Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə67/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   63   64   65   66   67   68   69   70   ...   76

 
265 
dan və ya həmin sözlə bağlı izahatla tanış olduqdan, başqa sözlə 
desək, həmin sözün bağlı olduğu gerçəklik elementini dərk etdikdən 
sonra anlayırıq. 
Sözün mənasını izah etmək, əslində, həmin sözün bağlı olduğu 
və ya əks etdirdiyi gerçəklik elementinin obrazını yaratmaqdır. Dərk-
etmədən danışarkən qeyd etdiyimiz kimi, dərketmənin birinci faza-
sında gerçəklik elementi ilə bağlı  məlumat müxtəlif formalarda, o 
cümlədən, nitq formasında da qəbul oluna bilər. Nəzərə almaq 
lazımdır ki, hər hansı bir sözün izahı, həmin sözün bağlı olduğu 
gerçəklik elementi haqqında  mətn formasında məlumat verməkdir. 
Yazılı  mətnlərlə bağlı L.Şerba qeyd edir ki, lüğətlərdə  və 
qrammatikada haqqında danışılan dil faktları kommunikanta əvvəlcə-
dən verilmir. Onların birbaşa danışma və anlama proseslərindən çıxa-
rıldığını iddia edən L.Şerba bu faktları “dil materialı” adlandıraraq dil 
təzahürlərinin üçüncü aspekti hesab edir və göstərir ki, buraya 
mətnlər, ədəbiyyat, kitablar, əlyazmaları aiddir. Elə oradaca o, təəs-
süflə qeyd edir ki, adətən bu dil materialları yuxarıda nəzərdə tutulan 
şəraitdən (yəni, aktiv kommunikasiyadan – M.Ə) kənardadır
1
.     
Bəzən bizə elə gəlir ki, əcnəbi dilləri öyrənərkən əzbərlədiyi-
miz əcnəbi sözləri hafizəmizə həkk etmək üçün yalnız həmin sözün 
ana dilimizdəki dil struktur vahidinə (yəni, dil struktur vahidinə ekvi-
valent olan ikinci intellekt obrazlarına) istinad edirik və bu prosesin 
gerçəklik elementindən və onun birinci və ya əsas intellekt 
obrazından heç bir asılılığı yoxdur.  
Belə bir təsəvvür, əlbəttə ki, yanlışdır.  
Əvvəla, ona görə ki, bir dildə olan bəzi sözlərin digər dildə 
qarşılığı olmaya bilər. Məsələn, sinxrofazatron sözü Azərbaycan dili-
nə gəldiyi zaman onun dilimizdə tam qarşılığı olmamışdır. Belə söz-
lərin öyrənilməsi doğma dildəki sözlərə istinadən baş verə bilməz, 
çünki nümunədən də göründüyü kimi, bəzi hallarda qeyd edilən söz-
lərlə bağlı belə bir istinad nöqtəsi, ümumiyyətlə, mövcud olmur.   
İkinci  bir tərəfdən, ana dilindəki dil struktur vahidinin (yəni dil 
                                                 
1
 Щерба Л.В. Языковая система и речевая деятельность. Ленинград. Наука, 1974, с.. 26. 
 
266
struktur vahidlərinə ekvivalent olan ikinci intellekt obrazlarının) özü 
də  məhz gerçəklik elementindən, onun birinci və ya əsas intellekt 
obrazından yaranır və ona istinadən qavranılır və ya dərk olunur.  
Öyrənilən hər yeni əcnəbi dillə bərabər gerçəklik elementinə 
bağlı olan ikinci intellekt obrazlarının sayı artır. Yəni bizim yaddaşı-
mızda gerçəklik elementi olan kitabın vizual dərketmə yolu ilə əmələ 
gəlmiş bir birinci və ya əsas intellekt obrazı olduğu halda, onunla 
bağlı olan bir neçə ikinci intellekt obrazı vardır. Bunlar Azərbaycan 
dilində “kitab”, rus dilində “kнига”, alman dilində “Buch” və s. kimi 
sözlərə ekvivalent olan ikinci intellekt obrazlarıdır. 
L.Şerba ikidillilik və ya doğma olmayan dillərin öyrənilməsi-
nin təmiz və qarışıq öyrənmə kimi iki yolunun olduğunu göstərir. O, 
qeyd edir ki, qarışıq öyrənmə doğma dilə əsaslanmaqla, onun baza-
sında digər dilin öyrənilməsidir. Bu zaman doğma dilin təsiri ilə öy-
rənilən dilin sistemində müəyyən deformasiyalar, dəyişkənlik və 
əvəzlənmələr baş verir.  
Təmiz öyrənmə dedikdə isə L.Şerba bu və ya digər xarici dilin 
öz mühitində, doğma dilin heç bir iştirakı olmadan öyrənilməsini 
nəzərdə tutur. Onun fikrincə, dili tam öyrənmənin yeganə düzgün 
yolu budur
1
. L.Şerbanın bu fikri dolayısı ilə  də olsa, əsas intellekt 
obrazının aparıcı rolu ilə bağlı mülahizələrimizi təsdiq edir. 
Bəzən bizə elə gələ bilər ki, əzbərlədiyimiz şeir parçası, yaxud 
da dram əsərlərində hər hansı personajın rolu, onun nitqi yaddaşımıza 
yalnız sözlərlə  həkk olunur (və ya yalnız dil struktur vahidlərinə 
ekvivalent olan ikinci intellekt obrazları şəklində dərk edilir).  
Belə düşünmək, əlbəttə ki, yanlışdır. Çünki, əvvəla, yuxarıda 
qeyd etdiyimiz kimi, gerçəklik elementi şəklində  dərk olunmayan 
əşya, varlıq və s. haqqında söz, yəni dil struktur vahidi yarana bilməz. 
Əgər bu və ya digər gerçəklik elementi haqqında dil struktur vahidi 
varsa (dərk olunubsa) və ya indi dərk olunursa, deməli, onunla bağlı 
olan gerçəklik elementi də ya əvvəldən dərk olunmuşdur, ya da ən 
azı dil struktur vahidi ilə eyni vaxtda dərk olunur.  
                                                 
1
 Щерба Л.В. Языковая система и речевая деятельность. Ленинград. Наука, 1974, с. 42. 


 
267 
Müşahidələr göstərir ki, klassiklərin şeirləri və ya dram əsərlə-
rindəki rollar əzbərlənərkən ən çətin məqamlar mənası (yəni, gerçək-
lik elementi) həmin ana qədər məlum olmayan hissələrdir. Həmin 
sözlərin mənasının aydınlaşdırılması, yəni gerçəklik elementi ilə əla-
qənin yaradılması müvafiq parçanın  əzbərlənməsi prosesini asan-
laşdırır.  
Azyaşlı uşaqlar üzərində müşahidələr də bu fikrin doğruluğunu 
təsdiq edir. Belə ki, Yasamal rayon 26 saylı orta məktəbinin 5 K 
sinfinin bir qrup şagirdi ilə 2003-cü ilin sentyabr ayında test keçirildi. 
Onlara ifadə yazmaq tapşırıldı. Bu yazıda uşaqlar “mintalitet”, “qlo-
ballaşma” kimi indiyə qədər mənasını bilmədikləri bəzi sözlərdən is-
tifadə etməli idilər. Bu sözlər yazı taxtasına yazıldı, qısa şəkildə mə-
nası izah olundu və onların sinonimləri önündə qeyd edildi. Həmin 
testin nəticələri belədir: 
30% - gerçəklik elementi əvvəlcədən dərk olunmamış sözü öz 
yazısında, ümumiyyətlə, işlətmədi; 
25% - gerçəklik elementini şərh edərkən müəllimin öz nitqin-
də istifadə etdiyi sinonim sözləri işlətdi; 
40% - test prosesində verilən izahlar əsasında həmin sözün 
bağlı olduğu gerçəklik elementini qismən dərk etdikdən sonra həmin 
sözü öz yazısında işlətdi; 
5% - gerçəklik elementini dərk etməsə də, həmin sözü əzbər 
şəkildə (amma yanlış məna ilə) öz yazısında işlətdi. 
Keçirilən testin nəticələrinə  əsasən belə deyə bilərik ki, dil 
struktur vahidlərinin əzbər şəkildə işlədilməsi 5% “əzbərçi”nin baca-
ra bildiyi bir prosesidir. Amma 95% təşkil edən  əksəriyyətin dil 
struktur vahidini öz nitqində işlədə bilməsi üçün gerçəklik elementini 
dərk etməsi vacibdir.    
İstər gerçəklik elementinin birinci intellekt obrazının, istərsə 
də onun dildəki əksinin ikinci intellekt obrazının aktiv yaddaşa gətiri-
lə bilməməsi, eləcə də birinci və ikinci intellekt obrazlarının xatırlan-
ması prosesində sinxronluğun pozulması  əsas etibarilə beyin-sinir 
sistemində müəyyən çatışmazlıqlar olan insanlarda müşahidə edilir 
 
268
və G.Sədiyevanın qeyd etdiyi kimi, bu hal onların nitqində bir sıra 
qüsurlarla müşayiət olunur
1
.            
Onu da qeyd edək ki, gerçəklik elementini əks etdirən intellekt 
obrazının beynimizdə mövcud olmasına baxmayaraq, onunla bağlı 
olan söz dili tərk edə, yeni sözlə əvəz oluna bilər. Sözlərin arxaikləş-
məsini və dildən çıxmasını, neologizmlərin və yeni sinonim cərgələ-
rin yaranmasını da məhz bu baxımdan izah etmək mümkündür.  
 
§ 5.4.  Dilin  xaotikliyi və sistem anlayışı 
 
İstənilən dil başlanğıcda sadəcə ən vacib olan nitq ehtiyacları-
nın ödənilməsi məqsədi ilə yarandığına görə, müasir dil səviyyə-
sindən yanaşılmaqla, belə formalaşmaya xaotik şəkildə formalaşma 
da deyilə bilərdi.  
Məsələn, dil struktur vahidlərinin qəbilə icması dövründə ya-
ranan qismi ilə bağlı belə bir mülahizə söyləyə bilərik ki, kollektiv 
şəkildə ova çıxan ovçular ən azı havadan, qurudan və sudan gələn 
böyük ov  və  kiçik ov,  böyük təhlükə  və  kiçik təhlükə ilə bağlı bir-
birinə məlumat verə biləcək qədər söz ehtiyatına və nitq qabiliyyətinə 
malik olmalı idilər. Kollektiv ov prosesi ilə bağlı vacib olan nitq 
ehtiyaclarının ilkin mərhələlərindən birinin məhz bunlar olduğu iddia 
edilə bilər. Bundan əvvəlki və ya sonrakı mərhələlərdə eyni məqsədlə 
onların nitq ehtiyacı daşağacsilahov alətiod və s. ola bilərdi.  
Təbii ki, həmin ovçular əkinçiliklə məşğul deyildilərsə, daşlı 
torpaqmünbit torpaqtoxumyabadırmıqoraq kimi əmək aləti və 
s. ilə bağlı onların bir-birinə  məlumat vermək üçün söz ehtiyatı 
olmurdu. Dil struktur vahidlərinin yaranmasındakı bu müxtəlifliyə 
müasir dil səviyyəsi baxımından “xaotiklik” kimi qiymət verilə bilər. 
Yəni müasir insan belə düşünə bilər ki, nizəninoxunkamanın adı 
olduğu halda, muzeydə onlarla yan-yana duran yabanın,  dırmığın
orağın adının olmaması tam bir xaosdur.  
                                                 
1
 Sədiyеva G.A. Afaziya: nеyrolinqvistik tədqiqat. Bakı, 1999, 92 s.; Садийева  Г. 
Лингвистический анализ нарушении речи при афазии. Баку, 1997. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə