Linguopsychology


Leksik formaların ikinci tipi



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə39/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   35   36   37   38   39   40   41   42   ...   76

 
153 
Leksik formaların ikinci tipi. Leksik məna yaratmaq məqsədi 
ilə konkret leksik şəkilçilərlə işlənən söz qəlibləri hansı nitq hissəsinə 
aid olmasına baxmayaraq, müəyyən mənada kateqoriya xüsusiyyəti 
daşıyır. Belə ki, hər bir konkret leksik şəkilçi bu kateqoriyanın şəkli 
əlaməti, yaxın və ya bənzər məna çalarları isə ümumi kateqoriya 
məzmunu kimi qəbul olunur
1
.  
Məsələn,  -çi  şəkilçisi müxtəlif adlardan isim düzəldən bir 
kateqoriyanın şəkli əlaməti, onun yaratdığı peşə, sənət, fəaliyyət növü 
ilə bağlı olan şəxs məzmunu isə, bənzər məna çalarları kimi qəbul 
edilir.  
Leksik kateqoriyaya daxil olan və ya bu kateqoriya əsasında 
yaranan hər bir sözün, formanın birinci intellekt obrazı kök və ya 
əsasın birinci intellekt obrazı ilə eyni dərəcədə əhəmiyyət kəsb edən, 
amma bununla belə həmin obrazdan əsaslı şəkildə fərqlənən, tama-
milə müstəqil bir intellekt obrazıdır.  
Məsələn,  -çi  şəkilçisinin köməyi ilə  dəmir sözündən  əmələ 
gələn dəmirçi sözü və ya formasının birinci intellekt obrazı, həmin 
formanın əmələ gəldiyi kökün (dəmir) birinci intellekt obrazı ilə eyni 
dərəcədə əhəmiyyət kəsb edir. Yəni “dəmir” sözünün dildə əks etdir-
diyi birinci intellekt obrazına ekvivalent olan gerçəklik elementinin 
insan tərəfindən qavranılması üçün həmin birinci intellekt obrazı nə 
qədər vacibdirsə, “dəmirçi” sözünün birinci intellekt obrazına ekviva-
lent olan gerçəklik elementinin insan tərəfindən qavranılması üçün də 
onun birinci intellekt obrazı o qədər vacibdir. Başqa sözlə desək, 
metal parçası olan dəmiri dərk etmək üçün beynimizdə  dəmir adlı 
gerçəklik elementinə ekvivalent olan intellekt obrazı yarandığı kimi, 
metal məmulatları hazırlayan bir sənətkarı dərk etmək üçün də beyni-
mizdə  dəmirçi adlı gerçəklik elementinə ekvivalent olan tamamilə 
fərqli bir intellekt obrazı yaranır. Göründüyü kimi, bu intellekt obraz-
larından biri bir parça metalın real obrazına, digəri isə müəyyən bilik, 
bacarıq və vərdişlərə malik olan insan obrazına ekvivalentdir.  
                                                 
1
 Иванов С.Н. Курс турецкой грамматики. Ч.1. Ленинград, 1975, 100 с.; Yenə onun. Курс 
турецкой грамматики. Ч.2. Ленинград, 1977, 88 с. 
 
154
İlkin gerçəklik elementi kimi tamamilə müstəqil, hətta biri 
canlı insan, digəri isə cansız metal parçası olan bu gerçəklik element-
lərinin dildə bənzər adlarla adlandırılması, hətta onlardan birinin adı-
nın digərinin adından əmələ gəlməsi, birinci intellekt obrazları baxı-
mından tamamilə  təsadüfi xarakter daşıyır. Belə ki, dəmir-dəmirçi, 
kömür-kömürçü cütlərinin yanında  daş-bənna, ağac-dülgər-xarrat 
kimi heç bir uyğunluğu olmayan analoji cütlər də vardır. 
Burada hər hansı bir uyğunluqdan yalnız ikinci intellekt obrazı 
səviyyəsində danışmaq olar. Belə ki, tamamilə  fərqli mahiyyətə 
malik olan gerçəklik elementləri (əşya və insan) dərk olunarkən 
onların birinci intellekt obrazları bir-birindən əsaslı surətdə fərqlənir. 
Amma bununla belə, müəyyən olunan bəzi ümumi cəhətləri əsasında 
birinci intellekt obrazları bir-birindən əsaslı şəkildə fərqlənən gerçək-
lik elementlərinə bənzər adlar verilir. Beləliklə, onların ikinci intellekt 
obrazlarında müəyyən uyğunluq yaranır. İkinci intellekt obrazların-
dakı eyni tip uyğunluqlar (məsələn,  -çı  şəkilçisi ilə bağlı  əşya və 
əşyanın istehsalı, yaxud da satışı  və s. ilə  məşğul olan şəxs) 
V.Q.Quzevin qeyd etdiyi kimi, “leksik kateqoriya olaraq qəbul edilən 
analoji leksik formalarla yaranır”
1

Bir cəhəti də qeyd edək ki, leksik kateqoriyaların eyni məna 
çaları yaradan formaları qohum dillər üzrə bir-birini tamamlayır. 
Məsələn, Azərbaycan dilində  dəmirçi, kömürçü formaları olduğu 
halda taxtaçı, daşçı formaları yoxdur. Bu formalar əvəzinə Azərbay-
can dilində dülgər, xarrat  və bənna sözləri işlənir. Türk dilində isə 
analoji olaraq ahşapçı (ahşap – taxta, ağac) və taşçı formaları işlənir. 
Türk dilində  işlənən  tişçi, gözcü formalarının yerinə Azərbaycan 
dilində diş həkimi və göz həkimi ifadələri işlənir. Özbək dilində iş-
lənən ukituvçi (müəllim), terimçi (əsasən pambığı, ümumiyyətlə isə, 
məhsulu yığan adam), eskiçi (köhnə əşyalar alan və ya satan adam), 
kükçi (göy-göyərti becərən və satan adam), olmaçi (alma yetişdirən 
                                                 
1
 Гузев  В.Г.  Система  тюркских  словоизменительных  категорий  в  фукционально-
семантическом  аспекте.Диссертация  на  соискание  ученой  степени  доктора 
филологических наук. Ленинград, 1986, 356 с. 


 
155 
və ya satan adam) və s. kimi formalara da Azərbaycan dilində təsadüf 
olunmur.  
Bunun səbəbi dillərdən birinin zənginliyi, digərinin kasıblığı 
yox,  əvvəldə  də qeyd olunduğu kimi, nitq ehtiyacıdır. Yəni özbək 
dilində terimçi forması – bu forma ilə adlandırılan şəxsləri pambığın 
əkilməsi (ekinçi), suvarılması  (suçi), becərilməsi proseslərində 
işləyən işçi və digər muzdlu fəhlələrdən (botrak) fərqləndirmək, 
onların yalnız və yalnız pambığın dərilməsində  iştirak etdiyini 
vurğulamaq üçün yaranmışdır.  
Müəyyən leksik və qrammatik ənənələr yaranıb inkişaf 
etdikdən sonra isə, analogiya prinsipinin məna məsələsindən önə 
keçmə ehtimalı yüksəlir. Belə ki, dəmirlə  işləyən adama dəmirçi, 
kömürlə  işləyən adama kömürçü deyilməsi  ənənəsi yarandıqdan 
sonra, kompüter proqramı ilə işləyən adama proqramçı
1
, perforasiya 
ilə məşğul olan şəxsə perforatorçu
2
 deyilməsi artıq məna tərəfindən 
deyil, sadəcə analogiyadan və ya ənənədən gələn bir xüsusiyyət kimi 
də ortaya çıxa bilər.  
     
Leksik formaların üçüncü tipi. Bu formalar nə birinci tip 
kimi kök sözlər, nə də ikinci tip kimi leksik şəkilçilərlə işlənən söz 
qəlibləridir. Bu formalar hər iki tipdən olan leksik formaların öz 
aralarında birləşməsindən yaranan yeni leksik formalardır.  
Burada birləşmə dedikdə, birinci və ikinci tip leksik formaların 
birinci və ikinci intellekt obrazlarının deyil, ikinci intellekt obrazları-
nın ekvivalent olduğu söz formalarının və ya qəliblərinin birləşməsi 
nəzərdə tutulur. İki leksik formanın ikinci intellekt obrazına ekviva-
lent olan söz formalarının və ya qəliblərinin müəyyən qrammatik və 
ya sintaktik vasitələrlə öz aralarında birləşməsi nəticəsində üçüncü tip 
leksik formanın ikinci intellekt obrazına ekvivalent olan söz formaları 
və ya qəlibləri əmələ gəlir.  
                                                 
1
 Məmmədli N.Alınma terminlər (1920-1995-ci illər). Bakı, “Elm”, 1998, s. 114. 
2
 İsrafilova S. Azərbaycan dilində informatika terminlərinin leksik-semantik təhlili. Bakı. 
“Beynəlxalq universitet”. 2006, s. 90. 
 
156
Məsələn,  
şana+pipik = şanapipik,  
ağac+dəl+ən = ağacdələn,  
quş+əppək+i = quşəppəyi,  
dəvə+daban+ı = dəvədabanı,  
ayı+döşək+i = ayıdöşəyi və s.  
Əlbəttə ki, mürəkkəbin mənası heç də həmişə onu əmələ gəti-
rən sadələrin məna cəminə bərabər olmur
1
. Bu yolla yaranan leksik 
formaların birinci intellekt obrazı onu təşkil edən leksik formaların 
birinci intellekt obrazlarının hər birindən və  hər ikisinin birinci 
intellekt obrazları cəmindən əsaslı surətdə fərqlənir. Yəni şanapipik 
forması şana və pipik kimi söz formalarının birləşməsindən yaranmış 
olsa da, şanapipik formasının birinci intellekt obrazı  şana  və  pipik 
formalarının birinci intellekt obrazlarının cəminə ekvivalent deyil. 
Yəni bu formanın birinci intellekt obrazı nə şana, nə pipik formaları-
nın birinci intellekt obrazları ilə, nə də bu obrazların məcmusu ilə heç 
bir eyniyyət təşkil etmir. Belə ki, şana formasının birinci intellekt 
obrazı dırmıqyaba və ya daraq kimi gerçəklik elementlərinin reallıq 
obrazlarına,  pipik formasının birinci intellekt obrazı quşların başı 
üzərindəki daraq formalı ət parçası, topa tük və ya kəkil kimi gerçək-
lik elementlərinə ekvivalent olduğu halda, şanapipik formasının bi-
rinci intellekt obrazı müstəqil bir canlı varlıq, quş gerçəklik elementi-
nə ekvivalentdir.    
Hər üç tipdən olan leksik formaların ikinci intellekt obrazına 
ekvivalent olan söz formaları  və ya qəlibləri qismən və ya tam 
şəkildə bir-birini təkrar etdikdə belə onların birinci intellekt obrazları 
tamamilə müstəqil olur.  
İkinci intellekt obrazına ekvivalent olan söz formaları  və ya 
qəlibləri bir-birini tam şəkildə təkrar edən leksik formaların ən geniş 
yayılmış nümunəsi dilçilik elmində omonimlər adı ilə tanınan leksik 
formalardır. Məsələn, ikinci intellekt obrazına ekvivalent olan söz 
forması və ya qəlibi top olan leksik formaların birinci intellekt obraz-
                                                 
1
 Баранников А.П. Сложновербальные глаголы хиндустани. Ленинград, 1930, с.76 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə