Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə27/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   23   24   25   26   27   28   29   30   ...   76

 
105 
nüşü deformasiyalı kürə  şəklindədir, ümumi rəngi tünd qırmızıdır, 
gövdə kiçik kürəciklərin birləşməsindən yaranıb, hər kiçik kürənin 
üstündə tünd rəngli xırda nöqtələr, nöqtələrin ortasında tikanvari 
nazik tükcüklər var, şirəsi əldə qırmızı ləkələr yaradır, adi su ilə yu-
duqda bu ləkələr, demək olar ki, yox olur;  
b. Friktual təmasın nəticələri(toxunma ilə bağlı): ümumi göv-
dəsi yumşaqdır, diş altında əzildikdə içindən maye çıxır, kiçik kürə-
ciklərin içində diş altında xırçıldayan xırda toxumcuqlar var; tikanva-
ri nazik tükcükləri dodaq və dili yüngülcə dalayır,  şirəsi  əldə  və 
dodaqlarda zəif yapışqanlıq yaradır, adi su ilə yuduqda yapışqanlıq 
yox olur; 
c. Tastual təmasın nəticələri (dadbilmə ilə bağlı): ümumi dadı 
şirindir, çox çeynədikdə müəyyən turşluq, diş altında  əzilən xırda 
toxumcuqlarında zəif yağ dadı hiss olunur;  
d.  Attaral təmasın nəticələri (qoxubilmə ilə bağlı): spesifik 
qalıcı (təxminən 1 saat) qoxusu var, adi su ilə yuduqda bu qoxu yox 
olmur və s. 
Göründüyü kimi, burada vizual, friktual, tastual, attaral təmas 
nəticəsində yaranan intellekt obrazlarının yalnız sözlə ifadəsi müm-
kün olan bir qismi sadalanmışdır. Burada təmasda olduğumuz mey-
vənin dağ moruğu olduğunu başa düşdünüz və yəqinliklə deyə bilər-
siniz ki, bu meyvə ilə bağlı yaranan intellekt obrazları yalnız bu sada-
lananlardan ibarət deyil. Təbii ki, həmin meyvə ilə bağlı yaranan 
daha bir sıra xüsusiyyəti yuxarıdakı sıralara əlavə edə bilərsiniz. 
Bir cəhətə  də diqqət yetirmək lazımdır ki,həmin meyvə ilə 
bağlı sözlə ifadə olunmuş xüsusiyyətlər bu xüsusiyyətlərin real intel-
lekt obrazları ilə müqayisədə daha zəif və solğundur. Yəni birbaşa 
vizual, friktual, tastual, attaral təmas nəticəsində yaranan intellekt 
obrazları daha canlı və gerçəyə daha yaxındır. 
§2.4.2.2. Yaz yağışından sonra səmanı bəzəyən göy qurşağını 
hamımız görmüşük və onu da bilirik ki, istənilən dildə mövcud olan 
7 və ya 12 rəng adı onun təsviri üçün kifayət edə bilməz. Yəni həmin 
rəng adlarının istənilən ardıcıllıqla və ən böyük sənətkarlıqla sıralan-
 
106
ması belə, heç bir halda göy qurşağındakı əsrarəngiz gözəlliyin real 
təsvirinə kifayət edə bilməz. Təbii ki,göy qurşağının yaddaşımıza 
həkk olunmuş obrazının təsviri üçün də bu sözlər kifayət deyil.  
Göy qurşağının rəng keçidlərindəki bütün çalarları sözlə ifadə 
edə biləcək bir dil və ya nitq mövcud deyil. Təbiətdə göy qurşağını 
bircə dəfə də olsun görən və daltonik olmayan hər bir insan həmin 
rəng keçidlərini sözlə ifadə edə bilməsə  də, yadına salıb gözləri 
önündə canlandıra, xatırlaya bilər. Bu deyilənlər onu sübut edir ki, 
gerçəklik elementini insan beynində əks etdirən “Nitq fəaliyyəti nə-
zəriyyəsi” tərəfdarlarının iddia etdiyi kimi söz va ya nitq yox, 
intellekt obrazıdır. Əksetdirmə imkanları baxımından intellekt obrazı 
sözdən daha tutumlu və dəqiqdir.  
Söz və onun əks etdirmək, təsvir etmək imkanları ilə bağlı 
professor K.Abdullayev yazır: “Söz, əslində, real həyatda gedən 
prosesin ümumiləşdirilmiş adıdır… Həyat zəngindir, əlbəttə ki, söz o 
zənginliyi əks etdirə bilməz. Həyat sonsuzluq qədərincə rəngarəng-
dir, söz isə sonsuz deyil… Həyat rəngli televizordur, söz isə ağ-qara. 
Həyat mütləqdir, söz təhrif edir…”
1

Söz də təsvir etmək və ya əks etdirmək qabiliyyətinə malikdir. 
Amma göy qurşağı nümunəsində  də gördüyümüz kimi, əvvəla, 
tutum və dəqiqlik baxımından söz intellekt obrazı ilə müqayisə oluna 
bilməz.  İkinci tərəfdən,  söz birbaşa gerçəklik elementinin özünü 
deyil, onun intellekt obrazı  şəklində  dərk olunmuş xüsusiyyətlərini 
təsvir və əks etdirən yardımçı vasitədir və bu haqda irəlidə daha təfər-
rüatlı şəkildə danışacağıq.  
§2.4.2.3. Təmasda olduğumuz bütün gerçəklik elementləri ilə 
bağlı, eləcə  də yuxarıda haqqında danışılan dağ  gəzintisi ilə bağlı 
beynimizdə minlərlə intellekt obrazı yaranır. Yəni bütöv təbiət mən-
zərəsi dağlar,ağaclar, səma, bulaq, quşlar və s., eşitdiyimiz çoxsaylı 
musiqi notları, davam edən və  kəsilən səs axarı  və  s.  bu  kimi 
vahidlərdən ibarətdir. Dərketmə prosesinin birinci fazasında beyni-
mizdə o vahidlərin hər birinə ekvivalent olan ayrı-ayrı intellekt obraz-
                                                 
1
 Abdullayev K. Dilçiliyə səyahət. Dilçi olmayanlar üçün dilçilik. Bakı, 2010, s. 136-137. 


 
107 
 
Quba 
gəzintisi 
Vizual 
təmas 
Tastual 
təmas 
Attaral 
təmas
Friktual 
təmas 
ları yaranır.  İkinci fazada bu obrazlar beyin aparatının yardımı ilə 
intellekt kodu və ya kodları silsiləsi şəklində birləşərək yaddaşımıza 
həkk olunur.  
Nəzərə alaq ki, konkret bir gerçəklik elementinə ekvivalent 
olan intellekt obrazından fərqli olaraq, intellekt kodu silsiləsi yönü və 
məqsədi baxımından şəhərdəki çoxmənzilli binalardan ibarət mürək-
kəb sistemi və ya həmin sistemlərin birləşməsindən  əmələ  gələn 
meqapolis sxemini xatırladır. Belə ki, çoxmənzilli bina, bir tərəfdən 
müxtəlif dil, din, irq, peşə və sənət sahiblərinin yaşadığı binalardan 
biri kimi, digər tərəfdən də, konkret qrupların (məsələn, rusların, 
xristianların və ya hərbi qulluqçuların) yaşadığı çoxsaylı binalardan 
biri kimi meqapolisdəki çoxmənzilli binalar sistemində  nəzərdən 
keçirilə bilər. Yəni hər bir intellekt kodu silsiləsinə bir tərəfdən kon-
kret bir hadisə ilə bağlı (məsələn, Qubada dağ  gəzintisi), eləcə  də 
həmin koda daxil olan ayrı-ayrı elementlərlə bağlı (məsələn, dağ 
gəzintisi, mənzərə, musiqi, dad, qoxu və s.) müraciət oluna bilər.  
Başqa sözlə desək, kodların yaranması  və onlara istinad 
məsələsində fərdilik və ortaq cəhətlilik prinsipləri nəzərə alınmalıdır. 
Yəni konkret olaraq haqqında danışılan dağ gəzintisi ilə bağlı yara-
nan kod bir tərəfdən müstəqil “Quba gəzintisi” kodu kimi formalaşır. 
Digər tərəfdən isə həmin kodun bir qismi digər “Vizual təmas kod-
ları” ilə, bir qismi digər “Friktual təmas kodları” ilə, bir qismi digər 
Tastual təmas kodları” ilə, bir qismi digər “Attaral təmas kodları” 
ilə birləşərək ən böyük meqa-
polis sxemlərindən daha mü-
rəkkəb sistemlər yaradır. 
“Quba gəzintisi” kodlar 
silsiləsinin qeyd edilən digər 
dörd intellekt kodu ilə birləş-
məsindən yaranan sisteminin 
sadələşdirilmiş sxemini Eyler 
dairələrinin köməyi ilə belə 
təsvir etmək mümkündür.  
 
108
Kod birləşmələrinin  əmələ  gətirdiyi sistemin mürəkkəbliyini 
tam olaraq təsəvvür edə bilmək üçün bir faktı da nəzərə alaq ki, in-
tellekt kodları heç də bu sxemdə göstərildiyi kimi stabil dairə for-
masına malik deyil və onların əmələ gətirdiyi sistem mütləq həmin 
dairələrin kəsişməsi formasında təzahür etmir.  
Böyük ehtimalla intellekt kodlarının əmələ gətirdiyi birləşmə-
lər sisteminin real mənzərəsini təsəvvür edə bilmək üçün ilk növbədə 
fəza müstəvisindən və təbii ki, mürəkkəb xarici görünüşə malik fəza 
fiqurlarından qarışıq şəkildə istifadə etmək daha doğru olardı. Çünki 
intellekt kodlarının birləşməsindən yaranan sistem, ən mürəkkəb sis-
tem anlayışı ilə bağlı bizim təxəyyül gücümüzün təsəvvür edə biləcə-
yi ən çoxşaxəli və qarışıq sxemlərdən dəfələrlə mürəkkəbdir.  
Yenə də analogiya prinsipindən istifadə edərək belə deyə bilə-
rik ki, intellekt obrazları  və kodlarının birləşməsi nəticəsində insan 
beynində yaranan dərketmə və təfəkkür sistemi bütün serverləri, sayt-
ları və protokolları nəzərə alınmaqla vahid dünya internet sisteminə 
bənzəyir. Amma bu sistem dünya internet sistemindən də dəfələrlə 
mürəkkəb və  zəngindir, istifadə imkanları baxımından isə, ondan 
dəfələrlə effektiv, sürətli və asan idarə olunandır.      
§2.4.2.4.  Dərketmə aktının ikinci fazasının və ya birinci 
yarımaktının analizinin nəticələrinə əsaslanaraq belə deyə bilərik ki, 
insanın beyin aparatı tərəfindən təmasda olduğu bütün gerçəklik ele-
mentlərinə ekvivalent olan intellekt obrazları yaradılır və yadda 
saxlama məhz intellekt obrazları vasitəsilə həyata keçirilir.  
Qeyd edək ki, haqqında danışılan gerçəklik elementləri ilə 
bağlı yaranan intellekt obrazlarının yadda saxlanılması fazasında da 
dilə heç bir ehtiyac duyulmur. Əks halda, söz qarşılığı olmayan ger-
çəklik elementlərinin dərk olunaraq yadda saxlanılması mümkün 
olmazdı.  
Doğrudan da, əgər dərketmə və təfəkkür vahidi “Nitq fəaliy-
yəti nəzəriyyəsi” tərəfdarlarının iddia etdiyi kimi söz və ya nitq olsay-
dı, o halda necə adlandığı məlum olmayan əşya, varlıq və hadisələri 
dərk edə bilməzdik, gözümüzlə gördüyümüz, əlimizlə toxunduğu-


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə