Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə34/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   30   31   32   33   34   35   36   37   ...   76

 
133 
§2.7.6. Dil və təfəkkürün güzgülər prinsipi ilə bir-birini qarşı-
lıqlı surətdə  əks etdirmə ardıcıllığının bəzi mərhələlərini nəzərdən 
keçirək. İlkin mərhələdə obyektiv aləmin əşyalar,varlıqlar, hadisələr, 
əlamətlər, keyfiyyətlər, xüsusiyyətlər,  əlaqələr, münasibətlər və s. 
kimi gerçəklik elementləri intellekt obrazları vasitəsilə insan tərəfin-
dən dərk olunur.  
Sonrakı  mərhələdə gerçəklik elementlərinin insan beynində 
mövcud olan intellekt obrazlarının nitqdə ifadəsi, ünsiyyət, informa-
siya mübadiləsi ehtiyacı yaranır. Bu zaman burada verilən ardıcıllığa 
uyğun olmasa da, istənilən halda müxtəlif danışıq səsləri, yazı işarə-
ləri, yəni hərflər, leksik və qrammatik, əsas və yardımçı morfemlər, 
leksik, qrammatik, leksik-qrammatik söz qəlibləri, sintaktik vahid-
lərin qəlibləri, müxtəlif qayda və normaların ifadəsi  şəklində dildə 
əks olunur və beləliklə, dilin maddi tərəfi yaranmış olur.  
Burada “yaranmış olur” ifadəsinə xüsusi fikir vermək lazım-
dır. Çünki dilin bu maddi əsası harada isə qeyri-müəyyən bir yerdə 
və ya “özündə  şey kimi” öz-özünə deyil, məhz insan beynində, 
sinktual dərketmə nəticəsində, intellekt obrazları şəklində yaranır. 
Bu mərhələdə dil artıq struktur baxımdan səslərdən, hərflər-
dən, leksik və qrammatik, əsas və yardımçı morfemlərdən, leksik, 
qrammatik, leksik-qrammatik söz qəliblərindən, sintaktik vahidlərin 
qəliblərindən, müxtəlif qayda və normalardan ibarət olur (daha ətraflı 
növbəti fəsildə).  
Dilin bütün struktur vahidləri dili əmələ gətirən elementlər ol-
maqla yanaşı,eyni zamanda insan tərəfindən dərk olunmuş gerçəklik 
elementləridir. Yəni dərketmə baxımından dilin struktur vahidləri ilə 
obyektiv aləmin digər gerçəklikləri arasında, yəni Mars, Venera kimi 
planetlər və ya masa, stul kimi əşyalar ilə hal şəkilçisi (-a, -ə, -ın, -in 
və s.) və ya ahəng qanunu arasında heç bir fərq yoxdur. Dərketmə 
baxımından onların hamısı obyektiv aləmdə mövcud olan gerçəklik 
elementləridir.  
Bu mərhələdə artıq gerçəklik elementinin yan-yana iki intel-
lekt obrazı ilə əks olunduğunu görürük. Bunlardan birincisi gerçəklik 
 
134
elementinin dərk olunması prosesində yaranmış birinci intellekt 
obrazıdır. İkincisi isə, həmin bu intellekt obrazının dildə ifadə olun-
maqla yenidən gerçəklik elementinə çevrilməsi və bu gerçəklik ele-
mentinin yenidən dərk olunması nəticəsində yaranmış ikinci intellekt 
obrazıdır. Başqa sözlə desək, bu mərhələdə beynimizdə, bir tərəfdən, 
masanın əşya kimi real obrazına ekvivalent olan birinci intellekt ob-
razı, digər tərəfdən, “masa” şəklində dörd hərfdən (və ya səsdən) 
ibarət sözə ekvivalent olan ikinci intellekt obrazı mövcud olur.  
Dilin struktur vahidləri kimi təqdim olunan bütün elementləri 
eyni prinsiplə, dərketmə və dil arasında ardıcıl şəkildə əks olunmaqla 
indiki səviyyəsinə gəlib çatmışdır.  
Bir qədər irəli gedərək belə  də deyə bilərik ki, dil struktur 
vahidi bir gerçəklik elementinin beynimizdə  artıq mövcud olan intel-
lekt obrazını əks etdirməsəydi, o halda onun forması olmasına bax-
mayaraq, heç bir məzmunu ola bilməzdi.  
Bu fikrin əksi daha maraqlıdır, yəni dil struktur vahidinin 
forma ilə bərabər müəyyən məzmuna da malik olması onun beyni-
mizdə bir gerçəklik elementi ilə bağlı mövcud olan intellekt obrazını 
əks etdirməsi sayəsində mümkündür. Dilin və onun struktur vahid-
lərinin semiotikliyi məhz bununla izah oluna bilər. Yəni dilin həm 
forma, həm də  məzmun cəhətlərinə malik olmasının səbəbi məhz 
budur. Sözün səs tərkibi ilə onun mənası arasındakı münasibətləri 
şərh edərkən L.Vıqotski göstərir ki, bunları ayırmaq olmaz. Canlı 
danışıq səsi yalnız insanın nitqində mövcuddur. Ayırıb onun fizioloji 
və akustik yönlərini öyrənmək  əhəmiyyətsizdir. Səs-fonеm vəhdəti 
yalnız nitqdə mövcuddur
1

Sözün ifadə olunan və ifadə  еdən mahiyyətinin  əsas modеl 
kimi irəli sürülməsi, təbii ki, təfəkkür və ya dərkеtmə nəzəriyyəsi ilə 
bağlıdır və buna ilk dəfə F. Dе Sеssürdə rast gəlirik. Sözün semiotik 
mahiyyətinin daha gеniş şərhini isə Е.Kassirеrdə görürük
2

                                                 
1
 Выготский Л.С. Психология, изд. Апрель Пресс, “Эксмо-пресс”, Москва, 2000, с. 272. 
2
Cassirer E.  Was ist der Mensch? Versuch einer Pilosopihie der Menschlichen Kultur. 
Stuttgart, 1950 


 
135 
§2.7.7. Aparılan müşahidələr göstərir ki, peşə, sənət və ixtisa-
sından, təhsil səviyyəsindən asılı olmayaraq hər bir fərdin yaddaşın-
da, ən azı nitqində (şifahi və ya yazılı) istifadə etdiyi qədər səsin, hər-
fin, leksik, qrammatik, leksik-qrammatik söz qəliblərinin, sintaktik 
vahidlərin qəliblərinin hər birinin ayrı-ayrı olmaqla dərk edilmiş 
gerçəklik elementləri kimi müstəqil intellekt obrazları vardır. 
Əgər həmin dil bu fərdin doğma dili deyilsə, fərd bu dili yet-
kin yaşında müxtəlif dərsliklərin, elmi qrammatikaların köməyi ilə 
mənimsəmişdirsə, yuxarıda qeyd olunanlardan əlavə, onun yaddaşın-
da leksik və qrammatik, əsas və yardımçı morfemlərin, dilçilik elmi 
ilə bağlı çoxsaylı qayda və normaların hər birinin ayrı-ayrı olmaqla 
dərk edilmiş gerçəklik elementləri kimi müstəqil intellekt obrazları və 
ya kodları da vardır. Leksik və qrammatik söz qəliblərinin mə-
nimsənilməsinə baxmayaraq, ayrı-ayrı leksik və qrammatik morfem-
ləri müstəqil gerçəklik elementi kimi mənimsəməyən dinləyicilər 
müxtəlif leksik və qrammatik vahidləri (formaları) yarada bilmirlər.  
Məsələn, öyrənilən dildə leksik vahid kimi “kitab”, “dəftər”, 
“qonşu”, “güzgü”, “ana” sözlərini və mənsubiyyət kateqoriyasının 
qəlibi kimi “söz+mənsubiyyət  şəkilçisi” formulunu bilməsinə bax-
mayaraq, mənsubiyyət  şəkilçilərinin tam paradiqmasını(-ım, -im, -
um, -üm, -m) müstəqil gerçəklik elementləri kimi dərk edib yadda 
saxlamayan dinləyici həmin sözləri mənsubiyyət şəkilçiləri ilə düz-
gün işlədə bilmir, yəni bu sözlərə konkret olaraq nə  əlavə etmək 
lazım gəldiyini bilmir.  
Sözləri də,  şəkilçiləri də ayrı-ayrılıqda dərk etmiş dinləyici 
saitlərin ahəngini müstəqil gerçəklik elementi və ya kodu kimi dərk 
etməyibsə, yenə də həmin sözləri mənsubiyyət şəkilçiləri ilə düzgün 
işlədə bilmir, yəni hansı sözə şəkilçilərin konkret olaraq hansı varian-
tının artırılmasının lazım gəldiyini müəyyənləşdirə bilmir.  
Öyrənmə prosesinin əvvəlində dinləyicilərin nitqində müşahi-
də olunan “qarışqaxana”,  “qatıqçı”  (qarışqa yuvası, qatıq satan 
əvəzinə) kimi dildə mövcud olmayan sözlərin işlədilməsi müstəqil 
gerçəklik elementləri kimi dərk olunmuş leksik qəliblərin təsiridir. 
 
136
§2.7.8. Fərdlər və qruplar üzərində illərlə apardığımız çoxsaylı 
eksperiment və müşahidələr qətiyyətlə belə söyləməyə əsas verir ki, 
hər bir fərdin dili həmin fərd tərəfindən gerçəklik elementləri kimi 
qəbul edilən və intellekt obrazları formasında dərk olunaraq 
mənimsənilən dil struktur vahidlərinin məcmusundan ibarətdir. Bu 
mülahizə  dərketmə baxımından dilə verilən tərif kimi qəbul oluna 
bilər. Bu tərifə Ferdinand de Sessürün “ayrı-ayrı fərdlərin yox, ümu-
milikdə cəmiyyətin” ibarəsini əlavə etməklə bu tərifi yalnız fərdlərin 
dilinə deyil, ümumiyyətlə, dilə aid etmək mümkündür:  
Dil – cəmiyyət (həmin dildə danışan insanlar) tərəfindən 
gerçəklik elementləri kimi intellekt obrazları ilə  dərk olunan dil 
struktur vahidlərinin məcmusudur. 
Bu tərifdə iki vacib məsələ öz əksini tapmışdır:  
1) Dərketmə baxımından dilin struktur vahidləri gerçəklik 
elementləridir. 
2) Dərketmə prosesində dil struktur vahidləri də eyni vizual-
vokal dərketmə üsulu ilə  dərk olunaraq intellekt obrazlarına çevri-
lirlər. 
İnsanın bütün təfəkkür proseslərinin əsasında dərketmənin da-
yandığını nəzərə almaqla bu tərifin ən dəqiq, məntiqi və düzgün tərif 
olduğunu qəbul etmək olardı.Amma deyilən fikrin mütləq gerçək 
olmasına baxmayaraq, bu tərifdə dilin tam obrazı, onun fəaliyyət 
mexanizmi öz əksini tapmamışdır. Bu səbəbdən formaların, nitqin və 
dilin yaranmasını, eləcə  də  fəaliyyət mexanizmini dərketmə ilə 
yanaşı ümumi təfəkkür prosesləri çərçivəsində  nəzərdən keçirməyi 
lazım bilirik. 
 
§ 2.8. İkinci fəsil üzrə nəticə və təkliflər 
 
Dərketmə və təfəkkürün mexanizminin müəyyən olunması ilə 
bağlı bu fəsildə aparılan araşdırmanın  nəticələri  aşağıdakılardan 
ibarətdir: 
1. Dərketmə  və  təfəkkür proseslərinin izlənə bilməsi, onun 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə