Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə53/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   49   50   51   52   53   54   55   56   ...   76

 
209 
əsasında və hansı formada mühafizə olunması məsələsini daha yaxın-
dan izləyək. 
Hər bir gerçəklik elementi real həyatın müstəqil bir vahididir. 
Amma eyni zamanda real həyatdakı başqa bir müstəqil vahidlə asso-
siativ bağlılığa malikdır. Məsələn, biz “maus” deyəndə və ya onun 
haqqında düşünəndə, istəməsək belə, klaviyəni, monitoru, prosesso-
ru, ümumiyyətlə, kompüteri, vindovs, ofis, internet və s. kimi sözlərə 
ekvivalent olan digər gerçəklik elementlərini də xatırlamış oluruq. 
Yəni bu beyin aktivliyi prosesində  maus  əsas mərkəz mahiyyəti 
daşıyır, sadaladığımız bütün digər gerçəklik elementləri isə olununla 
bağlı periferiya və ya fon mövqeyində çıxış edir.  
Deməli, konkret nitq söyləmi vasıtəsilə haqqında məlumat 
verilən gerçəklık elementi həmin söyləmin  əsası, onun xüsusiyyət-
ləri, digər gerçəklik elementləri ilə hər hansı əlaqə və münasibətini 
ifadə etmək məqsədi ilə nitq söyləmində istifadə edilən digər dil 
struktur vahidlərinə ekvivalent olan gerçəklik elementləri isə onun 
periferiyası və ya fonudur. Nitqin və ya nitq söyləminin mənimsənil-
məsi həmin əsasın və onun ətrafındakı fonun kompleks şəkildə qə-
bulu yolu ilə baş verir. Yəni mausla bağlı müəllimin səsləndirdiyi 
söyləm (Maus kompüterin əməliyyat seçmə alətidir) mərkəz maus 
olmaqla digər gerçəklik elementlərinin (kompüterəməliyyatseçmək
alət) fon fuksiyası ilə birlikdə  qəbul edilir və maus adlı gerçəklik 
elementinə ekvivalent olan birinci intellekt obrazında qeyd olunur, 
yəni yadda saxlanılır.   
Eyni qayda ilə müəllimin kompüterin özü ilə bağlı səsləndir-
diyi söyləm (kompüter maus, klaviyə, monitor, prosessor kimi hissə-
lərdən ibarət olan alətidir və    məlumatların analizinə xidmət edir
mərkəz kompüter olmaqla digər gerçəklik elementlərinin (maus, kla-
viyə, monitor, prosessor, kimi, hissə, ibarət olmaq, alət, məlumat, 
analiz, xidmət etmək) fon fuksiyası ilə birlikdə qəbul edilir və kom-
püter adlı gerçəklik elementinə ekvivalent olan birinci intellekt obra-
zında qeyd olunur. Göründüyü kimi, eyni bir gerçəklik elementi bir 
söyləmin əsas vahidi, digər söyləmin fon funksiyalı vahidi olur.  
 
210
Bunu da qeyd edək ki, bütün gerçəklik elementləri ilk dəfə 
dərk olunanda onların birinci intellekt obrazı yaranır, dil struktur 
vahidi kimi adı varsa, eyni zamanda ikinci intellekt obrazı yaranır və 
bu dördlük (gerçəklik elementi, dil struktur vahidi, birinci və ikinci 
intellekt obrazları) öz aralarında birləşərək həmin gerçəklik elementi-
nin tam intellekt kodunu əmələ gətirir. Bu intellekt koduna hər sonra-
kı müraciət və ya ondan hər sonrakı istifadə  nəticəsində (xüsusiy-
yətləri, təyinatı, funksiyaları, digər gerçəklik elementləri ilə əlaqə və 
münasibətləri) həmin gerçəklik elementınə ekvivalent olan birinci 
intellekt obrazı zənginləşir və kodun ümumi tutumu genişlənir. 
 Məhz bu səbəbdəndir ki, ilk dəfə gördüyümüz əşyanın sadəcə 
adını bilirik (məsələn, kuller) və formasını xatırlayırıq (kiçik bığcıq-
ları olan ventelyatora bənzəyir). Sonradan onun təyinatı ilə bağlı 
öyrənirik ki, bu mexanizm aktiv yaddaş əməliyyatçısının sabit tem-
peraturda qalmasını və onun əlavə maqnit dalğalarından təmizlənmə-
sini təmin edır; istifadə yeri ilə bağlı öyrənirik ki, aktiv yaddaş bloku-
nun üstünə  bərkidilir;  əsas hissələri ilə bağlı öyrənirik ki, sərinləş-
dirici ventilyator, maqnit dalğa neytrallaşdırıcısı, birləşdirici korpus, 
sabit sıxaclar və s. hissələrdən ibarətdir. Kuller adlı gerçəklik elemen-
ti ilə bağlı öyrəndiyimiz yeni məlumatların hər biri, əslində, bu ger-
çəklik elementinə  təkrar-təkrar yenidən müraciətlər nəticəsində baş 
verir. Hər müraciət əsasında əldə edilən yeni məlumat kompüter mü-
təxəssisinin və ya ustasının bu gerçəklik elementi haqqında bizə 
ünvanladığı nitq söyləmləri ilə yaranır. Bizə ünvanlanan söyləmi 
mərkəzi kuller olmaqla digər gerçəklik elementlərinin fon fuksiyası 
ilə birlikdə qəbul edirik və kuller adlı gerçəklik elementinə ekvivalent 
olan birinci intellekt obrazında qeyd edirik, yəni yadda saxlayırıq. 
Beləliklə də, bizim əsas yaddaşımızda kuller adlı gerçəklik elementı-
nə ekvivalent olan birinci intellekt obrazı zənginləşir və onun kodu-
nun ümumi tutumu genişlənmiş olur. 
Göründüyü kimi, qəbul edilib mənimsənilən nitq söyləmi və 
ya bütünlükdə nitq yaddaşa dil struktur vahidlərindən ibarət olan 
silsilə, yaxud zəncir formasında, yəni sözlərin əmələ gətirdiyi mətn 


 
211 
kimi qeyd edilmir. Sadəcə söyləmin və ya ümumilikdə nitqin əsas 
vahidinə istinadən və həmin vahidin birinci intellekt obrazının məna 
tutumunun genişlənməsi yolu ilə yaddaşa qeyd edilir. Bu səbəbdən 
qəbul edilib mənimsənilən nitq əzbərlənmiş  mətn,  şeir kimi deyil, 
ümumiləşdirilmiş məzmun kimi yadda qalır. Zaman keçdikcə həmin 
mətnin və hətta məzmunun da bəzi fraqmentləri itə bilir. Nitq vasitə-
silə  mənimsənilmiş  məlumatın yada salınması  və ya xatırlanması, 
yenidən nitqə çevrilərək söylənilməsi prosesində eyni məzmun fərqli 
mətnlə ortaya çıxır. 
Buna ən bariz nümunə olaraq iri həcmli epik əsərləri göstərə 
bilərik. Belə əsərləri oxuduqdan sonra beynimizdə ilk növbədə həmin 
əsərlərin adına (məsələn, “O olmasın, bu olsun”) istinad edən infor-
masiya silsiləsi formalaşmış olur.  
Həmin əsərin daxilində onun əsas personajlarının adına istinad 
edən daha kiçik həcmli informasiya silsilələri də yaranır (məsələn, 
Məşədi İbadın, Sərvərin, Rüstəm bəyin, Qoçu Əsgərin). Hətta bəzən 
belə əsərlərdə nitq söyləmi formasında mövcud olan ayrı-ayrı deyim-
lər, ifadələr, aforizmlər tam müstəqil gerçəklik elementi səviyyəsinə 
qədər yüksələ bilir. Məsələn, “Bu ehsan deyil”, “Üç manat pul, bir 
kəllə  qənd, bir molla, vəssalam”, “Hamam pulunu kim verəcək”, 
“Meymun dediyi bəs deyil, hələ əl də verir”, “Bəs mənim bir abba-
sım” kimi ifadələr, bəzən, zərbi-məsəl kimi müstəqil işlənmə statusu 
qazanır. Bunula belə, istənilən halda onlar sadəcə mətnlərdir və bir 
gerçəklik elementinə ekvivalent olan birinci intellekt obrazında 
həmin gerçəklik elementi ilə bağlı mühafizə olunan ümumiləşdiril-
miş informasiyadır.     
Məsələnin belə qoyuluşu, hər şeydən əvvəl, onu sübut edir ki, 
psixolinqvistikanın son və ən mükəmməl pilləsi adlandırılan nitq fəa-
liyyəti nəzəriyyəsi tərəfdarlarının “psixolinqvistik tədqiqatların əsasın-
da heç bir linqvistik təsəvvür dayana bilməz”
1
 kimi fikirləri kökün-
dən yanlışdır və uydurmadır. İkinci bir tərəfdən isə, təqdim olunan 
mövqedən yanaşmaq dilçiliyin ümumi, qlobal məsələləri ilə yanaşı, 
                                                 
1
 Тарасов Е.Ф.Тенденции развития психолингвистики.Москва “Наука”, 1987, s.136.  
 
212
ən konkret və cari problemlərin həllinə  də  şərait yaradır. Belə ki, 
ənənəvi dilçilikdə  təsviri qrammatika baxımından nitq söyləminin 
əsas vahidi cümlənin mübtədası, onun hərəkəti və ya vəziyyəti 
cümlənin xəbəri, həmin söyləmin digər gerçəklik elementlərinə ekvi-
valent olan dil struktur vahidləri ilə yaranan fonları isə həmin cümlə-
nin ikinci dərəcəli üzvləridir. 
Funksional dilçilikdə, funksional-semantik analız və tədqiqat-
ların əsas apellyativ vahidləri olan tema söyləmin əsas vahidi, rema 
isə həmin söyləmin digər gerçəklik elementlərinə ekvivalent olan dil 
struktur vahidləri ilə yaranan fonlarıdır.  
Aktual üzvlənmənin mahiyyəti də bu mövqedən çox dəqiq şə-
kildə müşahidə  və  şərh oluna bilər. Belə ki, ayrı-ayrı söyləmlərin 
birləşərək vahid nitqi əmələ gətirmək üçün istinad etdikləri birləşdi-
rici element (əsas xəbər) cümlənin nüvəsi, hər bir soyləmin  əsas 
vahidi cümlənin və ya nüvənin aktantları, söyləmin digər gerçəklik 
elementlərinə ekvivalent olan dil struktur vahidləri ilə yaranan fonlar 
isə serkonstantlarıdır. 
Bu mövqedən yanaşmaqla asanlıqla görmək olar ki, istər ənə-
nəvi dilçilik və təsviri qrammatika, istər funksional dilçilik və funk-
sional-semantik analiz metodu, istərsə də onların ən son variantı olan 
aktual üzvlənmə metodu cümlənin daxili elementlərinin və ya struk-
tur vahidlərinin öyrənilməsi baxımından müəyyən üstün və çatışma-
yan cəhətlərə malikdir.  
Cümlənin daxili elementlərinin və ya struktur vahidlərinin öy-
rənilməsi baxımından  ən dəqiq və optimal bölgü aktual üzvlənmə 
əsasında aparılan bölgüdür. Bununla belə, həmin bölgü mətndə real 
şəkildə mövcud olan cümlənin yox, həmin cümlə  əsasında rekon-
struksiya olunan nitq söyləmlərinin müəyyənləşdırılməsi prinsipinə 
əsaslanır.  
Belə bir tədqiqat üsulu mətndə konkret şəkildə mövcud olan 
cümlənin analizini aparmağı qarşısına məqsəd qoyan, məhz bu 
analizi dilçiliyin birinci dərəcəli vəzifəsi elan edən, yəni mövcud faktı 
təsvir etmək yolunu tutan ənənəvi qrammatikanı razı sala bilmədiyi 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə