Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə44/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   40   41   42   43   44   45   46   47   ...   76

 
173 
olsa, bərpa olunmuş hesab edə bilərik. Bununla belə, qrammatik 
formaların linqvopsixoloji analizinə keçməmişdən  əvvəl daha bir 
neçə məsələni də nəzərə almaq lazımdır. 
Birincisi, istər aqqlütinativ, istərsə də flektiv dillərdə minlərlə 
dil struktur vahidi ilə təmsil olunan qrammatik formaların hər birinin 
ilkin yaranma sxemini bərpa etmək heç də asan deyil. Qədim və ən 
qədim dövrlərdə baş vermiş  dəyişkənlikləri dəqiqliklə  əks etdirə 
biləcək heç bir mənbə yoxdur. Digər tərəfdən, əksər dəyişkənlik və 
çevrilmələr yazıyaqədərki dövrlərdə baş vermişdir və bu səbəbdən 
belə mənbələrin olması ehtimalı belə yoxdur.  
İkincisi, ilkin yaranma sxemi bərpa olunan qrammatik forma-
ların gerçəklik elementinin real obrazına ekvivalent olan həm birinci, 
həm də ikinci intellekt obrazında elə böyük dəyişkənlik, çevrilmə və 
yeniləşmələr baş vermişdir ki, onların ilkin variantda dərk olunmuş 
obrazları ilə hal-hazırda malik olduqları obrazlar arasında uzaq bən-
zərlikdən başqa heç bir eyniyyət yoxdur və ola da bilməz. Əks halda, 
onlar qrammatikləşə bilməzdilər.  
Amma bütün bunlara baxmayaraq, qrammatik formalar dil 
struktur vahidləri kimi mövcuddur və nitq prosesində onlardan aktiv 
şəkildə istifadə olunur. Bu gün istifadə olunan qrammatik formaların 
ilkin əmələ gəlmiş olduqları leksik (və ya leksik-qrammatik) forma-
ların birinci və ikinci intellekt obrazları ilə birbaşa bağlılığı yoxdur və 
qrammatik formaların dərk olunması müstəqil şəkildə baş verir. 
Burada L.Şerbanın bir mülahizəsini yada salmaq yerinə düşər. 
O yazır: “Qrammatika nitq fəaliyyəti ilə bağlı qaydalar tоplusudur ... 
və danışan  şəхs ifadə  еtmək istədiyi fikrə uyğun dеyimləri 
fоrmalaşdırarkən  оna  əsaslanır.  Əgər bizim linqvistik təcrübəmiz 
qrammatika adlandırdığımız sistеm şəklində fоrmalaşmış оlmasaydı, 
о halda bizim еşitdiklərini təkrarlayan və başa düşən tutuquşundan 
hеç bir fərqimiz оlmazdı
1

Yuxarıda leksik formaların müstəqil şəkildə mövcud olan tam 
müstəqil birinci və ikinci intellekt obrazlarının, leksik-qrammatik 
                                                 
1
 Щерба Л.В. Языковая система и речевая деятельность.Ленинград. “Наука”, 1974, с. 47.  
 
174
formaların okkazional şəkildə meydana çıxan, bu ehtiyac ödənildik-
dən sonra yox olan birinci intellekt obrazının olduğunu gördük. İndi 
də dərketmə prosesində qrammatik formalarla bağlı yaranan birinci 
və ikinci intellekt obrazlarının yaranma və mənimsənilmə mexaniz-
mini izləməyə çalışaq.    
İlk növbədə onu qeyd edək ki, digər dil struktur vahidləri kimi, 
qrammatik, o cümlədən leksik-qrammatik formalara və kateqoriya-
lara aid olan bütün şəkilçi variantları ayrı-ayrı olmaqla dərk edil-
mişdir. Yəni qrammatik forma olan şəxs kateqoriyasının bütün şəkil-
çiləri, o cümlədən birinci şəxs üzrə -ım
4
, -m, -ımız
4
, -mız
4
, ikinci şəxs 
üzrə -ın
4
,  -n, -ınız
4
, -nız
4
, üçüncü şəxs üzrə 
4
, -sı
4
, -ları
2
 şəkilçiləri, 
və yaxud da leksik-qrammatik forma olan substantiv fel formalarının 
-maq
2
, -ma
2
 şəkilçiləri və s. müstəqil gerçəklik elementləri kimi dərk 
edilərək ikinci intellekt obrazı şəklində yaddaşımıza həkk olunmuş-
dur. Əks halda, bu və ya digər sözə lazım gələn şəkilçi variantını düz-
gün artıra bilməzdik. Deməli, baş beynimizdə müstəqil dil struktur 
vahidi kimi gerçəklik elementi mahiyyəti daşıyan hər bir şəkilçi 
variantının dərk olunması nəticəsində yaranmış ikinci intellekt obrazı 
mövcuddur.  
Yuxarıda qeyd etdik ki,dilin ilkin təşəkkülü prosesində 
qrammatik və leksik-qrammatik formalar leksik formalardan yaransa 
da, onların birinci və ikinci intellekt obrazlarında ümumi bənzərlik-
dən başqa heç bir eyniyyət yoxdur.  
Burada haqqında danışılan mənsubiyyət  şəkilçiləri, eləcə  də 
ismi və feli xəbər formaları ilə  işlənən  şəxs sonluqları  və tarixən 
onların əmələ gəlmiş olduğu şəxs əvəzlikləri arasında ikinci intellekt 
obrazları baxımından müəyyən bənzərliklər vardır. Bu bənzərliyin 
özü belə yalnız dilçilərin müşahidə edə biləcəyi bir bənzərlikdir. Bu 
və ya digər dillərdə danışan milyonlarla insanlar, yəni həmin 
dillərdəki bu və ya digər qrammatik və ya leksik-qrammatik 
formaları dərk edib onlardan öz nitqində aktiv şəkildə istifadə edənlər 
isə yalnız dilçilər deyildir.  
Bundan başqa, bəzi qrammatik və ya leksik-qrammatik forma-


 
175 
ların tarixən əmələ gəlmiş olduğu leksik formalar nəinki digər şəxs-
lərə, hətta bəzən dilçilərə belə məlum olmur. Məsələn, isimlərdə hal 
şəkilçilərinin, sifətlərdə  dərəcə  şəkilçilərinin,fellərdə  xəbər forması 
yaradan müxtəlif  şəkilçilərin tarixən  əmələ  gəlmiş olduğu leksik 
vahidləri müəyyənləşdirmək heç də asan deyildir. 
Aparılan eksperimentlər sübut edir ki, ismi sifətdən, zərfi 
saydan ayırmağı bacarmayan, tamamlıqla təyinin adını isə bir vaxtlar 
eşitmiş olduğunu böyük çətinliklə yada salan dil daşıyıcıları, eləcə də 
dilçiliklə bağlı oxuduğu “ən böyük elmi kitab” rus məktəbinin 8-ci 
sinfində oxuyarkən hərdən qiymət almaq üçün vərəqlədiyi “rus dili” 
dərsliyi olan qeyri-dil daşıyıcıları Azərbaycan və türk dilində demək 
olar ki, əksər qrammatik forma və kateqoriyaları düzgün dərk edə və 
onları yerli-yerində  işlədə bilmişlər. 2001-ci ilin yanvar-iyun 
aylarında “Fortuna Lux” tərcümə  və dil öyrənmə  mərkəzində bir 
ukraynalı, bir alman və üç rus dinləyicisi ilə  tərəfimizdən aparılan 
eksperiment dərslərin nəticələri göstərir ki, qrammatik formanın 
mənimsənilib düzgün şəkildə işlədilə bilməsi üçün həmin formaların 
tarixən əmələ gəlmiş olduğu leksik forma ilə əlaqəsini bilib-bilmə-
məyin heç bir əhəmiyyəti yoxdur. 
Deməli, müasir dillərdə mövcud olan qrammatik formaların 
dərk olunması mexanizmini onların tarixən  əmələ  gəlmiş olduğu 
leksik formaların dərk olunması mexanizmi ilə əlaqələndirmək və ya 
eyniləşdirmək heç bir halda düzgün nəticə verə bilməz.  
Qrammatik formaların mənimsənilməsi. Qrammatik formalar 
bu və ya digər şəxs tərəfindən dərk olunarkən və ya mənimsənilərkən 
mahiyyət etibarı ilə eyni olan, sadəcə, cərəyan ardıcıllığı ilə fərqlənən 
iki mənimsəmə üsulundan istifadə edilir.  
Əks ardıcıllıqla cərəyan edən ikinci dərketmə  və ya mə-
nimsəmə üsulunda, ilk növbədə, dilin müasir səviyyəsində mövcud 
olan qrammatik formanın şəkli əlaməti və ya maddi hissəsi ilə, başqa 
sözlə desək, dil struktur vahidi ilə tanışlıq baş verir(məsələn, türk 
dilində  -da, -də, -ta, -tə  şəkilçisi ilə düzələn qrammatik formanın 
olması haqqında məlumat daxil olur). Bu zaman dinləyicinin beynin-
 
176
də bu dil struktur vahidlərinin hər birinə ekvivalent olan ikinci intel-
lekt obrazları yaranır.  
Əvvəldə  də qeyd etdiyimiz kimi, əgər ikinci intellekt obraz-
larının yaranmasından sonra keçən qısa vaxt ərzində obyektiv aləmdə 
mövcud olan gerçəklik elementi haqqında məlumat daxil olmazsa və 
həmin gerçəklik elementinin real obrazına ekvivalent olan birinci 
intellekt obrazı yaranmazsa, qismən qısa bir vaxtdan sonra dil 
struktur vahidinin dərk olunması nəticəsində yaranmış ikinci intellekt 
obrazı da unudulur
1
.  
Linqvopsixoloji problemlərə  həsr olunan bəzi araşdırmaları-
mızda qeyd etmişdik ki, dərk olunan gerçəklik elementlərinin tipin-
dən asılı olmayaraq, onlarla bağlı bütün dərketmə və təfəkkür proses-
ləri analoji vahidlər vasitəsilə, analoji ardıcıllıqla cərəyan edir
2
.  
Həmin fikri davam və inkişaf etdirərək belə deyə bilərik ki, 
potensial olaraq hiss orqanlarına təsir imkanına malik olan və 
olmayan, dildə əks olunan və olunmayan bütün gerçəklik elementləri 
ilə bağlı bütün dərketmə  və  təfəkkür proseslərinin həm apellyativ 
vahidləri, həm də cərəyan ardıcıllıqları tam identikdir.      
Qrammatik formanın birinci intellekt obrazı haqqında danış-
mazdan əvvəl, ona ekvivalent olan gerçəklik elementinin özünü digər 
tipdən olan gerçəklik elementləri ilə müqayisəli  şəkildə  nəzərdən 
keçirməyə ehtiyac vardır. 
Klassik psixolinqvistikanın stimul-reaksiya, stimul-oppozisya-
reaksiya, yaradıcı qrammatika kimi əsaslarına istinadən gerçəklik 
elementinin üç tipini fərqləndirmək mümkündür:  
1)
 birbaşa fizioloji hiss orqanlarına təsir edə bilən və dildə  əks 
olunan gerçəklik elementləri (məs.: “kitab”  kimi),  
2)
 birbaşa fizioloji hiss orqanlarına təsir edə bilməyən, amma 
dildə əks olunan gerçəklik elementləri (məs.: “xəyal” kimi), 
                                                 
1
 Əsgərov M.B. Dil və  dərketmədə qarşılıqlı  əksolunmalar. Elmi axtarışlar, AMEA Folklor 
institutunun elmi toplusu, XXV buraxılış, Bakı, “Səda”, 2006, s. 111-115. 
2
 Əsgərov M.B. Dərketmə  və  təfəkkürün vahidləri. Azərbaycan Dövlət Pedaqoji 
Universitetinin “Xəbərlər”i, Humanitar elmləri seriyası, Bakı, N 4, 2006, s. 115-119.    


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə