Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə35/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   31   32   33   34   35   36   37   38   ...   76

 
137 
mexanizminin müəyyən olunması üçün birinci növbədə dərketmə və 
təfəkkürün ilkin meyar və vahidləri dəqiqləşdirilmiş, dərk olunan 
minimal vahidin gerçəklik elementi, dərketmə və təfəkkürün apellya-
tiv vahidinin intellekt obrazı olduğu qəbul edilmişdir. 
2. Dərketmə mexanizminin açıqlamasını asanlaşdırmaq məq-
sədilə vahid axın mahiyyəti daşıyan dərketmə prosesı ayrı-ayrılıqda 
aktlar  şəklində  nəzərdən keçirilmiş  və  hər bir akt şərti olaraq dörd 
fazaya bölünmüşdür. Dərketmənin bu ardıcıllıqla cərəyan edən 
mexanizmə malik olduğu müəyyən edilmişdir:  birinci fazada hiss 
orqanlarına təsir yolu ilə gerçəklik elementi haqqında məlumat qəbul 
edilir və ona ekvivalent olan intellekt obrazı yaranır, ikinci fazada bu 
məlumat yadda saxlanılır, üçüncü fazada həmin məlumat xatırlana-
raq aktiv yaddaşa gətirilir, dördüncü fazada fəaliyyətə uyğun obraza 
çevrilməklə bu məlumatdan istifadə olunur.   
3. Müəyyən edilmişdir ki, dərketmənin bir növü olan sinktual 
dərketmə ümumi dərketmə prosesinin ikinci aktında reallaşır və eyni 
mexanizm əsasında cərəyan edir. Sinktual dərketmənin nəticəsi və ya 
son məhsulu elmi kəşf, ixtira və ya yenilikçilikdir (novatorluqdur).  
4. Dilin nitqin və ya sözün dərketmədə  iştirakının,  əksərən, 
illüstrativ xarakter daşıdığı müəyyən edilmişdir. Bəzi hallarda 
dərketmənin birinci və dördüncü fazalarında total modullaşma 
şəklində rast gəlinən nitq dərketmə prosesinin aktiv vahidi kimi deyil, 
gerçəklik elementi ilə bağlı məlumat mənbəyi kimi çıxış  edir.     
Dərketmə  və  təfəkkür mexanizminin müəyyən olunması ilə 
bağlı aparılan araşdırma və  əldə edilən nəticələrə istinadən  təklif 
edirik
1. Forma, nitq və dilin linqvistik və psixoloji yönlərini 
dərketmə prosesləri  əsasında ümumi şəkildə analiz etməyə ehtiyac 
vardır. 
2. Dilçiliyin istənilən istiqaməti üzrə aparılan təsviri, funk-
sional, funksional-semantik və stuktur analizlər zamanı nitq söyləmi 
və dil struktur vahidlərinin linqvistik xüsusiyyətləri ilə yanaşı onun 
psixoloji cəhətləri də nəzərə alınmalıdır. 
 
138
 
III FƏSİL   
 
TƏFƏKKÜR PROSESLƏRİ VƏ FORMALAR 
 
§ 3. Araşdırmamızın ilk iki fəslində dərketmənin obyekti və 
minimal apellyativ vahidi, faza və aktları, başvermə mexanizmi və 
ardıcıllığı və s. ilə bağlı nəzəri fikirlərimizi şərh etdik.  
Bir faktı qeyd etmək lazımdır ki, hal-hazırda bu və ya digər 
dildə mövcud olan formaların, eləcə də ümumilikdə nitqin və ya dilin 
linqvopsixoloji analizi, əslində, gerçəklikdə baş vermiş  dərketmə 
aktlarının və ya təfəkkür proseslərinin əks ardıcıllıqla izlənməsidir. 
Bunu nəzərə alaraq araşdırmanın bu fəslində dilin, habelə onun real 
həyatda yeganə  tətbiqi  şəkli olan nitqin, həm dilin, həm də nitqin 
yeganə mövcudluq şəkli olan dil struktur vahidlərinin, yəni forma
qəlib və normaların yaranması, eləcə də ümumi təfəkkür prosesində 
onların rolu məsələlərini linqvistik və psixoloji (linqvopsixoloji) cə-
hətdən nəzərdən keçirəcəyik. Leksik, leksik-qrammatik və ya qram-
matik forma, nitq və söyləm şəklində çıxış edən dil struktur vahidlə-
rinin yaranması  və  mənimsənilməsı mexanizmini, funksiyalarını 
araşdıracaq, əldə edilən nəticələr əsasında dil struktur vahidlərini və 
nitqi modelləşdirməyə çalışacağıq. Dilin ümumi və aktiv sistem kimi 
struktur tərkibi, forma və məna vəhdəti, inkişaf tendensiyaları əsasın-
da onun linqvopsixoloji mahiyyətini müəyyənləşdirməyə cəhd göstə-
rəcəyik. 
Dilin, nitqin, yoxsa formanın daha əvvəl yaranması məsələsi-
nə münasibətlər müxtəlifdir. Formanı  səs və söz, nitqi söyləm və 
danışma prosesi, dili isə formanın və ya nitqin yaranmasını tənzimlə-
yən qaydalar toplusu hesab etməklə, əvvəlcə, formanın, sonra nitqin, 
daha sonra dilin yaranmış olduğu birbaşa və ya dolayısı ilə ifadə 
olunmaqdadır.  
Əvvəldə bu məsələyə münasibətimizi bildirsək də, bir daha 
demək istərdik ki, insan toplumu və ya cəmiyyətinin yarandığı gün-


 
139 
dən etibarən toplumun və cəmiyyətin digər üzvlərinə hər hansı məlu-
mat vermək məqsədi ilə insan oğlunun çıxardığı ən ilkin, ən bəsit və 
ən sadə səslər belə həmin insanlar üçün, eyni zamanda, həm “dil”, 
həm “nitq”, həm də “forma” funksiyasını yerinə yetirmişdir.  
Toplumun, qəbilə və tayfanın dilində və ya ondan da əvvəlki 
dönəmlərdə cəmi bir söz, məsələn, “o” sözü olduqda belə, bu yeganə 
söz həmin toplumun həm dili, həm nitqi, həm də dilindəki və 
nitqindəki yeganə forma olmuşdur. Başqa sözlə desək, yaranan ilk 
forma ilə eyni zamanda insanın nitqi və dili də yaranmışdır.  
Əlbəttə ki, ibtidai nitq və ya dil müasir səviyyədə  təmasda 
olduğumuz nitq və dildən zənginlik, informasiya ötürmə imkanları 
baxımından müqayisəyəgəlməz dərəcədə  fərqlənmişdir
1
. Bu dil və 
nitq çox primitiv şəkildə də olsa, müasir dillər kimi ünsiyyətə, bu və 
ya digər məlumatın ötürülməsinə xidmət etmişdir. 
Bu deyilənlərə əsaslanaraq insan toplumunun sonrakı təkamül 
və inkişafı  nəticəsində “o” formasından başqa, məsələn, “sən” və 
“mən” formalarının da yaranması dil və nitqin yenidən yaranması 
kimi başa düşülməməlidir. Çünki artıq qeyd etdiyimiz kimi, “dil” və 
“nitq” birinci formanın yaranması ilə eyni vaxtda təşəkkül tapmışdır. 
Sonrakı hər bir formanın yaranması isə artıq mövcud olan dilin və 
nitqin zənginləşməsi prosesidir. 
 
§ 3.1. Dil struktur vahidi olan formaların yaranması 
 
İstənilən  əsas və ya yardımçı morfem, yəni söz dil struktur 
vahidi kimi müstəqil bir gerçəklik elementi olmaqla,eyni zamanda 
leksik,leksik-qrammatik və ya qrammatik formadır. Hər biri müstəqil 
dil struktur vahidinin, başqa sözlə desək, gerçəklik elementi olan hər 
sözün, yəni formanın dərk olunması ilə ikinci intellekt obrazı yaranır.  
Dilçilik elminin və ya psixolinqvistikanın yeni sahəsi olan 
linqvopsixologiyanın formalarla bağlı əsas vəzifəsi də məhz bu cür 
ardıcıllıq və  əks ardıcıllıqlara  əsaslanaraq, etalon dəqiqliyinə malik 
                                                 
1
 Bayramov Ə. İnsan fikirləşməyi və danışmağı nеcə öyrənmişdir. Bakı, 1963, s. 25-47. 
 
140
olan dərketmə aktlarının izi ilə leksik, leksik-qrammatik və qram-
matik formaların, nitqin və ümumilikdə dilin yaranma mexanizmini, 
eləcə də ümumi təfəkkür proseslərində onların funksional mövqeyini 
müəyyənləşdirməkdir. Belə ki, tədqiqatımız, bir tərəfdən, forma və 
onun dərk olunması  nəticəsində yaranan ikinci intellekt obrazı 
arasında olan bağlılığı,digər tərəfdən də,forma ilə onun əks etdirdiyi 
birinci intellekt obrazı  və ona ekvivalent olan gerçəklik elementi 
arasındakı  hər cür (semantik, məntiqi, funksional və s.) əlaqəni 
müəyyənləşdirməyə imkan verir. 
İstənilən halda belə bir faktı nəzərə almaq lazımdır ki, birinci 
intellekt obrazının yaranması üçün gerçəklik elementinin insanın hiss 
orqanlarına təsiri kifayətdir. Amma ikinci intellekt obrazının yaran-
ması üçün mütləq şəkildə dərk olunmuş gerçəklik elementi ilə bağlı 
nitq ehtiyacının yaranması vacibdir. Bu ehtiyac nəticəsində forma 
yaranır və onun dərk olunması ilə də ikinci intellekt obrazı əmələ gəl-
miş olur. Yeni söz yalnız dərk olunmuş gerçəklik elementi ilə bağlı 
yarana bilər. Əgər gerçəklik elementi yoxdursa və ya ümumiyyətlə 
dərk olunmamışdırsa, onunla bağlı söz yarana bilməz və eləcə  də 
yaddaşdan silinmiş gerçəklik elementi ilə bağlı olan söz dildə qala 
bilməz.  
Sözün yalnız dərk olunmuş gerçəklik elementi ilə bağlı 
yarandığını professor Kamal Abdullayev belə şərh edir: “Həm söz, 
həm cümlə vasitəsi ilə  təfəkkürümüz dünya və onun ən müxtəlif 
çalarlarını... adlandırmağa cəhd edir... adlandırdınsa, artıq dərk etdin 
deməkdir... dərk etməyənə qədər isə, adlandıra bilmirsən”
1

Q.A.Klimovun qənaətinə görə, linqvistik vahid linqvist (dilçi, 
tədqiqatçı) tərəfindən bu və ya digər dil vahidinin formalaşdırılması 
zamanı istifadə edilən linqvistik modelin, yəni bəzi metodik quruluş-
ların komponenti kimi müəyyən olunur
2
.  
Əslində Q.A.Klimovun bu tərifi müəyyən qədər müasir mor-
fem anlayışının şərhinə bənzəyir. Bununla belə, bu tərifdə bizi ma-
                                                 
1
 Abdullayev K. Dilçiliyə səyahət…., s. 135. 
2
 Климов Г.А. Фонема и морфема. Москва, 1967, с. 8. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə