Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə66/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   62   63   64   65   66   67   68   69   ...   76

 
261 
ictimai quruluşun dəyişməsini misal göstərir, müxtəlif siniflərin və 
sosial qrupların qarşılaşması nəticəsində dil sistemində baş verə bilə-
cək dəyişkənliklərdən danışır. O, qeyd edir ki, həmin sosial qruplar-
dan birində hər hansı müqavimət olmadıqda dil sistemi kəskin şəkil-
də dəyişir və yaşlı nəsillərin həyatdan getməsi ilə bu dəyişmə daha 
qabarıq şəkildə müşahidə olunur
1
.  
İlk baxışdan belə düşünmək olar ki, ictimai quruluşun dəyiş-
məsi dilin qrammatik və sintaktik qatında böyük dəyişkənliklərə sə-
bəb olmur. Təxminən 50-70 il ərzində dildə baş verən dəyişkənlikləri 
araşdırarkən doğrudan da, belə bir qənaətə  gəlmək olar. Amma 
müddəti 300-500 il qədər uzatmaqla həmin dildəki dəyişkənlikləri 
araşdırsaq, görərik ki, burada da dəyişkənliklər kifayət qədərdir. 
Eyni zamanda L.Şerba B.Kurteneye istinadən dilin müxtəlif 
xronoloji mərhələlərini qarışdırmağın, yəni “əvvəlki mərhələyə aid 
xüsusiyyətlərin daha sonrakı mərhələyə şamil edilməsinin” yolveril-
məz olduğunu qeyd edir. Çünki “həmin xüsusiyyət bu mərhələdə ya, 
ümumiyyətlə, mövcud olmur, ya da arxaikləşmiş element kimi yalnız 
adda mövcud olur”
2

L.Şerba fərdi dil kimi qəbul edilən nitq məsələsindən başlaya-
raq, qrup nitqi əsasında formalaşan regional və ya zümrə dillərinin 
qarşılaşmasından yaranan ümumi dil – ədəbi dil anlayışının yaranma 
prinsipini  şərh edərək göstərir ki, yazıçının  əsərlərinin dili güclü 
şəkildə ədəbi dil normalarına uyğunlaşdırıldığına görə həmin yazıçı-
nın fərdi dili yox, həmin dövrün ədəbi dilidir. Onun nitqi də tam fərdi 
hesab olunmamalıdır. Həmin nitq bəzi fərdi elementlər istisna 
olmaqla aid olduğu qrup və ya zümrənin dilidir. Çünki fərd öz nitqini 
daxil olduğu qrup və ya zümrənin nitqi əsasında, onlara istinadən 
formalaşdırır
3

Bu qısa ekskursdan sonra yenidən  əsas məsələyə qayıdaraq 
qeyd edək ki, bəzən ani olaraq yaranan ehtiyac nitqdə və ya dildə in-
                                                 
1
 Щерба Л.В. Языковая система и речевая деятельность. Ленинград. Наука, 1974, с. 29. 
2
 Yenə orada, s. 48-49. 
3
 Yenə orada, s. 31-37. 
 
262
diyə qədər mövcud olmayan yeni bir elementin (səsin, intonasiyanın, 
sözün, formanın və s.) işlədilməsini tələb edir. Burada işlənmiş 
“bəzən ani olaraq yaranan ehtiyac” deyiminə bir qədər diqqətlə 
yanaşsaq, görərik ki, dildəki bütün elementlər (söz və ifadələr, əlaqə 
və münasibətlər, yəni istisnasız olaraq bütün leksik və qrammatik 
vahidlər, forma və kateqoriyalar) ilk dəfə məhz bu “ani ehtiyac”lar-
dan doğmuşdur.  
İlkin mərhələdə bir dəfə yaranmış nitq ehtiyacını ödəmək 
məqsədilə  işlənən hər hansı bir element (fonem, morfem, leksik, 
qrammatik və ya sintaktik vahid) nitqin sonrakı ehtiyacları ilə bağlı 
olaraq dəfələrlə təkrarlanır, cilalanır və nəticədə o da müstəqil ger-
çəklik elementləri kimi dərk olunaraq dilin struktur vahidi statusunu 
qazanır. Şübhəsiz ki, belə bir statusu qazana bilməyən elementlər də 
vardır. Onlardan bir qismi sonrakı  mərhələlərdə, ümumiyyətlə nitq 
ehtiyacının olmaması səbəbilə dili tərk edir,digər qismi isə dilin sabit 
elementləri qədər qabarıq şəkildə nəzərə çarpmasa da, növbəti dəfə 
ehtiyac yaranıncaya qədər “gizli qalır”, amma ehtiyac yarandığı an 
yenidən “öz varlığını hiss etdirir”. Bu cür elementlər müvəqqəti, 
keçici, okkazional ehtiyacları ödədiyinə görə onlara müvəqqəti, situa-
tiv xarakterli, okkazional elementlər deyilir və onlar dildə sabitləşmə-
miş, amorf formalarla ifadə olunur.  
Bundan başqa konkret zaman kəsiyinə qədər adı bilinməyən 
və ya ümumiyyətlə adı olmayan bir gerçəklik elementi haqqında 
danışmaq lazım gəlirsə, o halda bənzətmə və ya analogiya prinsipləri 
əsasında onu forma və ya mahiyyətcə izah etmək, yəni gerçəklik 
elementinin obrazını yaratmaq lazım gəlir. Çünki məchulu tapmanın 
yeganə düzgün yolu, onu məlumlar əsasında müəyyənləşdirməkdir.  
 
§  5.3. Dildə forma və məna vəhdətinin kökləri 
 
L.A.Kiselyova yazır: ”Diferensial əlamətlərin müəyyənləşdi-
rilməsi baxımından leksik və qrammatik mənaların parçalanaraq 
ayrılıqda öyrənilməsi, onların tutuşdurulması və bir-birinə qarşı qo-


 
263 
yulması  cəhdi tamı, yəni sözün bütöv semantikasını daha dərindən 
anlaya bilmək üçün onun hissələrinin hərtərəfli analizi baxımından 
tamamilə özünü doğruldur.  Amma leksik və qrammatik mənaların 
belə parçalanması ifrata yol açır və belə bir yanlış fikrin formalaşma-
sına səbəb olur ki, dildə vahid bir tam kimi sözün mənası, bütöv 
halda  semantikası mövcud deyil”
1
.  
Klassik psixolinqvistika tərəfdarlarının, xüsusilə  də  “Nitq 
fəaliyyəti nəzəriyyəsi” davamçılarının bu kimi fikir və mülahizələri 
onların lehinə olmayan belə bir fikrin yaranmasına səbəb olur ki, nitq 
fəaliyyəti nəzəriyyəsi istənilən düşünmə  və  təfəkkür prosesinin söz 
vasitəsilə həyata keçdiyini iddia etdiyinə görə, bu mövqe tərəfdarları 
sözün və formanın şərhinə imkan verən intellekt obrazları kimi aktiv 
vasitələrdən məhrum edilmiş oldular. Bu səbəbdən onlar formanın 
yaranma və mənimsənilmə mexanizmini, onun qrammatik və leksik 
hissələrinin bir-birini tamamlayan və ya bir-birində tamamlanan, 
amma istənilən halda fərqli forma və məna yükünə malik olduğunu 
görə bilmədilər və bu səbəbdən də, təbii ki, onu izah edə bilmədilər. 
Yəni evdən formasının ev kimi leksik və -dən şəkilçisi kimi qramma-
tik formaların birləşməsindən yaranmış qəlib olduğunu iddia edə bil-
mələri üçün, onların  əlində  ən azı  ev kimi gerçəklik elementinə 
ekvivalent olan birinci intellekt obrazı və onun dildə əks olunması ilə 
yaranan dil struktur vahidinə ekvivalent olan ikinci intellekt obrazı 
formasında apellyativ vasitələr olmalı idi. Bu halda abstrakt təsəvvür 
mahiyyəti daşıyan gerçəklik elementinə ekvivalent olan birinci və -
dən  şəkilçisi tipində dil struktur vahidinə ekvivalent olan ikinci in-
tellekt obrazı olan qrammatik formanı analiz etmək bu nəzəriyyə 
tərəfdarları üçün tabu olmazdı  və onların tədqiqatları  sırf psixoloji 
momentlərin analizi ilə kifayətlənmək məcburiyyətində qalmazdı. 
Dərketmə ilə əlaqəsindən danışarkən dilin yaranması məsələ-
sinə qismən toxunmuşduq. Burada bir daha qeyd etmək istəyirik ki, 
dilin ikitərəfli ünsiyyət vasitəsi kimi və ya dil struktur vahidlərinin 
                                                 
1
 Киселева  Л.А.  Вопросы  теории  речевого  воздействия.  Ленинград,  Издательство 
“Ленинградского университета”, 1978, с. 67. 
 
264
semiotik vahid kimi mövcudluğu, yəni həm formaya, həm də məz-
muna malik olması onun dərk olunmuş gerçəklik elementlərinin bey-
nimizdəki intellekt obrazları ilə bağlılığındadır.  Əgər bir anlığa bu 
bağlılıq yox olsaydı, o halda dil mənasız və məzmunsuz söz və ya səs 
yığınından ibarət olardı.Yəni əgər bizim beynimizdə müstəvi forma-
sında səthi və ayaqları olan masa kimi əşyaya ekvivalent olan birinci 
intellekt obrazı olmasaydı, oxuduğumuz və ya eşitdiyimiz “masa” 
sözü bizim üçün heç bir məna ifadə edə bilməzdi.  
Dil təzahürlərinin aspektlər üzrə bölgüsündə böyük şərtilik ol-
duğunu qeyd edən L.Şerba etiraf edir ki, dil sistemi və dil materialı 
vahid nitq fəaliyyəti təcrübəsinin müxtəlif aspektləridir. Eyni zaman-
da, anlama prosesindən kənarda mövcud olan dil materialı ölüdür. 
Təşkil olunmuş dil materiallarından (yəni, dil sistemindən) kənarda 
isə onu (mövcud olan nitq və ya mətni – M.Ə) anlamaq mümkün 
deyil
1
. L.Şerbanın bu fikrini bir qədər də inkişaf etdirərək belə deyə 
bilərik ki, ümumilikdə dil beyin məhsuludur və öz funksiyasını yal-
nız dərketmə ilə əlaqəli şəkildə icra edə bilər. Beyindən kənarda aktiv 
sistem xüsusiyyətinə malik olan dil mövcud deyil, yalnız onun yazılı 
və ya şifahi nitq şəklində  təzahür edən fraqmentləri və ya struktur 
vahidləri mövcuddur. Nitq yenidən beyinlə, yəni təfəkkür prosesləri 
ilə birləşincəyə  qədər bizim üçün heç bir məna ifadə etmir və ya 
bizim üçün onun heç bir mənası olmur. Nitqin bu cəhəti ilə biz 
gündəlik həyatımızda dəfələrlə rastlaşırıq. 
Bilmədiyimiz dildə olan mətni anlamırıq.  Bunun  ən azı iki 
səbəbi vardır. Birincisi, yazıda gördüyümüz və ya eşitdiyimiz nitqin 
struktur vahidlərini ayrı-ayrı gerçəklik elementləri kimi mənimsəmə-
mişik.  İkincisi, dilin hər bir struktur vahidinin hansı gerçəklik ele-
mentini əks etdirdiyini bilmirik.   
İlk dəfə eşitdiyimiz sözü anlamırıq. Öz doğma dilimizdə olan 
yeni sözləri belə, ilk dəfə eşitdikdə onu başa düşmürük. Çünki onun 
hansı gerçəklik elementi ilə bağlı olduğunu bilmirik. Həmin sözü, 
yalnız onun bağlı olduğu gerçəklik elementini gördükdən, duyduq-
                                                 
1
 Щерба Л.В. Языковая система и речевая деятельность. Ленинград. Наука, 1974, с.. 26. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə