Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə60/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   56   57   58   59   60   61   62   63   ...   76

 
237 
zib dolanırsan, bəyəndinmi buraları?” sualına “Kür qırağının  əcəb 
seyrangahı var” rədifli şeirlə cavab verməsi və ya qonşusunun “Şair, 
bayram hazırlıqları necə gedir?” sualına “Bayram oldu heç bilmirəm 
neyləyim” rədifli  şeirlə cavab verməsi nitqın yaradılması ilə bağlı 
evristiklyin ən bariz nümunəsi hesab edilə bilər.  
Öz dövrünün ümumi dil normalarına uyğunluq prinsipinə pa-
ralel olaraq kommunikantın fərdiliyi deyərkən, nitqin yarandığı dildə 
həmin dövr üçün mövcud olan standart normalardan kommunikantın 
az və ya çox dərəcədə kənara çıxması, bilərəkdən verilən informasi-
yaya əlavə çalarlar daxil etməsi, həmin dovr üçün köhnəlmiş hesab 
edilən və ya hələ tam qəbul edilməmiş olan qaydalardan, vahidlərdən 
istifadə etməsi, özünəməxsus ifadə tərzi, qəlibi və hətta fərdi intonasi-
ya və səs tembri yaratması, başqa sözlə desək, nitqyaratma prosesi 
çərçivəsində sırf özünə məxsus olan inprovizasiyalar etməsi nəzərdə 
tutulur.     
Həm eyni gerçəklik elementlərinin nitdə ifadəsi üçün fərqli dil 
struktur vahidlərindən istifadə olunmasına,həm də   kommunikantın 
fərdiliyinə hörmətli müəllimim Sergey Nikolayeviç İvanovun, 20 il-
dən çox keçməsinə baxmayaraq hələ də qulaqlarımda səslənən nit-
qindən nümunəni vermək istəyirəm. 
Sergey Nikolayeviç İvanov heç vaxt heç kimə “başa düş-
dünmü?” deyə soruşmazdı, həmişə “izah edə bildimmi?” deyərdi.  
İmtahanda tələbələri də, müzakirə, simpozium və disputlarda 
həmkarlarını da diqqətlə dinləyərdi. Heç vaxt heç kimə “bunu səhv 
dedin”, “bu düzgün deyil” deməzdi. Sadəcə belə deyərdi: “Çox sağ 
olun, Siz doğru deyirsiniz ki, ...” və bu “ki” bağlayıcısından sonra 
doğru olanı, düzgün olanı bütün detalları ilə izah edərdi.  
Bəzən onun dediyi fikirlər “Çox sağ olun, Siz doğru deyirsi-
niz” deyə müraciət etdiyi şəxsin fikirlərinin tam əksinə olurdu və 
Sergey Nikolayeviç İvanovu dinləyən hər kəs doğru, düzgün olanın 
nə olduğunu başa düşərdi. 
Kommunikantın nitqyaratma prosesindəki fərdiliyi bütün in-
cəlikləri, çalarları ilə tam və detallı şəkildə analiz edilib kodlaşdırılsa, 
 
238
bu kodlaşdırma  əsasında onların tam psixoloji portreti hazırlalana 
bilər. Hazırlanan psixoloji portretlərə  əsaslanmaqla kommunikantın 
identifikasiyası  əl yazısı, canlı danışıq, barmaq izi, DNK kodu 
əsasında aparılan identifikasiyalardan daha dəqiq nəticələr verə bilər.  
Bu tədqiqat çərçivəsində bizim məqsədimiz isə ayrı-ayrı kom-
munikantların nitqyaratma prosesindəki fərdiliyinin analizi yox
buraya qədər deyilənlər  əsasında nitqin yaranması, ötürülməsi və 
qəbulu proseslərinin ümumi şəkildə modelləşdirilməsidir. 
Nitqin psixolinqvistik cəhətdən yaranma modeli adı ilə  bəzi 
tədqiqatçılar müəyyən sxemlər tərtib və  təqdim etmişlər.Onların 
hamısı istisnasız olaraq klassik psixolinqvistikaya əsaslanmaqla sözü 
dərketmə və təfəkkürün vahidi kimi qəbul etmiş və öz sxemlərini nitq 
vasitəsi ilə düşünmə bazasında qurmuşdur.  
Bu qəbildən olub, demək olar ki, bütün klassik psixolinqvis-
tika tərəfdarları, o cümlədən nitq fəaliyyəti nəzəriyyəsinin banisi 
A.Leontyev tərəfindən də bəyənilən və ən mükəmməl hesab edilən 
son sxemlərdən biri T.V.Ryabovaya məxsusdur və aşağıdakı kimidir:  
a) söyləmin qrammatik-sеmantik tərəfinin proqramlaşdırılma-
sı; b) söyləmin qrammatik rеallaşması və sözlərin sеçilməsi; c) söylə-
min komponеntlərinin motor proqramlaşdırılması; d) səslərin sеçil-
məsi; е)söyləmin çıxışı
1
.  
Əvvəlindən sonuna qədər bu sxemin dəqiqliyinin isbatına həsr 
edilən məqalənin nəzəri əsası Nitq fəaliyyəti nəzəriyyəsidir ki, bu nə-
zəriyyə də sözü dərketmə və təfəkkürün vahidi kimi qəbul edir. Buna 
görə də sanki burada sadəcə ikinci intellekt obrazlarının dil struktur 
vahidləri  şəklində modullaşması  şərh olunur. Modullaşmaya qədər 
baş verən təfəkkür fəaliyyətləri isə, ümumiyyətlə, nəzərə alınmır.  
Bizim şərhimizdə isə nitqin yaranma modeli onun vahidi olan 
söyləmin yaranması  səviyyəsində  təqdim edilir. Yəni aşağıdakı 
sxemdə qeyd olunan aktlar sırası ilə hər dəfə icra olunmaqla bir söy-
ləm yaranır. Bu söyləmlər ümumi məntiq əsasında öz aralarında bir-
                                                 
1
 Рябова  Т.В.  Механизмы  порождения  речи  по  данным  афазиологии. “Вопросы 
порождения речи и обучения языку”. Москва, 1967 c. 74-96. 


 
239 
ləşir və vahid nitqi formalaşdırır.   
Kommunikal nitq söyləminin yaranma modelini sxematik ola-
raq aşağıdakı kimi müəyyənləşdirə bilərik: 
 
  
İntellektual nitq söyləminin yaranma modelini sxematik olaraq 
belə müəyyənləşdirə bilərik:  
Proses 
Kommunikal nitq söyləminin yaranması 
Üsul Dərketmə proseslərində baş verən total modullaşma 
Akt 1 
Nitqyaratma prosesinə başlanğıc verən rezonansın qəbulu 
Akt 2 
Rezonansa uyğun birinci intellekt obrazlarının aktivləşməsi 
Akt 3 
Birinci intellekt obrazlarının məntiqi sıralanması 
Akt 4 
İkinci intellekt obrazlarına transformasiya 
Akt 5 
İkinci intellekt obrazlarının mətn formasında modullaşması  
Akt 6 
Emosional,ekspressiv tonun müəyyənləşdirilməsi 
Akt 7 
Söyləmin çıxışı 
Proses 
İntellektual nitq söyləminin yaranması 
Üsul Sinktual 
dərketmə üsulu 
Akt 1 
Nitqyaratma prosesinə başlanğıc verən rezonansın qəbulu 
Akt 2 
Rezonansa uyğun birinci intellekt obrazlarının aktivləşməsi 
Akt 3 
Sinktual dərketməyə uyğun intellekt obrazlarının seçilməsi 
Akt 4 
Sinktual dərketmnin icrası, yəni: 
4.1.1 
Mövcud birinci intellekt obrazları  əsasında dərketməyə uyğun yeni 
birinci intellekt obrazlarının yaradılması 
4.1.2 
Dərketmə prosesində iştirak edən bütün birinci intellekt obrazlarının dil 
struktur vahidlərinin yaradılması   
4.1.3 
Mövcud olan və yeni yaranan birinci intellekt obrazlarına ekvivalent olan 
ikinci intellekt obrazlarının yaradılması 
4.2 
Dərketmə prosesində  iştirak edən bütün birinci və ikinci intellekt 
obrazlarının kodlaşdırılaraq yadda saxlanması  
4.3 
Dərketmə prosesində seçilmiş birinci intellekt obrazlarının məntiqi 
sıralanması  
4.4 
Birinci intellekt obrazlarının ikinci intellekt obrazlarına transformasiyası 
Akt 5 
İkinci intellekt obrazlarının mətn formasında modullaşması 
Akt 6 
Emosional, ekspressiv tonun müəyyənləşdirilməsi 
Akt 7 
Söyləmin çıxışı 
 
240
Kombinal nitq mahiyyət etibarı ilə kommunikal və intellektual 
nitqin üzvi şəkildə birləşməsi, onların məntiqi vəhdəti olduğuna və 
eyni zamanda, bu tədqiqatda nitqin modelləşməsi söyləmlərin 
yaranma sxemi əsasında verildiyinə görə, kommunikal nitq söyləmi-
nin yaranma modelini sxematik şəkildə göstərməyə ehtiyac duymu-
ruq. Çünki bu sxem kommunikal və intellektual nitqə aid söyləmlərin 
yaranma sxemlərinin birləşməsindən ibarətdir.   
Yetkinlik yaşında yaranan ikidillilik, çoxdillilik şəraitində, 
yəni ilkin öyrənilən doğma dildən sonra ikinci, üçüncü və daha 
sonrakı dillərin öyrənilməsi və  həmin dillərdə nitqin yaradılması 
prosesi mexanizm etıbarı ilə kommunikal nitq söyləminin yaranma 
modelini təkrarlayır.  Əsas fərq birinci dilə aid ikinci intellekt 
obrazları ilə ikinci dilə aid ikinci intellekt obrazlarının 
qarşılaşdırılmasından ibarətdir:  
 
İkinci, üçüncü və daha sonrakı dillərdə nitqin yaradılması pro-
sesi mexanizm etıbarı ilə kommunikal nitq söyləminin yaranma 
modelini təkrarlayır - deməyimiz, opponentlərimizin belə bir etirazı-
na səbəb ola bilər ki, müxtəlif sistemli dillərdə həm nitqin stukturu, 
yəni leksik vahidlər, qrammatik qaydalar, sintaktik normalar fərqli 
ola bilər, həm də o dilin daşıyıcıları müxtəlif anlayışlarla bağlı tama-
milə fərqli düşüncə tərzinə malik ola bilər və bu səbəbdən buradakı 
Proses 
İkinci dildə kommunikal nitq söyləminin yaranmasi 
Üsul Dərketmə proseslərində baş verən total modullaşma 
Akt 1 
Nitqyaratma prosesinə başlanğıc verən rezonansın qəbulu 
Akt 2 
Rezonansa uyğun birinci intellekt obrazlarının aktivləşməsi 
Akt 3 
Birinci intellekt obrazlarının məntiqi sıralanması 
Akt 4 
İkinci intellekt obrazlarına transformasiya və onların ikinci dilə aid ikinci 
intellekt obrazları ilə qarşılaşdırması 
Akt 5 
İkinci dilə aid ikinci intellekt obrazlarının mətn formasında 
modullaşması  
Akt 6 
Emosional, ekspressiv tonun müəyyənləşdirilməsi 
Akt 7 
Söyləmin çıxışı 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə