Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə32/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   28   29   30   31   32   33   34   35   ...   76

 
125 
Düşünmə qabiliyyəti zəif olan insanlarda isə bu proses ya 
ümumiyyətlə alınmır, ya monoton intellekt obrazları ilə, ya da mətn 
formasında modullaşmış obrazlarla həyata keçirilir. Yəni onlarda dü-
şünmə prosesi monoloq-mətn  şəklində  və böyük ehtimalla, mətn 
oxunuşu sürəti ilə gedir. Buna görə  də  hər hansı bir kinoda və ya 
tamaşada sərxoş, yaxud da dəli obrazı yaratmaq istəyən rejissorlar, 
aktyorlar məhz bu qanunauyğunluqdan böyük məharətlə istifadə edə-
rək onların səsli düşünmələrini tamaşaçılara təqdim edirlər. 
Onu da qeyd edək ki, düşünmə qabiliyyəti çox zəif olan 
insanlar sinktual dərketməyə hazırlığın ikinci yarımaktında intellekt 
kodu mətn formasında modullaşmayan gerçəklik elementlərini dərk 
edə bilmədiklərindən sinktual dərketmə prosesi ilə bağlı onlardan 
danışmağa ehtiyac belə qalmır.  
 
§ 2.7. Sinktual dərketmədə dilin iştirakı 
 
“Düşünərək dərketmə  həmişə dil vasitəsilə gerçəkləşir” fikri 
ilə yalnız qismən razılaşmaq olar. Belə ki, sinktual dərketmənin əksər 
hissəsi dilin iştirakı olmadan baş verir.  
Fərz edək ki, biz rəssamıq və bir vaxt fırçanı əlimizə alıb yu-
xarıda haqqında danışılan dağ gəzintisini xatırlayaraq, o cənnət guşə-
sinin rəsmini çəkirik. Dağ, meşə, ağaclar, çəmən, çiçəklər, quşlar, 
kəpənəklər və s. kimi gerçəklik elementlərini xatırlayırıq, təxəyyülü-
müzün gücü ilə onların kompozisiyasını, rəng çalarlarını müəyyən-
ləşdirir, gözəl bir tablo yaradırıq. Bu yaradıcılıq prosesində biz dilə 
heç bir ehtiyac duymuruq. 
Fərz edək ki, bəstəkarıq, piano arxasında oturub o vaxt eşitdi-
yimiz çoban bayatısının motivləri  əsasında gözəl bir musiqi əsəri 
bəstələyirik, yaxud kulinarıq, həmin giləmeyvənin dadını təkrarlayan 
bir  şirniyyat növü bişiririk, yaxud da əttarıq və  həmin meyvənin 
ətrinə bənzər yeni bir ətir hazırlayırıq. Sinktual dərketmənin nəticəsi 
olan bu yaradıcılıq proseslərində biz heç bir sözə və ya ümumiyyətlə, 
dilə ehtiyac duymuruq. 
 
126
Sinktual dərketmədə dildən, ayrı-ayrı leksemlərdən ümumiləş-
dirici, birləşdirici, fərqləndirici,  əlaqələndirici vasitələr kimi istifadə 
oluna bilər. Əsas düşünmə və dərketmə prosesi isə intellekt obrazları 
və kodları ilə həyata keçirilir. Hətta gerçəklik obrazı (1-ci aktın 1-ci 
fazasındakı obraz) və sinktual dərketmə obrazı (1-ci aktın 4-cü 
fazasında yaranan obraz) mətn olduqda belə düşünmə prosesinin 
90%-dən çoxu dil və ya mətndən daha yığcam və mücərrəd olan 
intellekt obrazları ilə həyata keçirilir.  
Əgər real obrazı mətn əsasında formalaşan gerçəklik elementi 
ilə bağlı  dərketmə  və düşünmə prosesi intellekt obrazları ilə deyil, 
ünsiyyət zamanı istifadə etdiyimiz mətnlə həyata keçsəydi, o halda 
hər hansı bir romanın personajlarından birini səciyyələndirmək üçün 
bizə 1-ci aktın 4-cü fazasında və 2-ci aktın 1-ci fazasında həmin 
romanı oxumağa sərf olunan vaxt qədər, cümləni üzvlərə görə təhlil 
edib onların ifadə vasitələrini müəyyənləşdirmək üçün isə cümlə üzv-
ləri və onların ifadə vasitələri haqqında elmi ədəbiyyatlarda verilmiş 
mətnlərin oxunmasına sərf olunan qədər vaxt lazım gələrdi. Amma 
faktiki olaraq belə tapşırıqların həlli ilə bağlı bizə təxminən bir neçə 
saniyəyə qədər (bəzən daha az) vaxt lazım olur və bundan sonra biz 
artıq həmin tapşırığın əməli icrasına başlayırıq.  
Bəzən bu kimi tapşırıqların həlli zamanı biz yalnız verilmiş 
tapşırığın birbaşa cavabını deyil, onunla bağlı olan digər məlumatları 
da xatırlayırıq.  
Məsələn, bir elmi seminarda ətin zərəri və ya faydası haqqında 
mübahisə edərkən qəflətən evdə ətin qurtardığını və ət almaq lazım 
gəldiyini xatırlayırıq (yuxarıda çoxmənzilli binalara və dünya internet 
şəbəkəsinə  bənzətməklə intellekt kodlarının belə çoxfunksiyalı  və 
çoxgirişli olduğunu qeyd etmişdik).  
Bəzən də heç bir şey düşünmədən sakitcə oturub musiqi dinlə-
diyimiz halda, qəflətən hansısa bir hadisəni və ya şəxsi xatırlayırıq. 
Amma dərindən analiz etdikdə yadımıza düşür ki, həmin şəxs və ya 
hadisə ilə qarşılaşarkən bu musiqi parçasını  eşitmişdik. Bəzən də 
qəflətən yada düşən belə hadisə və ya şəxslərin hal-hazırkı vəziyyəti-


 
127 
mizlə nə əlaqəsi olduğunu, onu nə üçün və ya nəyin təsiri ilə xatırla-
dığımızı, ümumiyyətlə, müəyyənləşdirə bilmirik. Bunun səbəbi odur 
ki,  şüurumuz baş beyindəki intellekt kodları üzərindən çox böyük 
sürətlə şütüyərək keçir və həmin anda aktiv yaddaşın təmasda olduğu 
məlumata, yaxud da gerçəklik elementinə az və ya çox dərəcədə 
uyğun gələn intellekt kodlarını ani olaraq aktivləşdirir. Kompüter  
analogiyasına uyğun şəkildə desək, “axtarış” rejimi daxilində opera-
tiv yaddaşa yerləşdirilmiş məlumat əsasında əsas yaddaşdakı bütün 
uyğun məlumatlara istinadlar verilir.  
§2.7.1. Yuxarıda verilmiş nümunələrdən də göründüyü kimi, 
vizual, vokal, friktual, tastual, attaral dərketmə və təfəkkür prosesləri-
nin nəzərdən keçirilən fazalarının heç birində nə sözə, nə də, ümum-
iyyətlə, dilə ehtiyac duymadıq. Dərketmə prosesinin bütün fazaları 
söz və ya dil vasitəsilə deyil, dildən daha yığcam və mücərrəd olan 
intellekt obrazları və kodları ilə həyata keçirilir. 
Deməli, insanın bilavasitə və bilvasitə təmasda olduğu bütün 
gerçəklik elementləri beyin aparatı  tərəfindən intellekt obrazlarına 
çevrilir və qəbul edilir (qəbul prosesi). Qəbul olunmuş məlumat intel-
lekt kodları şəklində informasiya bazasında (baş beyində) mühafizə 
olunur (yadda saxlama prosesi), tələb edilən müvafiq intellekt kodu 
aktiv yaddaşa gətirilir (xatırlama prosesi) və nəhayət, aktiv yaddaşda-
kı intellekt kodu beyin aparatının köməyi ilə yenidən gerçəklik ele-
mentinin və ya onun hissələrinin obrazlarına çevrilir (tətbiq prosesi).  
İnsanın bilavasitə  və bilvasitə  təmasda olduğu gerçəklik ele-
mentləri deyərkən, bir tərəfdən insanın özünün birbaşa gerçəklik ele-
mentini real həyatda gözü ilə görməsi, əli ilə toxunması, dadını, qo-
xusunu və s. hiss etməsi (bilavasitə təmas), digər tərəfdən isə gerçək-
lik elementinin özünü yox, onun fotoşəklini, diafilmini, televizorda 
və ya böyük ekranda o haqda film görməsi, onun özü, dadı, qoxusu, 
xarici görünüşü haqqında məlumat oxuması və ya söhbətlər eşitməsi 
və s. (bilvasitə təmas) nəzərdə tutulur.  
Bunlardan, bilavasitə  təmas yolu ilə  dərketmədə bütünlüklə, 
bilvasitə təmas yolu ilə dərketmənin isə foto, diafilm, film vasitəsilə 
 
128
dərketmə qisimlərində dilin, ümumiyyətlə, iştirak etmədiyi heç bir 
şübhə  və  tərəddüd doğura bilməz. Məlumat oxumaq və söhbətlər 
eşitməklə  dərketməyə  gəlincə isə, burada dilin iştirak etdiyini 
görürük. Doğrudan da, oxunan məlumat yazılı, söhbət isə şifahi nitq-
dir. Buna görə də burada dilin iki ən başlıca ünsürünün dərketmədə 
iştirakı ilə rastlaşmış oluruq.  
Bu faktı bir daha qeyd edək ki, dərketmənin birinci fazasının 
“vəzifəsi” gerçəklik elementi haqqında məlumat alıb ikinci fazada 
onu intellekt obrazına çevirmək və yaddaşa qeyd etməkdir. Birinci 
fazada gerçəklik haqqında alınan məlumatın üsulunun (dərketmə 
üsulu) və növünün (rəsm, mətn, səs və s.) heç bir prinsipial əhəmiy-
yəti yoxdur. L.Vıqotskinin fikrincə, söz gеrçəkliyi özünəməxsus 
şəkildə  əks  еtdirir, onun forması  və  mənası daima dəyişir, inkişaf 
edir
1
. Gеrçəkliyin sözlə ifadəsi alınan məlumatın keyfiyyət və tamlı-
ğına təsir edən faktordır.  
Beləliklə, birinci fazada gerçəklik elementi haqqında məlumat 
həmin elementi canlı təbiətdə görməklə, onun rəsminə baxmaqla, bu 
element haqqında yazılmış təsviri oxumaq, dinləməklə və s. üsullarla 
əldə oluna bilər.  İstənilən halda bu gerçəklik elementi haqqında 
məlumat almaq yolu və ya üsuludur. Onun əldə olunmasının yeganə 
məqsədi isə bu məlumat  əsasında gerçəklik elementinə ekvivalent 
olan abstarakt təsəvvür yaradıb onu intellekt obrazına çevirməklə 
qəbul etməkdir.  
Məsələn, biz orta məktəbdə oxuyarkən molekulyar fizikanın 
tədqiqat obyekti olan atom, elektron, proton və s. haqqında müəyyən 
biliklərə yiyələnmişik. Təbii ki, orta məktəbdə atom, elektron, proton 
və s. kimi zərrəciklərin özü ilə birbaşa təmasda olmamışıq, yəni 
onları gözümüzlə görməmişik, əlimizlə toxunmamışıq və s. Sadəcə, 
onlarla bağlı kitablar oxumuşuq, film və slaydlara baxmışıq, molekul 
sxemlərini və maketlərini seyr etmişik, müəllimin müvafiq izahatını 
eşitmişik. Beləliklə, beynimizdə molekul, atom, elektron, proton və s. 
ilə bağlı müvafiq intellekt obrazı yaranmışdır.    
                                                 
1
 Выготский Л.С. Психология, изд. Апрель Пресс, “Эксмо-пресс”, Москва, 2000, с. 468. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə