Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə31/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   27   28   29   30   31   32   33   34   ...   76

 
121 
proqramlaşdırılmış ardıcıllıqla icra edən maşın deyil. İnsan bütün fəa-
liyyətini ən optimal və məntiqi üsulla həll edən, hər bir fəaliyyəti ilə 
bağlı vaxtında və müstəqil şəkildə qərar verməyə qadir olan şüurlu 
varlıqdır.  
İkincisi, modullaşma və sinktual dərketmənin dördüncü fazası 
gerçəklik elementinin özünə aid olan,eləcə də, həmin məlumatla bu 
və ya digər  şəkildə bağlı olması  səbəbi ilə aktiv yaddaşa gətirilən 
digər məlumatların birləşməsindən yaranmış yeni obrazlara əsaslanır. 
Bu bənzərlik və ya eynilik modullaşma və sinktual dərketmənin 
fərqləndirilməsinə imkan vermir.  
Belə incəlikləri diqqətlə izləyən opponentlerimizin iradlarına 
elə  həmin ardıcıllıqla cavab verərək onların nəzərinə  aşağıdakıları 
çatdırmaq istərdik: 
1) İradda qeyd edildiyi kimi, insan beyni əməliyyat prosesləri-
ni proqramlaşdırılmış ardıcıllıqla icra edən maşın olmasa da, dərket-
mənin müvafiq fazaları  məhz qeyd edilən ardıcıllıqla cərəyan edir, 
yəni vizual dərketmənin birinci fazasında məlumat qəbul edilib ikinci 
fazasında intellekt obrazına çevrilərək yaddaşa daxil edilir. Üçüncü 
faza elə həmin anda baş versə belə, həmin intellekt obrazı yenidən 
xatırlanaraq əsas yaddaşdan aktiv yaddaşa gətirilir və yenidən intel-
lekt obrazı gerçəklik elementinə ekvivalent olan obrazlar şəklində 
açılır. Çünki dərketmənin birinci fazasında qəbul edilib ikinci faza-
sında intellekt obrazına çevrilərək yaddaşa daxil edilməyən məlumat 
–  şüurlu varlıq olan insan üçün “olmayan məlumat” deməkdir. 
Şüurunda “olmayan məlumat”la bağlı insanın hər hansı psixoloji 
əməliyyatı icra etməsi isə, təbii ki, mümkün deyil. Bundan əlavə, 
nəzərə almaq lazımdır ki, bəzən dərketmə prosesinin birinci və ikinci 
yarımaktları arasında illərlə fasilə olur və əgər vizual məlumat dərk-
etmənin birinci fazasında qəbul edilib, ikinci fazada intellekt obrazına 
çevrilərək yaddaşa daxil edilməsə, üçüncü fazada həmin intellekt 
obrazını yenidən xatırlamaq mümkün olmazdı və dərketmə prosesi 
yarıda qırılardı.  
2) Doğrudur, modullaşma və sinktual dərketmənin reallaşması 
 
122
prosesi, əvvəldə də qeyd etdiyimiz kimi, müəyyən cəhətləri ilə bir-
birinə  bənzəyir. Buna baxmayaraq, modullaşma zamanı mövcud 
intellekt kodu və ya obrazı gerçəklik elementi ilə bağlı ilkin daxil 
edilən məlumat formasına deyil, başqa tip məlumat formasına çevril-
sə də, mahiyyət etibarı ilə eyni gerçəklik elementini əks etdirən və 
eyni intellekt koduna daxil olan eyni intellekt obrazı olaraq qalır. 
Sinktual dərketmə zamanı isə, gerçəklik elementi ilə bağlı daxil 
edilən ilkin məlumatın yalnız forması  dəyişmir, bununla eyni 
zamanda tamamilə fərqli gerçəklik elementi və onu əks etdirən yeni 
intellekt obrazı və ya kodu da yaranır.  
Sinktual dərketməyə hazırlıq mərhələsi başa çatdıqdan sonra 
sinktual dərketmə aktı başlanır: 
Sinktual dərketmənin birinci yarımaktında həmin tənlik həll 
olunur və nəticə yadda saxlanılır:   
2
2
400
300
+
=x
2
 
x
2
=
160000
90000
+
 
x
2
= 250000  
x=500 
İkinci yarımaktda əldə edilmiş nəticə beyin aparatının köməyi 
ilə mətn formasına transformasiya olunur və tapşırığın cavabı mətn 
formasında verilir: “CAVAB: İstehsalat binasından giriş qapısına çə-
kiləcək yolun uzunluğu 500 metr olacaqdır”. Bununla sinktual dərk-
etmə prosesi və tapşırığın həlli başa çatır. 
Göründüyü kimi, sinktual dərketməyə hazırlıq mərhələsinin 
ikinci yarımaktında və sinktual dərketmənin ikinci yarımaktında 
transformativ modullaşmadan istifadə olunmuşdur. Transformativ 
modullaşmaya sinktual dərketmə prosesində tez-tez rast gəlindiyinə 
görə, başqa sözlə desək, sinktual dərketmənin hazırlıq mərhələsində 
bir qayda olaraq modullaşmadan istifadə edildiyinə görə transfor-
mativ modullaşmaya aid nümunəni bu dərketmə üsulu ilə bağlı 
verdik. Amma bu, digər dərketmə üsullarında modullaşmadan istifa-
də olunmaması kimi başa düşülməməlidir.  


 
123 
§2.6.2. Reprezentativ modullaşma isə dərk edilmiş gerçəklik 
elementinin və onun intellekt obrazının müvəqqəti (okkazional) ola-
raq yeni mahiyyətdə təqdim edilməsi və ya ona yeni situativ mənalar 
verilməsidir.  
Belə bir nümunəyə baxaq:  
“İnstitutda ağır bir şkafın yerini dəyişmək lazımdır. Onu 
yerindən qaldıracaq qədər fiziki qüvvə, eləcə  də xüsusi alət və ya 
vasitə yoxdur. Hamı çox düşünür və nəhayət, təsərrüfat işləri müdiri 
3 ədəd qısa dəmir boru gətirir. Bəziləri onlardan ling kimi, bəziləri 
xərək qolu kimi istifadə etməyi təklif edir. Amma bu təkliflər heç bir 
nəticə vermir. Təsərrüfat işləri müdiri bunlardan təkər kimi istifadə 
etməyi məsləhət görür. Boruları təkər kimi şkafın altına qoyub onu 
asanlıqla lazımi yerə aparırlar.  
Bir həftə sonra su borusu partlayır. Təmir ustası çağırırlar. 
Direktor təsərrüfat işləri müdirinə deyir ki, o günkü “təkər”ləri gətir, 
ustaya ver, su xəttini təmir etsin. Usta təkərlə su xəttinin necə təmir 
olunacağına çox təəccüblənir”. 
Bu nümunədə verilən boru gerçəklik elementi kimi müvafiq 
intellekt obrazı ilə hamı tərəfindən dərk olunmuşdur (vizual dərket-
mə). Amma həmin boru təkər kimi müvəqqəti olaraq yalnız institut 
əməkdaşları tərəfindən qəbul olunmuşdur. Şkafın daşınması hadisəsi 
yaddan çıxdıqdan sonra, şübhəsiz ki, borunu təkər kimi nə direktor, 
nə də təsərrüfat müdiri xatırlayacaqdır. Okkazional olaraq yaranan bu 
kimi vəziyyətlər reprezentativ modullaşmaya nümunə ola bilər. 
Deməli, transformativ modullaşmadan fərqli olaraq reprezen-
tativ modullaşmada təkcə intellekt obrazının yeni forması deyil, həm 
yeni gerçəklik elementi (daha doğrusu, yeni keyfiyyətdə  təqdim 
olunan əvvəlki gerçəklik elementi), həm də ona paralel olaraq yeni 
intellekt obrazı yaranır. Amma istər bu gerçəklik elementi, istərsə də 
onun intellekt obrazı  dərketmə prosesində yaranmış bir dəfəlik 
ehtiyacı ödəmək məqsədi daşıyır. Bu ehtiyac ödəndikdən sonra ok-
kazional  şəkildə yaranmış olan gerçəklik elementi də (təkər kimi 
təqdim olunan boru), onun intellekt obrazı da yox olur (unudulur). 
 
124
Bunu da qeyd edək ki, bəzən okkazional şəkildə yaranmış gerçəklik 
elementi və onun intellekt obrazı da həyata daimi vəsiqə alır.  
Məhz bu cəhət, mahiyyət etibarı ilə reprezentativ modullaş-
manın sinktual dərketməyə daha yaxın olduğunu və nadir hallarda da 
olsa, reprezentativ modullaşmanın sinktual dərketməyə çevrilə bildi-
yini göstərən bir faktordur.    
§2.6.3. Sinktual dərketmə zamanı modullaşmış obraz gerçək-
lik elementinə və təfəkkür subyektinə uyğun olmalıdır. 
Modullaşmış obrazın gerçəklik elementinə uyğunluğu – dedik-
də, üzərində sinktual dərketmə aktının icra olunduğu obrazın dərk 
edilməsi nəzərdə tutulan gerçəklik elementini həqiqi mənada  əks 
etdirməsi nəzərdə tutulur. Məsələn, gerçəklik elementi təbiət mənzə-
rəsidirsə, o halda üzərində sinktual dərketmə aktının icra olunduğu 
obraz, yəni modullaşmış obraz rəsm, mətn və ya bunların sintezi ola 
bilər, amma heç bir halda akustik səs
1
 ola bilməz. Çünki akustik səsin 
mənzərəni əks etdirməsi mümkün deyildir. 
Modullaşmış obrazın təfəkkür subyektinə uyğunluğu  dedikdə, 
üzərində sinktual dərketmə aktının icra olunduğu modullaşmış obra-
zın onu dərk etməyə çalışan subyektə tanış olması  nəzərdə tutulur. 
Məsələn, yazıb-oxumağı bacarmayan, amma bədahətən gözəl bayatı-
lar qoşan qoca bir nənə hər hansı bir bayatının şifahi sözlər şəklində 
modullaşmış obrazındakı yanlışlıqları asanlıqla müəyyən edib dü-
zəldə bildiyi halda, həmin bayatının yazılı  mətn  şəklində mo-
dullaşmış obrazı qarşısında aciz qalacaqdır.  
§2.6.4. Sinktual dərketmənin hazırlıq mərhələsinin ikinci ya-
rımaktında intellekt kodları gerçəklik elementinin modullaşmış obra-
zına çevrilərkən onlar bir növdən, bir neçə növdən, əksər halda isə 
müxtəlif növlərin sintezindən ibarət olur. Yüksək intellekt və böyük 
təxəyyül gücünə malik olan insanlarda sinktual dərketmə prosesi 
tutumu intellekt kodlarına yaxın olan ən mücərrəd obrazlarla həyata 
keçirilir. Bütün normal düşünmə qabiliyyətinə malik olan insanlarda 
bu proses sintez olunmuş, qarışıq tipli obrazlarla həyata keçirilir.  
                                                 
1
 Şifahı nitqdən başqa bütün digər səslər akustik səsdir. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə