Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə61/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   57   58   59   60   61   62   63   64   ...   76

 
241 
fərq sadəcə dördüncü aktda deyil, digər aktlarda, o cümlədən üçüncü 
aktda da özünü göstərməlidir. 
Opponentlərimizin nəzərinə çatdırmaq istərdik ki, leksik 
vahidlərin, qrammatik qaydaların, sintaktik normaların fərqli olması, 
əslində, dil struktur vahidlərinin və onların nitqdə  sıralanmasının 
fərqliliyidir ki, nitqdə istifadə olunan dil struktur vahidlərinin sərbəst 
və ixtiyari seçimi haqda əvvəldə ətraflı danışılmışdır. 
Başqa  dilin daşıyıcılarının müxtəlif anlayışlarla bağlı  fərqli 
düşüncə tərzinə malik ola bilməsinə gəlincə, hörmətli opponentləri-
mizin diqqətinə aşağıdakıları çatdirmaq istəyirik. 
Ənənəvi psixolinqvistikada, eləcə də ənənəvi dilçilikdə düşün-
mə və təfəkkür proseslərinin minimal vahidini sözə ekvivalent hesab 
edən tədqiqatçılara görə azərbaycanlı “acmışam”, türkiyəli “karnim 
acıktı”, alman “ich habe hunger” deyirsə, onlar fərqli şəkildə düşü-
nürlər. Çünki onların birincisi özündən, ikincisi qarnından, üçüncüsü 
isə sahib olduğu bir şeydən danışır.  
Əslində, nəzərə almaq lazımdır ki, bu şəxsləri nitqyaratma fəa-
liyyətinə yönəldən ehtiyac aclıqdır və həmin şəxslər üçün vacib olan 
isə bu ehtiyacın ödənilməsidir. Mövcud aclıqla bağlı  nə demək və 
necə demək, əslində, onlar üçün ikinci dərəcəli əhəmiyyət kəsb edir. 
Bu deyilənlərə düşünmə prosesinin sözlərlə deyil, intellekt 
obrazları ilə reallaşdığını da əlavə etsək, məlum olar ki, “fərq üçüncü 
aktda da özünü göstərməlidir”  fikri havadan asılı vəziyyətdə qalır. 
Çünki üçüncü aktda birinci intellekt obrazlarının məntiqi sıralanması, 
yəni fəaliyyətlə bağlı planın formalaşması baş verir və bu aktın söz, 
nitq və dillə heç bir əlaqəsi yoxdur. 
Nitqin ötürülməsi mexanizmi və üsulunun daim dəyişkən 
olmasına baxmayaraq, tədqiqatçılarda bununla bağlı köklü fikir ayrı-
lıqlarına təsadüf olunmur. Belə ki, nitqin şifahi və yazılı formalarının 
olduğu və  əsas etibarı ilə analoji şəkillərdə ötürüldüyü qeyd edilir. 
Nitqin ötürülməsi üsulu ilə bağlı əsas fikirlər də mahiyyətcə bənzər-
dir. Sadəcə hər kəs öz dövrünün ən qabaqcıl texnologiyalarına əsasla-
nan nitqötürmə üsulunun daha mütərəqqi olduğunu qeyd etməkdədir. 
 
242
Bu, təxminən ona bənzəyir ki, daş dövrünün insanları nitqin şifahi 
şəkildə nitqyaradanın özü və yazılı formada daş kitabələrlə, antik 
dövr insanları nitqin şifahi  şəkildə nitqyaradanın özü və carçılar 
tərəfindən, yazılı formada isə daş kitabələrlə, ən yaxşısı isə papirus-
lara yazmaqla, orta əsr insanları nitqin şifahi  şəkildə nitqyaradanın 
özü, carçılar, səsi gücləndirən silindrşəkilli borular vasitəsilə, yazılı 
formada isə daş kitabələrlə, papiruslara, ən yaxşısı isə dəri üzərinə və 
ya kağıza yazmaqla və s. və  nəhayət, müasir insanlar nitqin şifahi 
şəkildə nitqyaradanın özü, radio, televiziya, kompüter, internet, peyk 
və s. və s. tərəfindən, yazılı formada isə, qəzet, jurnal, internet 
səhifələrində və s. ötürməyin çox effektiv olduğunu qeyd edir. Yəni 
müasir dövrümüzdə nitqin ötürülmə üsulları çox zəngindir, 
gələcəkdə isə daha zəngin olacağı  şübhəsizdir. Bu haqda fikir 
ayrılığına və mübahisələrə yer yoxdur.  
Nitqin qəbulu və  mənimsənilmə mexanizmini modelləşdir-
mədən əvvəl onu qeyd edək ki, nitqin yaranması və ötürülməsi daxil-
dən xaricə yönələn proses idisə, nitqin qəbulu və  mənimsənilməsi 
xaricdən daxilə yönələn prosesdir.  
Məlum olduğu kimi, bir şəxs tərəfindən yaradılmış nitqin baş-
qa bir şəxs tərəfindən mənimsənilməsi, heç də nitqin mövzusu ilə 
bağlı birinci şəxsin bütün duyğu və düşüncələrinin olduğu kimi ikinci 
şəxs tərəfindən mənimsənilməsi deyil. Əslində başqa şəxs tərəfindən 
yaradılmış nitqin mənimsənilməsi, haqqında danışılan gerçəklik ele-
menti ilə bağlı sadəcə ümumi təəssürat və ya fon yaradır. Həmin ger-
çəklik elementi haqqında tam təfərrüat isə nitqi qəbul edərək mənim-
səyən şəxsin özü tərəfindən və baş beyində mövcud olub nitqi təşkil 
edən dil struktur vahidlərinə ekvivalent olan ikinici və birinci intellekt 
obrazlarının əksetdirmə imkanı səviyyəsində yaranır
1

Nitqin nominal şəkildə mənimsənilməsi o halda mümkündür ki, 
dil struktur vahidi və onun ikinci intellekt obrazına ekvivalent olan 
gerçəklik elementi həm nitqi yaradan, həm də onu qəbul edən şəxs 
tərəfindən tamamilə eyni tərzdə dərk olunsun və bu dərketmə nəticə-
                                                 
1
 Müqayisə et: Потебня А.А. Из записок по теории словесности. Харьков, 1905, стр. 599. 


 
243 
sində yaranan intellekt obrazının sadəcə özü deyil, onun daxil olduğu 
kodun və hətta kodətrafı yan təsir və ya əlavə məlumatlar fonu da 
eyni, ən azı bir-birinə identik olsun. 
Nitqin mənimsənilməsi ilə bağlı burada bilərəkdən ideal ter-
minindən deyil, nominal terminindən istifadə edirik. Çünki ideal ter-
mininin əsas mənası ən effektiv və ya praktik olan, yaxud maksimum 
nəticənin  əldə olunmasına  şərait yaradan kimi, nominal termininin 
mənası isə, nəticənin verilənlərə proporsionallığı kimi başa düşülür. 
Bəzən nitqi qəbul edən şəxsdə həmin nitq söyləminin yaratdığı 
təəssürat, nitqi yaradan şəxsin həmin gerçəklik elementi ilə bağlı tə-
əssüratlarının tam əks mahiyyətini daşıyır.  
Məsələn, piknikdə çadırına girən qurbağadan çox iyrəndiyini 
və hətta allergiya olduğunu danışan Alyonanın nitqi fransalı dostu-
muz Morisdə tamamilə  fərqli təəssüratlar yaratdı. Moris babasının 
xüsusi reseptlə qurbağanın arxa budlarından bişirdiyi kababın ləzzə-
tindən danışmağa başladı. O, danışa-danışa qeyri-ixtiyari olaraq man-
qalın yanından götürdüyü şişlərdən birinin üstündəki yanmış ət qırın-
tılarını təmizləyirdi və sanki kabab çəkməyə hazırlaşırdı.  
Başqa bir nümunə: şəhər kənarında yeni tikilib istifadəyə ve-
rilmiş  tələbə yataqxanasında  şəraitin daha yaxşı olduğunu, amma 
ətrafda çoxlu itlər olduğuna görə oraya köçməyə qorxduğunu danışan 
Allanın nitqi, onun vyetnamlı əri Xomun dostlarının təcili olaraq hə-
min yataqxanaya köçməsinə səbəb oldu.  
Nəzərdən keçirilən nümunələrdə qəbul edilən nitqin tamamilə 
əks məna yükü daşıyan yan effektlər yaratmasının səbəbi, dil struktur 
vahidlərinə və ikinici intellekt obrazına ekvivalent olan birinci intel-
lekt obrazlarının daxil olduğu intellekt kodlarındakı yan təsir və ya 
əlavə  məlumatlardır. Belə ki, qurbağa və ya it müstəqil gerçəklik 
elementləri olaraq rusiyalı Alyona və Alla üçün dördayaqlı canlı var-
lıqlardır və eyni zamanda da iyrənc və qorxuncdurlar. Fransalı Moris 
və vyetnamlı tələbələr üçün isə qurbağa və ya it müstəqil gerçəklik 
elmentləri olaraq dördayaqlı canlı varlıqlar olmaqla yanaşı, eyni za-
manda çox ləzzətli delikotez və ya yeməli ət mənbəyidir.  
 
244
Bəzən nitqi qəbul edən şəxsdə həmin nitq söyləminin yaratdığı 
əsas məna, nitqi yaradan şəxsin həmin gerçəklik elmenti ilə bağlı 
nəzərdə tutmuş olduğu mənaya deyil, tamamilə fərqli bir gerçəklik 
elementinə aid əsas mənaya uyğun gəlir. Belə hallar əksərən qohum 
və ya yaxın dillərin daşıyıcıları olan şəxslər arasında baş verən və az 
da olsa, mövcud olan dil fərqlərini nəzərə almadan həyata keçirilən 
nitq mübadiləsi prosesində müşahidə olunur.  
Məsələn, Azərbaycandan Türkiyəyə gələn qonaq “Sizə Azər-
baycandan qucaq dolusu salam gətirmişəm” deyəndə Türkiyə türkü 
bunu “Sizə Azərbaycandan qucaq dolusu kolbasa gətirmişəm” kimi 
başa düşərək,  “Payın çox olsun” deməsi və ya avtobus sürücüsünə 
“Şofer, avtobusu buralarda bir yerdə saxla, mən düşürəm” deyəndə 
Türkiyə türkü bunu “Şofer, avtobusu buralarda bir yerdə gizlət, mən 
yıxılıram” kimi başa düşərək, “Avtobusu niyə gizlədim, oturduğu 
yerdə bu adam niyə yıxılır, sərxoşdurmu nədir?” deyə təəccüblənmə-
sinin səbəbi tələffüzü eyni olan sözlərin Azərbaycan və türk dillərin-
də fərqli mənalara malik olmasıdır.  
Nümunələrdən də göründüyü kimi, burada sadəcə effektiv ün-
siyyət prinsipi deyil, ümumiyyətlə, ünsiyyət prinsipi pozulmuş olur. 
Belə ki, eyni bir dil struktur vahidi və onun ikinci intellekt obrazı 
nitqi yaradıb söyləyən şəxsin beynində bir birinci intellekt obrazına 
və ona ekvivalent olan gerçəklik elementinə bağlı olduğu hada, hə-
min dil struktur vahidi və onun ikinci intellekt obrazı nitqi qəbul edib 
mənimsəyən  şəxsin beynində tamamilə başqa bir birinci intellekt 
obrazına və ona ekvivalent olan gerçəklik elementinə bağlı olur.  
Nitqin qəbulu və mənimsənilməsi prosesi, belə demək olar ki, 
müəyyən fərqlərlə kommunikal nitqyaratma prosesinin əks ardıcıllığı 
ilə cərəyan edir. 
Yaranma növündən və  məqsədindən asılı olmayaraq qəbul 
edilən istənilən nitq kommunikal nitq mahiyyəti daşıyır, yəni, bu və 
ya digər gerçəklik elementi haqqında məlumatın  əldə olunmasına 
xidmət edir və onun qəbulu da, kommunikal nitqin yaranması prose-
sində olduğu kimi total modullaşma üsulu ilə baş verir. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə