Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə45/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   41   42   43   44   45   46   47   48   ...   76

 
177 
3)
 birbaşa fizioloji hiss orqanlarına təsir edə bilən, amma dildə 
əks olunmayan (məs.: “üst dodaqdakı kanalcıq” kimi)  
Təbii ki, klassik psixolinqvistik mövqedən yanaşmaqla 
gerçəklik elementinin başqa tiplərinin də olduğunu iddia etmək 
mümkün deyil. Çünki mövcud meyarlar sadəcə bu üç tipi fərqləndir-
məyə imkan verir. Meyar yetərsizliyi və naqisliyindən klassik psixo-
linqvistika bir sıra çatışmazlıqlara yol vermiş  və o cümlədən dil 
struktur vahidlərinin müstəqil gerçəklik elementləri olmasını nəzərə 
almamışdır.  
Klassik psixolinqvistika bazasında yaranıb özünü onun varisi və 
üçüncü pilləsi və ya yeni məktəbi elan etsə də, məsələnin linqvistik 
yönünü demək olar ki, əhəmiyyətsiz bir şey hesab edib bir tərəfə atan 
nitq fəaliyyəti nəzəriyyəsi problemi həll etmək əvəzinə, dili dərketmə 
və  təfəkkür proseslərinin içində  əritməklə bu problemin həllindən 
yan keçmişdir
1
. Əslində hər bir dil struktur vahidi öz-özlüyündə ikin-
ci sıra gerçəklik elementidir
2
. Dillərin sinxron səviyyəsində qramma-
tik formalar müstəqil gerçəklik elementi kimi məhz dil struktur 
vahidləri arasında mövcuddur.  
Dil struktur vahidlərini obyektiv aləmin birbaşa təbiət tərə-
findən yaradılan əşyalar, varlıqlar, faktlar, hadisələr kimi birinci sıra 
gerçəklik elementləri arasında axtarmaq ən azı sadəlövhlük olardı. 
Çünki dil struktur vahidi aktiv bir sistemin vahidi olaraq insanın 
beyin aparatı vasitəsilə yaradılır və həmin aktiv sistemin aktiv vahidi 
xüsusiyyətini məhz yenidən beyin aparatı ilə birləşdikdə qazanır. 
İnsanın beyin aparatından kənarda mövcud olan forma və ya nitq mə-
nasız səsdən və ya işarələr zəncirindən başqa bir şey deyildir.   
Yeri gəlmişkən qeyd edək ki, söylədiyimiz bu mülahizə 
N.Xomskini “transformativ qrammatıka” və ya “koqnitiv köklər”
3
 
kimi yanlış  nəzəri  əsaslara yönəldən analoji mülahizələr qədər 
                                                 
1
 Bu məsələ birinci fəsildə ətraflı şərh olunmuşdur.  
2
 Bax: Əsgərov M.B. Dilin psixolinqvistik mahiyyəti. “Tədqiqlər”. AMEA Dilçilik İnstitutu, 
Bakı, “Elm”, 2004, N 2, s. 60-64. 
3
 Хомский Н. Аспекты теории синтаксиса М., 1972.  
 
178
təhlükəli bir sərhəddə dayanır. Bəlkə də, bu mülahizə yanlışla gerçək 
arasındakı sərhəddin özüdür.  
Problemə N.Xomski mövqeyindən yanaşılsa, yuxarıda irəli 
sürdüyümüz mülahizə ilə bağlı belə demək olardı: “beyin aparatı 
vasitəsilə yaranan və aktiv sistemin aktiv vahidi xüsusiyyətini məhz 
yenidən beyin aparatı ilə birləşdikdə qazanan dil struktur vahidlərinin 
əsasında transformativ və ya yaradıcı qrammatika dayanır və bütün 
insanlarda bu qrammatikanın irsən keçən koqnitiv kökləri vardır”. 
Əslində isə, yaradıcı qrammatika olmadığı kimi,onun irsən keçən 
koqnitiv kökləri də yoxdur.  
Yenidən qrammatik formaya ekvivalent olan gerçəklik ele-
menti məsələsinə qayıdaraq qeyd edək ki, dillərin müasir səviyyəsin-
də ilk baxışdan elə görünə bilər ki, qrammatik formaya ekvivalent 
olan birinci sıra gerçəklik elementi həmin formanın şəkli əlamətidir, 
yəni cəmlik məzmunu ifadə edən qrammatik formaya ekvivalent 
olan əsas gerçəklik elementi məhz  -lar, -lər şəkilçisidir.  
Belə düşünmək, əlbəttə ki, yanlışdır.  
Dərkolunma və ya mənimsənilmə üsulundan asılı olmayaraq, 
qrammatik formanın şəkli əlaməti bu formanın ikinci intellekt obrazı-
na ekvivalent olan ikinci sıra gerçəklik elementidir. Başqa sözlə 
desək, cəmlik məzmununu dildə  və ya nitqdə ifadə edən  -lar, -lər 
şəkilçisi bu formanın ikinci intellekt obrazına ekvivalent olan gerçək-
lik elementidir.  
Biz insanlar cəmiyyətin fərdi kimi daima nitq vasitəsi ilə 
ünsiyyətdə olduğumuza görə, bizə elə gəlir ki, qrammatik formanın 
birinci intellekt obrazı  təfəkkür və düşüncəmizdə izahedici mətn 
formasında mövcuddur. Eyni qaydada “xəyal”, “fikir”, “düşüncə” 
kimi mücərrəd isimlərin birinci intellekt obrazını də izahedici mətn 
formasında təsəvvür edirik.  
Nəzərə almaq lazımdır ki, bu mətnin özündə belə həmin leksik 
və ya qrammatik formanın bütün xüsusiyyət və çalarlarını əhatə edən 
bitkinlik, hərtərəflilik yoxdur. Bu mətn birinci intellekt obrazı yox, 
onun bəzi cəhətlərinin dil güzgüsündəki  əksinin sözlərlə ifadəsidir. 


 
179 
Həmin xüsusiyyətləri nə  qədər çox saysaq da, bu mətni nə  qədər 
uzatsaq da, bizə elə gəlir ki, həmin leksik və ya qrammatik formanın 
tam təsvirini verə bilməmişik. Kənardan bizi müşahidə edənlər də, 
istənilən vaxt və istənilən məzmunda dediyimiz sözlərə, həmişə nə 
isə daha bir xüsusiyyət əlavə edə bilir. Bu, bir tərəfdən onu göstərir 
ki, dərk olunmuş heç bir gerçəklik elementi ilə bağlı, hətta gündə yüz 
dəfə  təmasda olduğumuz kitab, dəftər, qələm kimi maddi sferaya 
malik gerçəklik elementlərinin bütün çalar, məzmun və xüsusiyyət-
lərini əhatə edən bitkin, hərtərəfli  məlumata malik deyilik. İkinci bir 
tərəfdən də sübut edir ki, həmin əşyalarla bağlı ən zəngin məlumat 
belə müxtəlif insanlarda müəyyən cəhətləri ilə bir-birindən fərqlənir 
və istənilən vaxt onlara yeni ştrixlər  əlavə oluna bilər. Çünki 
dərketmə  və  mənimsəmə prosesləri gerçəklik elementlərinin bütün 
çalar, məzmun və xüsusiyyətlərini tam əhatə edən bitkin, hərətərəfli  
məlumat əsasında deyil, ən aparıcı və başlıca xüsusiyyətlər əsasında 
gerçəkləşir və həmin gerçəklik elementi haqqında olan bu məlumat, 
gerçəklik elementi ilə hər yeni təmas əsasında daha da zənginləşir. 
Əgər belə olmasaydı, dərketmə  və  mənimsəmə prosesləri heç bir 
zaman həyata keçə bilməzdi.  
C.Millerə görə,  qrammatika və ya dil sistemi baxımından 
bizim mənimsədiyimiz bəlli söz sıraları deyil, müvafiq söz sıralarını 
yarada bilmək üçün lazım olan qaydalardır
1
.    
Məsələyə C.Millerin mövqeyindən yanaşsaq, belə deməliyik 
ki, müvafiq söz sıralarını yarada bilmək üçün lazım olan qaydalar 
qəbul edilir, beyin aparatının köməyi ilə transformasiya olunaraq 
qrammatik formanın birinci intellekt obrazı  şəklində modullaşır və 
mənimsənilir.  
O halda izah edilməsi lazım gələn növbəti bir paradoksla qar-
şılaşırıq. Belə ki, müasir yetkin insanlarda, böyüklərdə  və  məktəb 
yaşlı  uşaqlarda deyilənlərin məhz bu şəkildə baş verməsi məqbul 
sayıla bilər. Amma heç bir təhsili, savadı olmayan, “isim” deyəndə 
öz adını, “sifət” deyəndə öz üz cizgilərini, “xəbər” deyəndə radio-
                                                 
1
 Миллер Дж., ГалантерЕ., ПрибрамК. Планы и структура поведения. Москва,1965,с.30. 
 
180
televiziya xəbərlər proqramını düşünən 81 yaşlı qoca da, əlifbanın ilk 
hərfini belə tanımayan 4-5 yaşlı körpə  də, demək olar ki, bütün 
qrammatik formalardan təxminən bizim qədər dəqiq və düzgün 
istifadə edir. Müvafiq söz sıralarını yarada bilmək üçün lazım olan 
qaydaların bu kontingent tərəfindən mənimsənilmiş olması bir yana, 
sadəcə eşidilmiş olmasını düşünmək belə inandırıcı deyil. 
Bu səbəbdən də C.Millerə bəslədiyimiz bütün rəğbətə baxma-
yaraq, qeyd etməliyik ki, qrammatik formanın mənimsənilməsi pro-
sesi ilkin mərhələdə qaydalar vasitəsilə deyil, azyaşlı uşaqlarda oldu-
ğu kimi yanlış və doğru analogiyalar əsasında baş verir. Həmin for-
madan hər növbəti istifadə isə, ilkin mərhələdə  əldə edilmiş  təcrü-
bənin dəqiqləşdirilməsi və təkmilləşdirilməsi qaydası ilə reallaşır.  
Məhz bu səbəbdəndir ki, yeni dil açan körpələr ilkin mərhələ-
də “al” əvəzinə də, “ver” əvəzinə də “ah” (yəni, “al”) deyir, “sənin” 
söylədiyi tərzdə  də  “mənin” (“mənim”  əvəzinə) söyləyir. Sonradan 
böyüklərin yardımı, dəfələrlə təkrarı və uşağa təkrarlatması nəticəsin-
də həmin formanın düzgün analogiyası formalaşdırılır. 
Eksperiment və  təcrübələr göstərir ki, bəzi formaların yanlış 
və  ədəbi dil normalarından fərqli  şəkildə  işlədilməsi halı  təhsili 
olmayan yetkin yaşlı insanlarda bütün ömrü boyu müşahidə olunur. 
Yəni onlar həmişə öz dialekt və ya şivəsində danışırlar. Hətta ali 
filoloji təhsil almasına baxmayaraq, doğulub-böyüdüyü regionun 
ləhcəsi ilə danışan insanlara da rast gəlirik. Bu bir daha sübut edir ki, 
bütün formaların, o cümlədən də qrammatik formaların ilkin mənim-
sənilməsi analogiya prinsipi əsasında baş verir. Uzunmüddətli istifa-
də nəticəsində daşlaşmış olan bu yanlışdan bütünlüklə yaxa qurtar-
maq o qədər də asan olmur. Belə insanlar lazım gələndə öz nitqlərin-
də bütün ədəbi dil normalarına, yəni qrammatik və sintaktik qaydala-
ra əməl etsələr də, ekstremal vəziyyətlərdə özlərindən asılı olmayaraq 
yenidən hafizələrinə  həkk olmuş dialektizmlərə meyil edirlər. Belə 
yanlış analogiyalardan tam azad olmağın yolu həmin yanlış analogi-
yanın doğru analogiya ilə əvəzlənərək eyni tərzdə “daşlaşdırılması-
dır” ki, bu da gərgin əmək tələb edən uzunmüddətli prosesdir. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə