Linguopsychology


§ 2.3. İntellekt obrazının təbiəti



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə25/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   21   22   23   24   25   26   27   28   ...   76

 
97
§ 2.3. İntellekt obrazının təbiəti 
  
İnsan tərəfindən qəbul edilən məlumatın məhz hansı vahidlər 
əsasında reallaşmasının hələlik elmə məlum olmadığını və bu səbəb-
dən də təqdim olunan  tədqiqat çərçivəsində həmin vahidlərin intel-
lekt obrazı adlandırıldığını qeyd etmişdik. Eyni mövqedən və insan 
beyninin texniki modeli adlandırdığımız kompüter tərəfindən məlu-
matın qəbul edilməsi ilə bağlı yuxarıda nəzərdən keçirilən eksperi-
mental statistik analizin nəticələrindən çıxış edərək belə deyə bilərik 
ki, insanın beyin aparatının informasiya daşıyıcıları da həm dünyəvi 
elmlərin iddia etdiyi kimi maqnit, işıq və ya istilik dalğaları tipində 
“maddi varlıqlar”, həm də dini elmlərin idiia etdiyi kimi “ilahi ruh” 
ola bilər.  
Burada bilərəkdən intellekt obrazının “maddi varlıq” və ya 
“ilahi ruh” olması məsələsini açıq qoyuruq. Çünki bizim məqsədimiz 
dərketmə  və  təfəkkür proseslərinin həyata keçməsini təmin edən 
intellekt obrazlarının təbiətini və ya maddi əsasını üzə  çıxarmaq 
deyildir. Sırf fəlsəfənin və ya mühəndis psixologiyasının predmeti 
olan bu məsələnin həllinə cəhd göstərmək bizi əsas tədqiqat istiqamə-
tindən yayındıra bilər. Amma istənilən halda, bu sahədə problemin 
mövcudluğunu göstərməklə yanaşı, bir faktı da qeyd edək ki, insanın 
beyin aparatının informasiya daşıyıcılarının maqnit, işıq və ya istilik 
dalğaları tipində “maddi varlıqlar” olması fikri ilk baxışdan materia-
lizmə meyil kimi qəbul olunsa da, əslində, bu materialist fikir “ener-
jinin itməməsi, bir fomadan başqa formaya keçməsi” kimi başqa bir 
materialist fikirlə birləşdikdə “ruhun müstəqil şəkildə mövcudluğu və 
ölməzliyi” kimi tam idealist fikrə də dəstək verir (bax: §5.1).  
İntellekt obrazı ilə bağlı deyilənləri yekunlaşdıraraq deyə bilə-
rik ki, intellekt obrazlarının təbiəti və maddi əsasının müəyyənləşdi-
rilməsi imkanı elmin müasir səviyyəsində belə, az inandırıcı görünür. 
İkincisi, bu, intellekt obrazları ilə total manipulyasiya imkanlarına yol 
aça bilməsi səbəbindən heç də arzuolunan deyil. 
Tədqiqatın bu mərhələsində məqsədimiz ən mücərrəd şəkildə 
 
98
də olsa, intellekt obrazlarının, kodlarının mahiyyəti ilə bağlı ümumi 
təsəvvür yaratmaq, bu təsəvvür əsasında gerçəklik elementlərinin qə-
bul və dərk olunmasını, dərk edilmiş gerçəklik elementinə ekvivalent 
olaraq yaranan intellekt obraz və kodlarının iş prinsipini, mexanizmi-
ni müəyyənləşdirməkdir. Növbəti mərhələdə isə məqsədimiz bəzən 
bu tip psixoloji iş və fəaliyyətin vasitəsi
1
, bəzən məhsulu
2
, bəzən də 
həmin iş və fəaliyyətin həm məhsulu, həm də vasitəsi
3
 hesab olunan 
söz, nitq və dilin ümumi dərketmə və ya təfəkkür prosesindəki rolunu 
və yerini müəyyənləşdirmək olacaqdır.  
 
§ 2.4. Dərketmənin faza və aktları 
 
Öz-özlüyündə tam, bütöv bir axın, fəaliyyət
4
 və ya proses 
mahiyyəti daşıyan, təfəkkür  əməliyyatlarını, onun ayrılmaz tərkib 
hissəsi olan dərketmənin forma və mahiyyətini ən sadə şəkildə şərh 
etmək, onun oxucular tərəfindən qavranılmasını asanlaşdırmaq məq-
sədi ilə biz təfəkkür və dərketməni ayrı-ayrılıqda götürülmüş bu və 
ya digər gerçəklik elementləri haqqında məlumatların qəbulu, mə-
nimsənilməsi, qavranılması, onlarla apellyasiya kimi təqdim etməyi 
və hər bir aktı də sıra ardıcıllığı ilə cərəyan edən dörd müxtəlif faza 
şəklində nəzərdən keçirməyi daha məqsədəuyğun hesab edirik.  
§2.4.1. Birinci faza. Belə fərz edək ki, biz Qubada bir dağda 
gəzinti zamanı gördüyümüz gözəl təbiət mənzərəsinə doya-doya 
baxır, bu gözəlliyin hər cizgisindən, hər çalarından həzz alır, onun 
sehrinə dalırıq. Mənzərəni seyr edə-edə həyatımızda ilk dəfə eşitdiyi-
miz çox gözəl, həzin musiqi parçası, tütəkdə çalınan bir çoban baya-
tısı dinləyir və eyni zamanda dadlı, ətirli giləmeyvələr də yeyirik.  
Bu zaman biz təbiət mənzərəsi, tütək səsi, giləmeyvə və onun 
qoxusu, dadı, yumşaq gövdəsi kimi gerçəklik elementləri ilə vizual, 
                                                 
1
 Выготский  Л.С. Психология, изд. Апрель Пресс, “Эксмо-пресс”, Москва, 2000, с. 197. 
2
 Леонтьев А.А. Эвристический принцип в восприятии, порождении и усвоении речи // 
Вопр. Психологии. 1974, № 5. 
3
 Тарасов Е.Ф. Тенденции развития психолингвистики. Москва «Наука», 1987,  s. 97. 
4
 Гумбольдт В. Избранные труды по языкознанию, М., 1984, s. 61. 


 
99
vokal, friktual, tastual, attaral təmasda oluruq.  
Kompüterdən fərqli olaraq insan beyni heç bir “qeyd et” ko-
mandasına ehtiyac duymadan mənzərəni, tütək səsini, meyvənin da-
dını, qoxusunu, yumşaqlığını müstəqil gerçəklik elementləri kimi 
“qəbul və qeyd edir”. Təbii ki, bu “qəbuletmə” maddi şəkildə baş 
vermir, yəni əzəmətli dağlar, meşələr, tütək, meyvə beynimizə daxil 
olmur. Sadəcə beynimizdə gördüyümüz mənzərəyə, eşitdiyimiz mu-
siqi səsinə, meyvənin dadına, qoxusuna, yumşaqlığına ekvivalent 
olan, yəni bu gerçəklik elementlərini və onların müxtəlif cəhətlərini 
əks etdirən məlumatlara uyğun intellekt obrazları yaranır. Beləliklə, 
dərketmə prosesinin birinci fazası – məlumatın qəbulu və intellekt 
obrazına çevrilməsi fazası başa çatır. 
§2.4.1.1.  İlk baxışdan çox sadə görünən bu psixoloji prosesi 
bir qədər araşdırmağa, yəni məlumatın intellekt obrazına çevrilməsi, 
daha doğrusu, intellekt obrazının yaranması zamanı beyin aparatının 
sensomotor  şəkildə  həyata keçirdiyi işlərin və ya kodlaşdırmaların 
sıra  ardıcıllığını, cərəyan sxemini bərpa, daha doğrusu, təxmin etmə-
yə çalışaq. Çünki A.Leontyevin də qeyd etdiyi kimi, “nitqi reallaş-
dıran bütün proses və mexanizmlərin tam modelini vermək elmin 
müasir səviyyəsində hələ mümkün deyil. Biz psixolinqvistik mövqe-
də dayanmaqdayıq və bizi nitq prosesinin fizioloji detalları deyil, 
əslində, onların prinsipial quruluşu... maraqlandırır”
1

Qeyd edək ki, “Nitq fəaliyyəti nəzəriyyəsi” tərəfdarları, eləcə 
də  dərketmə  və  təfəkkür vahidinin “söz” olduğunu iddia edənlər, 
eləcə də bu vahidlə bağlı “işə çevrilmiş söz” meyarından çıxış edən-
lər dərketmə  və  təfəkkür proseslərində ara kodlaşdırmaların və ya 
aralıq proseslərin mövcudluğunu bütünlüklə inkar edirlər. Bunun bir 
sıra köklü səbəbləri var və başlıcaları aşağıdakılardır. 
Çünki, əks halda, bir qədər obrazlı tərzdə ifadə etsək, bir beşil-
likdə iki-üç beşillik yerinə yetirməyə alışmış sovet psixoloq-fizioloq-
larının və dilçilik problemləri ilə məşğul olan psixoloq-analitiklərinin 
                                                 
1
 Леонтьев  А.А.  Психолингвистические  единицы  и  порождение  речевого  высказыва-
ния. Москва, Наука, 1969, с. 38. 
 
100
fəxrlə “kifayət qədər inkişaf etmiş nəzəriyyənin əsas müddəalarının 
qısa vaxt ərzində və bir tədqiqatçı tərəfindən işlənib hazırlanmasına 
elm tarixində az təsadüf olunur; bunun bariz nümunəsinə sovet 
psixologiyası tarixində rast gəlirik ki, NFN (Nitq fəaliyyəti nəzə-
riyyəsi) onun ayrılmaz tərkib hissəsidir”
1
 demək imkanı olmazdı.  
Psixoloji fəaliyyət nəzəriyyəsinin əsaslarını psixologiya elmi-
nə L.Vıqotski “nitqəqədərki təfəkkür və təfəkkürəqədərki nitq möv-
cud olmuşdur”
2
 şərti ilə birlikdə “işə çevrilmiş söz”
3
 şəklində gətir-
mişdir. Amma A.N.Leontyev və A.R.Luriya tərəfindən bu əsaslar 
təhrif olunmuşdur. Həkim-psixoloqların dili ilə desək, vahid bir 
bütöv şəklində L.Vıqotski tərəfindən irəli sürülən elmi fikrin “nitqə-
qədərki təfəkkür və  təfəkkürəqədərki nitq” qisimləri “amputasiya 
olunduqdan” sonra ona stimul-vasitə və qeyri-real obyekt xüsusiyyət-
ləri “protez edilmiş”, beləcə, ilkin əsasların deformasiyalı  şəkildə 
“inkişafı”, nəticəsində “Nitq fəaliyyəti nəzəriyyəsi” yaradılmışdır.  
Təbii ki, dərketmə və təfəkkür proseslərində ara kodlaşdırma-
ların və ya aralıq proseslərin mövcudluğunu qəbul və ya etiraf etmək, 
yanlış bazis üzərində qurulmuş bu nəzəriyyənin domino daşlarından 
düzəldilmiş bir fiqur kimi uçulub dağılmasına səbəb olardı. Belə ki, 
bu halda sözün, nitqin və ya dilin özünün reallıqla təfəkkür arasındakı 
vasitə rolu üzə çıxardı və onu da etiraf etmək lazım gələrdi ki, söz, 
nitq və ya dil reallıqla təfəkkür arasındakı aralıq vasitə və ya proseslə-
rin yalnız biri, reallıqdan təfəkkürə doğru yüksələn növbəti pilləsidir.   
§2.4.1.2. Psixoloji fəaliyyət nəzəriyyəsinin ilkin əsaslarını psi-
xologiya elminə gətirməklə böyük xidmətlər göstərən L.Vıqotski sö-
zün və onun mənasının təfəkkür aktındakı funksional rolundan danı-
şarkən qeyd edir ki, “təfəkkür fəaliyyətinin fikirdən sözə doğru hərə-
kətinin özü inkişafdır. Fikir sözlə ifadə olunmur, o sözdə tamamla-
nır”
4
. Bununla da, o,“Nitq fəaliyyəti nəzəriyyəsi” tərəfdarlarını dibsiz 
                                                 
1
 Тарасов Е.Ф.Тенденции развития психолингвистики.Москва «Наука»,1987, с 95. 
2
 Выготский  Л.С.Психология,Апрель Пресс, “Эксмо-пресс”, Москва, 2000, с. 463. 
3
 Yenə orada. s. 471, 891. 
4
 Yenə orada. s. 469. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə