Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə69/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   65   66   67   68   69   70   71   72   ...   76

 
273 
V.A.Avrorinin fikrincə,”Dilin kommunikativ və ekspressiv 
funksiyaları bir medalın iki üzüdür” və hətta “dil ifadə etmədən fikir 
yarada bilməz, fikir yaratmadan isə onu ifadə edə bilməz. Bunu dil 
formasında təzahür edən vahid fikir prosesinin iki cəhəti kimi nəzər-
dən keçirmək olar”
1

R.A.Budaqovun fikrincə, “kommunikativlik və fikri ifadə 
funksiyalarının vəhdəti olmadan nə dil, nə də dil haqqında elm ola 
bilməz”
2

L.Vıqotski bir tərəfdən qeyd edir ki,”ünsiyyət mütləq şəkildə 
ümumiləşdirmə  və sözün mənasının təkmilləşdirilməsini nəzərdə 
tutur.Yəni ümumiləşdirmə ünsiyyətin inkişafı  nəticəsində mümkün 
olur”. Digər tərəfdən isə, qeyd edir ki: “insanlara xas olan ali
psixoloji ünsiyyət formaları yalnız ona görə mümkündür ki, insan 
təfəkkür vasitəsilə gerçəkliyi ümumiləşdirilmiş  şəkildə  əks etdirir”. 
Bu qəbildən olan fikirlər irəli sürməklə L.Vıqotski “ümumiləşdirmə 
və ünsiyyət, kommünikasiya və  təfəkkürün vəhdəti”ni məntiqi 
şəkildə şərh etməyə çalışır
3

L.A.Kiselyovanın mövqeyi tamamilə  fərqlidir, o, belə hesab 
edir ki, “dilin dialektik vəhdət təşkil edən, sosial baxımdan bərabər-
hüquqlu olan bu iki funksiyası… onların determinasiyasını şərtləndi-
rən təfəkkür və ünsiyyət adlı ehtiyacların özləri qədər müstəqildir və 
onları bir-birinin tərkibinə daxil etmək, məzmun və ya forma 
baxımından birini digərinin hesabına tamamlamaq olmaz” və onun 
fikrincə, “dilin ünsiyyət və təfəkkür funksiyaları, ümumiyyətlə, ün-
siyyət ehtiyacı və ümumiyyətlə, düşünmək ehtiyacı kimi, təfəkkürün 
və ünsiyyətin özü qədər ən ümumi şəkildə abstraktlaşdırılmadır. Bəlli 
olduğu kimi, real gerçəklikdə  ən başlıcaları, ikinci dərəcəliləri və 
törəmələri də daxil olmaqla ünsiyyət və təfəkkür ehtiyaclarının ierar-
xiya sistemleri mövcuddur ki, bunlar dilin ünsiyyət və təfəkkür funk-
siyalarının tip və növlərinin ierarxiya sistemlərini… determinasiya 
                                                 
1
 Аврорин В.А. Проблемы изучения функциональной стороны языка. Л. 1975. с. 36-40. 
2
 Будагов Р.А. Введение в науку о языке. М. 1958. с. 3. 
3
 Выготский Л.С. Избранные психологические исследования М. 1956. с. 51. 
 
274
edir. Beləliklə, təfəkkür və kommunikasiya funksiyaları müxtəlif tip 
və növlərə malik olmaqla müstəqil ierarxiya sistemi əmələ gətirir”
1
.  
İstinad etdiyimiz tədqiqatçıların hamısı qəbul edir ki, dilin əsas 
funksiyası (və ya funksiyalarından biri) ünsiyyətdir. Bu məsələ ətra-
fında mübahisə yarada biləcək heç bir fikir ayrılığı yoxdur. 
Dilin fikir yaratmaq və ya fikri formalaşdırmaq funksiyası da 
həmin tədqiqatçıların böyük əksəriyyəti tərəfindən dəstəklənmiş, 
bununla belə ünsiyyət funksiyasında olduğu qədər, yəni 100%-lik 
tam dəstək almamış, kiçicik bir şübhə yeri qoymuşdur. Bu şübhələrin 
bizi haraya qədər apara biləcəyinə nəzər salaq.    
V.A.Avrorinin fikri belə idi ki, “dil ifadə etmədən fikir yarada 
bilməz, fikir yaratmadan isə onu ifadə edə bilməz”. Amma, həqiqə-
tən də, “fikri yaradan dildirmi?”– sualına cavab axtaraq və fikir yarat-
mağın psixoloji köklərinə baxaq. 
Bu tədqiqat çərçivəsində şərh etdiyimiz müddəalar və ümum-
psixoloji rəy baxımdan “fikir yaratmaq” və ya “düşünmək” bir beyin 
aktivliyi olub, baş beyindəki məlumatların müəyyən kriteriyalar əsa-
sında seçilməsi, sıralanması, düzülməsi və ya başqa bir şəkildə analiz 
edilməsidir.  
Baş beyində olan məlumatların mahiyyətini anlamaq üçün on-
ların da psixoloji köklərini eyni əsaslara uyğun olaraq ümumi şəkildə 
nəzərdən keçirək: baş beyində olan məlumat gerçəklik elementlərinin 
bəlli xüsusiyyətlərinin hiss orqanlarına təsiri nəticəsində mənimsənil-
məsi yolu ilə toplanan informasiyadır. 
Fikri yaradan, formalaşdıran apellyativ vahidin və ya təfəkkür 
prosesinin əsas elementinin dil olduğunu qəbul etsək, onu da qəbul 
etməliyik ki, baş beynimizdəki məlumatlar yalnız dil struktur vahid-
lərindən, yəni sözlərdən və ya formalardan ibarətdir. Çünki söz, 
forma olmadan dilin hər hansı bir funksiyanı icra etməsi mümkün 
olmadığı kimi, dilin sözdən və ya formadan başqa bir funksional aləti 
və ya apellyativ vahidi də yoxdur. 
                                                 
1
 Киселева  Л.А.  Вопросы  теории  речевого  воздействия.  Ленинград,  Издательство 
“Ленинградского университета”, 1978, с. 40. 


 
275 
Bu vəziyyətdə  qəribə bir seçim qarşısında qalırıq. Ya qəbul 
etməliyik ki, söz qarşılığı olmayan, yəni adı olmayan əşyanı, varlığı, 
vəziyyəti, hərəkəti anlamırıq, dərk etmirik, yəni baş beynimizdə söz 
qarşılığı olmayan heç bir anlayış yoxdur, ya da qəbul etməliyik ki, 
baş beynimizdə mövcud olan, amma söz qarşılığı olmayan heç bir 
anlayışla bağlı düşünməyə, fikirləşməyə qadir deyilik. 
Amma sadəcə adı deyil, özü də məlum olmayan minlərlə var-
lıq kəşf və icad olunmuşdur. “Dilsiz fikir yarana bilməz” prinsipin-
dən çıxış etsək, bu kəşf və icadlarla bağlı yəqin belə deməliyik ki, 
onları “düşünmədən etdik”, “fikirləşmədən oldu”. Bu isə məntiqsiz-
likdən başqa bir şey deyil. 
Aparılan araşdırmalar dərketmə və təfəkkür kimi beyin fəaliy-
yətlərinin də dil və onun söz, forma, söyləm, nitq kimi vahidləri ilə 
yox, intellekt obrazları və kodları ilə reallaşdığını göstərir. Dərketmə 
və  təfəkkür kimi beyin fəaliyyətləri ilə bağlı aparılan araşdırmalar 
nəticəsində  məlum olmuşdur ki, sinktual dərketmə istisna olmaqla, 
digər dərketmə növlərində dil və onun struktur vahidləri, yalnız dərk-
etmə aktının birinci fazasında və sadəcə gerçəklik elementi ilə bağlı 
məlumatın  əldə edilməsi yollarından biri kimi müşahidə olunur. 
Dərketmənin sonrakı fazalarında isə dil, ümumiyyətlə, iştirak etmir.  
Bu tədqiqat boyu təqdim edilən nəzəri mövqedən yanaşmaqla 
dillə bağlı irəli sürülən başlıca müddəaların psixoloji qayda və nor-
malar əsasında şərh edildiyini gördük. İstənilən dil struktur vahidinin 
və intellektual nitqin sinktual dərketmə nəticəsində və hazırılıq mər-
hələsindən sonra gələn dərketmə aktının birinci və ikinci fazalarında, 
kommunikal nitqin dərketmə aktının üçüncü və dördüncü fazalarında 
yarandığını, yaradılmış nitqin mənimsənilməsinin isə, dərketmə aktı-
nın birinci və ikinci fazalarında baş verdiyini müşahidə etdik.  
Digər tərəfdənsə, gördük ki, insanın hər bir əməli və psixoloji 
fəaliyyətinin əsasını təşkil edən, bu fəaliyyətin hərəkətverici qüvvəsi 
kimi çıxış edən ehtiyac və motivasiya burada nitq ehtiyacı və onun 
ödənilməsi motivasiyası şəklində təzahür edir. İnformasiya mübadi-
ləsi kimi ən başlıca funksiyasını icra edərkən dil və onun struktur va-
 
276
hidləri psixoloji norma və prinsiplərə tabe olduğu kimi, bütün linq-
vistik qanun və normalara da tabe olur. Dilin özünün ümumilikdə 
nitq ehtiyacından, onun maddi əsasını  təşkil edən struktur vahidlə-
rinin isə yuxarıda nəzərdən keçirilən psixoloji proseslər nəticəsində 
yarandığını  nəzərə almaqla dilin ikili, yəni həm linqvistik, həm də 
psixoloji mahiyyətə malik bir kateqoriya olduğunu söyləyə bilərik
1

Əsas xüsusiyyətləri ilə bağlı tədqiqat boyu qeyd olunan müd-
dəalara istinadən linqvopsixoloji kateqoriya kimi dili belə xarakterizə 
edə bilərik:  
Ünsiyyət zamanı okkazional şəkildə yaranan dil struktur vahid-
ləri və söyləmlər əks etdirdiyi gerçəklik elementinin yaddaşdakı intel-
lekt obrazları ilə birləşdikdə dilə çevrilir 
və ya  
Dil - ünsiyyət zamanı okkazional şəkildə yaranan dil struktur 
vahidlərinin və söyləmlərin  əks etdirdiyi gerçəklik elementinin 
yaddaşdakı intellekt obrazları ilə birləşməsidir. 
Dilin strukturu, yəni onu əmələ gətirən vahidlər və hətta dilin 
özünün də daxil olduğu qlobal sistemlərlə bağlı elmi ədəbiyyatda bir-
birinə daban-dabana zidd olan çoxsaylı mülahizələr mövcuddur. 
Burada biz əsas diqqəti onların yanlış və ya doğru olmasının anali-
zinə deyil, öz mövqeyimizin şərhinə yönəltməyi daha məqsədəuyğun 
hesab edirik. Çünki həmin mülahizələrin  əksəriyyətinə  əvvəlki 
fəsillərdə  və paraqraflarda kifayət qədər münasibət bildirmişik və 
onları yenidən təkrarlamağa ehtiyac duymuruq. 
Biz o mövqenin tərəfdarıyıq ki, ünsiyyət yaratmaq və informa-
siya ötürmək ehtiyacının ödənilməsinə xidmət edən bütün formalar, 
formayaratma, nitqyaratma proses və  fəaliyyətləri təfəkkürün və 
onun aktiv sistemlərindən biri olan dilin daxili elementi, struktur va-
hidi və reallaşma metodudur.  
Bu mövqedə bizim opponentlərimiz – dili lüğət tərkibindən və 
nitq prosesindən kənarda mövcud olan və sadəcə qrammatik forma, 
                                                 
1
 Əsgərov M.B. Dilin psixolinqvistik mahiyyəti. “Tədqiqlər”. АМЕА Dilçilik İnstitutu. Bakı, 
“Elm”, 2004, № 2, s. 60-64. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə