Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə29/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   25   26   27   28   29   30   31   32   ...   76

 
113 
dəmir masa, alçaq masa, hündür masa və s. kimi çox sayda vizual 
obrazların, “getmək” sözü atla, piyada, maşınla, sürünərək, qaçaraq 
getmək və s. kimi bir neçə getmək obrazının kodudur. Yəni hər bir 
sözün arxasında ən azı həmin sözlərin öz sayı qədər, əksər hallarda 
isə daha çox sayda gerçəklik elementinə ekvivalent olan müxtəlif 
obrazlar dayanır.  
§2.5.2.  Sinktual dərketmənin digər üsullara nisbətən daha 
məhsuldar olması haqqında yaranan yanlış təsəvvürün səbəblərindən 
biri də odur ki, bəzən yazılı (vizual-vokal) və  şifahi (vokal) nitqin 
vasitə kimi istifadə olunması yolu ilə baş verən müxtəlif təfəkkür 
prosesləri sinktual dərketmə kimi qəbul edilir.  
Biz hər hansı bir ədəbiyyatı oxuyarkən və ya mühazirə dinlə-
yərkən yalnız hazır məlumatı qəbul edirik, kodlaşdırırıq və yaddaşı-
mızda mühafizə edirik. Doğrudur, bəzi yazılı və şifahi məlumatların 
qəbulu zamanı düşünmək lazım gəlir və bu, adətən, yazanla oxuyan 
və ya danışanla dinləyən arasında səviyyə fərqinin olması, şifahi və 
yazılı mətn formalaşdırılarkən bu fərqin nəzərə alınmaması nəticəsin-
də əmələ gəlir. Amma istənilən halda, bu təfəkkür proseslərini sink-
tual dərketmə hesab etmək olmaz.  
Müxtəlif elm sahələrində elə ilk oxunuş və ya ilk tanışlıqdan 
anlaya bilmədiyimiz bir çox çətin qanun, teorem və düsturlar vardır. 
Bəzən onları yaddaşımıza həkk edə bilmək üçün saatlarla, günlərlə 
düşünür, müxtəlif yol və üsullardan istifadə edirik. Bu səbəbdən bizə 
elə gəlir ki, bu təfəkkür prosesləri məhz sinktual dərketmədir. 
Məsələn, “Elementlərin dövrü sistemi” və “Atomun parçalan-
ması reaksiyası”nı anlamaq üçün biz xeyli düşünməli oluruq. Amma 
“Cazibə qanunu”nu bir dəfə oxuyuruq və uzun düşünməyə ehtiyac 
duymadan dərhal anlayırıq. Bu səbəbdən bizə elə gəlir ki, “Element-
lərin dövrü sistemi”ni və “Atomun parçalanması reaksiyası”nı düşün-
mə yolu ilə (sinktual olaraq), “Cazibə qanunu”nu isə sadəcə oxu-
maqla (vizual-vokal şəkildə) dərk edirik. Belə bir qənaətə  gəlmək, 
təbii ki, yanlışdır. Onları anlamaq üçün aylarla düşünmək lazım gəlsə 
belə, artıq kəşf olunmuş, elm aləminə məlum olan ən çətin qanun-
 
114
ların mənimsənilməsi də vizual-vokal dərketmə üsulu ilə baş verir. 
§2.5.3. Sinktual dərketmə məlumatların sadəcə qəbulu, qrup-
laşdırılıb yerləşdirilməsi, bölüşdürülməsi və s. deyildir. Sinktual dərk-
etmənin nəticəsi yalnız novatorluq, səmərəli təklif, elmi yenilik, kəşf 
və ya ixtira ola bilər. Onun böyüklüyünün, kiçikliyinin, qəbul edilib 
yadda saxlanılmasının asanlıq və ya çətinliyinin isə mətləbə heç bir 
dəxli yoxdur.   
Qoyulan çoxsaylı eksperimentlərdən alınan nəticələr və statis-
tik hesablamalar belə deməyə əsas verir ki, insanın dərketmə və tə-
fəkkür proseslərinin 86 faizə  qədəri vizual və vokal dərketmənin
qalan 14 faizdən bir qədər çoxu sinktual, friktual, tastual, attaral və s. 
dərketmə növlərinin payına düşür. Qeyd olunan 14 faizdən friktual, 
tastual, attaral və s. üsullarla dərketmənin payına düşən miqdarlar 
çıxılarsa, o halda sinktual dərketmənin payının nə  qədər azaldığını 
görə bilərik. Sinktual dərketmənin payı fiziki əməklə  məşğul olan 
insanlarda təxminən 3-5%, zehni əməklə məşğul olanlarda təxminən 
4-7%, fenomenal düşünmə qabiliyyətinə, fitri istedada malik insan-
larda isə təxminən 7-10%-ə qədərdir. Sonuncularda dərketmə növlə-
rinin pay nisbəti digərlərindən fərqlənir. Onlarda vizual və vokal 
dərketmənin payı təxminən 82 faizə qədər, sinktual, friktual, tastual, 
attaral və s. dərketmələrin ümumi payı isə təxminən 18 faiz olur. 
Anadangəlmə və sonradan qazanılan anomal, həmçinin feno-
menal faktorlar dərketmə növləri ilə bağlı qeyd edilən faiz nisbətləri-
nə əsaslı şəkildə təsir göstərir. Məsələn, korluq anadangəlmə olduq-
da, vizual dərketmə  sıfıra bərabər hesab olunur. Sonradan yaranan 
korluq zamanı isə orta insan ömrünün 70 yaşa bərabər götürülməsi 
şərti ilə vizual dərketmə imkanın hər 10 yaş üçün 8%-nin itirilmiş 
olduğu təxmin edilir və(70-X):10x8 düsturu ilə hesablanır, yəni 20, 
30, 50 yaşında kor olan insanlarda vizual dərketmə imkanı müvafiq 
olaraq 40, 32, 16 faiz itirilmiş hesab edilir:  
(70-20):10x8 = 40 
(70-30):10x8 = 32 
(70-50):10x8 = 16  


 
115 
İnsanın bir dərketmə növündə hər hansı səbəbdən itirilən im-
kanı başqa bir dərketmə növündə qismən əvəzlənsə də (məsələn, kor-
larda vokal, friktual, tastual, attaral dərketmə aktivləşir), bunu adek-
vat əvəzlənmə hesab etmək, əlbəttə ki, sadəlövhlük olardı. Nə qədər 
acı da olsa, etiraf etmək lazımdır ki, itirilən heç bir dərketmə imkanı-
nın başqa dərketmə növləri hesabına tam adekvat əvəzlənməsi müm-
kün deyil. Ən məhsuldar dərketmə növü olan vizual və vokal dərk-
etmə imkanlarının itirilməsi, yəni karlıq və korluq ümumi idrak 
qabiliyyətinin 60%-ə  qədər, sinktual dərketmə imkanının 40-50%  
azalmasına səbəb olur.    
 §2.5.4. Vizual və vokal dərketmə təsviri xarakter daşıyır, yəni 
obyektiv gerçəklik elementi qəbul olunur, intellekt koduna çevrilir və 
mühafizə olunur. Əslində, sinktual dərketmədən başqa bütün digər 
dərketmə növləri bu qaydada baş verir və onların qəbul yarımaktı bu 
iki faza ilə başa çatmış olur. Növbəti iki faza isə mövcud məlumatın 
verilməsi və ya praktik tətbiqi fazasıdır.  
İnsan bu günə qədər bizə məlum olan canlılardan bir cəhəti ilə 
fərqlənir: o, yaradıcı  şəkildə düşünmə  və ya başqa sözlə desək, 
sinktual dərketmə qabiliyyətinə malikdir. Sinktual dərketmə bir neçə 
dərketmə tipinin sintezindən yaranmış mürəkkəb və çoxtərəfli dərk-
etmə üsuludur.  
Sinktual dərketmənin “xammalı” artıq məlumat bazasında, yə-
ni baş beyində mövcud olan informasiyalar arasından seçilib götürü-
lür. Birbaşa dərketmə prosesinin başlanğıc mərhələsində  kənardan 
daxil olan məlumatlar da bu dərketmənin ilkin materialı rolunu 
oynaya bilər. Nəzərə almaq lazımdır ki, istənilən halda sinktual dərk-
etmə ikinci aktın 1-ci fazasında gerçəkləşir. Yəni sinktual dərketmə 
üçün lazım olan ilkin məlumat baş beyindən deyil, kənardan götürül-
dükdə, bu məlumat vizual, vokal və ya hər hansı digər bir  dərketmə 
üsulu ilə (sinktual dərketmədən başqa) qəbul yarımaktından (1-ci və 
2-ci fazalardan) keçərək baş beyinə daxil olur. Buna sinktual 
dərketmənin hazırlıq mərhələsinin birinci yarımaktı da deyə bilərik. 
İkinci yarımakt - sinktual dərketmənin ilkin materialının aktiv 
 
116
hala və ya aktiv yaddaşa gətirilməsidir. Birinci aktın ikinci 
yarımaktında sinktual dərketmənin ilkin materialı baş beyində 
mühafizə olunan məlumatlar arasından seçilib götürülür (xatırlanır). 
Baş beyində intellekt kodları şəklində mövcud olan bu məlumat aktiv 
yaddaşa gətirilməklə eyni anda beyin aparatının köməyi ilə gerçəklik 
elementinin real obrazlarına, sinktual dərketmənin icra olunacağı ob-
razlara çevrilir, yəni bu məlumatlar dərketmə prosesinin 3-cü və 4-cü 
fazalarından keçir.  
Burada bir məqamı xüsusi qeyd etmək lazımdır. İntellekt kod-
larının gerçəklik elementinin obrazına çevrilməsi müxtəlif şəkillərdə 
baş verə bilər. Yəni birinci fazada hər hansı bir gerçəklik elementi 
(əşya, varlıq) haqqında məlumatın mətn şəklində olmasına baxmaya-
raq, dördüncü fazada həmin məlumat haqqındakı intellekt kodu 
mətnə deyil, gerçəklik elementinin rəsm, sxem, riyazi məlumat və s. 
kimi obrazlarına çevrilə bilər. Eyni qayda ilə birinci fazada gerçəklik 
elementinin rəsm, riyazi məlumat, səs formasında olan obrazı dörd-
üncü fazada mətn kimi təqdim oluna bilər. Hətta birinci fazada 
gerçəklik elementinin riyazi məlumat formasında olan intellekt 
obrazının dördüncü fazada bir neçə obraz şəklində, məsələn, mətn, 
şəkil, düstur, diaqram və s. kimi təqdim olunması belə mümkündür 
ki, bu intellekt obrazının modullaşmasıdır. 
İntellekt obrazlarının modullaşmasının prinsipial əhəmiyyət 
kəsb edən bəzi cəhətlərini qeyd etməyi lazım bilirik.  
 
§ 2.6. Modullaşma 
 
İntellekt obrazının modullaşması - mövcud intellekt obrazının 
dərketmə prosesinin icra olunacağı obrazlara çevrilməsidir. Modul-
laşmanın iki başlıca növü vardır: transformativ modullaşma və repre-
zentativ modullaşma
Transformativ və reprezentativ modullaşma mahiyyət etibarı 
ilə dərketməyə yaxın proseslərdir və bu səbəbdən bəzən onlar yanlış-
lıqla dərketmənin, əksər halda da sinktual dərketmənin növü, bəzən 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə