Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə41/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   37   38   39   40   41   42   43   44   ...   76

 
161 
mində müxtəlif dərəcədə çatışmazlıqlar olan xəstələrlə qrup şəklində 
bəzi testlər keçirmiş  və  fərdi qaydada eksperimental müşahidələr 
aparmışıq. Bu eksperimentlər də nitqdə yaranan qüsurların ilk növbə-
də qrammatik qata təsir etdiyini göstərmişdir.  
Dillərin diaxron aspektdə tədqiqinə həsr olunmuş araşdırmalar 
ilkin mərhələdə nitqin kök sözlər və  sırf leksik vahidlərdən ibarət 
olması fikrinə dəstək verir.
1
  
Dilin ayrı-ayrı qrammatik fraqmentlərinin leksik vahidlərin 
ixtisarı  nəticəsində yarandığını göstərən araşdırmalar kifayət qədər-
dir. Bunlara nümunə olaraq, Osmanlı türkcəsində şəxs sonluqlarının 
inkişafı probleminə  həsr olunmuş bir tədqiqat  əsərini
2
 qeyd  etmək 
yerinə düşərdi. Bu məsələ ilə bağlı həmin əsərdə şəxs sonluqlarının 
şəxs əvəzliklərindən yaranması fikri əsaslandırılır. Əvəzliklərin insa-
nın bəlkə dil açdığı gündən müraciət etdiyi ən ilkin sözlərdən olması 
şübhə doğurmamalıdır. İlkin nitqin “o”, “sən” və “mən” əlifbasından 
başlanmış olması artıq dilçilik elminin sübuta ehtiyacı olmayan 
aksiomlarındandır.  
Dillərin müasir səviyyəsində hər hansı yeni əşya, varlıq və ya 
məfhum adını bildirən söz, əksər hallarda isə termin bəzən bir nəfərin 
(istisna hal kimi), bir sıra hallarda isə xüsusi komissiyanın müzakirəsi 
və  qərarı ilə dilə  gətirilə bildiyi halda
3
, istər qrammatik formaların 
leksikləşməsi, istərsə də leksik formaların qrammatikləşməsi qəfildən 
və bir vahid qərarla baş vermir. Belə  dəyişkənliklərin yolu mütləq 
şəkildə okkazionallıq və polifunksionallıqdan keçir. Yəni dildə möv-
cud olan hər hansı bir forma və hətta bütövlükdə tam bir kateqoriya 
eyni zamanda həm leksik, həm də qrammatik məna və funksiyalara 
malik olur.  
Belə hallar dilin “gəncliyini”, “hələ tam formalaşmadığını” 
deyil, inkişafda və özü də aktiv inkişafda olduğunu göstərir. Bizcə, 
                                                 
1
 Bax: Rəcəbli Ə. Göytürk dilinin morfologiyası. Bakı. “Nurlan”, 2002. 
2
 Hazai G.Zur Frage der historischen Entwicklung der Personalendungen im Osmanisch-
Türkisch.// Studia turcica Budapest, 1971, 226 s. 
3
 Sadıqova S.Azərbaycan dili terminologiyasının nəzəri problemləri.Bakı,“Elm”,2002, 230 s. 
 
162
dildə bu cür formaların olmasını yox, olmamasını dilin çatışmazlığı 
hesab etmək daha doğru olardı. Belə ki, bu formaların olmaması dilin 
bu cür aktiv və çevik imkanlardan məhrum olması kimi qəbul 
edilməlidir. Artıq dəfələrlə qeyd olunduğu kimi, bu cür formalardan 
xali olan dillər, yalnız inkişafı tam şəkildə dayanan, o dildə danışan 
insan topluluğu olmayan dillər, yəni ölü dillərdir.  
Dilçilikdə, o cümlədən türkologiyada bir sıra kateqoriya və 
formaların həm leksik, həm də qrammatik mahiyyətə malik olması 
uzun müddət mübahisə obyektinə çevrilmişdir. Artıq qeyd etdiyimiz 
kimi, -ki şəkilçili ad formaları hal-hazırda da gah sözdüzəldici, gah da 
sözdəyişdirici forma hesab olunur
1
. Türkologiya tarixində  bəzi fel 
formaları da (ənənəvi qrammatika kitablarında təsriflənməyən fel for-
maları kimi təqdim olunan formalar) gah leksik, gah qrammatik 
kateqoriya hesab edilmiş
2
, fellərdə növ kateqoriyasının isə gah söz-
düzəldici
3
, gah sözdəyişdirici kateqoriya olduğunu sübut etməyə 
cəhd göstərilmiş, gah da bu kateqoriyanın sözdüzəltmə və sözdəyiş-
mə  çərçivəsinə  sığmadığı etiraf olunmuş
4
, bu kimi formalar üçün 
formadüzəldici şəkilçilər modelinin daha uyğun olduğu göstərilmiş-
dir
5
. Amma slavyan dilləri üçün xarakterik olan və türk dillərinə heç 
bir cəhəti ilə, ən başlıcası isə mahiyyəti etibarı ilə uyğun gəlməyən 
formadüzəldici şəkilçilərin qeyri-qənaətbəxşliyi qeyd olunmuşdur
6
.  
Verilən təkliflər və aparılan tədqiqatlar problemi həll etməsə 
də, istənilən halda problemin mövcudluğunun etirafı bu problemin 
həllinə doğru atılan addım kimi çox dəyərlidir. Belə ki, bu cür 
axtarışlar nəticəsində bir tərəfdən “feli sifət, feli bağlama və məsdər-
                                                 
1
 Hüseynzadə M. Müasir Azərbaycan dili. Morfologiya. 3-cü hissə. Bakı, 1983. 
2
 Mirzəyеv H. Azərbaycan dilində fеl. Bakı, 1986, с. 221. 
3
 Баскаков  Н.А.Категороия  наклонения  и  времени  в  тюрских  языках.Вопросы 
категорий времени и наклонения глагола в тюркских языках. Баку, 1968. 
4
 Cəfərov C. Azərbaycan dilində söz yaradıcılığı. Bakı, 1960,   с.27. 
5
Севoртян Э.В. Аффиксы глаголообразования в азербайджанском языке, Москва, 1962, 
с. 449. 
6
Mirzəliyеva M. Müasir Azərbaycan dilində felin məna növləri və həmhüdud kateqoriyalar.. 
Filologiya  еlmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim  еdilmiş dissertasiya. Bakı, 
1976, s.123-124. 


 
163 
lərin, o cümlədən felin məna növlərinin sözdüzəltmə və sözdəyişmə-
dən fərqli formalar kimi nəzərdən keçirilməsi”nə
1
 ehtiyac  olduğu, 
digər tərəfdən isə “felin növ kateqoriyasının sözdüzəltmə və sözdə-
yişmə arasında orta vəziyyət tutan leksik-qrammatik kateqoriya 
olması”
2
 fikri yaranmışdır. 
Yeri gəlmişkən, bir məsələni də qeyd etmək istəyirik ki, bəzən 
elmi yenilik axtaran tədqiqatçı həmkarlarımız artıq mövcud olan fikir 
və mülahizələrdən fərqli fikirlər söyləmək, heç kimin toxunmadığı 
məsələlərə toxunmaqla, həqiqətən də, elmə böyük dəyər və 
əhəmiyyət kəsb edən yeniliklər gətirir, yeni mövqe və istiqamətlər 
açırlar. Bəzənsə, bu cür axtarışların pozitiv nəticəsi olmur, amma 
bununla belə, bu kimi tədqiqatlar nəticəsində ən azı gələcəkdə də təd-
qiqatçıların eyni yanlış yolla getməsinin qarşısı alınmış olur.  
Nəticələrin pozitiv və ya neqativ olmasına baxmayaraq
istənilən halda tədqiqatçının əsas vəzifəsi “yenilik ovu” deyil, bu və 
ya digər prinsipial mövqedən çıxış etməklə mövcud faktı araş-
dırmaqdır. Əks halda, sırf elmi mülahizələr və fikirlərin yanlış-doğru 
cəhətlərini araşdırmaqla əldə edilən nəticə nə qədər elmi və düzgün 
görünsə də, M.Mirzəliyevanın haqlı olaraq qeyd etdiyi kimi
3
, heç bir 
praktik əhəmiyyətə malik olmur.  
Aparılan müşahidələr göstərir ki, bəzən  situativ xarakterli 
nitqin müvəqqəti, keçici ehtiyacları ilə bağlı olaraq ilkin variantda ad 
və ya hərəkət mənasına malik olan sözlər ikinci dəfə mücərrəd əşya, 
ismi və ya feli əlamət və s. kimi təqdim olunur ki, buna dilçilik 
ədəbiyyatında  ikinci təqdimat  və ya reprezentasiya
4
 hadisəsi 
deyilir.  İkinci təqdimat  şəklində meydana çıxan epizodik xarakterli 
formalar konkret nitq prosesinin situativ ehtiyacı, dilin lakonikliyə 
                                                 
1
 Орузбаева Б. Словообразование в киргизском языке, Фрунзе, 1964, с.15.  
2
 Харитонов Л.Н. Залоговые формы в якутском языке, М.,Л., 1963 с.11 
3
 Mirzəliyеva M. Müasir Azərbaycan dilində felin məna növləri və həmhüdud kateqoriyalar. 
Filologiya  еlmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim  еdilmiş dissertasiya. 
Bakı,1976, s. 124. 
4
 Гузев В.Г. Очерки по теории тюркского словоизменения: Глагол (на материале ста-
роанатолийского языка). Ленинград, 1990, с. 104. 
 
164
olan meyili
1
 və nitq prosesində ifadə olunmuş ümumi mənanın 
köməyi ilə yaranır.  
Çox vaxt kommunikant nitq prosesində istifadə etdiyi ele-
mentlərdən birini və ya bir neçəsini xüsusi olaraq nəzərə çatdırmaq 
məqsədilə məntiqi vurğudan, intonasiyadan, sintaktik söz sırasından, 
üslubi məqamlardan və xüsusi formalardan istifadə edir.  
Nitqdə istifadə edilən elementlərdən birini və ya bir neçəsini 
xüsusi olaraq nəzərə çatdırmaq üsullarından biri də, digər element-
lərin məna yükünü azaltmaq, yəni onları mücərrədləşdirməkdir.Belə 
ki,mücərrədləşdirilmiş elementlər fonunda ilkin mənası ilə  işlənən 
elementlər daha qabarıq şəkildə nəzərə çarpır, məsələn:  
Qabaqda bir oğlan qaçır, o qonşumdur. 
Qaçan oğlan qonşumdur. 
Qabaqdakı oğlan qonşumdur. 
Qaçan qonşumdur. 
Qabaqdakı qonşumdur.  
Nümunələrdən də göründüyü kimi, birinci cümlədə iki sintaq-
matik mərkəz vasitəsilə ifadə olunmuş və danışan şəxs üçün, demək 
olar ki, eyni dərəcədə əhəmiyyət daşıyan iki fikir (cümlə) vardır. 
Eyni sözləri ikinci və üçüncü cümlədə bir sintaqmatik mərkəz 
ətrafında cəmlənmiş həmin iki fikrin sintezi(Qaçan oğlan qonşum-
dur; Qabaqdakı oğlan qonşumdur) haqqında demək çətindir. Çünki 
bu dəyişiklik nəticəsində meydana çıxan məna fərqi onu göstərir ki, 
danışan  şəxs üçün birinci cümlədə ikinci sintaqmatik mərkəz 
vasitəsilə ifadə olunmuş fikir(o, qonşumdur) birinci sintaqmatik 
mərkəz vasitəsilə ifadə olunmuş fikirdən (Qabaqda bir oğlan qaçır
daha vacibdir. Yəni birinci sintaqmatik mərkəz vasitəsilə ifadə  olun-
muş fikir danışan şəxsi yalnız yerləşdiyi yerə və ya gördüyü işə görə 
digər  şəxslərdən fərqlənən subyekt və ya şəxs kimi maraqlandırır. 
Buna görə  də  həmin  şəxsin gördüyü iş  və ya yerləşdiyi yer ismi 
əlamət anlayışı  yaradan okkazional forma ilə ifadə olunur. 
Bir haşiyə  çıxaraq qeyd edək ki, nitq prosesində  əvəzlikdən 
                                                 
1
 Велиев К.Н. Аффиксы -кы в азербайджанском языке. AKD, Баку, 1974, с. 19-20 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə