Linguopsychology



Yüklə 0,54 Mb.

səhifə30/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
1   ...   26   27   28   29   30   31   32   33   ...   76

 
117 
də özü hesab edilir. Çox vaxt hər hansı bir riyazi qaydanın, yaxud 
kimyəvi formulun sözlə ifadəsi, məsələnin şərti əsasında riyazi tənlik 
qurulması, bədii  əsərlərdə  təbiət mənzərələrinin verilməsi, bədii 
əsərlərin motivləri əsasında karikatura, peyzaj, miniatürlərin çəkilmə-
si kimi beyin fəaliyyətləri eyniləşdirilir və “transformativ modullaş-
ma dərketmənin bir növüdür” kimi səhv qənaətə gəlinir.  
Nəzərə almaq lazımdır ki, bu sadalananlardan riyazi qaydanın 
və kimyəvi formulun sözlə ifadəsi, məsələnin  şərti  əsasında riyazi 
tənlik qurulması modullaşma, bədii  əsərlərdə  təbiət mənzərələrinin 
verilməsi, bədii  əsərlərin motivləri  əsasında karikatura, mənzərə  və 
miniatürlərin çəkilməsi isə sinktual dərketmənin təzahürləridir.  
Bu deyilənlərlə bağlı opponentlərimiz tərəfindən belə iradlar 
söylənə bilər ki, a) riyazi qaydanın, kimyəvi formulun sözlə ifadəsi 
və  bədii  əsərlərdə  təbiət mənzərələrinin verilməsi – gözlə görülən 
gerçəkliyin sözlə ifadəsidir; b) məsələnin şərti əsasında riyazi tənliyin 
qurulması, bədii  əsərlərin motivləri  əsasında karikatura, peyzaj, 
miniatürlərin çəkilməsi isə, sözlə ifadə olunmuş gerçəkliyin başqa 
növdən olan simvollarla ifadəsidir və bunları bir-birindən fərqləndir-
mək, ayrı-ayrı şeylər hesab etmək doğru deyil. 
Belə düşünən opponentlərimizə bunları demək istərdik: 
1) Riyazi qayda və kimyəvi formul sözlə ifadə edilərkən, eləcə 
də məsələnin şərti əsasında riyazi tənlik qurularkən insan tərəfindən 
yeni heç bir şey icad olunmur və ya yaradılmır. Sadəcə, baş beyində 
mövcud olan bir simvolik ifadə forması digər simvolik ifadə forması 
ilə əvəz edilir. Məsələn, (a+b)
2
 = a
2
 + b
2
 + 2ab şəklində olan riyazi 
düsturun sözlə ifadəsində deyilir: 
“İki hədd cəminin kvadratı  bərabərdir – birinci həddin 
kvadratı, üstəgəl ikinci həddin kvadratı, üstəgəl birinci həddin ikinci 
həddə hasilinin iki misli”
Göründüyü kimi, burada söhbət yalnız  əvəzlənmədən gedir. 
İstər bu düstur, istərsə də onun sözlə ifadə şəkli orta məktəbdə oxudu-
ğumuz illərdən bəri  əzbər  şəkildə yaddaşımıza həkk olunmuşdur. 
İstənilən insan tərəfindən onlardan hər hansı birinin təhrifə yol veril-
 
118
mədən düzgün şəkildə söylənməsi mahiyyət etibarı ilə heç nəyi də-
yişmir və eyni intellekt obrazını əks etdirir. 
2) Bədii  əsərlərdə  təbiət mənzərələri verilərkən və ya bədii 
əsərlərin motivləri əsasında karikatura, peyzaj, miniatürlər çəkilərkən 
bu prosesləri həyata keçirən insanlardan tam mənası ilə yaradıcı 
təxəyyül tələb olunur və məhz bu səbəbdən həmin fəaliyyətlər sink-
tual dərketmə, yəni düşünərək dərketmə adlandırılır.  İkinci bir 
tərəfdən stabil və dəyişməz təbiət mənzərəsi olmadığı kimi, eyni bir 
mənzərəni istər sözlə, istərsə də fırça ilə eyni şəkildə təsvir edən iki 
sənətkar da tapmaq mümkün deyil. 
Müqayisə üçün eyni bir mənzərənin və ya şəxsin eyni vaxtda, 
eyni bucaq altında, eyni tip 3 fotoaparatla çəkilmiş fotoşəkillərini, 
eləcə  də  həmin mənzərənin və ya şəxsin eyni vaxtda, eyni bucaq 
altında, eyni məktəbi bitirmiş eyni yaşlı 3 rəssam tərəfindən çəkilmiş 
rəsmlərini nəzərdən keçirək.  
Görürük ki, fotoaparatla çəkilmiş şəkillər arasında heç bir fərq 
yoxdur. Amma rəssamlar tərəfindən çəkilmiş hər 3 rəsm bir-birindən 
və fotoaparatla çəkilmiş  şəkillərdən fərqlənir. Çünki fotoaparat öz 
obyektivinin qarşısında olan bütün gerçəklik elementlərini həmin 
anda olduğu kimi əks etdirir. Amma rəssam fotoaparatdan fərqli 
olaraq, gerçəkliklə bağlı yalnız həmin anda görüb dərk etdiklərini 
deyil, ümumiyyətlə, indiyə  qədər analoji mənzərələrlə bağlı  fərdi 
qaydada dərk etmiş olduqlarını, yəni həmin anda haqqında danışılan 
mənzərənin malik olmadığı cizgi və  ştrixləri də  sırf özünə  məxsus 
olan bir tərzdə əsərinə daxil edir. Bu səbəbdən rəssamlar tərəfindən 
çəkilmiş rəsmlərin hamısı bir-birindən və eyni zamanda fotoaparatla 
çəkilmiş şəkillərdən fərqlənir. Bu prosesin sinktual dərketmə olduğu-
nu şərtləndirən başlıca amil də məhz analoji gerçəkliklərlə bağlı fərdi 
qaydada  dərk edilmiş  cəhətlərin  sırf özünə  məxsus  olan bir tərzdə 
ifadə edilməsidir.  Əgər gerçəklik elementi ilə bağlı  fərdi qaydada 
dərk edilmiş  cəhətlər və onların  sırf özünə  məxsus olan bir tərzdə 
tətbiqi olmasaydı, o halda bu proses sinktual dərketmə yox, transfor-
mativ modullaşma olardı.  


 
119 
Təbiət mənzərələrinin bədii şəkildə (sözlərlə) ifadəsi prosesin-
də  də analoji fərqlərin olduğu müşahidə edilir. Yəni heç bir şəxs 
həmin mənzərəni təsvir edərkən sözbəsöz digər şəxsləri təkrarlamır 
və bu mümkün də deyil.  
§2.6.1. Transformativ modullaşmanın və sinktual dərketmə-
nin tətbiqi ilə bağlı bir əyani nümunəyə baxaq: “Əvvəlcə zavodun 
giriş qapısından idarə binasına uzunluğu 300 metr olan yol, sonra isə 
bu yola perpendikulyar olmaqla idarə binasından istehsalat sexinə 
uzunluğu 400 metr olan ikinci bir yol çəkildi. İstehsalat binasından 
giriş qapısına çəkiləcək yolun uzunluğu nə qədər olacaq?” şəklində 
bir tapşırıq verilmişdir.  
Bu tapşırıq sinktual dərketmə metodu ilə həll olunacaqdır. 
Sinktual dərketməyə hazırlığın birinci yarımaktında tapşırığın 
verilmiş  şərti oxunaraq yadda saxlanılır, yəni həmin mətn vizual-
vokal dərketmə yolu ilə dərk olunaraq intellekt obrazlarına çevrilir və 
yaddaşa qeyd edilir.  
Sinktual dərketməyə hazırlığın ikinci yarımaktında aşa-
ğıdakılar baş verir:  
1) Məsələnin  şərti xatırlanılır, perpendikulyar xətlərin  əmələ 
gətirdiyi bucaq, tərəflərindən biri düz olan üçbucaq, ədədin kvadratı, 
kvadrat kökü, ilə bağlı  əvvəl dərk etdiklərimiz, eləcə  də Pifaqor 
teoreminin 
2
2
b
a
+
=c
2
 şəklində olan düsturu aktiv yaddaşa gətirilir 
(üçüncü faza); 
Burada haşiyə  çıxaraq qeyd etmək lazımdır ki, bəzən riyazi 
işarələr və onları ifadə edən terminlər sadəcə ekvivalent deyil, tam 
mənada bərabər vahidlər hesab olunur, yəni “+” işarəsi ilə “üstəgəl” 
termini,  “-” işarəsi ilə “çıx” termini,  “=” işarəsi ilə “bərabər” termini 
eyni  şey hesab edilir və belə bir arqument gətirilir ki, 2+2=4 də 
yazılsa, “iki üstəgəl iki bərabərdir dörd” də yazılsa, bunun həm 
oxunuşu, həm də ifadə etdiyi məna bir-birindən fərqlənmir. Ən azı 
bunu nəzərə almaq lazımdır ki, riyaziyyatda istifadə olunan işarə və 
əməliyyatlar heç bir dilə aid deyil, çünki onlar ümumiyyətlə dil 
vahidi deyil. Termin isə beynəlxalq olsa belə, istənilən halda hansısa 
 
120
bir dilə aiddir, çünki o, dil vahididir. Azərbaycan dilində  işlənən 
riyazi terminlərin, böyük bir qismi milli dilə məxsus imkanlar hesa-
bına formalaşmışdır
1
, bu səbəbdən yalnız Azərbaycan dilinə məxsus 
olan sözlərdir, məsələn, “kökaltı”, “düzbucaqlı”, “üstəgəl” və s.    
2) Tapşırığın yaddaşımızdakı şərti mətn və ya səs formasından 
digər formaya, yəni sinktual dərketmənin həyata keçiriləcəyi obrazlar 
formasına transformasiya olunur: beynimizdə giriş, idarə və sex bina-
ları üç nöqtə kimi, yollar isə bu nöqtələri birləşdirən xətlər kimi tə-
səvvür edilməklə tərəflərindən ikisi məlum, biri isə məlum olmayan 
düzbucaqlı üçbucaq obrazı yaranır. Məsələnin şərti yuxarıdakı bənd-
lərdə xatırlanan məlumatlar  əsasında 
2
2
400
300
+
=x
2
  tənliyinə 
transformasiya olunur və daha sonra bu tənlik sinktual dərketmə yolu 
ilə həll edilir (dördüncü faza).  
Buraya qədər deyilənlərdən göründüyü kimi, sinktual dərket-
məyə hazırlıq mərhələsi çərçivəsində tam bir vizual dərketmə aktı 
baş verdi. Bu aktın birinci fazasında gerçəklik elementi ilə bağlı 
məlumat qəbul edildi, ikinci fazada qəbul olunmuş məlumat intellekt 
obrazına və koduna çevrilərək yaddaşa qeyd edildi, üçüncü fazada 
həmin intellekt obrazı, eləcə  də onunla bağlı olan digər intellekt 
obrazları (və ya kodları) aktivləşdirilərək operativ yaddaşa gətirildi
dördüncü fazada gerçəklik elementi ilə bağlı məlumat aktiv yaddaşa 
gətirilmiş digər məlumatlarla birləşdirilərək sinktual dərketmənin 
həyata keçiriləcəyi obrazlar formasına transformasiya olundu.  
Bu deyilənlərə opponentlərimiz aşağıdakı iradları tuta bilər:  
Əvvəla, vizual dərketmənin birinci fazasında qəbul edilib ikin-
ci fazasında intellekt obrazına çevrilərək yaddaşa daxil edilən məlu-
matın, təxminən elə  həmin anda başlayan üçüncü fazada yenidən 
xatırlanaraq əsas yaddaşdan aktiv yaddaşa gətirilməsi və intellekt ob-
razının yenidən gerçəklik elementinə ekvivalent olan obrazlar şəklin-
də açılması inandırıcı deyil. Çünki insan beyni əməliyyat proseslərini 
                                                 
1
 Sadıqova S. Azərbaycan dilində fizika-riyaziyyat terminologiyasının formalaşması  və 
inkişafı. Bakı, “Elm”, 1997, 191 s. 




Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   76


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə