Linguopsychology


Leksik formaların birinci tipi



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə38/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   34   35   36   37   38   39   40   41   ...   76

 
149 
Leksik formaların birinci tipi. Bu tədqiqat çərçivəsində istər 
forma, istər nitq, istərsə  də dillə bağlı danışarkən və onların həm 
yaranma, həm də  fəaliyyət mexanizmini linqvopsixoloji mövqedən 
analiz edərkən apellyasiya vahidi kimi leksik səviyyəli sözlərdən və 
məhz ilkin variantda müəyyən leksik məna ifadə edən (kök) 
sözlərdən istifadə etmişik. Başqa sözlə desək, indiyə qədər deyilənlə-
rin hamısı dil struktur vahidlərinin kök söz səviyyəsində linqvopsixo-
loji analizi idi. Bu səbəbdən həmin məsələni təkrarən nəzərdən ke-
çirməyə heç bir ehtiyac duymuruq. Amma bununla belə, ilkin vari-
antda müəyyən leksik məna ifadə edən sözlərlə  və ümumiyyətlə, 
leksik formalarla bağlı yarana biləcək bəzi sualları və sual doğurma 
ehtimalı olan konkret məsələləri nəzərdən keçirməyi lazım bilirik. 
Bəzən göz önündə canlandırılan görüntü birinci intellekt 
obrazı hesab edilməklə belə bir yanlış  təsəvvür yarana bilər ki, 
mücərrəd isimlərin birinci intellekt obrazı yaranmır və bu səbəbdən 
düşünmə prosesində onların birinci deyil, ikinci intellekt obrazı 
iştirak edir.  
Nəzərə almaq lazımdır ki, masanın səth və ayaqlarının birləş-
məsindən ibarət olan cismani və ya əşyavi obrazı onun birinci 
intellekt obrazı deyil. Daha doğrusu, birinci intellekt obrazı sadəcə 
buna ekvivalent olan obraz deyil. 
Birinci intellekt obrazı gerçəklik elementi ilə bağlı dərk olunan 
bütün cəhətləri özündə birləşdirən, yəni onun xarici görünüşünün, 
hissələrinin, funksiyalarının, mahiyyətinin ümumi obrazları  cəminə 
ekvivalent olan təfəkkür vahididir. Kompüterin yaddaş qutusunu açıb 
baxan “maraq əsirləri” onun içində heç bir rəsm, rəqəm və ya yazıya 
rast gəlmədiyi kimi, insan beynində  əməliyyat aparan cərrahlar da 
indiyə  qədər beyində heç bir rəsm, rəqəm, yazı  və s-yə rast 
gəlməmişlər. Əgər intellekt obrazı gerçəklik elementinin və ya onun 
hissələrinin görüntü obrazı olsaydı, o halda gözlə görünməyən, yəni 
vizual  şəkildə müşahidə olunmayan heç bir şeyin birinci intellekt 
obrazı yarana bilməz, onlar dərk oluna bilməzdi. Bu isə nihilizmdən, 
“görmürəmsə, yoxdur” fəlsəfəsindən başqa bir şey deyil.  
 
150
Obyektiv aləmdə elə gerçəklik elementləri var ki, onların nə 
təsəvvür oluna bilən görüntü obrazı, nə  də adı var, bununla belə, 
həmin gerçəklik elementləri dərk olunur. Məsələn, səsin görüntü 
obrazı ümumiyyətlə yoxdur. İkinci intellekt obrazı isə onlardan 
təxminən 5-8% hissəsində var. Bunlar da səs təqlidi nəticəsində 
yaranan sözlərin dərk olunması  nəticəsində formalaşmışdır. Yerdə 
qalan 92-95% səsin ikinci intellekt obrazı da yoxdur. Məsələn, quş 
səsinin təqlidi kimi “cik-cik” sözü və  həmin sözə uyğun ikinci 
intellekt obrazı vardır. Amma buna baxmayaraq, ayrı-ayrılıqda 
sərçənin, qaranquşun, alacəhrənin, sığırçının, şanapipiyin, qaratoyu-
ğun və s. quşların səsinin vizual obrazı olmadığı kimi, səs təqlidi 
formasında yaranan söz qarşılığı da yoxdur. Çünki əlifbadakı 
hərflərin səs qarşılığı bu quşların hər birinin səsini fərqli  şəkillərdə 
əks etdirməyə imkan vermir. Amma bununla belə, biz eşitdiyimiz 
səsləri fərqləndirib, hansı quşa aid olduğunu müəyyənləşdirə bilirik. 
Deməli, biz bu səsləri ayrı-ayrılıqda vokal dərketmə üsulu ilə dərk 
etmişik. Şübhəsiz ki, onları nə vizual obrazlar, nə də ikinci intellekt 
obrazları ilə deyil, gerçəklik elementinin dərk oluna bilən bütün 
xüsusiyyətlərini məcmu halda özündə birləşdirən təfəkkür vahidləri-
nin köməyi ilə  dərk etmişik. Biz bu tədqiqat çərçivəsində onlara 
birinci intellekt obrazı deyirik.  
“Kitab” sözünü eşidən və ya oxuyan insanın gözləri önündə 
“cildi və səhifələri üzərində müəyyən yazılar yazılmış əşya” obrazı 
canlanır.  
Bu obrazın canlanma səbəbini araşdıraq:  
1) Söz və ya forma müstəqil gerçəklik elementi kimi insan 
tərəfindən dərk olunmalıdır. Yəni söz forması dil struktur vahidi kimi 
həmin şəxsə məlum olmalıdır. İnsan ona tanış olmayan dil struktur 
vahidini qəbul etməklə heç bir şey dərk edə, mənimsəyə bilməz. 
Yəni yuxarıdakı 5 hərfin ixtiyari birləşməsindən yaranan “kabit”, 
“kibat”, “kitba” yazısı müstəqil dil struktur vahidi kimi dərk 
olunmadığına görə, bu formalar heç bir məna ifadə edə bilməzlər.  
2) Dərk olunmuş dil struktur vahidi obyektiv aləmdə mövcud 


 
151 
olan konkret gerçəklik elementi ilə bağlı olmalıdır. Yuxarıda birinci 
bənddə gördüyümüz kitab sözündə  hərflərin yerini dəyişməklə 
çoxsaylı yeni söz formaları “icad edə bilərik”. Bu yolla süni şəkildə 
yaradılmış “kabit”, “kibat”, “kitba” yazısını biz bir neçə  dəfə oxu-
maqla əzbərləyə, yəni dil struktur vahidi kimi yadda saxlaya da bilə-
rik. Amma bununla belə, yenə  də bu “sözlər” bizim üçün heç bir 
məna ifadə edə bilməz. Bunun səbəbi odur ki, həmin formalar ob-
yektiv aləmdə mövcud olan heç bir gerçəklik elementi ilə bağlı deyil.  
Deməli, bu və ya digər formanın müəyyən bir məna ifadə edə 
bilməsi üçün, əvvəla, həmin forma hər hansı bir gerçəklik elementinə 
bağlı  və ya ekvivalent olmalıdır, ikincisi, həmin forma müstəqil 
gerçəklik elementi kimi mənimsənilmiş olmalıdır.  
Leksik formaların hər üç tipi bağlı olduqları, daha doğrusu, 
dildə  əks etdirdikləri birinci intellekt obrazlarına  əsasən böyük söz 
siniflərinə – nitq hissələrinə ayrılırlar.  
Nitq hissələrini xarakterizə edən bir sıra semantik xüsusiyyət-
lərin
1
, qrammatik və sintaktik şərtlərin
2
 və  hər iki cəhətin eyni 
zamanda nəzərə alınması  nəticəsində formalaşan  ənənəvi bölgü 
prinsipinin də olmasına baxmayaraq
3
, qeyd etmək istəyirik ki, əsas 
və ya aparıcı  cəhət həmin sözün obyektiv aləmdə bağlı olduğu 
gerçəklik elementinin insan beynində  əks olunan birinci intellekt 
obrazıdır. Yəni həmin sözün bağlı olduğu gerçəklik elementi insan 
tərəfindən dərk olunarkən onunla bağlı yaranan intellekt obrazı əşya 
və ya varlığa ekvivalent olursa, bu forma isim, əşya və ya varlığa aid 
əlamət, keyfiyyət və ya xüsusiyyətə ekvivalent olursa, bu forma sifət, 
əşya və ya varlığa aid miqdar və ya sıraya ekvivalent olursa, bu 
forma say, əşya və ya varlığa aid hərəkət və ya vəziyyətə ekvivalent 
olursa, bu forma fel, hərəkət və ya vəziyyətə aid əlamət, keyfiyyət və 
ya xüsusiyyətə ekvivalent olursa, bu forma zərf kimi qəbul olunur. 
Əvəzliyin birinci intellekt obrazı isə  həm  əşya və ya varlığa, həm 
                                                 
1
 Məşədiyеv Q.Müasir Azərbaycan dilində nitq hissələrinin sеmantikası. Bakı, 1998, 106 s. 
2
 Hüseynzadə M.Müasir Azərbaycan dili, Morfologiya, III hissə, Bakı, 1983, s.16. 
3
 Zеynalov F.R.Türk dillərində nitq hissələrinin ənənəvi bölgüsü. Bakı, 1957, 64 s. 
 
152
əşya və varlığa aid əlamət, keyfiyyət, xüsusiyyət, miqdar və ya sıra-
ya, həm də hərəkət və vəziyyətə aid əlamət və ya xüsusiyyətə ekvi-
valent olur. Təbii ki, nitq hissələrində bəzən müşahidə olunan keçid 
prosesləri
1
, yəni bir nitq hissəsi kimi qəbul olunmuş sözün başqa bir 
nitq hissəsinə aid sözlər qrupuna keçməsi, həmin sözlə bağlı olan 
intellekt obrazının dəyişməsi, yenilənməsi,  əksər hallarda isə yeni 
məzmunda dərk olunması nəticəsində baş verir.   
Deməli, bu və ya digər leksik formanın hansı nitq hissəsinə aid 
olması birbaşa onun birinci intellekt obrazından asılıdır. Linqvopsi-
xoloji analiz zamanı birinci intellekt obrazı bəlli olan formanın hansı 
nitq hissəsinə aid olması ilə bağlı onun qrammatik əlamət və ya 
sintaktik funksiyasına istinad etməyə ehtiyac qalmır. Çünki həmin 
formanın birinci intellekt obrazı məhz onun haqqında tam təsəvvür 
yarandıqdan sonra müəyyən olunur. Başqa sözlə desək, bu və ya 
digər sözün qrammatik forma və ya sintaktik funksiyasına onun 
birinci intellekt obrazının müəyyənləşdirilməsi prosesində ehtiyac 
duyulur.   
Məsələn, ayrılıqda işlənən “yaz” sözünü və ya formasını ilk 
dəfə oxuduqda,yaxud eşitdikdə bu forma ilə “bahar” mənasında ilin 
fəslininmi, yoxsa “yazmaq” felinin kökü ilə ifadə olunmuş hərəkətin-
mi nəzərdə tutulduğunu müəyyənləşdirməkdə  çətinlik çəkirik. 
Əslində, bu çətinlik elə birinci intellekt obrazının müəyyən olunması 
ilə bağlı qarşıya çıxan çətinlikdir. Bu forma ilə obyektiv aləmdə 
mövcud olan gerçəklik elementi və ya onun birinci intellekt obrazı 
arasındakı əlaqəni müəyyənləşdirmək üçün həmin formanın digər dil 
struktur vahidləri zəncirindəki mövqeyinə, yəni qrammatik əlamətinə 
və ya sintaktik funksiyasına ehtiyac duyulur. Onu da qeyd edək ki, bu 
ehtiyac məhz passiv kommunikanta, yəni informasiyanı alan şəxsə 
məxsus olan bir ehtiyacdır. Aktiv kommunikant isə, həmin sözü 
söyləyərkən onun hansı gerçəklik elementi və ona ekvivalent olan 
birinci intellekt obrazı ilə bağlı olduğunu, təbii ki, bilir.  
                                                 
1
 Cəfərov C. Nitq hissələrində kеçid prosеsləri (Azərbaycan dili matеrialları əsasında). Bakı, 
1983, 96 s. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə