Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə36/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   32   33   34   35   36   37   38   39   ...   76

 
141 
raqlandıran məsələ sadəcə morfemlərlə bağlı deyil, eyni zamanda 
Q.A.Klimovun qısaca “dil vahidi” adlandıraraq ötəri şəkildə üzərin-
dən keçdiyi dil struktur vahidləridir. 
Dil struktur vahidi və eyni zamanda gerçəklik elementi adlan-
dırdığımız anlayışlar P.V.Çesnokov tərəfindən “dil vasitəsi” kimi 
təqdim olunur və qeyd edilir ki, dil vasitələri – müstəqil hissi-maddi 
faktlar (törəmələr) kimi çıxış edir, dil fəaliyyətinin daimi və müvəq-
qəti (bərkimiş və ya bərkiməmiş) nəticəsi olaraq meydana çıxır və bu 
qəbildən olan digər müstəqil törəmələrə ayrıca səslər (fonemlər), he-
calar, morfemlər, sözlər, söz birləşmələri, cümlələr və s. oppozisiya 
təşkil edir. Belə vasitələri dil vahidləri adlandırmaq lazımdır
1
.  
Bizim dil struktur vahidi adlandırdığımız anlayış həm ad, həm 
də aid olduğu obyekt baxımından istər dil vahidi (Q.A.Klimov), istər-
sə də dil vasitəsi (P.V.Çesnokov) anlayışlarından fərqlənir.  
Belə ki, dil struktur vahidi, hər  şeydən  əvvəl, gerçəklik ele-
mentidir. Bu səbəbdən dil struktur vahidlərinin yaranma və mənimsə-
nilmə mexanizmi, digər gerçəklik elementlərinə xas olan dərketmə 
aktları, fazaları    əsasında və ikili intellekt obrazları prizmasından 
nəzərdən keçiriləcəkdir.  
Həm dərketmədə, həm də dildə əks olunan hər bir gerçəklik 
elementi ilə bağlı beynimizdə iki intellekt obrazı mövcud olur. Bun-
lardan birincisi obyektiv aləmdə mövcud olan gerçəklik elementinə, 
ikincisi isə dil struktur vahidinə ekvivalent olan intellekt obrazıdır
2
.   
Belə ki, obyektiv aləmdə mövcud olan gerçəklik elementi hiss 
orqanlarımıza təsir edərək bizə öz varlığı haqqında məlumat verir. 
Daxil olan məlumat əsasında beyin aparatının köməyi ilə həmin ger-
çəklik elementinə ekvivalent olan intellekt obrazı yaranır. Bu intellekt 
obrazı gerçəklik elementinin ilkin, əsas obrazıdır və adətən gerçəklik 
elementinin dərk olunması aktının birinci yarımaktında yaranır. 
Güzgülər prinsipi ilə desək, dərketmə zamanı (və ya təmas nəticəsin-
                                                 
1
 Чесноков П.В.Основные единицы языка и мышления. Ростов, 1966, с. 91. 
2
 Əsgərov M.B. Dilin psixolinqvistik mahiyyəti. “Tədqiqlər”. AMEA Dilçilik İnstitutu. Bakı, 
“Elm”, 2004, № 2, s. 60-64. 
 
142
də) obyektiv aləmdə mövcud olan gerçəklik elementi dərketmə güz-
güsündə əks olunur.  
Mexanizm olaraq, ikinci intellekt obrazı ardıcıl  şəkildə baş 
verən dərketmə prosesləri və birinci intellekt obrazının dildə  əks 
olunaraq dil struktur vahidinə çevrilməsi və həmin dil struktur vahidi-
nin yenidən müstəqil gerçəklik elementi kimi dərk olunaraq intellekt 
obrazına çevrilməsi yolu ilə yaranır.  
Dərketmə akt və fazaları bazasında dil struktur vahidinin yaran-
ması mexanizmini və prosesini nəzərdən keçirək. 
Sinktual dərketmənin ümumi prinsiplərinə uyğun olaraq,əgər 
gerçəklik elementi əvvəlcədən dərk olunubsa, Sinktual dərketməyə 
hazırlıq mərhələsində (ümumi dərketmə prosesinin birinci aktının 
ikinci yarımaktında) ona ekvivalent olan intellekt obrazı aktiv 
yaddaşa gətirilir, yəni  əsas yaddaşda intellekt kodu şəklində 
saxlanılan analoji məlumatlar modullaşdırılır, onların arasından 
üzərində sinktual dərketmənin icra olunacağı müvafiq intellekt obrazı 
(və ya obrazları) seçilir və onun ekvivalent olduğu gerçəklik elementi 
tam təfərrüatı ilə xatırlanır (və ya bütün dolğunluğu ilə göz önündə 
canlandırılır).  
Belə  fərz edək ki, ikinci intellekt obrazını yaratmalı olduğu-
muz həmin gerçəklik elmenti bizə məlum deyil, yəni bu ana qədər 
onu heç görməmişik, dərk etməmişik və hələlik adı da yoxdur. 
Bu, bizə göstərilən bir qabdır: xarici görünüşü etibarilə ləyəni, 
və ya böyük boşqabı xatırladır, xırda dəlikləri var. Qabın funksiyası 
ilə bağlı  məlumat verirlər:”Bu qab içərisinə tökülən maye qarışığı 
olan cisimləri mayedən ayırmağa xidmət edir, yəni içərisinə tökülən 
cismin suyunu süzmək üçündür”. İstehsalına başlanan bu qabın rek-
lamı  məqsədi ilə ona ad vermək və potensial müştərilərə tanıtmaq 
tələb olunur. 
Bu halda Sinktual dərketməyə hazırlıq mərhələsində, yəni 
ümumi dərketmə prosesinin birinci aktının birinci fazasında həmin 
qabın görünüşü, əlaməti, eləcə də funksiyası ilə bağlı verilən izahat 
və s. əsasında vizual-vokal dərketmə metodu ilə beynimizdə ona 


 
143 
ekvivalent olan birinci intellekt obrazı yaranır.   
Birinci aktın ikinci fazasında həmin qabın birinci intellekt 
obrazı  bənzər vizual və funksional xüsusiyyətlərə malik gerçəklik 
elementlərinin (məsələn, ləyənin, boşqabın və s.) baş beyində müha-
fizə olunan birinci və ikinci intellekt obrazları, yəni xarici görünüşü
haqqında asanlıqla mətn formasına çevrilə bilən məlumatın və adla-
rın da mühafizə olunduğu kodlar qrupuna qeyd olunur (yadda saxla-
nılır) və beləliklə, həmin qab dərk edilir.   
Birinci aktın üçüncü fazasında həmin qabın birinci intellekt 
obrazı bənzər vizual və funksional xüsusiyyətlərə malik digər gerçək-
lik elementlərinin baş beyində mühafizə olunan intellekt obrazları və 
ya kodları ilə birlikdə yada salınır, yəni aktiv yaddaşa gətirilir. 
Dərketmə prosesinin ümumi qaydalarına uyğun olaraq birinci 
aktın üçüncü fazasında aktiv yaddaşa gətirilən intellekt obrazları 
dördüncü fazada modullaşaraq sonrakı beyin aktivliklərinin icrası 
üçün ən uyğun olan obraz və simvollara çevrilir
1
. Bu fazadan sonra 
icra olunan sinktual dərketmə prosesi ilə həmin qaba ad veriləcəyinə 
görə, birinci aktın dördüncü fazasında həmin qabın birinci intellekt 
obrazı  həm vizual şəkildə, həm də onun forma və funksiyalarının 
təsvirindən ibarət olan mətnlər şəklində, onunla bərabər aktiv yadda-
şa gətirilmiş bənzər vizual və funksional xüsusiyyətlərə malik digər 
gerçəklik elementlərinin birinci intellekt obrazı da həm vizual şəkil-
də, həm də  həmin qabların forma və funksiyalarının təsvirindən 
ibarət olan mətnlər şəklində, ikinci intellekt obrazları isə bu gerçəklik 
elementlərinin adlarına ekvivalent olan sözlər, yəni “ləyən”, “boş-
qab” sözləri kimi aktiv yaddaşda tam açılır.  
Sinktual dərketmənin birinci fazasında forması, funksiyası, 
təbiəti və s. cəhətləri nəzərə alınmaqla həmin qaba ad verilir. Funksi-
yası  nəzərə alınmaqla bənzərlik və analogiya prinsiplərinə uyğun 
olaraq (funksiyası süzmək və forması  ləyənə, boşqaba bənzədiyinə 
görə) bu qaba “süzəyən” və “süzqab” adı da vermək olardı. Amma 
                                                 
1
 Əsgərov M.B. Dərketmənin mexanizmi. “Tədqiqlər”. АМЕА Dilçilik İnstitutu. Bakı, “Elm”, 
2006, N 4, s. 44-59. 
 
144
başqa analogiya və bənzərlik, eyni zamanda bir sıra digər linqvistik 
cəhətlər də nəzərə alınmaqla bu qaba “süzgəc” adı verilmişdir.  
Sinktual dərketmənin ikinci fazasında bu qabın altı  hərfdən 
ibarət olan adının  “süzgəc  şəklində yazılışını  və  süzgəç  kimi 
tələffüzünü  əks etdirən sözə ekvivalent olan ikinci intellekt obrazı 
yaranır və  həmin qabın birinci intellekt obrazı ilə birləşərək vahid 
kod əmələ gətirir. Bu kod bənzər vizual və funksional xüsusiyyətlərə 
malik gerçəklik elementlərinin baş beyində mühafizə olunan intellekt 
obrazlarının və kodlarının olduğu kodlar qrupuna qeyd edilir (yadda 
saxlanılır). Beləliklə, həmin qabın adı suzgəc kimi dərk edilmiş olur 
və bununla da, ikinci intellekt obrazının yaranması prosesində 
sinktual dərketmənin aktiv mərhələsi  başa çatır.  
Bu tədqiqatın psixoloji əsasını L.Vıqotskinin psixoloji fəaliyyət 
nəzəriyyəsinin xaricə yönələn fəaliyyətlər qisminin mütləq  şəkildə 
nəzərə alınması  şərti ilə, akademik İ.M.Seçenov tərəfindən irəli 
sürülən: 1) insana göstərilən xarici təsir(stimul), 2) bu təsirin insan 
beynində yaratdığı hisslər(obraz), 3) insan tərəfindən həyata keçirilən 
fəaliyyət
1
 kimi üçpilləli dərketmə aktı və bu akt əsasında müəyyən 
edilən S+O+F (stimul + obraz + fəaliyyət) sxemi təşkil edir. 
Nəzəriyyənin şərhində dərketmənin minimal vahidləri olaraq 
gerçəklik elementi  və  intellekt obrazı cütündən istifadə olunur. 
Gerçəklik elementi dedikdə, obyektiv aləmdə real şəkildə mövcud 
olan və ya mövcud olduğu qəbul, yaxud ehtimal edilən əşya, varlıq 
və hadisələr, anlayış, norma və prinsiplər, həmçinin onların real və ya 
təsəvvür olunan əlamət, keyfiyyət, xüsusiyyət və hərəkətləri nəzərdə 
tutulur. Gerçəklik elementinin hiss orqanlarına təsiri nəticəsində 
intellekt obrazı  yaranaraq baş beyində mühafizə edilir və  əks 
etdirdiyi gerçəklik elementinə ekvivalent olur
2

Bu tədqiqatın linqvistik  əsası ondan ibarətdir ki, okkazional 
şəkildə ünsiyyət ehtiyacından yaranan dil struktur vahidləri və 
                                                 
1
 Сеченов И.М. Рефлексы головного мозга. Санкт Петербург, 1866. 
2
 Əsgərov M.B. Gerçəklik elementinin intellekt obrazları. “Tədqiqlər”.  АМЕА Dilçilik 
İnstitutu. Bakı, “Elm”, 2003, № 4, s. 39-43. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə