Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə43/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   39   40   41   42   43   44   45   46   ...   76

 
169 
liyyətində qrammatikanın rоluna o qədər də əhəmiyyət vеrilməmə-
sidir ... Bəzi tədqiqatçıların təsviri qrammatikanı qеyri-еlmi fəaliyyət 
hеsab  еtməsi,  ən azı  ədalətsizlikdir:”nitq” faktları  əsasında ümumi 
olanı, yəni “dil sistеmini” müəyyənləşdirmək,  əslində, təkcələrin 
ümumiləşdirilməsi prosesidir ki, mahiyyət еtibarı ilə bütün еlmlər hər 
zaman buna cəhd еdir”
1
. Bu günə qədər Azərbaycan və türk dilləri-
nin həm leksikası
2
, həm morfologiyası
3
, həm də sintaksisi
4
 çox detal-
lı şəkildə tədqiqatlara çəlb olunmuş, istər tarixi
5
, istərsə də dilin müa-
sir səviyyəsi baxımından
6
 dəyərli əsərlər yazılmışdır. 
Tədqiqatın bu hissəsi sadəcə türk dillərində deyil, ümumiy-
yətlə dilçilik elmində qrammatik formaların psixolinqvistik və ya lin-
qvopsixoloji analizinə ilk cəhddir. Burada nümunələr Azərbaycan və 
ya türk dilindən verilsə də, əslində, bu tədqiqatın nəticələrindən sadə-
cə türk dillərinin deyil, ümumiyyətlə bütün aqlütinativ dillərin eyni 
istiqamət üzrə tədqiqində istifadə oluna bilər.  
Qrammatik formaların linqvopsixoloji analizi zamanı onların 
ilkin və ikinci yaranma mexanizmləri, əsas və ikinci dərəcəli obrazlar 
sistemi, birinci və ikinci intellekt obrazları arasındakı münasibətlər 
nəzərə alınacaqdır. Obyektiv aləmdə mövcud olan gerçəklik elemen-
tinin dərk olunması nəticəsində yaranan birinci intellekt obrazı, onun 
dildə əksi ilə yaranan dil struktur vahidi və dil struktur vahidinin dərk 
olunması nəticəsində yaranan ikinci intellekt obrazı dərketmə aktları 
ardıcıllığı ilə izlənəcək, qrammatik formaların hər iki intellekt obrazı-
nın həm  ənənəvi, həm də  əks ardıcıllıqla mənimsənilməsi qaydası 
nəzərdən keçiriləcəkdir. 
Qrammatik formaların yaranması.  Tədqiq olunan dillərdə 
qrammatik formaların yaranması və mənimsənilməsi əks ardıcıllıqla 
cərəyan edən ikinci mənimsəmə üsulu əsasında izah və şərh olunaca-
                                                 
1
 Щерба Л.В. Языковая система и речевая деятельность. Ленинград. Наука, 1974, с 49.  
2
 Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. Bakı. “Bakı Universiteti”, 2000, 334 s. 
3
 Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası. II hissə, Bakı.. 2003, 340 s. 
4
 Kazımov Q. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, 2000, 496 s. 
5
 Besim Atalay. Türkçe’de kelime yapma yolları. İstanbul, 1956, 342 s. 
6
 Ergin Muharrem. Türk Dilbilgisi, İstanbul, 1958, 462 s. 
 
170
ğına görə, burada qrammatik formaların ikinci intellekt obrazının, 
növbəti, “Qrammatik formaların mənimsənilməsi” adlı paraqrafda 
isə, onların birinci intellekt obrazının yaranma mexanizmi, mahiyyəti 
və strukturu şərh olunacaqdır. 
Müəyyən qrammatik məna yaratmaq məqsədilə konkret 
qrammatik  şəkilçilərlə  işlənən söz qəlibləri (leksik forma+konkret 
qrammatik  şəkilçi) də bütün digər dil struktur vahidləri kimi nitq 
ehtiyacından yaranmış, müstəqil gerçəklik elementi kimi dərk oluna-
raq yaddaşımıza həkk olunmuşdur. Amma bununla belə, qrammatik 
formaların yaranması leksik və leksik-qrammatik formaların 
yaranması qədər qısa və asan yolla baş verməmişdir.  
Müxtəlif sistemli dillər, eləcə  də türk dilləri üzrə aparılan 
müşahidə və araşdırmalar dilin istənilən səviyyəsinə aid olan struktur 
vahidlərinin bütün dillərdə eyni prinsip və üsullarla yarandığını 
söyləməyə əsas verir.  
Dilin ilkin qolunu təşkil edən  şifahi nitqin leksik, leksik-
qrammatik, qrammatik formalar ardıcıllığı ilə yaranması və təkamül 
etməsi fikri, demək olar ki, bütün tədqiqatçılar tərəfindən qəbul 
olunur. Belə ki,diaxron aspektdə aparılan əksər tədqiqatlar və məntiqi 
araşdırmalar ilkin dil struktur vahidlərinin leksik formalardan ibarət 
olduğunu göstərir.  
Mövcud tədqiqatların gerçəkliyi şübhə altına alınsa belə, yal-
nız düzgün məntiqə  əsaslanmaqla dil və ya nitqin ilk əvvəl leksik 
formalardan ibarət olduğunu söyləmək mümkündür. Yəni ulu əcdad-
larımızın nitqinin ilkin variantının yalnız leksik vahidlərdən ibarət 
olması fikri heç bir şübhə doğurmur. Çox güman ki, dilin yenicə 
təşəkkül tapdığı zamanlarda qəbilə başçısı və ya baş ovçu ov planını 
öz qəbiləsindən olan digər ovçulara belə izah etmişdir:”Mən heyvan 
qov. Sən heyvan ox vur. Sən heyvan daş vur. Sən heyvan tut.... Bu 
nitq söyləmlərində sadəcə ovçuların rol bölgüsü verilmiş, onlardan 
hər birinin konkret funksiyası qeyd olunmuşdur.  
Əslində bu tip nümunələrin qədim yazılı mənbə və abidələr-
dən götürülməsi daha düzgün, məntiqi və inandırıcı olardı. Heç bir 


 
171 
abidə və mənbəyə istinad etmədən şərti olaraq bu nümunələri vermə-
yimizin iki əsas səbəbi vardır. Birinci və ən başlıca səbəb odur ki, 
eyni məzmunu və ya fikri əks etdirməklə bu üç ardıcıl mərhələni tam 
şəkildə əks etdirən yazılı mənbələr mövcud deyil və ya ən azı bizə 
məlum deyil. Müxtəlif məzmunlu mətnlər üzrə bu mülahizənin şərhi 
isə fikrin yayınmasına, məntiqi sıranın pozulmasına səbəb ola bilər. 
İkinci səbəb isə odur ki, sırf leksik formalardan ibarət nitq söyləmlə-
rinin yaranma dövrü, əsasən yazıyaqədərki dövrdür və onların yazılı 
mənbələrdə mövcud olması az inandırıcı görünür.  
Əlbəttə ki, ilkin nitqin məhz bu sözlərdən ibarət olduğu və ya 
bu ardıcıllıqla söyləndiyi qəti  şəkildə iddia oluna bilməz. Böyük 
ehtimalla bu cür izahat prosesində güclü şəkildə mimika, əl-qol hərə-
kəti, səs və  hərəkət təqlidindən istifadə olunmuşdur.  Şübhəsiz ki, 
yaranan ilkin nitqdə  məhz bu sözlər işlənilməmiş, çox güman ki, 
mən, sən, o əvəzliyinin ben, min, sen, sin, ol kimi
1
heyvan, ox, daş 
isimlərinin  amba, ok, taş kimi
2
,  qov, vur, tut fellərinin  qo, ur, dut 
kimi
3
 daha  qədim variantlarından istifadə olunmuşdur. Amma bu-
nunla belə, istənilən halda, nümunə kimi verilmiş nitqin anlaşılması 
mümkündür və türk toplumunun inkişafının müəyyən bir dövründə 
onun nitqi məhz bu tip cümlələrlə, daha doğrusu,söz qrupları ilə ifadə 
olunmuşdur.  
Toplumun inkişafının müəyyən mərhələsində (məsələn, bir 
neçə  əsr və ya min il sonra) onun nitqi yalnız leksik vahidlərdən 
ibarət olmamış bu nitqdə dolğunluq yaratmaq, ifadə dəqiqliyinə nail 
olmaq üçün polifunksional leksik-qrammatik formalardan da istifadə 
olunmuş, yuxarıda verdiyimiz nümunə təxminən bu şəklə düşmüş-
dür:”Mən heyvan qov dur mən. Sən heyvan ox vur dur sən. Sən 
heyvan daş vur dur sən. Sən heyvan tut dur sən ...”. 
Toplumun inkişafının daha sonrakı  mərhələlərində isə onun 
                                                 
1
 Rzasoy S. Oğuz mifinin paradiqmaları. Baki. “Səda”, 2004, 200 s. 
2
 Насилов  Д.М.  Структура  времен  индикатива  в  древнеуйгурском  языке  (по 
памятникам уйгурского языка). AKD, Москва, 1963, 21с. 
3
 Bax: Rəcəbli Ə. Göytürk dilinin leksikası. Bakı. “Nurlan”, 2004. 
 
172
nitqində leksik və leksik-qrammatik formalarla yanaşı artıq söz 
formaları arasındakı əlaqə və münasibətləri əks etdirən formalar, yəni 
polifunksional qrammatik formalardan da istifadə olunmuş, daha 
sonrakı mərhələlərdə polifunksional formalar da diferensiallaşmış və 
yuxarıda verdiyimiz nümunə  təxminən bu şəklə düşmüşdür:Mən 
heyvanı qovuram, sən oxla vurursan, sən daşla vurursan, sən tutur-
san ...”. Burada qrammatik formaların yaranması ilə yanaşı, diqqəti 
cümlənin quruluşunda baş verən dəyişkənliklərə yönəltmək də yerinə 
düşər. Məlum olduğu kimi:”sadə cümlələr tarixin ən qədim 
dövrlərində yaranmış, zaman keçdikcə inkişaf edərək mürəkkəbləş-
miş, təkmilləşmişdir. Mürəkkəb cümlənin inkişafında birinci mərhə-
ləni tabesiz mürəkkəb cümlə təşkil edir,...tabeli mürəkkəb cümlələr 
ədəbi yazı dilinin inkişaf etdiyi dövrdə meydana gəlmişdir”
1
. 
Göründüyü kimi, diaxron aspektdə aparılan çoxsaylı tədqiqat 
əsərlərinə istinad etmədən belə,yalnız məntiqi analizlərə  əsaslan-
maqla dil və nitqin leksik, polifunksional leksik-qrammatik, poli-
funksional qrammatik,diferensial qrammatik formalar xətti ilə inkişaf 
edərək zənginləşməsi sxemini bərpa etmək mümkündür. 
Ümumi cümlə strukturunda baş verən dəyişmələr, modallıq və 
predikativliyin yenidən təşkili, ilkin predikativ mərkəzlərdən bəzilə-
rinin zəifləyərək ikinci dərəcəli mərkəzlərə çevrilməsi və ya ümumi 
cümlə strukturuna ikinci dərəcəli yeni predikativ mərkəzlər daxil 
etməklə onların genişləndirilməsi, eləcə  də cümlə predikativliyinin 
intonasiya və digər fonetik vasitələrin köməyi ilə yaradılması qram-
matik formaların, yəni sintaktik və fonetik-sintaktik səviyyəli qram-
matik formaların  əmələgəlmə yollarındandır.  Əslində, bu kimi hal-
ların mövcudluğu nitq söyləminin yaranmasındakı evristikliyi bir 
daha təsdiq edən faktlardır ki, bu haqda nitqin yaranması  və 
mənimsənilməsi mexanizmini şərh edərkən danışmaq daha doğru 
olacaqdır.   
Verilən nümunələr  əsasında bu zəncirin son həlqəsini təşkil 
edən qrammatik formaların ilkin yaranma sxemini  ümumi şəkildə də 
                                                 
1
 Mirzəzadə H. Azərbaycan dilinin tarixi sintaksisi. Bakı, “Maarif”, 1968, 162 s. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə