Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə26/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   22   23   24   25   26   27   28   29   ...   76

 
101 
uçuruma aparan yanlış bir yolun ilkin başlanğıcını qoyur.  
Əleyhinə söylənmiş fikirlərdə belə öz fikirlərinin təsdiqini tap-
mağı bacaran A.Leontyev L.Vıqotskinin işarə ilə bağlı yalnız bir fik-
rinin, kommunakativlik fikrinin dil işarələri üçün məqbul olduğunu 
göstərir. A.Leontyev özü isə dil işarələrini stimul-vasitə adlandırır və 
göstərir ki, “stimul-vasitə və ya işarə real əşya obyekti olmamalıdır. 
Çünki nəticə etibarı ilə real obyekt də stimul-vasitə kimi çıxış etdikdə 
o, obyektin psixoloji ekvivalentini əks etdirir. Yəni fəaliyyət prose-
sində obyekt və  əşyanın bütün xüsusiyyətlərini deyil, yalnız bu 
fəaliyyətə uyğun ayrı-ayrı cəhətlərini əks etdirir”
1
.    
A.Leontyevin həm L.Vıqotski və istinad etdiyi digər tədqiqat-
çıların fikirlərinə münasibətdə, həm də “Nitq fəaliyyəti nəzəriyyə-
si”ni qurarkən məharətlə istifadə etdiyi bu yarıgerçək müddəalarını 
layiqincə dəyərləndirə bilmək üçün onun təkcə bu son fikrini diqqətlə 
analiz etmək kifayətdir.  
Əvvəla, A.Leontyev “real obyekt də stimul-vasitə kimi çıxış 
etdikdə, o, obyektin psixoloji ekvivalentini əks etdirir” deyərkən hansı 
psixoloji ekvivalentinəzərdə tutduğunu, bu psixoloji ekvivalentin 
söz və ya nitq olmasının mümkün olub-olmadığını nəzərdən keçirək. 
Təbii, bu psixoloji ekvivalent söz ola bilməz. Psixoloji ekvivalent, bi-
zim terminlərimizdən istifadə etsək, intellekt obrazı kimi başa 
düşülməlidir. Çünki fəaliyyət prosesində  “obyekt və  əşyanın bütün 
xüsusiyyətlərini deyil, yalnız bu fəaliyyətə uyğun ayrı-ayrı cəhətlərini 
əks etdirmək” qabiliyyəti məhz intellekt obrazına məxsusdur. “Söz” 
və ya “sözə çevrilmiş iş”in belə bir qabiliyyəti və ya imkanı yoxdur. 
Məsələn, sadəcə “ay” dedikdə gecələr göydə parlayan səma cisminin 
ümumi obrazından başqa bir şey xatırlamırıq. Əgər danışığın obyekti 
ayın üzərindəki ləkələrdirsə, mütləq şəkildə nitqimizdə ən azı “ay” və 
“ləkə” sözlərini, danışığın obyekti təqvim ayının əvvəlində, ortasında 
və ya sonunda ay planetinin müxtəlif forma və görüntülərə malik ol-
masıdırsa, o halda, mütləq şəkildə nitqimizdə ən azı “ay” və “görü-
nüş” sözlərini müxtəlif semantik və qrammatik əlaqələrlə yan-yana 
                                                 
1
 Леонтьев А.А. Слово в речевой деятельности. Москва, «Наука», 1965, с. 22-26. 
 
102
işlətməliyik. Ayrılıqda götürülmüş “ay” sözü müvafiq planetin bütün 
xüsusiyyətlərini canlandırmaq və ya əks etdirmək iqtidarında deyil. 
Belə bir xüsusiyyət yalnız intellekt obrazlarının birləşməsindən 
yaranan intellekt kodunda vardır.        
İkinci bir tərəfdən, “stimul-vasitə və ya işarə real əşya obyekti 
olmamalıdır”sa və müstəqil gerçəklik elementi kimi kommunikant 
tərəfindən dərk olunmursa, o halda ayrı-ayrı söz formaları arasından 
düzgün olanının necə seçilməsi, məsələn, “ata” sözünün “aat”, “taa”, 
“aata”, “ataa” və ya “atta” şəklində deyil, məhz “ata” şəklində 
deyilməli və ya yazılmalı olduğunu necə müəyyən etdiyimiz bir 
müəmmadır.  
“Nitq fəaliyyəti nəzəriyyəsi” tərəfdarlarının bütün iddialarına 
baxmayaraq, qeyd etmək lazımdır ki, obyektiv aləmdə mövcud olan 
bütün  əşya, varlıq və hadisələr qədər hər bir söz də müstəqil 
gerçəklik elementidir və bütün digər gerçəklik elemetləri kimi onlar 
da intellekt obrazlarına transformasiya olunaraq dərk edilirlər.  
Bu qənaət “Nitq fəaliyyəti nəzəriyyəsi”nin yanlış bazis üzərin-
də qurulduğunu və yanlış bünövrə üzərində qurulan hər bir nəzəriyyə 
kimi, nəticə etibarı ilə onun da uğursuzluğa məhkum olduğunu söylə-
mək üçün kifayətdir. 
§2.4.1.3. Bu mövqedən yanaşdıqda informasiyanı kompüterin 
yaddaşına daxil edərkən müşahidə olunan ara kodlaşdırma və ya ara-
lıq proseslərin mövcudluğunu insani dərketmə və təfəkkür prosesində 
axtaran N.Xomskini belə bir bənzətmə və ya analogiyaya görə “Nitq 
fəaliyyəti nəzəriyyəsi” tərəfdarlarının nə üçün ağır tənqidlərə məruz 
qoyduğunun əsl səbəbi də aydın olur.  
Belə ki, “Nitq fəaliyyəti nəzəriyyəsi” tərəfdarları insani dərk-
etmə və təfəkkür proseslərində ara kod və ya aralıq proseslərin möv-
cudluğunu heç bir halda qəbul edə bilməzdilər.  Əks halda, onlar 
dərketmə və təfəkkür proseslərini söz və ya nitq əsasında şərh edə və 
psixoloji fəaliyyət nəzəriyyəsinin dilə  tətbiqini də,təbii ki, heç bir 
vəchlə “Nitq fəaliyyəti nəzəriyyəsi” adlandıra bilməzdilər. Çünki, 
əslində, psixoloji proses və ya fəaliyyət söz, nitq vasitəsilə deyil, 


 
103 
intellekt obrazı ilə baş verdiyinə görə  məlum nəzəriyyəyə “Nitq 
fəaliyyəti nəzəriyyəsi” yox, “İntellekt obrazı nəzəriyyəsi” və ya başqa 
bir ad vermək lazım gələrdi. 
Artıq qeyd edildiyi kimi, mahiyyət etibarı ilə gerçəklik ele-
menti kimi dərk olunan bütün dil struktur vahidləri və onlardan biri 
olan söz dərketmə vahidi yox, dərk olunan vahiddir. Başqa sözlə 
desək, “söz” real obyektin dil güzgüsündəki əksi, şərti işarəsi olsa da, 
istənilən halda dərketmə baxımından müstəqil intellekt obrazının 
köməyi ilə dərk olunan gerçəklik elementidir.  
Bu qısa şərhlərdən də göründüyü kimi, söz, nitq və hətta dilin 
özü belə varlığını “Nitq fəaliyyəti nəzəriyyəsi” tərəfdarlarının israrla 
inkar etdiyi aralıq proses və ya ara kodları
1
, irəlidə də görəcəyimiz 
kimi, kod funksiyalı transformativ vasitələrdir.     
Burada bilərəkdən şərhlərimizin qavranılması və başa düşül-
məsi daha asan olsun deyə yalnız vizual, vokal, friktual, tastual, atta-
ral təmasda olduğumuz, yəni birbaşa hiss orqanlarımız vasitəsilə var-
lığnı qəbul etdiyimiz real obyekt, əşya və hadisələrin intellekt obraz-
larının yaranması haqqında danışdıq. Başvermə prinsipi, üsul və 
qaydaları daha mürəkkəb olan sinktual dərketmə, onun mərhələ, akt 
və fazaları, belə dərketmə nəticəsində yaranan intellekt obrazları haq-
qında isə daha sonra danışacağıq.   
Tədqiqatın bu mərhələsi üçün heç bir prinsipial əhəmiyyət 
daşımasa belə, sadəcə “Nitq fəaliyyəti nəzəriyyəsi” tərəfdarlarının 
yanlış yolda olduğunu bir daha sübut edən əyani bir fakt kimi onu da 
qeyd edək ki, dağ gəzintisi ilə bağlı dərk edilən, meşə, ağaclar, musi-
qi, giləmeyvə, quşlar, böcəklər və s. ilə bağlı dərketmənin bu faza-
sında bizim söz, nitq və ya dilə ehtiyacımız olmadı.  
Doğrudur, bəzən dərk olunan mənzərə, musiqi və ya meyvə 
ilə bağlı nə isə deyir və ya düşünürük, məsələn, “nə gözəl mənzərə-
dir, musiqidir, meyvədir..., filan şeyi xatırladır” və s. Amma bu deyi-
lən və ya düşünülənlərin həmin gerçəklik elementlərinin intellekt 
obrazlarına transformasiyası  və  qəbul edilməsi ilə heç bir əlaqəsi 
                                                 
1
 Əsgərov M.B. Gerçəklik elementinin intellekt obrazları // Tədqiqlər, Bakı, 2003, N 4, s. 40.   
 
104
yoxdur. O sözlər olsa da, olmasa da dərketmə aktının birinci fazası 
olan informasiyanın qəbulu prosesi öz axarı ilə gedəcəkdir
1

§2.4.2.  İkinci faza. Biz dağ  gəzintisi zamanı gördüyümüz 
ecazkar mənzərəni, bənzərsiz musiqini və bu cənnət bağında yediyi-
miz dadlı, ətirli, yumşaq giləmeyvələri yadımızda saxlayır, bəlkə də 
ömrümüzün sonuna qədər unutmuruq.  
Dərketmə prosesinin ikinci fazası hesab olunan və yadda 
saxlama fazası adlanan bu mərhələdə beynimizdə haqqında danışılan 
dağ gəzintisi ilə bağlı minlərlə intellekt obrazı yaranır, öz aralarında 
birləşərək vahid bir intellekt kodları silsiləsinə çevrilir və baş beyni-
mizin müəyyən hissəsində mühafizə olunur.  
Beləliklə, dərketmənin ikinci fazası  və ya birinci yarımaktı 
başa çatır. 
§2.4.2.1.  Dərketmənin ilk baxışdan çox sadə görünən ikinci 
fazasında və bütövlükdə birinci yarımaktında beynimizdə hansı psi-
xoloji proseslərin baş verdiyini bir qədər təfərrüatlı şəkildə aydınlaş-
dırmağa çalışacağıq. 
Yuxarıda gerçəklik elementi və intellekt obrazları haqqında 
danışarkən qeyd etmişdik ki, dərketmə baxımından insanın istənilən 
formada təmasda olduğu bütün ətraf aləm yalnız gerçəklik element-
lərindən ibarətdir. Real və ya irreal olmasından asılı olmayaraq, ətraf 
aləmin bütün vahid və elementləri, eləcə də bu vahid və elementlərə 
aid olan real və irreal əlamət və keyfiyyətlərin, bu vahid və element-
lərə aid olub həqiqətən baş verən və ya baş verdiyi güman, təsəvvür, 
ehtimal edilən hərəkətlərin hər biri müstəqil gerçəklik elementləridir. 
Bütün bu gerçəklik elementləri insanın beyin aparatı tərəfindən eyni 
qayda ilə, yəni intellekt obrazlarına çevrilərək qəbul edilir.      
Məsələn, Qubada dağ  gəzintisi zamanı  təmasda olduğumuz 
meyvə ilə bağlı beynimizdə yaranan intellekt obrazlarını fikrən xatır-
lamağa çalışaq. 
a. Vizual təmasın nəticələri (görünüşü ilə bağlı): ümumi görü-
                                                 
1
 Əslində, bu deyilənlər “Nitq fəaliyyəti nəzəriyyəsi” tərəfdarlarının, eləcə  də  dərketmə  və 
təfəkkür vahidinin “söz” olduğunu iddia edənlərin mövqeyinə vurulan sarsıdıcı zərbədir. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə