Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə58/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   54   55   56   57   58   59   60   61   ...   76

 
229 
alınmadan), deməli, həmin proses informasiya mübadiləsində iştirak 
edən tərəflərdən birinin yalnız informasiya yaratmaq və ya vermək 
imkanının olduğu passiv ünsiyyət kimi qiymətləndirilməlidir və bu 
proses istənilən halda təktərəfli ünsiyyət deyildir. 
Bu tədqiqat çərçivəsində indiyə qədər nitqlə bağlı deyilənlər, 
əsas etibarı ilə dərketmə və təfəkkür proseslərinin birinci və dördüncü 
fazalarında müşahidə olunan və total modullaşma nəticəsində yara-
nan kommunikativ nitqə, yəni dərk olunmuş gerçəklik elementi ilə 
bağlı məlumatın ötürülməsinə, başqa sözlə desək, ünsiyyətə xidmət 
edən nitqə aid idi. Burada isə, ümumiyyətlə, nitqin növləri və o cüm-
lədən, sinktual dərketmə nəticəsində yaranan və bu dərketmənin son 
məhsulu olaraq meydana çıxan nitq haqqında danışacağıq. 
İnsanın şüurlu surətdə icra еtdiyi hər cür fəaliyyətinin birbaşa 
və ya dolayısı ilə onun maddi və ya mənəvi еhtiyaclarının ödənilmə-
sinə yönəldiyini qeyd etmişdik.  
L.Vıqotski və onun çoxsaylı davamçıları tərəfindən nitqyarat-
ma prosesinin reallaşmasını tələb edən və ya bunu zəruriyyətə çevi-
rən faktorların  xaricə və daxilə yönəmiş olması baxımından nitqin 
iki qrupa bölündüyü iddia olunur.  
Bunlardan birincisinin, yəni xaricə yönəmiş faktorlar əsasında 
formalaşan nitqin aktiv ünsiyyətə xidmət etdiyi qeyd olunur. Bu 
fikirlə tamamilə razılaşmaq olar. Belə ki, haqqında danışılan nitq 
məlumatın ötürülməsi məqsədi ilə dərketmə və təfəkkür proseslərinin 
birinci və dördüncü fazalarında müşahidə olunan və total modullaş-
ma nəticəsində yaranan nitqdir. 
L.Vıqotski və onun davamçılarının daxilə yönəmiş faktorlar 
əsasında yaranan nitqlə bağlı qeyd etdiyi fikirləri isə, şərh olunduğu 
tərzdə qəbul etmək mümkün deyildir.   
Əvvəla ona görə ki, L.Vıqotski tərəfindən daxilə yönəlmiş 
faktorlarla yarandığı qeyd edilən və bəzən sözsüz nitq də adlandırılan 
dərin daxili nitqlə bağlı mülahizələrin analizi zamanı müəyyən edil-
mişdir ki, təfəkkür proseslərinin nitq və ya söz vasitəsi ilə gerçəkləş-
məsi fikri əsassızdır.  
 
230
Biz dərketmə prosesinin növlərindən (sinktual dərketmə) və 
ya tərkib hissələrindən, daha doğrusu, onun fazalarından biri olan 
düşünmə (xatırlama) prosesinin intellektt, obraz və kodları ilə real-
laşması fikrini irəli sürmüşük
1
 və indi də bu fikirdəyik ki, düşünmə 
və ya düşünərək dərk etmə prosesi nitq və ya dildən daha tutumlu 
olan intellekt obrazı və ya kodları vasitəsilə həyata keçirilir
2
.  
Bu səbəbdən L.Vıqotskinin “daxili nitqin xarici nitqə keçidi, 
yəni nitqin yeni strukturda qurulması - tamamilə bəsit, özünəməxsus 
sintaksis, daxili nitqə məxsus məna və səs quruluşunun xarici nitqə 
məxsus digər struktur formalarına keçməsi ilə reallaşır
3
fikrini belə 
bir şərt daxilində qəbul edirik ki, daxili nitq birinci və ikinci intellekt 
obrazlarının qarışıq kombinasiyası şəklində formalaşır, səslənmə və 
ya yazılma anında okkazional nitq ehtiyacına uyğun olaraq ikinci 
intellekt obrazlarına transformasiya olunaraq xarici nitqə çevrilir. 
Bu isə həqiqi mənada nitqin xarici faktor əsasında formalaş-
dığını və informasiya ötürülməsinə xidmət etdiyini göstərir. 
Nitqyaratma prosesi həmişə xaricə yönələn faktorlar əsasında 
reallaşır. İnsan tərəfindən söylənilən və ya yazılan hər söz, hər ifadə, 
hər cümlə potensial olaraq kiminsə eşitməsi və ya oxuması məqsədilə 
söylənilir və ya yazılır. Bəlli bir zaman kəsiyində bu “potensial 
kimsəni” müəyyənləşdirmək mümkün olmadıqda çox vaxt belə nitqı 
yaradan faktorun daxilə yönəmiş faktor olduğu iddia edilir. Dağlara, 
meşələrə, günəşə, aya, ulduzlara, ağaclara, quşlara, çiçəklərə xitabən 
bədahətən deyilən bayatılar,  şeirlər, monoloqlar və  hətta yazılaraq 
hamıdan gizlədilən gündəliklər belə, çox vaxt daxilə yönələn 
faktorlar nəticəsində yaranmış nitq hesab olunur. Amma həmin nitqin 
yaranma mexanizmini modelləşdirsək görərik ki, bu, əslində, xaricə 
yönələn faktorlar əsasında yaranmış nitqdir.  
Nitq anına skeptik mövqedən yanaşılsa və həmin anda danışan 
olduğu halda, dinləyənin olmadığı iddia edilsə belə, bu nitqin passiv 
                                                 
1
 Əsgərov M.B. Dərketmə və onun fazaları. Tədqiqlər. Bakı, 2003, N 4, s. 37-39 
2
 Əsgərov M.B. Dilin psixolinqvistik mahiyyəti. Tədqiqlər. Bakı, 2004, N 2, s. 60-64. 
3
 Выготский  Л.С. Психология, изд. Апрель Пресс, Москва, 2000. с.375. 


 
231 
ünsiyyət modelinə uyğun gəldiyini görməmək mümkün deyildir. 
Belə ki, informasiya mübadiləsində  iştirak edən tərəflərdən sadəcə 
biri var və o da aktiv kommunikantdır. Bu fakt heç bir şübhəyə yer 
qoymadan dəqiqliklə müşahidə olunur. Dinləyənin məhz müraciət 
olunan dağlar, meşələr, günəş, ay, ulduzlar, ağaclar, quşlar, çiçəklər 
və hətta yazılan gündəliyin özü olduğu qəbul edilsə və ya nitq anına 
məsafəli mövqedən yanaşılsa və daha sonrakı zaman kəsiyində bu 
nitqin digər oxucular tərəfindən oxunacağı  nəzərə alınsa, bu nitqin 
aktiv ünsiyyət modelinə aid olduğu da söylənə bilər.  
Bu gün Aşıq Ələsgərin “Dağlar”, M.P.Vaqifin və M.V.Vida-
dinin “Durnalar”, A.Puşkinin “Heykəl”, M.Lermontovun “Yelkən” 
şeirlərinin oxucuları milyonlarladır. Amma həmin şeirlərin yazıldığı 
zaman kəsiyində onları dağa, durnaya, yelkənə, heykələ ünvanlanmış 
nitq kimi də xarakterizə etmək olardı. Deməli, nitq anına məsafəli 
mövqedən baxılsa, informasiya mübadiləsində iştirak edən tərəflərin 
hər ikisini görmək mümkündür. 
Nitq anına hansı mövqedən yanaşılmasından və bu qəbildən 
olan nitqin aktiv və ya passiv ünsiyyətə xidmət edən nitq kimi qəbul 
edilməsindən asılı olmayaraq onların xarici faktorların təsiri ilə ya-
randığı şübhəsizdir.  
Qeyd etmişdik ki, sinktual dərketmə  məlumatların sadəcə 
qəbulu, qruplaşdırılıb yerləşdirilməsi, bölüşdürülməsi və s. deyildir. 
Sinktual dərketmənin nəticəsi yalnız novatorluq, səmərəli təklif, elmi 
yenilik, kəşf və ya ixtira ola bilər. Bunu bir daha xatırlatmağımızın 
səbəbi sinktual dərketmə nəticəsində yaranan nitq ilə digər dərketmə 
və təfəkkür proseslərinin birinci və dördüncü fazalarında total modul-
laşma nəticəsində yaranan nitq arasındakı fərqi bir daha xüsusi olaraq 
nəzərə çatdırmaqdır.  
Sinktual dərketmə, yəni düşünərək dərketmə nəticəsində yara-
nan hər bir intellekt obrazı həmin dərketmənin başvermə anına qədər 
bu prosesi icra edən fərd tərəfindən dərk olunmamışdır. Bu gerçəklik 
elementi yalnız həmin dərketmə anında və həmin dərketmə prosesi 
nəticəsində dərk olunaraq mənimsənilir. 
 
232
Hər şeydən əvvəl, nəzərə almaq lazımdır ki, dilin bütün struk-
tur vahidləri dili əmələ gətirən elementlər olmaqla yanaşı, eyni za-
manda insan tərəfindən dərk olunmuş gerçəklik elementləridir. 
Dərketmə baxımından dilin struktur vahidləri ilə obyektiv aləmin 
digər gerçəklikləri arasında heç bir fərq yoxdur.Ardıcıl  şəkildə baş 
verən dərketmə prosesləri və birinci intellekt obrazının dildə  əks 
olunaraq dil struktur vahidinə və həmin dil struktur vahidinin yenidən 
müstəqil gerçəklik elementi kimi dərk olunaraq intellekt obrazına 
çevrilməsi yolu ilə ikinci intellekt obrazı yaranır.  
Bu deyilənləri də nəzərə almaqla yuxarıda sinktual dərketmə 
ilə bağlı söylənən mülahizəni sinktual dərketmə yolu ilə nitqyaratma 
prosesinə  şamil edək: Sinktual dərketmə  nəticəsində yaranan nitq 
həmin nitqyaratmanın başvermə anına qədər bu prosesi icra edən fərd 
tərəfindən yaradılmamışdır, bu nitq yalnız həmin nitqyaratma anında 
və həmin nitqyaratma prosesi nəticəsində yaradılaraq mənimsənilir.  
İstənilən dərketmə prosesi birinci və ya əsas intellekt obrazı 
vasitəsilə, dil struktur vahidinin yaranması və onunla bağlı təfəkkür 
prosesləri isə ikinci intellekt obrazları vasitəsi ilə  həyata keçirilir. 
Dərketmə prosesində  fərd tərəfindən məhz gerçəklik elementi dərk 
olunur və dərketmə yolu ilə də mənimsənilərək qəbul edilir. İstənilən 
üsulla, o cümlədən sinktual dərketmə yolu ilə nitqin yaranması pro-
sesinin isə həm məqsədi, həm də son nəticəsi nitq yaratmaqdır və bu 
zaman güzgülər prinsipinə əsasən gerçəklik elementinin dil struktur 
vahidinə ekvivalent olduğu qəbul edilir. 
Qeyd edilən bu anlayış dəyişkənliklərinin şərhi sinktual dərk-
etmə yolu ilə nitqyaratma prosesinin mahiyyətini açmağa və onun 
nümunələrinin şifahi və ya yazılı mətn şəklində formalaşan fərdi ya-
radıcılıq nümunələri olduğunu iddia etməyə imkan verir. Həcmindən 
və məzmunundan, janrından və üslubundan asılı olmayaraq hər cür 
nəsr və nəzm əsərləri sinktual dərketmə yolu ilə yaranan nitqdir.  
Həqiqətən də, şifahi və ya yazılı mətn şəklində formalaşan bu 
əsərlər nitqyaratmanın başvermə anına qədər heç kim tərəfindən, 
hətta bu yaradıcılıq prosesini icra edən fərdin, müəllifin özü tərəfin-


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə