Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə33/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   29   30   31   32   33   34   35   36   ...   76

 
129 
Dərketmənin dördüncü fazası birinci fazanın  əksinə  cərəyan 
edən bir fazadır və bu fazanın “vəzifəsi” intellekt kodu şəklində 
operativ yaddaşa gətirilən (xatırlanan) məlumatı gerçəklik elementi-
nin obrazına, onun haqqında məlumata çevirməkdir. Bu fazada ger-
çəklik elementi haqqında verilən məlumatın da üsul və növünün heç 
bir prinsipial əhəmiyyəti yoxdur. Bu, birinci faza ilə bağlı qeyd 
olunduğu kimi, yalnız verilən məlumatın keyfiyyət və tamlığına təsir 
edən faktordur. İndi molekul və onun elementlərini düşünərkən ilk 
növbədə gözümüz önündə məhz orta məktəb illərində gördüyümüz 
həmin sxem və maketlər, fırlanan və ya titrəyən kiçik kürəciklər 
canlanır, oxuduğumuz və  eşitdiyimiz bəzi  şeylər yadımıza düşür. 
Yəni dərketmənin dördüncü fazasında gerçəklik elementinin görünü-
şü haqqında məlumat rəsm, mətn və s. formalarda verilə bilər. İstəni-
lən halda bu gerçəklik elementi haqqında məlumat verməkdən başqa 
bir şey deyildir. 
Göründüyü kimi, dil vasitəsilə(vokal və ya vizual-vokal) daxil 
olan məlumatlarda belə dilin rolu analoji informasiya daşıyan digər 
üsul və növlər qədərdir. Dolğunluq və tamlıq baxımından isə, hətta 
dil onlardan bir qədər zəifdir. 
§2.7.2.  İnsan yarandığı gündən ünsiyyət mühitinə düşür. Bu 
onun həyat tərzinə çevrilir. Cəmiyyət daxilində yaşayan insan istəni-
lən vaxt ya aktiv, ya da passiv ünsiyyətdə olur. Başqaları ilə söhbət 
edərkən, bildiklərini yazarkən və ya danışarkən o, aktiv kommuni-
kant, danışılanları dinləyərkən, yazılmışları oxuyarkən passiv kom-
munikant funksiyasında olur. Ünsiyyət insanın və insanlığın atribut-
larından biridir. Buna görə də insanın hər hansı fəaliyyətini, o cümlə-
dən də təfəkkür prosesini tam olaraq ünsiyyətsiz, dilsiz təsəvvür et-
mək çətindir.  
Artıq qeyd olunduğu kimi, ümumi təfəkkür proseslərinin 
dərketmə  mərhələsində dil yalnız birinci və dördüncü fazalarda və 
illüstrativ şəkildə iştirak edir. Amma bununla belə, diqqətlə fikir ver-
sək, görərik ki, dillə heç bir əlaqəsi olmayan şeylər haqqında düşün-
dükdə, məsələn, çoxdan görmədiyimiz köhnə bir tanışın sifətini yada 
 
130
salmağa çalışanda da, biz öz-özümüzə bəzi sözlər deyirik: “Yox, o 
deyil,... yox, ... yox, bu da o deyil, ...  hə, yadıma düşdü”.  
Bu kimi sözlər mahiyyət etibarı ilə kiminsə sifət cizgilərinin 
xatırlanmasında heç bir rol oynamır. Amma elə sözlər də vardır ki, 
onlar sifət cizgilərini xatırlamaq üçün bir növ açar, xüsusi kod rolunu 
oynayır.  
Belə deyə bilərik ki, hər hansı bir xarici əlamətinə uyğun ləqə-
bi olan insanları xatırlamaq, ləqəbi olmayan digər insanları xatırla-
maqdan xeyli asandır. Məsələn, mən Bığlı Bağçalını, Çopur Ələsgə-
ri, Topal Məcidi asanlıqla xatırlayıram, amma nə qədər cəhd etsəm 
də, onlarla eyni vaxtda gördüyüm digər insanları xatırlamaqda çətin-
lik çəkirəm. Bığlı Bağçalı dedikdə, əvvəlcə onun ucları yuxarı qalx-
mış  pələ  bığları gözümün önündə canlanır və yalnız bundan sonra 
sifətinin digər cizgilərini xatırlayıram.  Bu kimi nümunədən də görü-
rük ki, sinktual dərketmə ilə heç bir əlaqəsi olmayan vizual dərketmə-
də belə sözlər artıq açar, kod rolunu oynayır.  
Sinktual dərketmənin dünyada ən geniş yayılmış forması qarı-
şıq və ya sintez obrazlarla dərketmədir. Sintez obrazların, demək olar 
ki, hamısının tərkib hissələrindən birini ən cüzi şəkildə də olsa, dil 
elementləri, sözlər təşkil edir. Amma bu obrazlardakı dil elementləri 
həm forma, həm də daşıdığı məna baxımından ünsiyyət vasitəsi kimi 
istifadə etdiyimiz dildən və dil elementlərindən  əsaslı  şəkildə  fərq-
lənir. Bu obrazlardakı dil elementləri ləqəbli insan adları ilə bağlı 
verdiyimiz nümunədə(vizual dərketmədə) olduğu kimi, artıq ünsiy-
yət dili mahiyyəti daşımır, kod, açar, simvol rolu oynayır.  
§2.7.3. Dil və dərketmə bənzər funksiyalar yerinə yetirir. Hər 
şeydən əvvəl, onlar təmasda olduğu gerçəklik elementlərini özünə-
məxsus olan struktur vahidləri ilə  və ya apellyativ vahidlərlə  əks 
etdirir. Bundan əlavə dil də, dərketmə də geniş mənada götürülmüş 
ətraf mühitlə (təbiətlə, cəmiyyətlə) insan arasında  əlaqə yaratmağa 
xidmət edir:  
- dərketmə, artıq qeyd edildiyi kimi, gerçəklik elementləri və 
insanın  şüuru arasında  əlaqə yaradır, obyektiv aləmdəki gerçəklik 


 
131 
elementlərini intellekt obrazı və kodları vasitəsilə baş beyində müha-
fizə edir, ən başlıcası isə, insanın obyektiv aləmlə, canlı  və cansız 
təbiətlə, digər insanlarla təmasını tənzimləyir;  
- dil isə  fərdlər arasında, fərdlə  cəmiyyət arasında  əlaqə, 
ünsiyyət yaradır, gerçəklik elementini, onunla bağlı əşya və hadisə-
ləri, gerçəklik elementləri arasında olan əlaqə və münasibətləri söz və 
söz qəlibləri ilə ifadə edir. 
Dərketmə bütün gerçəklik elementlərini, o cümlədən dilin ob-
yektiv aləmdə gerçəklik elementi kimi mövcud olan struktur vahidlə-
rini intellekt obrazları ilə əks etdirir. Dil isə öz növbəsində dərketmə 
prosesində intellekt obrazları ilə əks olunmuş və haqqında danışma 
zəruriyyəti yaranan bütün gerçəklik elementlərini, o cümlədən ger-
çəklik elementləri kimi intellekt obrazları ilə əks olunmuş öz struktur 
vahidlərini də yenidən özündə əks etdirir. 
§2.7.4. Dil və dərketmədə müşahidə olunan qarşılıqlı, ikitərəfli 
əksetdirmə qarşı-qarşıya qoyulmuş güzgüləri xatırladır. Dil və dərk-
etmə sanki qarşı-qarşıya qoyulmuş güzgülər kimi bir-birini ardıcıl 
silsilələrlə  əks etdirir. Bu qarşılıqlı  əksetdirmə 4 mərhələ  şəklində 
davam edir.  
Dilin təfəkkürlə eyniləşdirilməsi, dilin obyektiv gerçəkliyin in-
san beynindəki inikası hesab olunması, eləcə də dərketmə prosesinin 
dil vasitəsilə həyata keçməsi kimi artıq yuxarıda nəzərdən keçirdiyi-
miz yarıgerçək təsəvvürlərin yaranma səbəblərindən biri də məhz bu 
qarşılıqlı əksolunma silsilələrinin mürəkkəbliyidir. 
Dil və  təfəkkür müəyyən cəhətləri ilə bir-birinə  bənzəsə  də, 
onlar arasında əhəmiyyətli dərəcədə fərq vardır. Gerçəklik elementi 
və intellekt obrazı bir-birindən nə qədər fərqlənirsə, təfəkkür və dil, 
intellekt kodu və nitq, intellekt obrazı və söz də bir-birindən ən azı o 
qədər fərqlənir. 
§2.7.5. Dil haqqında deyilmiş müxtəlif fikirlərlə bağlı diskus-
siya açmadan düzgün hesab etdiyimiz mülahizələrə və bu tədqiqatda 
indiyə  qədər deyilənlərdən gəldiyimiz nəticələrə əsasən funksional-
semantik və linqvistik-psixoloji mövqedən yanaşmaqla dilin mahiy-
 
132
yətini müəyyənləşdirməyə çalışaq. 
Fəlsəfi terminlə desək, dil “şey özündə” deyil, öz-özünə yaran-
mır. Güzgülər prinsipi ilə ifadə etsək,dil dərketmə güzgüsündə  əks 
olunmuş gerçəklik elementlərinin dil güzgüsündəki  əksidir. Bəzi 
filosof, psixoloq və dilçilər “dil obyektiv gerçəkliyin insan beynində-
ki inikasıdır” fikrini irəli sürsələr və ya dəstəkləsələr də, biz bu tədqi-
qatda əldə edilən nəticələrə əsasən həmin fikri rədd edirik və bununla 
bağlı aşağıdakı faktlara əsaslanırıq: 
Birincisi, obyektiv və ya subyektivliyindən asılı olmayaraq dil 
gerçəkliyin özünü yox, həmin gerçəkliyin yalnız dərk olunmuş  və 
intellekt obrazları vasitəsilə insan beynində əksini tapmış olan qismi-
ni əks etdirə bilər (gerçəkliklər tam və axıra qədər dərk edilmiş olsay-
dı, həyatda heç bir problem və sual doğuracaq məsələ qalmazdı).  
İkincisi, dil gerçəkliyin insan beynində əksini tapmış qismini 
də tam deyil, onun yalnız  bəzi cəhətlərini  əks etdirir (üst dodaqda 
burnun altında bir çökəklik və ya kanalcıq var, ayağın diz bükəcəyi-
nin arxası ilə daban arasında qalın əzələ var: mənim nədən danışdığı-
mı anladınız, demək haqqında danışılanlar dərk olunmuşdur, amma 
bu bədən üzvlərinin və ya əzalarının adı dildə öz əksini tapmamışdır). 
Üçüncüsü, dil gerçəkliyin dərk olunmuş qisminin bəzi cəhətlə-
rini yalnız ünsiyyətə, yəni sözlə ifadə etməyə ehtiyac yarandıqda əks 
etdirə bilər. Kommunikasiya ehtiyacı olmadan söz yaranmır. Dilin 
müasir səviyyəsində belə, nitqdə istifadə olunmayan sözü yaratmağa 
heç kim ehtiyac duymamışdır. Əgər ehtiyac olmadığı halda, hər hansı 
bir söz kiminsə tərəfindən süni şəkildə yaradılsa da, belə, həmin söz 
dildə qalmayacaqdır və yox olmağa məhkumdur. 
Bu deyilənlər, bir tərəfdən dilin mahiyyəti ilə bağlı mövqeyi-
mizin ortaya qoyulmasında əhəmiyyətli dərəcədə rol oynayır, ikinci 
tərəfdənsə, “materiyamı, yoxsa ideyamı birincidir, toyuqmu, yoxsa 
yumurtamı birincidir?” tipli cavabsız suallar səviyyəsinə qaldırılan 
və dilçiliklə bağlı olan “fikirmi birincidir, yoxsa sözmü?” sualına 
qətiyyətlə cavab verməyə imkan yaradır:“dərketmə, yəni fikir əsasdır 
və birincidir, dil, nitq və söz isə ondan törəmədir və ikincidir”.  


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə