Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə52/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   48   49   50   51   52   53   54   55   ...   76

 
205 
pilləsində birinci intellekt obrazlarının məntiqi sıralanmasını  və ya 
üçüncü pilləsində leksik formalarin sıralanmasını hiss edə bilmirik
hətta bəzən nitqin özünü belə, necə söylədiyimizin fərqində olmuruq. 
Çünki nitqyaratma artıq gündəlik həyatımızın nəfəs almaq, su içmək 
kimi həyati əhəmiyyət daşıyan  elementinə çevrilmişdir. Nəfəs almaq 
və ya su içmək üçün adi halda “nəfəsi belə almalıyam” və ya “suyu 
belə içməliyəm” formasında nə isə bir şey düşündüyümüzü hiss 
etmədiyimiz kimi, artıq tam avtomatlaşmış analogiyalarla reallaşan 
nitq və ya nitq söyləmi yaratma ilə bağlı bəzi təfəkkür proseslərini də 
hiss etmirik.  
Amma gəlin xatırlayaq ki, əlimiz bağlı, sarıqlı olanda, əlimiz-
də həmin an yerə qoya bilmədiyimiz bir əşya olanda və ya sadəcə 
əlimiz çirkli olanda, suyu necə içməli olduğumuz halda düşündüyü-
müzü mütləq hiss edirik. Hətta bəzən ağlımıza gələn ilk fikirdən daşı-
nıb yeni bir üsul fikirləşdiyimiz zamanlar da olur. Məsələn, əvvəlcə 
əyilib krandan su içmək qərarına gəlirik, amma kranı da aça bilmə-
dikdə, qərar veririk ki, yanımızda olan şəxsdən xahiş edək, su içməyi-
mizə kömək etsin. Belə hallarda su içməklə bağlı düşündüyümüzü 
ona görə hiss edirik ki, bu variantlarla su içməyin bir proses olaraq  
analogiyası hələ avtomatlaşmamışdır.  
Eyni vəziyyət bəzən nitqyaratma prosesi ilə də bağlı müşahidə 
olunur. Məsələn, hər hansı bir sözü, termini, deyimi və ya xüsusi 
olaraq nəzərə çatdırmaq istədiyimiz ifadəni nitqin və ya söyləmin 
hansı hissəsində, hansı sözdən  əvvəl, hansı sözdən sonra, hansı 
intonasiya ilə söyləmək məsələsini xüsusi qərar vermək yolu ilə həll 
edirik. Bu zaman sadəcə dərketmə aktının dördüncü fazasının üçüncü 
pilləsində söyləmin leksik səviyyədə  sıralanmasını deyil, az qala 
həmin fazanın ikinci pilləsində birinci intellekt obrazlarının məntiqi 
sıralanmasını necə planlaşdırdığımızı belə tam aydınlığı ilə hiss 
edirik.Çünki bu qaydada nitqyaratmanın bir proses kimi analogiyası 
hələ avtomatlaşmamışdır. 
İkincisi, hər hansı bir nitq və ya söyləmi yaratmaq is-
təmədiyimiz halda, qəflətən bir məşhurun bir kəlamının, bir şeirin bir 
 
206
misrasının ağlımıza və dilimizə  gəlməsi və ya gözlənilmədən bir 
mahnını zümzümə etməyimiz, əslində,  burada şərh olunan dərketə 
və  təfəkkür proseslərinə  və onların bir hissəsi olaraq nitqyaratma 
qaydalarına və mexanizminə zidd deyil, əksinə, bu qaydaların doğru-
luğunu bir daha təsdiq edir. Yəni  əvvəldə  də qeyd etdiyimiz kimi, 
bəzən heç bir şey düşünmədən sakitcə oturub musiqi dinlədiyimiz 
halda, qəflətən hansısa bir hadisəni və ya şəxsi xatırlayırıq. Amma 
dərindən analiz etdikdə yadımıza düşür ki, həmin şəxs və ya hadisə 
ilə qarşılaşarkən bu musiqi parçasını  eşitmişdik. Bəzən də  qəflətən 
yada düşən belə hadisə və ya şəxslərin hal-hazırkı vəziyyətimizlə nə 
əlaqəsi olduğunu, onu nə üçün və ya nəyin təsiri ilə xatırladığımızı 
ümumiyyətlə müəyyənləşdirə bilmirik. Bunun səbəbi odur ki, şüu-
rumuz baş beyindəki intellekt kodları üzərindən çox böyük sürətlə 
şütüyərək keçir və həmin anda aktiv yaddaşın təmasda olduğu məlu-
mata, yaxud da gerçəklik elementinə az və ya çox dərəcədə uyğun 
gələn intellekt kodlarını ani olaraq aktivləşdirir. Kompüter  analogi-
yasına uyğun şəkildə desək, “axtarış” rejimi daxilində operativ yad-
daşa yerləşdirilmiş məlumat əsasında əsas yaddaşdakı bütün uyğun 
məlumatlara istinadlar verilir. 
Nitqin mənimsənilməsi onun yaranma prosesinin məntiqi da-
vamı mahiyyəti daşıyır. Belə ki, aktiv kommunikant üçün nitq söylə-
minin səsləndirildiyi faza dərketmə aktının 4-cü fazasıdır. Passiv 
kommunikant üçün həmin nitq söyləminin səsləndiyi faza eyni 
dərketmə silsiləsinin növbəti aktının 1-ci fazasıdır. Çünki passiv 
kommunikant mətn  şəklində verilən bu məlumatı  eşitmə orqanları 
vasitəsilə qəbul edir (eşidir), intellekt obrazına çevirərək mənimsəyir 
(ikinci aktın 1-ci fazası).  İntellekt obrazı  şəklində  qəbul olunan bu 
məlumat müvafiq intellekt kodu şəklində baş beyində qeyd edilərək 
mühafizə olunur (ikinci aktın 2-ci fazası).  
Aktiv kommunikant və ya müəllim tərəfindən yaradılan bu 
nitq söyləminin qəbul edilməsi ilə bağlı passiv kommunikantın, yəni 
şagirdin beynində aşağıdakı təfəkkür prosesləri gedir: 
Aktiv kommunikantın səsləndirdiyi nitq söyləmi passiv kom-


 
207 
munikantın eşitmə orqanları vasitəsilə  qəbul edilir. Qəbul edilmiş 
nitq söyləminin emosional, ekspressiv tonu müəyyən edilir. Belə ki, 
bəzən nitqın emosional, ekspressiv tonu onun daşıdığı məna yükündə 
əhəmiyyətli dəyişkənliklərə, hətta tamamilə  əks mənanın yaranma-
sına səbəb olur.  
Məsələn, adi intonasiya ilə deyilən bu nitq söyləmi bir iş böl-
güsünü, bir razılaşmanı xatırladır:”Bəli, biz burada işləyirik, sən 
ağacın altında oturursan, kompüterini açib bütün tanış ünvanlara 
məktub yazırsan”. Belə bir təəssürat yaranır ki, bu söyləmdən sonra 
“Razılaşdıqmı?” sualı veriləcək.  
Yüksək intonasiya isə, eyni söyləmi sözbəsöz icra edilməsi 
lazım gələn bir komandir əmrinə çevirir: ”Bəli! Biz burada işləyirik! 
Sən ağacın altında oturursan!? Kompüterini açib bütün tanış ünvanla-
ra məktub yazırsan!” Belə bir təəssürat yaranır ki, bu söyləmdən 
sonra “Başa düşdünmü, əsgər?” sualı veriləcək.  
Yüksək pafos və ironiyalı sual tonu isə, eyni söyləmin bütün 
mənasını tamamilə əks mənaya çevirir: ”Bəli…?! Biz burada işləyi-
rik! Sən ağacın altında oturursan…?! Kompüterini açib bütün tanış 
ünvanlara məktub yazırsan…?!” Belə bir təəssürat yaranır ki, bu söy-
ləmdən sonra “Hamı kimi işləyəcəksən, yoxsa yox?” sualı veriləcək.      
Nitqin qəbulu zamanı nitq söyləmini əmələ gətirən bütün dil 
struktur vahidləri baş beyində mövcud olan ikinci intellekt obrazları 
ilə qarşılaşdırılır. Əgər nitqi qəbul edən şəxsin beynində nitq söyləmi-
ni əmələ gətirən bu və ya digər dil struktur vahidinə ekvivalent olan 
ikinci intellekt obrazı olmazsa, həmin dil struktur vahidi bu şəxs tərə-
findən tanına bilmir və həmin nitq soyləmi ara boşluqları ilə qəbul 
edilmiş olur. Məsələn, müəllim belə bir soyləm səsləndirir:”Mausun 
soketi prosessorun razyomuna sancılır”. Şagirdin beynində bu söylə-
mi əmələ gətirən iki dil struktur vahidinə (soket, razyom) uyğun ikin-
ci intellekt obrazı olmaya bilər. Yəni bu iki sözü şagird bu günə qədər 
eşitməmış ola bilər. Bu halda həmin nitq söyləmi bu şagird tərəfindən 
iki ara boşluğu ilə qəbul edilir, “Mausun ... prosessorun ... sancılır”. 
Şagird təxmin edə bilər ki, burada söhbət mausun hansısa hissəsinin 
 
208
prosessorun hansısa bir hissəsinə taxılmasından gedir. Amma yəqin-
lik əldə etmək və söyləmdəki bu boşluqları doldura və onu tam anla-
ya bilmək üçün müəllimdən soket və razyom haqqında əlavə izahat 
ala bilər. Soketin xüsusi formalı çəngəl, razyomun isə eyni formalı 
tıxac olduğunu öyrənməklə söyləmdəki boşluqları bərpa edir. Belə-
liklə, söyləm daxilindəki bütün dil struktur vahidləri, onların ekvi-
valent olduğu ikinci intellekt obrazları ilə qarşılaşdırılır.    
Bu beyin fəaliyyəti nəticəsində nitq söyləmindəki dil struktur 
vahidləri, nitq söyləmini qəbul edən şəxsin əsas yaddaşında olan və 
həmin dil struktur vahidlərinə ekvivalent olan ikinci intellekt obrazla-
rından ibarət silsilə formasına transformasiya olunur. Bu zaman hər 
bir dil struktur vahidinə ekvivalent olan ikinci intellekt obrazı eyni 
koddakı birinci intellekt obrazı ilə qarşılaşdırılaraq onun da aktiv-
ləşməsini təmin edir. Aktivləşmiş birinci intellekt obrazları  qəbul 
edilmiş  mətnin dil struktur vahidlərinə uyğun  şəkildə  sıralanır və 
beləliklə  də, nitq və ya söyləm, yəni onlar vasitəsilə gerçəklik ele-
menti haqqında verilən informasiya mənimsənilmiş olur. 
Qeyd edək ki, qəbul edilən məlumatlar bitincəyə qədər, yəni 
müəllimin məlumat vermə prosesi başa çatıncaya qədər passiv kom-
munikantın beynində ardıcıl olaraq dərketmə aktının yalnız 1-ci və 2-
ci fazaları gerçəkləşir. 
Müəllimin verdiyi və  şagirdlərin qəbul etdiyi məlumatlarla 
bağlı cərəyan edən dərketmə fazalarının analizindən də gördüyümüz 
kimi, məlumatın ötürülməsi məqsədi ilə icra olunan nitq prosesi 
(informasiya verilməsi və ya qəbul edilməsi) dərketmə aktının birinci 
və dördüncü fazalarında icra olunan total modullaşmada müşahidə 
olunur.   
Nitq söyləminin mənimsənilməsi mexanizmi ilə bağlı çox 
yığcam  şəkildə verilmiş bu şərhdə  həmin prosesin mahiyyəti tam 
şəkildə açılmışdır. Bununla belə, təqdim olunan nəzəri mövqeyimiz 
yenidir, eyni zamanda digər nəzəri mövqelərə əsaslanmaqla bu şərhin 
başqa şəkildə təfsirinə cəhd göstərilmə ehtimalı da vardır. Bu baxım-
dan verilən məlumatın məhz necə  mənimsənilməsi, beyində  nəyin 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə