
fadə olunan ilkin meyar və apellyativ vahidlər haqqında bir neçə söz 
deməyi məqsədəuyğun hesab edirik. 
Bütün dini elmlərin istisnasız olaraq “ilahi ruh”la bağladığı 
dərketmə və ya təfəkkür prosesinin əsasını təşkil edən ilkin meyar və 
vahidlər haqqında həmin elmlər daxilində heç bir əlavə izahata təsa-
düf olunmur. Dini elmlər baxımından buna təsadüf edilməsi müm-
kün də deyil. Çünki bütün dinlər - İslam da, Xristianlıq da, Musəvilik 
də qeyd edir ki, dərketmə və təfəkkürün hər bir forması insan doğu-
larkən Allah tərəfindən verilən “ruh”un vasitəsilə həyata keçir. Dini 
elmlərə görə, insan bədəni və ya cismi ayrı-ayrı əza və orqanlardan, 
başqa sözlə desək, bir bütöv halında xəlq olunmuş vahidlərdən 
ibarətdir. “Ruh” və ya “can” isə bölünməz, bölünməsinin fikrən və ya 
xəyalən ehtimal edilməsi belə mümkün olmayan bir bütövdür.  
Dünyəvi elmlərin natural fəlsəfədən ayrıldığı tarixdən bu yana 
biologiya, insan fiziologiyası və psixologiya elmləri də daxil olmaqla 
müasir dəqiq elmlər, eksperimental təcrübəyə və maddi obyektiviz-
mə əsaslanan təbiət elmləri belə, dərketmə və təfəkkürün ilkin meyarı 
və vahidi ilə bağlı maddi dəlilə malik deyildir.    
                                                 
1
Тарасов Е.Ф.Тенденции развития психолингвистики. Москва «Наука», 1987, с.136-137. 
2
 Выготский  Л.С.Психология, изд. Апрель Пресс, “Эксмо-пресс”, Москва, 2000, с. 264. 
 
86
Kibernetika elminin və kompüter texnologiyasının qismən in-
kişaf etdiyi dönəmlərdə (1950-70-ci illərdə), gerçəkliyin canlıların 
beynində əks olunmasının da analoji vahidlər əsasında baş verməsi 
fikrinin tərəfdarları tədricən artırdı. Amma müxtəlif canlılar üzərində 
aparılan təcrübələr bu tendensiyanın da heç bir əyani sübutunun ol-
madığını göstərdi.  
Bu gün də dərketmə və onun vahidləri ilə bağlı elmi fikirlərin 
əsasında heç bir maddi sübutu olmayan nəzəri mülahizə və fərziyyə-
lər dayanır. Belə mülahizə və fərziyyələrdən hər birinin təfərrüatına 
varıb detallarını açmadan, polemikaya girib onların üstün və çatışma-
yan cəhətləri ilə bağlı uzun-uzadı fikir söyləyib şəxsi mövqeyimizin 
daha düzgün və dəqiq olduğuna oxucuları israrla inandırmağa cəhd 
göstərmədən
1
, birbaşa şəxsi mülahizələrimizin təqdimatına keçməyi 
və beləliklə, mülahizələrimizin müsbət və mənfi cəhətlərini qiymət-
ləndirmə haqqını oxuculara verməyi daha məsədəuyğun hesab edirik. 
Əvvəlcədən qeyd edək ki, bəzən “dərk olunan minimal va-
hid”, bəzən isə “dərketmə  və  təfəkkür proseslərinin reallaşmasına 
şərait yaradan minimal apellyativ vahid” mənasında işlədilən “dərk-
etmə vahidi” anlayışı  və ya termininin yarada biləcəyi anlaşılmaz-
lığın qarşısını almaq üçün bu tədqiqat daxilində həmin termin və ya 
anlayışın  əvəzinə öz mahiyyətinə  və funksiyasına uyğun olaraq iki 
fərqli termindən istifadə edəcəyik. Bizcə, nəzəri müddəaların şərhin-
dən  əvvəl “dərk olunan minimal vahid” və “dərketmə  və  təfəkkür 
prosesinin reallaşmasına şərait yaradan minimal apellyativ vahid” an-
layışlarının özünün şərhinə və eyni zamanda bu anlayışlarla bağlı isti-
fadə etdiyimiz terminlərin şərhinə ehtiyac vardır. 
§2.1.1. Mahiyyət etibarı ilə “dərk olunan minimal vahid” ətraf 
aləmdə mövcud olan real və ya irreal əşya, varlıq və hadisələrin insan 
beynində inikasını təmin edən minimum cəhətləri və ya xüsusiyyət-
ləridir desək, yəqin ki, səhv etmərik.  
V.P.Zinçenkoya görə, “... dərketmə vahidi dedikdə subyekt 
tərəfindən həyata keçirilən bu və ya digər  əməli tapşırığı yerinə 
                                                 
1
 Rəcəbov  Ə. Dil, Şüur, Cəmiyyət, Tarix. Bakı, 1993, 160 s. 


 
87
yetirərkən müəyyənləşdirilən (seçilib ayrılan) məzmun başa düşülür. 
Belə vahidlər işıqlılıq səviyyəsi, xarici görünüş, əşyaların digər əla-
məti və ya əlamətlər kompleksi, bütöv əşyalar, nəhayət,  əşyaların 
məzmunu və onlar arasındakı münasibətlər ola bilər”
1

Doğrudan da, miqyasından və ya əhəmiyyət dərəcəsindən asılı 
olmayaraq, hər hansı bir xüsusiyyət əşyanın, varlığın və hadisənin ən 
sadə və bəsit şəkildə olsa belə, təsəvvürünü yaradırsa, həmin xüsusiy-
yəti müvafiq əşya, varlıq və hadisənin dərk olunan minimal vahidi 
hesab etmək olar. Məsələn, ümumilikdə 4 ayaq üstünə  bərkidilmiş 
lövhə “masa”nın, bir-birinə bərkidilmiş və üzərində yazılar olan ka-
ğızlar “kitab”ın dərk olunmasını təmin edirsə, bu əlamət və xüsusiy-
yətləri müvafiq olaraq masa və kitabın “dərk olunan minimal 
vahid”ləri hesab etmək mümkündür.   
Obyektiv səbəblər üzündən tez-tez nitq fəaliyyəti nəzəriyyəçi-
lərinin əsas mövqe və fikirləri ilə bağlı iradlar, tənqidi fikirlər söylə-
mək məcburiyyətində qalsaq da, onların düzgün fikirlərini layiqincə 
qiymətləndirməkdən, həmin fikirlərə söykənərək öz mövqeyimizi 
şərh etməkdən də çəkinmirik.   
E.F.Tarasovun “kənar obyektlər insan psixikasında onun fəa-
liyyətinə uyğun şəkildə əks olunurlar, yəni obyektin təsir nəticəsində 
müəyyənləşən cəhətləri insan psixikasında  əks olunur. Əşyaların 
insana təsir edən xarici effektləri birbaşa əşyaların özündən yox, bu 
əşyaya yönəlmiş  fəaliyyətdən asılıdır”
2
 fikri,  dolayısıyla da olsa, 
burada “dərk olunan minimal vahid”lə bağlı dediklərimizi bir daha 
təsdiq edir.    
“Dərk olunan minimal vahid” heç də həmişə birbaşa hiss or-
qanlarına təsir edən və ya belə bir təsir nəticəsində dərk olunan “real 
varlıqla bağlı yaranmış vahid” kimi başa düşülməməlidir. Heç bir 
halda “dərk olunan minimal vahid” anlayışını marksizm fəlsəfəsi 
tərəfindən yeganə reallıq mücəssəməsi kimi təqdim olunan materiya 
                                                 
1
 Зинченко  В.В.  Теоретические  проблемы  психологии  восприятия. «Инженерная 
психология». Москва, 1964 
2
 Тарасов Е.Ф.Тенденции развития психолингвистики.Москва «Наука»,1987, s. 102. 
 
88
anlayışının ekvivalenti hesab etmək olmaz. Nəzərə almaq lazımdır ki, 
varlığı qəbul edilən, təsəvvür və ya güman edilən bütün irreal varlıq, 
hadisə və substansiyalar da “dərk olunan minimal vahid” anlayışına 
aiddir. İfadə etdiyi məna baxımından materialist mövqedən yanaşan-
lara bir qədər ziddiyyətli görünsə də, “dərk olunan minimal vahid” 
anlayışını biz “gerçəklik elementi” adlandırırıq.  
Elə buradaca qeyd edək ki, irreal varlıqları və ona ekvivalent 
hesab edilən anlayışları gerçəklik elementi adlandırmağı yalnız mate-
rialistlər ziddiyyət kimi qəbul edir. Etiraf edək ki, postsovet məkanın-
da yaşamış olan bizlər hələ ki, şüur etibarı ilə onlardan biri olaraq 
qalmaqdayıq, yəni materialistlərik. İldə bir ay oruc tutsaq da, gündə 
beş vaxt namaz qılsaq da, hələ ki, ideyanın, xəyal və təsəvvürün də 
bir reallıq, gerçəklik olduğunu qəbul edə bilmirik. Onilliklər boyu 
şüurumuza hakim kəsilən marksizm-leninizm və onun əkiz qardaşı 
olan materializm “gerçəklik yalnız materiya formasında mövcuddur” 
fikrini bizim beynimizə ustalıqla yerləşdirmiş, hətta bəşəri bir anlayış 
olan dialektikanı da “özəlləşdirmiş”, öz malı və “materializmin ayrıl-
maz tərkib hissəsi” elan etmişdir.  
Əslində isə, dialektikanın, inkişaf və təkamülün, insanlar tərə-
findən süni şəkildə yaradılan materialist və idealist fəlsəfi cərəyanlar-
la heç bir ortaq tərəfi və ya cəhəti yoxdur. Biz burada “dialektika 
materializmin tərkib hissəsi olduğu kimi, idealizmin də  tərkib his-
səsidir” deyib, dünyamızın özü qədər qədim olan materialist-idealist 
mübarizəsindən kənarda dayanmış olduğumuzu da nümayiş etdirə 
bilərdik. Amma “metafizik” və ya “dualist” damğası vurulmaq təh-
lükəsi bahasına olsa belə, qeyd etməyi lazım bilirik ki, dialektika bu 
fəlsəfi cərəyanların tərkibində yox, onların fövqündədir. Materialist 
də, idealist də  hər hansı  təkamülü və ya inkişafı  məhz dialektika 
əsasında şərh edir.  
Eyni mövqedən yanaşmaqla bunu da qeyd edək ki, gerçəklik 
və onun elementləri də  fəlsəfənin fövqündədir və ya başqa  şəkildə 
deyə bilərik ki, materialist və ya idealist yönündən asılı olmayaraq, 
fəlsəfənin özü belə, gerçəkliyin elementi və ya vahididir.  


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə