Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə37/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   33   34   35   36   37   38   39   40   ...   76

 
145 
söyləmlər  əks etdirdiyi gerçəklik elementinin yaddaşdakı intellekt 
obrazları və ya kodları ilə birləşdikdə dilə çevrilir. Yəni dil, bir tərəf-
dən öz struktur vahidləri olan forma və nitq söyləmləri ilə birlikdə 
təfəkkür proseslərinin son məhsulu kimi meydana çıxır, ikinci bir 
tərəfdənsə, bir güzgü kimi məhz dərk olunmuş gerçəklik element-
lərini əks etdirir. Yəni dil həm yaranması, həm də funksiyası baxı-
mından tam linqvopsixoloji mahiyyət daşıyır. Bu səbəbdən istər 
təsviri, istər funksional, istərsə də struktur dilçilikdə aparılan tədqiqat-
larda obyekt olaraq seçilən dil struktur vahidlərinin, nitq söyləmləri-
nin və ya bütövlükdə mətnin analizi prosesində dilin linqvistik yönlə-
ri ilə yanaşı, psixoloji cəhətlərini də nəzərə almaq lazımdır. Əks hal-
da, əldə edilən nəticələrin ən azı tamlığı və dolğunluğu, etimoloji və 
funksional-semantik araşdırmalarla bağlı  bəzi konkret hallarda isə, 
hətta nəticələrin doğruluğu belə şübhə altına alına bilər.  
Təqdim etdiyimiz psixoloji sxemdə gerçəklik elementinin 
nəzərə alınmadığı ehtimal oluna bilər. Amma stimulun varlığı, artıq 
gerçəklik (G) elementinin də mövcudluğunu təsdiq edir. Aydındır ki, 
bu fəaliyyətin son məqsədi dərketmədir. Yəni həmin sxemin 
G+S+O+F=D (gerçəklik elementi + stimul + intellekt obrazı + 
fəaliyyət = dərketmə)  şəklində olması, bizcə, mahiyyətcə heç nəyi 
dəyişmir. Amma istənilən halda həmin sxem formal olaraq bu 
şəkildə tamamlanmalıdır.  
Gerçəklik elementinin və onun adının dərk olunması (F) belə 
baş verir ki, gerçəklik elementinin(G
1
) hiss orqanlarına təsiri (S
1

nəticəsində beyin aparatı vasitəsilə  həmin gerçəklik elementinə 
ekvivalent olan birinci intellekt obrazı (O
1
) yaranır (F
1
 – birinci 
fəaliyyət). Gerçəklik elementinin (məs.:masanın) vizual obrazının 
gözlərimiz önündə canlanmasını, məhz dərketmə nəticəsində beyni-
mizdə yaranan birinci intellekt obrazı təmin edir. Dərk olunmuş ger-
çəklik elementi haqqında informasiya vermək ehtiyacı(S
2
) nəticə-
sində  sinktual dərketmə yolu ilə  həmin gerçəklik elementini əks 
etdirən dil struktur vahidi(G
2
) yaranır (məsələn, “masa” sözü). İkinci 
sıra gerçəklik elementi mahiyyəti daşıyan dil struktur vahidinin dərk 
 
146
olunması  nəticəsində  ikinci intellekt obrazı(O
2
) yaranır(F
2
– ikinci 
fəaliyyət). Gözlərimiz önündə dörd hərfdən ibarət olan “masa” 
sözünün vizual obrazının canlanmasını, məhz dərketmə nəticəsində 
beynimizdə yaranan ikinci intellekt obrazı təmin edir. Dörd ayaq üzə-
rinə müstəvi formasına malik düz səthin bərkidilməsi yolu ilə ya-
ranan əşya (G
1
 - birici sıra və ya ilkin gerçəklik elementi) və onun 
dörd hərfdən ibarət olan adı (G
2
 - ikinci sıra gerçəklik elementi) və 
hər iki gerçəklik elementinə ekvivalent olan intellekt obrazı (O
1
, O
2
 – 
birinci və ikinci intellekt obrazı) eyni bir intellekt kodunda (K) 
birləşərək (G
1
+G
2
+ O
1
+ O
2
=K) baş beynimizdə mühafizə olunur. 
Göründüyü kimi, bu linqvopsixoloji proses və fəaliyyətlərin məcmu-
su tam şəkildə D= G

+ S

+ O

+ F

+ S

+ G

+ O

+ F
2
 sxemi əsasın-
da reallaşır.  
İlk baxışdan elə görünə bilər ki, ilkin gerçəklik elementinin və 
dil struktur vahidinin yaranması və dərk olunması prosesinin burada 
verilən şərhi bəzi cəhətləri ilə İ.M. Seçenov tərəfindən irəli sürülən 
dərketmə prosesindən müəyyən qədər fərqlənir və ilkin sxemə 
sığmır. Burada (G
1
+G
2
)=G; (S
1
+S
2
)=S; (O
1
+O
2
)=O; (F
1
+F
2
)=F 
olduğunu nəzərə alsaq, o halda ilkin sxemin bizim tərəfimizdən ta-
mamlanmış variantının dərketməni bütünlüklə əks etdirdiyinin şahidi 
oluruq, yəni G+S+O+F=D  (gerçəklik + stimul + obraz + fəaliyyət = 
dərketmə). Onu da nəzərə alsaq ki, G
1
+G
2
+O
1
+O
2
= K, o halda 
görərik ki, ilkin sxem belə, istənilən dərketmə prosesinin şərhi 
baxımından özünü doğruldur və buradakı yeganə fərq dərketmənin 
intellekt obrazları ilə deyil, intellekt kodları ilə reallaşmasıdır: 
S+K+F=D (stimul + kod + fəaliyyət = dərketmə).  
Yuxarıda qeyd etdiyimiz kimi, istənilən dərketmə prosesinin 
ikinci yarımaktı  qəbul edilmiş intellekt obrazının və ya kodunun 
yenidən aktiv yaddaşa gətirilməsi və ondan istifadədir.    
Gerçəklik elmentlərinə hansı adın verilməsindən asılı olmaya-
raq, istənilən halda nəzərə almaq lazımdır ki, gerçəklik elementinə 
verilən ad, dildə  həmin gerçəklik elementinə ekvivalent olan dil 
struktur vahididir və ya başqa sözlə desək, gerçəklik elementinin dil 


 
147 
güzgüsündəki əksidir. Verilən adın məhz nə olmasına baxmayaraq, 
yetər ki, həmin ad eyni dil daşıyıcıları  tərəfindən eyni tərzdə  dərk 
olunsun və ya mənimsənilsin. Çünki L.Şerbanın qeyd etdiyi kimi, dil 
sisteminin vahidliyi, eyni məzmunla bağlı  bənzər reaksiyaların 
yaranmasını şərtləndirir
1
.   
Haqqında danışılan qaba ad verildikdən sonra həmin qabın 
funksiyalarını da əlavə etməklə bu qabı potensial alıcılara tanıtmaq, 
yəni onu reklam etmək mümkündür. 
L.Şerba danışıq və anlama proseslərinin məcmusunu “nitq 
fəaliyyəti” adlandırır və onu dil təzahürlərinin birinci aspekti hesab 
edir... Bəlli bir dövr ərzində bu və ya digər ictimai qrupun danışma və 
anlama aktlarının məcmusu  əsasında dillərin lüğətlərinin və 
qrammatikalarının yaradıldığını qeyd edən L.Şerba bunu dil sistemi 
adlandırır və dil təzahürlərinin ikinci aspekti hesab edir. O göstərir ki, 
düzgün tərtib olunmuş lüğət və qrammatika aid olduğu dildəki 
bilgiləri tam şəkildə və bütün dolğunluğu ilə əks etdirməlidir
2

Bu və ya digər gerçəklik elementinə verilən ad gerçəklik 
elementinin dərketmə güzgüsündəki obrazının dil güzgüsündəki əksi 
olmaqla yanaşı, dilin maddi hissəsini təşkil edən struktur 
vahidlərindən biri, başqa sözlə desək, hərf və ya səslərdən ibarət ma-
teriya forması (məsələn,  “süzgəc” sözü 6 hərf və ya səsdən ibarət 
olduğu kimi), yəni gerçəklik elementidir. Bu səbəbdən gerçəklik 
elementi olan söz (söz forması  və ya qəlibi) yenidən vizual-vokal 
dərketmə yolu ilə ikinci intellekt obrazına çevrilir. Beləliklə, obyektiv 
aləmdə mövcud olan eyni bir gerçəklik elementinin beynimizdə iki 
intellekt obrazı yaranmış olur. Bunlardan birincisi, gerçəklik elemen-
tinin özünə ekvivalent olan birinci intellekt obrazıdır. İkincisi isə, hə-
min birinci intellekt obrazı haqqında məlumat vermək məqsədi ilə 
yaradılmış dil struktur vahidi şəklində mövcud olan gerçəklik 
elementinin dərk olunması nəticəsində yaranan və dil struktur vahidi-
nə ekvivalent olan ikinci intellekt obrazıdır.  
                                                 
1
 Щерба Л.В. Языковая система и речевая деятельность. Ленинград. Наука, 1974, с 28. 
2
 Yenə orada, s. 25. 
 
148
Hər iki intellekt obrazı həmişə eyni bir intellekt kodunda olur 
və onlardan birinin xatırlanması avtomatik olaraq digər intellekt obra-
zını da aktiv yaddaşa gətirir.  
Bəzən ayrı-ayrılıqda bu obrazlardan birinin aktiv yaddaşda 
tam şəkildə xatırlanmasına baxmayaraq, digər obrazın xatırlanmasın-
da gecikmələr olur.  
Keçirdiyimiz eksperiment və  sınaq təcrübələri belə deməyə 
əsas verir ki, adətən gerçəklik elementinə ekvivalent olan intellekt 
obrazının tam şəkildə xatırlanmasına baxmayaraq, onun dil struktur 
vahidinə ekvivalent olan intellekt obrazının xatırlanması prosesindəki 
gecikmələr ana dilindəki yeni sözlər və ya terminlərlə bağlı olur. Belə 
hallarda biz “Dilimin ucundadır, bu dəqiqə deyəcəyəm ... bircə də-
qiqə” deyərək həmin dil struktur vahidinin şifahi və ya yazılı obrazını 
xatırlamağa çalışırıq.   
Dil struktur vahidinə ekvivalent olan intellekt obrazının tam 
şəkildə xatırlanmasına baxmayaraq, onun gerçəklik elementinə ekvi-
valent olan intellekt obrazının xatırlanması prosesindəki gecikmələr, 
əsasən, xarici dillərin öyrənilməsi ilə bağlı müşahidə olunur. Belə 
hallarda biz dəqiqliklə xatırladığımız həmin  əcnəbi sözü dəfələrlə 
təkrarlayır və onunla bağlı olan gerçəklik elementini, onun birinci in-
tellekt obrazını  və ya bu obrazın ana dilimizdəki söz qarşılığını, 
yaxud da bu sözə ekvivalent olan ikinci intellekt obrazını xatırlamağa 
çalışırıq. 
§ 3.2. Leksik formalar 
 
Dil struktur vahidi olaraq formaların üç əsas növü mövcuddur: 
1) leksik , 2) leksik-qrammatik, 3) qrammatik formalar. 
Dil struktur vahidlərinin birinci növünə aid olan leksik 
formaların özünün də üç tipi mövcuddur: 1) ilkin variantda müəyyən 
leksik məna ifadə edən (kök) formalar; 2) yeni leksik məna yaratmaq 
məqsədilə konkret leksik şəkilçilərlə işlənən söz qəlibləri (kök/əsas + 
konkret leksik şəkilçi); 3) müxtəlif leksik, qrammatik, leksik-
qrammatik formaların birləşməsindən yaranan mürəkkəb formalar.  


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə