Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə55/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   51   52   53   54   55   56   57   58   ...   76

 
217 
Təcrübə və eksperimentlər də belə deməyə əsas verir ki, bir 
tərəfdən ən düzgün və dəqiq, digər tərəfdənsə tam təfərrüatı ilə yara-
nan və uzun müddət unudulmayan nitq - məhz yaşanmış və ya şəx-
sən müşahidə olunmuş real gerçəklikləri əks etdirən nitqdir.  
Biz sevə-sevə oxuduğumuz ən maraqlı bədii əsərləri belə za-
man keçdikcə tədricən unuduruq. Əsas süjet xətti və personajları ya-
dımızda qalsa da, bir neçə ildən sonra bəzi təfərrüatlar, xırda detallar 
yaddaşdan silinir, onları bir başqasına danışmaqda çətinlik çəkirik. 
Amma bunun əksinə olaraq, ilkin uşaqlıq və ya gənclik dövründə 
şəxsən yaşadığımız və ya şahidi olduğumuz hadisələr yetkin yaşda 
belə ən xırda detalları ilə yadımızda qalır. İstənilən vaxt onları yada 
salmaqda və ya başqasına danışmaqda heç bir çətinlik çəkmirik. 
Nitqin yaranmasında gerçəklik faktorunun qeyd olunan rolu 
cinayət-axtarış  və istintaq prosesində “yalan detektoru” adlanan 
qurğuların köməyi ilə geniş  şəkildə  tətbiq olunur. Bu cihazda 
gerçəklik-nitq əlaqəsinin iki başlıca cəhətindən istifadə olunur. 
Birincisi, real gerçəkliyi əks etdirən nitq mahiyyət etibarı ilə 
zaman aşınmasına məruz qalmır. Yəni real gerçəklik faktı  və ya 
hadisəsi ilə bağlı harada və nə vaxt danışmağımızdan asılı olmayaraq 
nitqimizin məzmun və mahiyyətində, demək olar ki, heç bir dəyiş-
kənlik yaranmır. Amma real gerçəklik faktını və ya hadisəsini təhrif 
etməklə danışmağa cəhd etsək, yəni yalan söyləsək, qısa zaman ara-
lıqları ilə eyni bir məsələ ilə bağlı yaradılan nitqdə belə əhəmiyyətli 
dərəcədə fərqlər meydana çıxacaqdır. Çünki yalan real gerçəklik faktı 
və ya hadisəsini əks etdirmədiyinə görə qısa vaxt ərzində qismən və 
ya tamamilə unudulur. Ona görə  də eyni bir suala müəyyən vaxt 
aralıqları ilə verdiyimiz cavablarda əhəmiyyətli dərəcədə fərqlər olur.  
İkincisi,real gerçəklik faktı  və ya hadisəsi ilə bağlı verilən 
düzgün cavab təfəkkür prosesləri baxımından yalnız modullaşmadır. 
Yalan cavab isə modullaşma ilə yanaşı, eyni zamanda sinktual 
dərketmədir. Məlum məsələdir ki, beyin aparatının və ümumiyyətlə, 
orqanizmin sadəcə modullaşmaya (intellekt obrazlarının nitq forma-
sına transformasiya edilməsinə) sərf etdiyi enerji ilə sinktual dərket-
 
218
mə və modullaşmaya (yeni intellekt obrazlarının yaradılması və on-
ların nitq formasına transformasiya edilməsinə) sərf etdiyi enerji 
arasında böyük fərq vardır. Başqa sözlə desək, orqanizm yaşanmış 
gerçəkliyin nəql edilməsinə  təxminən 5 kilocoul enerji sərf edirsə, 
yalanın uydurulması və nəqlinə bundan 5 dəfə çox, təxminən 15-25 
kilocoul enerji sərf edir ki, bu da qan təzyiqinin yüksəlməsi və nəbz 
atışlarının sürətlənməsi ilə müşayiət olunur. 
Nitqin və ya onu əmələ gətirən formaların yaranmasında real 
gerçəkliyin başqa bir rolu da ondan ibarətdir ki, obyektiv aləmin 
daimi inkişafı nəticəsində yaranan və dərk olunan yeni hadisə varlıq, 
əşya,  əlamət, xüsusiyyət kimi real gerçəklikləri  əks etdirmək üçün 
onların hər birinə ekvivalent olaraq dildə, nitqdə yeni leksik, yaxud 
leksik-qrammatik  formalar yaranır. Texnika və texnologiyanın 
inkişafı ilə bağlı son 50 ildə əksər dünya dillərində minlərlə yeni söz 
yaranmışdır. Bu inkişafla bağlı türk dilində də tepegöz, yansı, çıktı, 
fare kimi artıq mövcud olan leksik vahidlərə yeni sinonim cərgə 
təşkil edən  buzdolabı, sutut, tutkal, səs kartı kimi milli leksik baza 
əsasında yaranan, monitor, prosessor, klaviatura, maus, prıntır, 
skayner, hoporlör kimi digər dillərdən alınan çoxsaylı yeni müstəqil 
leksik vahidlər  əlavə olunmuşdur. Bəzən də real gerçəkliyin dərk 
edilməsi nəticəsində yaranan birinci intellekt obrazına ekvivalent 
müstəqil ikinci intellekt obrazının olmaması səbəbindən okkazional 
nitq ehtiyacının ödənməsi üçün polifunksional leksik-qrammatik for-
malardan istifadə edilmişdir. Dilin sonrakı inkişaf mərhələlərində 
qeyd olunan polifunksional leksik-qrammatik formaların bəziləri di-
ferensiallaşaraq sabit leksik forma statusu qazanmışdır. Digər qismi 
isə dildə eyni vəziyyətdə qalmaqda davam edir. Bu haqda yuxarıda 
formaların analizi bəhsində ətraflı danışılmışdır.   
 
§ 4.3. Nitqin yaranmasında kommunikantın rolu 
 
Dünya dillərinin müasir inkişaf səviyyəsində bütövlükdə dilin 
və ya formaların yaranmasında müasir kommunikantın rolu çox 


 
219 
məhduddur. Yəni dilin bəzi elementləri, struktur vahidləri, bu və ya 
digər forma (leksik və ya leksik-qrammatik forma) çox nadir hallarda 
konkret kommunikant tərəfindən yaradıla bilər və yaradılır.  
Real gerçəkliyi əks etdirən nitqi yaradarkən aktiv kommunikant 
real fakt və ya hadisələrin mahiyyətini qoruyub saxlayır. Sadəcə ola-
raq, həmin fakt və ya hadisə ilə bağlı nitqi özü dərk etdiyi formada, 
öz məqsədinə və nitq ehtiyacına uyğun şəkildə qurur.  
Razılaşmaq lazımdır ki, dil obyektiv gerçəkliyin insan şüurun-
dakı inikasını əks edirsə də
1
, istənilən halda bu obyektiv aləmin tam 
və real inikası deyil.Çünki  birincisi, gerçəklik şüur tərəfindən qismən 
dərk edilir; ikincisi, dərk edilən gerçəklik nitqdə tam və ya qismən 
ifadə oluna bilər;  üçüncüsü gerçəkliyin nitqdə ifadə olunan qismi 
kommunikasiya ehtiyaclarından asılı olaraq məqsədyönlü şəkildə də-
yişdirilə bilər. 
Belə bir nümunəyə baxaq: “Axşam tərəfi astronom və onun 
nəvəsi həyətdə gəzərkən müəyyən fasilələrlə ulduz yagışı yağdığını 
müşahidə etmişlər”. Bu hadisə ilə bağlı nəvə deyir “Göydən yanan 
daş düşür. Gedək evə. Yoxsa daş başımıza düşəcək”. 
Göründüyü kimi, hadisə ilə bağlı  nəvənin dərk etdiyi şey – 
göydən daşın düşməsi, daşın yanması və daşın başlarına düşə biləcə-
yini ehtimal etməsidir. Həmin daşın təbiəti, yağma səbəbi və daha 
hansı  nəticələrə  gətirib çıxara biləcəyi isə onun şüur səviyyəsinin 
imkanları xaricindədir və ya nitqin bu anı üçün onu maraqlandırmır. 
Yağan bu kosmik yağışın nə olduğunu daha dəqiq dərk edən baba, 
şübhəsiz ki, harada və kiminlə danışmasından asılı olaraq bu hadisə 
ilə bağlı tamamilə fərqli fikirlər söyləyə bilər. Məsələn, öz həmkarla-
rına o belə müraciət edir: ”Möhtərəm həmkarlarım, Günəş qalaktika-
sının, Strosfer qatında gedən diffuz metomarfozaların nəticəsi kimi 
meydana gələn və Yer planetinin atmosfer qatına daxil olan meteorit 
hissəcikləri ...”. Qonşularına isə belə müraciət edir: “Gördüyünüz bu 
hissəciklər parçalanmış xırda göy cisimlərinin qalıqlarıdır ...” 
                                                 
1
Панфилов  В.З.Взаимоотношение  языка  и  мышления.Москва,1971,232  с;  Гносео-
логические аспекты философских проблем языкознания. Москва, 1982, 357 с. 
 
220
Deməli, obyektiv aləm və onun gerçəklikləri insan şüurundan 
asılı olmadan mövcud olsa da, onun nitqdəki ifadəsi insanın məqsə-
dindən, konkret nitq şəraitindən və ehtiyaclarından
1
, başqa sözlə 
desək, konsituasiyadan asılıdır. 
Nitqin qurulması prosesində istifadə olunan leksik, leksik-
qrammatik vahidlər fərddən-fərdə dəyişsə belə, yenə onlar real ger-
çəklik faktoru ilə bağlıdır. Yəni dərk olunmuş gerçəklik nitqdə dərk 
olunduğu tərzdə, mövcud nitq ehtiyacına və deməli, nəticə etibarı ilə 
real gerçəkliyə uyğun şəkildə əks olunur.  
  Bununla belə, dildən fərqli olaraq sırf fərdi mahiyyət daşıyan 
nitqin yaranmasında kommunikantın rolu olduqca böyükdür. Verilən 
nümunədən də göründüyü kimi, eyni bir gerçəklik faktını  təhrif 
etməmək  şərti ilə  təsvir edən müxtəlif nitqlərdə, bir tərəfdən real 
gerçəklik faktlarının dərk olunması  və nitq ehtiyacı baxımından, 
digər tərəfdən isə aktiv kommunikantın şəxsi istək və ya qayəsi nəti-
cəsində müxtəlif fərqlər yarana bilər. Nitqin yaranmasında kommuni-
kant faktoru ilə bağlı onu da qeyd etmək lazımdır ki, aktiv və ya pas-
siv kommunikantın, eləcə də onların istəyinin, münasibətinin nitqdə 
əks olunması,  əksər halda bir-birindən  əsaslı  şəkildə  fərqlənən nitq 
variantlarının yaranması ilə müşayiət olunur.  
Başqa bir nümunə verək: kommunikantın real zaman axınına 
yanaşma nöqtəsinin dəyişməsi real hadisənin başvermə vaxtının nitq-
də ifadəsinə təsir edir. Məsələn, mən orta məktəbdə oxuyarkən deyir-
dim: Bir gün mən ali məktəbdə oxuyacağam. İndi isə belə deyirəm: 
Bir vaxtlar mən ali məktəbdə oxuyurdum.  
Yəni, mən zaman axınına 1970-ci illər nöqtəsindən yanaşdıq-
da 80-ci illər mənim üçün gələcək, 2000-ci illər nöqtəsindən yanaş-
dıqda isə keçmiş zaman olur. Əslində isə, zaman bizim iradəmizdən 
və ya varlığımızdan asılı olmayan sonsuz axındır
2

 
                                                 
1
 Əsgərov M.B. Türk dillərində zaman formaları və advеrbial fеl formaları arasında funksional-
sеmantik  əlaqələr Bakı,“Elm”, 2003, İkinci nəşr, s.29-30 
2
 Yenə orada, s. 33. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə