Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə46/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   42   43   44   45   46   47   48   49   ...   76

 
181 
Qrammatik formaların birinci intellekt obrazı  və gerçəklik 
elementi, onların mahiyyəti və yaranma mexanizmi ilə bağlı buraya 
qədər deyilənləri ümumiləşdirərək belə bir qərara gələ bilərik: 
Qrammatik formaların birinci sıra gerçəklik elementi ilkin mərhələdə 
alışqanlıq, vərdiş və analogiyalar əsasında formalaşan, sonrakı hər 
kontakt nəticəsində  dəqiqləşdirilən və  təkmilləşdirilən abstrakt 
təsəvvürlərdir ki, onların da dərk olunması nəticəsində həmin forma-
ların birinci intellekt obrazı yaranmış olur.   
Təbiidir ki, qrammatik formanın birinci intellekt obrazı göz 
önündə canlandırılan və ya təsəvvür olunan heç bir real və ya vizual 
obraza ekvivalent deyil. Bu cəhəti ilə qrammatik formalar mücərrəd 
isimləri xatırladır. Amma mücərrəd isimlərdən fərqli olaraq 
qrammatik formaların birinci intellekt obrazına ekvivalent olan 
gerçəklik elementi də müstəqil tam mahiyyəti daşımır. Hətta leksik-
qrammatik formalar kimi müvəqqəti bir müddət ərzində belə müstə-
qil tam mahiyyəti qazana bilmir.  
Qrammatik forma yalnız müstəqil bir tam mahiyyəti daşıyan 
digər (adətən leksik formaların) intellekt obrazları ilə birləşdikdə 
həmin intellekt obrazının ekvivalent olduğu gerçəklik elementinin 
digər gerçəklik elementləri ilə  əlaqə  və münasibətlərini  əks etdirir. 
Ayrılıqda isə qrammatik formanın gerçəklik elementi abstrakt təsəv-
vürdən başqa bir şey deyildir. Məsələn, Azərbaycan dilində ismin 
yerlik hal şəkilçisi olan -da
2
 şəkilçisi ilə bağlı mövcud olan abstrakt 
təsəvvürlərdən bəziləri aşağıdakı kimidir:  
1)
 Orta məktəbin ilk 4 sinfini oxumuş 81 yaşlı təqaüdçü Yaqub 
Abdullayevin abstrakt təsəvvürünə görə,  “-da, -də artırılan 
söz, iş görən adamın yerini göstərir
1
“. 
2)
 Orta məktəb həcmində verilən abstrakt təsəvvürə  görə,”İsmin 
yerlik halı əşya və ya hərəkətin yerini bildirir... -da
2
  şəkilçisi 
ilə düzəlir”
2

                                                 
1
 Abdullayev Yaqub Hacı oğlu, Oğuz rayon sakini, 81 yaşında.   
2
 Nağısoylu M. Azərbaycan dili (Ali təhsilə hazırlıq kurslarının dinləyiciləri üçün dərslik). 
Zirvə yayınları, 1999, s. 42. 
 
182
3)
 Ali məktəb həcmində verilən abstrakt təsəvvürə görə, “İsmin 
yerlik halı, başlıca olaraq yer məzmunu ifadə edir. Bu halda 
işlənən sözlər ya iş və hərəkətin, ya da əşyanın yerini bildirir”
1
 
və s. 
Müxtəlif mənbələrdən götürülmüş bu şərhlər bir daha sübut 
edir ki, bu və ya digər qrammatik formanın gerçəklik elementi abs-
trakt təsəvvür olmaqla yanaşı, kommunikant kontingentindən və 
onlarda formalaşmış analogiyalardan asılı olaraq fərqliliklərə malik-
dir, daim dəyişir və inkişaf edir. Bununla belə, həmin abstrakt təsəv-
vür, özünün aid olduğu kontingent tərəfindən müvafiq qrammatik 
formadan lazımi səviyyədə istifadə oluna bilməsi üçün kafidir.    
Eyni bir kateqoriyaya aid şəkilçilərlə düzələn bütün qramma-
tik formalar artırıldığı bütün kök və ya əsaslarda eyni məna çaları 
yaradır, yəni bağlandığı  əsas intellekt obrazına ekvivalent olan 
gerçəklik elementi ilə digər gerçəklik elementləri arasında mövcud 
olan eyni tipli əlaqə və münasibətləri əks etdirir (məs.: aşta, aşçıda, 
ekmekte, ekmekçide, sütte, sütçüde və s.).  
Fonetik vahid və qaydaların, sintaktik forma və normaların 
gerçəklik elementləri və intellekt obrazları ilə yuxarıda izah olunan 
qrammatik formaların gerçəklik elementləri və intellekt obrazları 
tamamilə identik olduğuna və  hətta bu forma, qayda və normalar 
qrammatik formaların bir növü olduğuna görə, onların haqqında 
ayrıca bəhs etməyə ehtiyac duymuruq. 
İstər leksik, istər leksik-qrammatik, istərsə  də qrammatik 
formaların dərk edilməsi, potensial olaraq həm birinci, həm də ikinci 
dərketmə üsulu ilə baş verə bilər.  
Dillərin müasir səviyyəsində qrammatik formaların elmi 
şəkildə  dərk olunması  və ya mənimsənilməsi prosesi əksərən  əks 
ardıcıllıqla cərəyan edən ikinci dərketmə üsulu ilə baş verir. Yəni 
beyin aparatı vasitəsilə əvvəlcə dil struktur vahidinin görünüş və səs 
obrazına ekvivalent olan ikinci intellekt obrazı  və bundan sonra 
həmin formanın abstrakt təsəvvür mahiyyəti daşıyan gerçəklik ele-
                                                 
1
 Hüseynzadə M.Müasir Azərbaycan dili.Morfologiya, III hissə, Bakı,“Maarif”, 1983, s.61 


 
183 
mentinə ekvivalent olan birinci intellekt obrazı yaranır. Bu səbəbdən 
qrammatik formaların dərk olunması və ya mənimsənilməsi mexa-
nizmini ikinci dərketmə üsulu əsasında şərh etdik.   
Leksik formaların ikinci üsulla dərk edilərək mənimsənilməsi 
halına əksərən xarici dillərin öyrənilməsi prosesində rast gəlinir. Yəni 
əvvəlcə bu və ya digər formanın səs və görünüş obrazına ekvivalent 
olan ikinci intellekt obrazı  təqdim olunur, məsələn türk dilində 
“asansör” sözünün həm yazılışı, həm də tələffüzü dinləyiciyə çatdı-
rılır ki, beləliklə, bu sözün ikinci intellekt obrazı yaranmış olur.  
Həmin sözün birinci intellekt obrazı ilə əlaqəsini təmin etmə-
yin bir neçə üsulu vardır. Birinci, həmin qurğu haqqında mətn şəklin-
də  şərh verməklə, ikincisi, həmin qurğunun özünü və ya rəsmini 
göstərməklə, üçüncüsü, dinləyicinin ana dilində bu sözün qarşılığının 
“lift” olduğunu deməklə. Göründüyü kimi, ikinci dilin öyrənilməsi 
ilə yaranan ikinci intellekt obrazının birinci intellekt obrazı ilə  əla-
qəsini təmin etmək üçün birinci dilin ikinci intellekt obrazından da 
istifadə etmək mümkündür. Əcnəbi dilləri öyrənərkən leksik, leksik-
qrammatik və qrammatik formaların birinci intellekt obrazları ilə 
əlaqə yaratmaq üçün adətən eyni prinsiplərdən, əksər halda isə ana 
dilindəki ikinci intellekt obrazından və onun vasitəsilə birinci 
intellekt obrazından istifadə edilir.  
Onu da qeyd edək ki, istənilən formanın öyrənilən müxtəlif 
dillərlə bağlı bir neçə ikinci intellekt obrazı və onlara ekvivalent olan 
fərqli dil struktur vahidləri olmasına baxmayaraq, beynimizdə bu 
forma ilə bağlı birinci intellekt obrazı tək olur.  
 
§ 3.5. Formaların dil struktur vahidləri kimi yaranma və 
mənimsənilmə mexanizminin modelləşdirilməsi 
 
Dil struktur vahidlərinin yaranmasını şərtləndirən başlıca amil 
insanın öz duyğu və düşüncələri,  ətrafındakı gerçəklik elementləri 
haqqında məlumat vermək istəyi, eləcə də başqalarının duyğuları və 
ətrafındakı gerçəklik elementləri ilə bağlı düşüncələri haqqında 
 
184
məlumat əldə etmək ehtiyacıdır.  
Beyin fəaliyyəti məhsulu olan dil psixolinqvistik mahiyyət 
daşıdığına görə
1
, dil və  dərketmə qarşı-qarşıya qoyulmuş güzgülər 
kimi biri digərində olanları əks etdirmək qabiliyyətinə malikdir
2
.  
Digər tədqiqatçılar tərəfindən “dərketmə  və düşünmə  fəaliy-
yətlərini reallaşdıran fövqəladə praqmem və informem”
3
 statusu veri-
lən dil və onun struktur vahidləri, əslində, bu qədər imkan və qabiliy-
yətə malik deyildir. Bütün dil struktur vahidlərinin özləri, yəni leksik, 
leksik-qrammatik, qrammatik formalar, həmçinin müstəqil gerçəklik 
elementi kimi dərk olunan dil sisteminə aid qrammatik və sintaktik 
norma, qanun və prinsiplər müstəqil gerçəklik elementləri kimi dərk-
etmə  nəticəsində nominal şəkildə, yəni dərketmə prosesinin pozul-
mayan, pozulması ehtimal belə edilməyən qaydaları  əsasında və 
sinktual dərketmə yolu ilə yaranmış və mənimsənilmişdir.  
Nitqin yaranmasının unikal qaydalarından fərqli olaraq burada 
sərbəst və ixtiyari seçim, evristiklik, kommunikantın fərdiliyi haqqın-
da danışmağa belə dəyməz. Əgər dil struktur vahidlərinin mənimsə-
nilməsi və ya yaradilması prosesində  sərbəst və ixtiyari seçimə, 
evristiklikliyə, kommunikantın fərdiliyinə yol verilsəydi, o halda 
içərisinə tökülən maye qarışığı olan cisimləri mayedən ayırmağa xid-
mət edən qaba eyni dili daşıyan  şəxslərdən biri “süzqab”, digəri 
“süzəyən”, üçüncüsü isə “süzgəc” deyərdi. Bu halda eyni millət 
daxilində dil birliyinə nail olmaq mümkün olmazdı, nitq prosesi 
anlaşılmaz xaosa çevrilərdi və dil ümumiyyətlə yarana bilməzdi.  
Qətiyyətlə deyə bilərik ki, dil struktur vahidi ən azı məlumat 
mübadiləsində olan şəxslər tərəfindən eyni şəkildə  dərk edilmiş 
olmalıdır. Dil və onun struktur vahidləri bu dildə danışan bütün 
şəxslərin ortaq ünsiyyət aləti olduğuna görə yeni yaranan hər bir dil 
                                                 
1
 Əsgərov M.B. Dilin psixolinqvistik mahiyyəti. “Tədqiqlər”. АМЕА Dilçilik İnstitutu. Bakı, 
“Elm”, 2004, № 2, s. 60-64. 
2
 Əsgərov M.B. Dil və dərketmədə qarşılıqlı əksolunmalar. “Elmi axtarışlar”, AMEA Folklor 
İnstitunun elmi toplusu, XXV buraxılış, Bakı, “Səda” 2006, s. 111-115. 
3
 Киселева  Л.А.  Вопросы  теории  речевого  воздействия.  Ленинград,  Издательство 
“Ленинградского университета”, 1978, с. 106-107. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə