Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə42/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   38   39   40   41   42   43   44   45   ...   76

 
165 
istifadə, ümumiləşdirmə, mücərrədləşdirmə və lakonikliyin ən yük-
sək həddidir. Yəni, əslində, birinci cümlədə danışan şəxs üçün əsas 
fikir ikinci sintaqmatik mərkəz vasitəsilə ifadə olunmuş  (o, 
qonşumdur) fikirdir. Birinci sintaqmatik mərkəz vasitəsilə ifadə  
olunmuş fikir (Qabaqda bir oğlan qaçır) isə, danışan  şəxsi yalnız 
əsas fikrin subyektini yerləşdiyi yerə  və ya gördüyü işə görə digər 
şəxslərdən fərqləndirərək dinləyən  şəxsin diqqətinə çatdırmaq 
məqsədi daşıyır. Əgər söhbətin kimdən getdiyi dinləyən şəxsə əvvəl-
dən məlum olsaydı, yəni dinləyən şəxs həmin oğlanı özü müşahidə 
edib, “O, kimdir?” deyə soruşsaydı, və ya “Bir ona bax” desəydi, o 
halda danışan şəxs “Qabaqda bir oğlan qaçır, o qonşumdur” cümlə-
sinin əvəzinə sadəcə “O, qonşumdur” deyərdi.  
İndi isə qaçan, qabaqdakı tipində okkazional ismi əlamət for-
malarını  dərketmə  və  təfəkkür prosesləri baxımından nəzərdən 
keçirək.  
Gördüyümüz kimi, dildə okkazional şəkildə yaranan qaçan, 
qabaqdakı tipində söz formaları  və ya dil struktur vahidləri 
mövcuddur. Deməli, gerçəklik elementi olan dil struktur vahidləri 
varsa, onlara ekvivalent olan ikinci intellekt obrazları da mövcuddur. 
Buradan belə bir sual yaranır:dil struktur vahidi və ona 
ekvivalent şəkildə ikinci intellekt obrazı olan bu sözlərin, yəni ikinci 
təqdimat nəticəsində meydana çıxan epizodik xarakterli okkazional 
formaların birinci intellekt obrazı da varmı? Əgər varsa,nə üçün onlar 
müstəqil söz, yəni ikinci tip leksik forma deyil? Yox, əgər birinci 
intellekt obrazı yoxdursa, onlar necə dərk olunmuşdur? 
Əvvəldə  də qeyd etdiyimiz kimi, dildə mövcud olan bütün 
formaların, o cümlədən okkazional formaların, birinci intellekt 
obrazı, əlbəttə ki, vardır. Çünki yalnız o gerçəklik elementi ilə bağlı 
informasiya vermək və ya almaq ehtiyacı yarana bilər ki, həmin 
gerçəklik elementi ya əvvəlcədən dərk olunmuş olsun, ya da birbaşa 
informasiya mübadiləsi anında dərk edilsin
1
. Gerçəklik elementi isə 
                                                 
1
 Əsgərov M.B. Dil və  dərketmədə qarşılıqlı  əksolunmalar. Elmi axtarışlar, AMEA Folklor 
institutunun elmi toplusu, XXV buraxılış, Bakı, “Səda”, 2006, s. 111-115. 
 
166
o vaxt dərk olunmış hesab edilir ki, beyin aparatı vasitəsilə onun 
birinci intellekt obrazı yaradılmış və yaddaşda qeyd edilmiş olsun
1

İlkin variantda ad və ya fel kimi dərk olunmuş gerçəklik ele-
mentlərinin birinci intellekt obrazı müvəqqəti olaraq okkazional 
formaların birinci intellekt obrazı funksiyasını yerinə yetirir. Yəni 
qaçan tipində okkazional formanın birinci intellekt obrazı  qaçmaq 
hərəkətinin ismi əlamət  şəklində  təqdim olunmuş birinci intellekt 
obrazıdır. Bu halda qaçmaq hərəkətinin birinci intellekt obrazı ağıllı, 
qoçaq, tənbəl, uzun, qısa sözlərinin birinci intellekt obrazları ilə eyni 
sıraya qoyulur. Amma müvəqqəti nitq ehtiyacı ödənildikdən sonra 
qaçmaq  hərəkətinin birinci intellekt obrazı bu sıranı  tərk edir, yəni 
yalnız özünün əvvəlki hərəkət obrazına ekvivalent olaraq qalır. 
Eyni qayda ilə qabaqdakı tipində okkazional formanın birinci 
intellekt obrazı qabaq adının ismi əlamət şəklində təqdim olunmuş 
birinci intellekt obrazıdır. Bu halda qabaq adının birinci intellekt 
obrazı  ağıllı, qoçaq, tənbəl, uzun, qısa sözlərinin birinci intellekt 
obrazları ilə eyni sıraya qoyulur. Müvəqqəti nitq ehtiyacı ödəndikdən 
sonra  qabaq adının birinci intellekt obrazı bu sıranı  tərk edir, yəni 
yalnız özünün əvvəlki intellekt obrazı mahiyyətində qalır. 
Deməli, tam müstəqil mahiyyət daşımasa belə, istənilən halda 
okkazional formaların birinci intellekt obrazı mövcud olur, yəni 
onların  əmələ  gəldiyi leksik formaların intellekt obrazı müvəqqəti 
olaraq bu funksiyanı yerinə yetirir. Bu cəhəti təsdiq edən əsas faktor 
həmin okkazional formaların bəzən leksikləşməsidir, məsələn,  
Ağacdələn – quş adı kimi,  
Danaqıran – bitki adı kimi. 
Başqa bir nümunəyə baxaq: 
Qacar: - Xoşbəxt xəlq eyləmiş səni Yaradan! 
Vaqif: - Dünyada qalacaq, yalnız yaradan! (S.Vurğun. 
“Vaqıf”) 
Göründüyü kimi, burada birinci misrada “Yaradan” sözü 
                                                 
1
 Əsgərov M.B. Dərketmənin mexanizmi. “Tədqiqlər”, AMEA Dilçilik İnstitutu, Bakı, “Elm”, 
2006, N 4, s. 44-59. 


 
167 
Allahın mübarək adlarından biri kimi işlədilmiş, yəni Allah gerçəkli-
yinin birinci intellekt obrazı ilə eyni koda birləşmişdir.  
İkinci misradakı “yaradan” sözü isə bir şeyi icad edən, tikən, 
quran, formalaşdıran qeyri-müəyyən bir şəxs, yəni okkazional olaraq 
fəaliyyəti  əsasında xarakterizə olunan mücərrəd  şəxs mənasında 
işlədilmişdir.  
Belə leksikləşmənin baş verməsinin əsas səbəbi odur ki, hə-
min formanın ekvivalent olduğu ikinci intellekt obrazı eyni kod 
daxilində müstəqil gerçəklik elementinə ekvivalent olan birinci 
intellekt obrazı ilə birləşir. 
Müxtəlif leksik, qrammatik fərqləndirmə, vurğulama üsulları 
ilə yanaşı, mücərrədləşdirmədən istifadə də dilin okkazional ehtiyac-
larından doğur. Okkazional ehtiyac dedikdə - nitq prosesində konkret 
kontekst daxilində və məhz bu kontekstdə işlətmək məqsədi ilə hər 
hansı bir məna çalarına malik formanın yaradılması nəzərdə tutulur.  
Okkazional formanın əsas əlaməti onun amorfluğunda, leksik 
və qrammatik kateqoriyalar arasında keçid mərhələsində olma-
sındadır. Belə ki, bu formalar nə tam qrammatik kateqoriyalar kimi 
leksik vahidlər arasındakı  əlaqə  və münasibətləri  əks etdirir, nə  də 
leksik kateqoriyalar kimi yeni müstəqil leksik vahidlər yaradır.  
Okkazional formaların yaranma şəkli qrammatik kateqoriya-
lara, yaratdıqları  məna çaları isə leksik kateqoriyalara bənzəyir. 
Amma, əslində, bu formalar keçici, müvəqqəti, birdəfəlik ehtiyacın 
ödənməsinə xidmət etdiyinə, polifunksionallığına və məna dəyişkən-
liyi yaratdığına görə onları leksik yox, qrammatik kateqoriyalar qru-
puna daxil etmək lazımdır
1
.  
Buraya qədər deyilənlərə  əsaslanaraq belə  nəticəyə  gəlmək 
olar ki, türk dillərində adlara və fellərə müəyyən şəkilçilərin  artırıl-
ması ilə düzələn okkazional formalar ilkin variantda əşya, əlamət və 
hərəkət məzmununa malik olan sözləri ikinci dəfə mücərrəd  əşya, 
ismi və feli əlamət və s. kimi təqdim edir.  
                                                 
1
 Гузев  В.Г.  Система  тюркских  словоизменительных  категорий  в  фукционально-
семантическом аспекте. АДД. Ленинград, 1986, с. 56-64. 
 
168
Həm adlarda, həm də fellərdə müşahidə olunan bu formaların 
məcmusunu müvəqqəti nitq ehtiyaclarını ödəmək məqsədi ilə okka-
zional şəkildə yaranmış leksik-qrammatik formalar kimi ikinci təqdi-
mat kateqoriyaları ümumi başlığı altında birləşdirmək mümkündür. 
Türk dillərində həm adlarda, həm də fellərdə ikinci təqdimat 
kateqoriyalarının mövcudluğu bu araşdırmanın müəllifi tərəfindən 
Türk və Azərbaycan dilləri materialları üzrə əsaslandırılmış və funk-
sional-semantik cəhətdən ətraflı şəkildə şərh edilmişdir
1
. Həmin for-
maların linqvopsixoloji cəhətdən ümumi analizinin nəticələri də 
funksional-semantik cəhətdən araşdırmanın nəticələrinin düzgünlü-
yünü bir daha təsdiq etdiyinə  və qeyd olunan əsərdə kifayət qədər 
faktiki dil nümunəsi verildiyinə görə burada nümunələr gətirməklə 
nəzəri  şəkildə söylənmiş fikirləri yenidən  əsaslandırmağa ehtiyac 
duymuruq. Sadəcə onu qeyd etmək istəyirik ki, leksik-qrammatik 
formalar quruluş etibarı ilə qrammatik formalara və müəyyən qədər 
ikinci tip leksik formalara (əslində ikinci tip leksik formaların özü də 
qrammatik formalara) bənzəyir. Yəni bu formalar leksik forma + 
konkret lesik-qrammatik şəkilçi  qəlibi  əsasında yaranır. Amma bu 
formalar leksik formalardan fərqli olaraq tam müstəqil birinci 
intellekt obrazına malik deyil. Onların ikinci intellekt obrazı isə 
eynilə qrammatik formaların ikinci intellekt obrazları kimi müxtəlif 
şəkilçilər formasında mövcuddur, qrammatik formalar kimi mə-
nimsənilir. Bu səbəbdən leksik-qrammatik formaların dil struktur 
vahidləri və ikinci intellekt obrazları haqda “qrammatik formalar” 
başlığı altında ətraflı danışılacaqdır. 
 
§ 3.4. Qrammatik formalar 
 
F. de Sеssürün təbiri ilə dеsək, diaхrоn və sinхrоn linqvistikanın 
bəzi cəhətlərindən danışan L.V.Şеrba qеyd еdir ki, “sinхrоn linqvisti-
kanın rоlunun kifayət qədər qiymətləndirilməməsinin səbəbi nitq fəa-
                                                 
1
 Əsgərov M.B. Türk dillərində zaman formaları, advеrbial fеl formaları  və onlar arasında 
funksional-sеmantik  əlaqələr Bakı,  “Elm”, 2003, İkinci nəşr, s. 65-76. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə