Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə40/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   36   37   38   39   40   41   42   43   ...   76

 
157 
larından biri idman oyunu aləti (futbol topu, voleybol topu və s.), 
digəri artilleriya silahı kimi; ikinci intellekt obrazına ekvivalent olan 
söz forması  və ya qəlibi  qaz olan leksik formanın birinci intellekt 
obrazlarından biri maddənin mövcudluq forması, digəri ev quşu 
(hətta bəzi dialektlərdə  əfəl adam) kimi gerçəklik elementlərinə 
ekvivalentdir.        
İkinci intellekt obrazına ekvivalent olan söz forması  və ya 
qəlibi bir-birini qismən təkrar edən leksik formaların  ən geniş 
yayılmış nümunəsi dilçilik elmində düzəltmə və mürəkkəb sözlər adı 
ilə tanınan və yuxarıda leksik formaların ikinci və üçüncü tipi kimi 
nəzərdən keçirdiyimiz formalardır. 
Göründüyü kimi, leksik formaların ikinci intellekt obrazına 
ekvivalent olan söz forması və ya qəlibi bir-birini tam və ya qismən 
təkrar etsə  də, onların birinci intellekt obrazları tamamilə  fərqli, 
müstəqil gerçəklik elementlərinin obrazlarına ekvivalent olur.   
 
§ 3.3. Leksik-qrammatik formalar 
 
İstər dil, istərsə də nitqdə istifadə olunan sözlər yalnız leksik 
səviyyəli sözlərdən, yəni leksik formalardan ibarət deyil. Amorf və 
ya kök dillərdən başqa heç bir dildə yalnız leksik formalarla nə 
ünsiyyət tam təmin oluna bilər, nə də axıcı nitq yarana bilər.  
Türk dillərində də ünsiyyəti tam şəkildə təmin edəcək dolğun 
və lakonik dilin, yaxud da nitqin yarana bilməsi üçün mütləq şəkildə 
leksik-qrammatik və qrammatik formaların iştirakı vacibdir.  
Təsviri və  nоrmativ qrammatikanın bəzi  хüsusiyyətlərindən 
danışan L.V.Şеrba bеlə  hеsab  еdir ki, “nоrmativ qrammatikada dil 
daşlaşmış  fоrmada təsvir  оlunur,... (əslində isə – M.Əsgərоv) dil 
daima dəyişir və təsviri qrammatikada bu öz əksini tapmalıdır. Dilin 
bəzi cəhətləri, həqiqətən də, kifayət qədər uzun müddət  ərzində 
dəyişməz  оlaraq qalır, ikincilər köhnələrək işləklikdən düşür, 
üçüncülər isə yеnicə yaranmağa başlayır”
1

                                                 
1
 Щерба Л.В. Языковая система и речевая деятельность. Ленинград. Наука, 1974, с. 50. 
 
158
Türk dillərində daxili inkişaf və təkmilləşmə prosesi mahiyyət 
etibarı ilə dünya dillərində mövcud olan ümumi qanunauyğunluqlar 
çərçivəsində və əksər halda dilçilik elminə artıq çoxdan məlum olan 
yol və üsullarla gedir. Dillərin daxili inkişaf prosesində qrammatik 
kateqoriya və şəkilçilərin leksikləşməsi ilə yanaşı, bunun əksinə olan 
proses, yəni leksik şəkilçi və kateqoriyaların qrammatikliyə doğru 
dəyişməsi də müşahidə olunur
1
.  
Bu dəyişkənliklərin hansının proqressiv, hansının reqressiv, 
başqa sözlə desək, hansının dili inkişaf etdirməsi, hansının inkişafa 
mane olması ilə bağlı heç bir polemikaya yol vermədən yalnız belə 
proseslərin mövcudluğu faktını ön plana çəkmək istəyirik. Məhz bu 
kimi faktların mövcudluğu və onların zaman-zaman tədqiqatçılarımı-
zı düşündürməsinin nəticəsidir ki, türkologiya tarixində bəzən qram-
matik, bəzən  leksik kateqoriya kimi təqdim olunan formalarla bağlı 
on illər boyu tədqiqatlar aparılmış
2
 və bu gün də həmin problem tam 
şəkildə öz həllini tapmamışdır.  
Bəzən eyni bir problem müxtəlif müəlliflər tərəfindən fərqli 
şəkildə şərh olunur, bəzənsə konkret bir problemin eyni bir müəllifin 
əsərində müxtəlif hissələrə parçalanaraq izah edilməsi halına rast 
gəlinir
3

Eyni bir problemin müxtəlif müəlliflər tərəfindən fərqli şəkildə 
şərhini, əlbəttə ki, tədqiqatlararası müddət ərzində dilin əhəmiyyətli 
dərəcədə  dəyişməsi ilə izah etmək olmaz. Çünki mühafizəkar 
mahiyyətə malik olan dildə  ən xırda leksik dəyişkənliklərin baş 
verməsi üçün belə, on illərlə vaxt tələb olunur. Bütöv bir kateqoriya-
nın öz leksik xüsusiyyətini qrammatik xüsusiyyətə dəyişməsi və ya 
əksinə, qrammatik kateqoriyanın leksik kateqoriyaya çevrilməsi üçün 
                                                 
1
 Daha  ətraflı bax: Əfəndiyеv  İ.R. Müasir Azərbaycan dilində qrammatik katеqoriyalar. 
Filologiya  еlmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissеrtasiyanın 
avtorеfеratı. Bakı, 1960, 46 s.;  
2
 Bax: 1) Mirzəyеv H. Azərbaycan dilində fеl. Bakı, 1986, s. 221, 2) Велиев К. Н. Аффиксы -
кы  в  азербайджанском  языке.  Автореферат  на  соискание  ученой  степени  кандидата 
филологических наук. Баку, 1974, с. 20 
3
 Məsələn, -ki şəkilçili formanın müxtəlif cür izahı. 


 
159 
isə, göründüyü kimi, əsrlər belə kifayət etmir.  
Türk xalqlarının  ən qədim yazılı abidələrindən olan Orxon-
Yenisey, “Kitabi-Dədə Qorqud” abidələrində rast gəlinən bəzi sub-
stantiv, atributiv və adverbial fel formaları bu gün də müxtəlif türk 
dillərində eyni məna və funksiyanı qoruyur, məsələn, “Qaradərə 
ağzında qara buğa dərisindən beşiginin yapuğı  olan, acığı  tutanda 
qara taşı kül eləyən... Qaragüne çapar yetdi”
1
.  
Həmin abidələrdə  həm qrammatik, həm də leksik formalar 
yaratmağa xidmət edən felin icbar, məchul və qayıdış növlərinə kiçik 
fonetik dəyişkənliklərlə eyni məna və funksiyalarda müxtəlif müasir 
türk dillərində rast gəlinir
2
. Deməli, eyni bir problemin müxtəlif 
yönlərdən  şərhi vaxt faktoru ilə bağlı deyil. Aydındır ki, eyni bir 
problemin müxtəlif müəlliflər tərəfindən fərqli şəkildə şərhi əvvəlki 
tədqiqatçıların, yəni sələflərimizin səhvi, çatışmazlığı və ya səbatsız-
lığı kimi də qiymətləndirilə bilməz.  
Bizcə, eyni bir problemin həm fərqli şəkillərdə izah edilməsi-
nin, həm də fərqli şəkillərdə adlandırılmasının səbəbi, haqqında danı-
şılan forma və kateqoriyaların ikili, hətta bəzən üçlü və s. mahiyyət 
daşımasında, sabitləşməməsində, dəyişmə, yeniləşmə və inkişaf pro-
sesinin hələ davam etməsində, amorfluğundadır.  
Dünya dillərindən heç biri keçid mərhələsində olan amorf 
formalardan xali deyil və ola da bilməz. Çünki heç bir dil birdən-birə 
indiki səviyyəsində yaranmamışdır. Bu səviyyəyə tədricən gəlib çat-
mış, təbii ki, uzun bir təkamül və inkişaf yolu keçmişdir.  
Dillərin tarixi aspektdə araşdırılmasına həsr edilən tədqiqat 
əsərlərinin bəzilərində leksikləşməyə meyil edən qrammatik forma 
və kateqoriyalardan, digərlərində isə qrammatikləşməyə doğru meyil 
edən leksik forma və kateqoriyalardan bəhs olunur
3
. Daima inkişafda 
                                                 
1
 Ələkbərova E.N.Dilimizin ulu səsi – Dədə Qorqud abidəsi. Bakı,“Nurlan”,2007,s.121; 
“Kitabi-Dədə Qorqud” dilinin izahlı lüğəti. Red. Axundov A., Bakı, “Elm”, 1999, s. 103. 
2
 Mirzəliyeva M. Müasir Azərbaycan dilində felin məna növləri və həmhüdud kateqoriyalar. 
Elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissеrtasiya. Bakı, 1976.  
3
 Məmmədov  İ. Azərbaycan dilində qrammatik sinonimlik, (Fеl formaları  əsasında). Bakı, 
1985, 88 s  
 
160
olan dildə hər iki istiqamətdə dəyişkənliklərin baş verməsi təbiidir
1
.  
Eksperimental və statistik müşahidələr, eyni zamanda məntiqi 
araşdırmalar  əsasında demək olar ki,dillərin inkişafının ilkin 
mərhələsində leksik vahid, forma və kateqoriyaların qrammatikləş-
məyə doğru meyili daha güclü olur.Funksional-semantik və linqvo-
psixoloji araşdırmalar da təxminən eyni nəticələri təsdiq edir.  
Leninqrad Dövlət Universitetinin Psixologiya və Rus 
filologiyası kafedralarının  əməkdaşlarının yaxından dəstəyi ilə rus 
dilini yeni öyrənməyə başlayan xarici tələbələr arasında tərəfimizdən 
qrup şəklində test keçirilmiş və fərdi müsahibələr aparılmışdır.  
Əldə olunan nəticələrin statistik-laborator və  məntiqi analizi 
mahiyyət etibarı ilə yuxarıda qeyd olunan fikri təsdiq edir.  
Belə ki, xarici tələbələr tərəfindən leksik vahid, forma və 
kateqoriyaların(əsasən kök sözlərin) daha tez və asan mənimsənildiyi  
müəyyən olunmuşdur. Çox vaxt onların qurduğu “cümlələrdə” heç 
bir qrammatik forma düzgün olmasa da, leksik vahidlər  əsasında 
onların demək istədikləri təxmin oluna bilirdi. Çox qəribə  də olsa, 
onların “qurduğu cümlələrin” mənasını rus dili daşıyıcısı olmayan 
eksperiment təşkilatçıları rus dili daşıyıcılarından daha tez anlayırdı. 
Təbii ki, burada analogiya və “mən olsam, belə deyərdim...” prinsipi 
aparıcı rola malikdir.  
Bir haşiyə  çıxaraq onu da qeyd edək ki, istənilən səviyyədə 
həyata keçirilən təlim-tədris prosesinin uğurunu təmin edən başlıca 
faktorlardan biri məhz “mən olsam, belə edərdim...” prinsipi 
olmalıdır. Dinləyicinin fərdi psixoloji tipini və  səviyyəsini dəqiq 
şəkildə müəyyən edib özünü onun yerində təsəvvür etməyən və bu 
halda özünün ən çox nəyə ehtiyacı, həvəsi, marağı olacağını və nədə 
çətinlik çəkəcəyini təxmin edə bilməyən müəllimin müvəffəqiyyət-
sizliyi şübhəsizdir.      
1988-ci ilin oktyabr-dekabr aylarında Leninqrad şəhər 34 saylı 
Əsəb xəstəlikləri dispanserində  və 1990-cı ilin fevral ayında 
Leninqrad  şəhər Mərkəzi Psixoloji Dispanserində beyin sinir siste-
                                                 
1
Cəfərov S.Azərbaycan dilində sözdüzəldici və sözdəyişdirici şəkilçilər.Bakı,1968,1 07s. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə