Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə6/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   2   3   4   5   6   7   8   9   ...   76

 
21
sinktual dərketmə”  - dedikdə, düşünmə yolu ilə müəyyən 
edilən gerçəklik elementinin intellekt obrazının yaranması prosesi nə-
zərdə tutulur (think – ingilis sözu olub, azərbaycanca mənası 
düşünmək,  fikirləşməkdir)
tastual dərketmə” - dedikdə, dadbilmə yolu ilə müəyyən 
edilən gerçəklik elementinin intellekt obrazının yaranması prosesi 
nəzərdə tutulur (taste – ingilis sözu olub, azərbaycanca mənası dad, 
tam, dadına baxmaqdır)
“təktərəfli ünsiyyət” - dedikdə, qarşı  tərəfin olmadığı, onun 
olmasının güman belə edilmədiyi ünsiyyət forması nəzərdə tutulur; 
verbal dərketmə” - dedikdə,  şifahi nitqə  əsasən müəyyən 
edilən gerçəklik elementinin intellekt obrazının yaranması prosesi 
nəzərdə tutulur (verb – ingilis sözu olub, azərbaycanca mənası  fel, 
hərəkət, əməldir);  
vokal dərketmə” - dedikdə, eşitmə yolu ilə müəyyən edilən 
gerçəklik elementinin intellekt obrazının yaranması prosesi nəzərdə 
tutulur (vocal – ingilis ingilis sözu olub, azərbaycanca mənası səs, səslə 
bağlı olandır);  
 “vizual dərketmə” - dedikdə, görmə yolu ilə müəyyən edilən 
gerçəklik elementinin intellekt obrazının yaranması prosesi nəzərdə 
tutulur (vizion – ingilis sözu olub, azərbaycanca mənası görmə, görün-
mədir)
vizual-verbal dərketmə” - dedikdə, yazılı və ya şifahi nitqə 
əsasən müəyyən edilən gerçəklik elementinin intellekt obrazının yaran-
ması prosesi nəzərdə tutulur;  
yaradıcı qrammatika”- N.Xomskinin nəzəri mövqeyinə 
görə, bu və ya digər dildə danışan hər bir şəxsin irsən keçən koqnitiv kök-
lər əsasında əvvəlcədən bələd olduğu və eksplisit formaları düzgün müəy-
yənləşdirilmiş cümlələrin struktur təsvirini verən qaydalar sistemidir. 
 
 
 
 
 
22
GİRİŞ 
 
İnsanın hər bir fəaliyyətinin hərəkətverici qüvvəsi onun ehti-
yacı, istəyi və bu istək nəticəsində formalaşan motivasiyadır. Yara-
nan hər bir elm sahəsinin və ya istiqamətin səbəbi də məhz insani 
maraq, mütəxəssis marağı, onun öyrənmək ehtiyacı və bu ehtiyacın 
yaratdığı istək, motivasiyasıdır. Ümumilikdə dilin və onun struktur 
vahidlərinin, eləcə də nitqin əmələ gəlməsi, ünsiyyət vasitəsi kimi 
ondan istifadə prosesinin mexanizmi, yəni dil struktur vahidlərinin, 
o cümlədən, nitqin yaranması, ötürülməsi, qəbulu və mənimsənil-
məsi həmişə diqqət çəkmişdir. Bu məsələlərin istər sistemli şəkildə, 
istərsə də epizodik olaraq öyrənilməsi, sadəcə dilçilərin deyil, eləcə 
də dildən istifadə edən digər sahə mütəxəssislərinin marağına səbəb 
olmuşdur. Onlarda bu məsələləri araşdırmaq, öyrənmək ehtiyacı ya-
ratmışdır.  
Dilçilik elmində yaranan bütün sahə və istiqamətlərin ən baş-
lıca məqsədi dilin tam mahiyyətini açmaq, onun yaranma və fəaliy-
yət qanunauyğunluqlarını, prinsip və üsullarını üzə çıxarmaq, elmi 
cəhətdən şərh etmək, dillərin tədqiqi yollarını dəqiqləşdirmək, bu və 
ya digər dilin qeyri-dil daşıyıcıları tərəfindən öyrənilməsini asanlaş-
dırmaqdır.    
Bu tədqiqatın məqsədi psixolinqvistikanın məktəb və isti-
qamətləri haqqında qısa məlumat vermək, eyni zamanda bu sahənin 
bir sıra mütəxəssisləri tərəfindən aparılan psixolinqvistik tədqiqat-
larda obyekt və meyarların seçilməsində yol verilən xətaları  və 
onun nəticələrini nəzərdən keçirmək, həmin məsələlərlə bağlı şəxsi 
mülahizələrimizi bildirməkdir. 
Psixolinqvistika bəzən fizioloji-psixoloji proseslərin sırf təc-
rübi nəticələrinə əsaslanmaqla dilin mahiyyətini açmağa cəhd gös-
tərsə də, istənilən halda dilin dərketmə, idrak və təfəkkür prosesləri-
nin aparıcı amili olmasından çıxış edir və bu cəhəti bütün psixolin-
qvistik tədqiqatların ümumi qayəsi kimi səciyyələndirir. Bununla 
yanaşı, psixolinqvistikanın ilkin istinad nöqtəsini müəyyənləşdirər-


 
23
kən yol verilən və ilk baxışdan o qədər də nəzərə çarpmayan, hətta 
bir qədər gerçəyə də bənzəyən xətalar, həm problemin qoyuluşunu
həm də həlli imkanlarını əvvəlcədən uğursuzluğa məhkum edir.  
Fəlsəfi, məntiqi və metodoloji cəhətdən yol verilən səhv 
ondan ibarətdir ki, dilin mahiyyətini ümumi psixoloji proseslər və 
mühəndis psixologiyası (eksperimental psixologiya) əsasında izah 
etməyə çalışan psixolinqvistika idrak və təfəkkürlə bağlı psixoloji 
proseslərin özünün əsasında dilin və ya nitqin dayandığını iddia 
edir, bununla da dilin psixoloji proseslər baxımından izahının önünə 
sədd çəkir.  
Doğrudan da, əgər idrak və təfəkkürlə bağlı psixoloji proses-
lərin  əsasında dil və ya nitq dayanırsa, o halda ilkin meyar kimi 
götürülən dil və ya nitq əsasında psixoloji proseslərin özünü izah 
etməyə  cəhd göstərmək daha məntiqi görünərdi. Bizcə, prosesin 
reallaşmasını təmin edən ilkin meyarın özünü həmin proses əsasın-
da izah etməyə çalışmaq, məntiqi nəticə verə bilməz, bu, ən yaxşı 
halda, tam əsasında hissəyə aid xüsusiyyətlərlə ilkin tanışlıqdan 
başqa bir şey deyil. Belə bir cəhd, əslində, bütün psixolinqvistlərin 
böyük inamla istinad etdiyi L.Vıqotskinin “hissə tama aid olsa da, 
tamın xüsusiyyəti hissələrin xüsusiyyətləri cəminə bərabər deyil”
1
 
deyərək qətiyyətlə  əleyhinə  çıxdığı “hissə  əsasında tamın izahı” 
qədər yanlış bir mövqedir.  
Təbii ki, biz yol verilən yanlışlığa görə “dilçilik problemi ilə 
məşğul olan psixoloqlar üçün bu, qəbahət sayılmaya bilər” deyənlə-
rə  qətiyyən haqq qazandırmırıq və  ədalət naminə etiraf edirik ki, 
dilçilik məsələləri ilə bağlı bir sıra psixoloji problemlərin həllində 
məhz L.Vıqotski, A.N.Leontyev, A.R.Luriya, C.Keroll, Ç.Osqud, 
J.Piaje, C.Miller kimi psixoloqların böyük əməyi vardır. Amma 
nəzərə almaq lazımdır ki, dili ali psixoloji fəaliyyət və proseslərin 
ilkin meyarı hesab etmək, mahiyyət etibarilə özünün palçıqdan dü-
zəltdiyi ilahə heykəlindən imdad diləyən bütpərəstin inancına şübhə 
edən və həmin heykəli rentgen aparatında yoxlayaraq onun içərisin-
                                                 
1
 Выготский  Л.С.Психология,изд.Апрель Пресс, “Эксмо-пресс”, Москва,  2000, с. 267. 
 
24
də ilahi ruhun olub-olmadığını müəyyənləşdirməyə çalışan “ali-
min” gərgin əməyindən heç bir cəhəti ilə fərqlənmir.  
Burada, hər şeydən əvvəl, metodoloji xətaya yol verildiyini 
etiraf etmək və gec də olsa, onu düzəltməyə çalışmaq vacibdir. 
Bizcə, psixoloji proseslərin tədqiqi baxımından faydalı ola biləcək 
metodoloji norma birbaşa psixoloji tədqiqatlar müstəvisindən 
linqvistik tədqiqatlar müstəvisinə köçürülmüş, psixologiya elmi 
baxımından faydalı olan normanın dilçilik elmi üçün faydasızlığının 
və ya qəbuledilməzliyinin fərqinə varılmamışdır. Böyük ehtimalla 
bu metodoloji yanlışlığın səbəbi bir sıra psixoloq-alimlərin və o 
cümlədən L.Vıqotskinin dərketmə və düşünmədə nitqin aparıcı rolu 
ilə bağlı fikirlərinə birtərəfli yanaşmanın nəticəsidir. 
Doğrudan da, L.Vıqotski uşağın fəaliyyətini müşayiət edən 
nitqi və ya hər hansı  işi icra edən uşağın danışmasını onun sözlü 
düşünməsi kimi qəbul edir və icra edilən tapşırıq çətinləşdikcə danı-
şığın çoxalmasını dərketmə və düşünmədə nitqin aparıcı rolu kimi 
qiymətləndirir
1
. Amma nəzərə almaq lazımdır ki, dövrünün ən bö-
yük psixoloqlarından biri olan L.Vıqotski bu mülahizəni psixoloji 
proseslərin mahiyyətini açmaq məqsədi ilə və sırf psixoloq mövqe-
yindən söyləmişdir. Mülahizələrindəki bəzi mübahisəli məqamlar-
dan daha sonra danışacağımız bu alimin sırf psixoloji məsələlərlə 
bağlı irəli sürdüyü bu fikri olduğu kimi dilçiliyə şamil etmək, təbii 
ki, dilçilik baxımından gərəksiz və artıq qeyd etdiyimiz kimi, hətta 
qəbuledilməz idi. 
Klassik psixolinqvistikadan
2
 ilkin meyarı və nəzərdən keçiri-
lən problemlərə yanaşma bucağı ilə fərqlənən bu tədqiqatımızda dil, 
nitq və söz formalarının dərketmə prosesi ilə bağlılığı, yeni dil 
struktur vahidinin yaranması, dilin istənilən istiqamətdə inkişafının 
                                                 
1
 Выготский Л.С. Психология. Изд. Апр. Пресс, “Эксмо-пресс”, Москва,2000, с 840-842. 
2
 Dilçilik elminin bir sahəsi kimi cəmisi 50 illik tarixə malik olmasına baxmayaraq, 
psixolinqvistikanın bir-birini inkar edən və bir-birinə zidd olan 3 pilləsi və ya 3 psixolinqvistik 
məktəbi vardır. Eyni baza əsasında 4-cü psixolinqvistik məktəbin və ya dilçiliklə 
psixologiyanın kəsişmə nöqtəsində dilçiliyin tamamilə yeni bir istiqamətinin yaranma 
zəruriyyəti əsas verir ki, daha əvvəlkiləri klassik psixolinqvistika adlandıraq.   


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə