25
hərəkətverici qüvvəsi olan okkazional nitq ehtiyacı,
dildə keçid
mərhələsində olan amorf, okkazional formaların mahiyyəti kimi
dilçilik məsələləri funksional-semantik və linqvopsixoloji baxımdan
nəzərdən keçiriləcək, dilin və nitqin əsasını təşkil edən leksik,
leksik-qrammatik və qrammatik formalar türk dilləri materialları
əsasında eyni aspektdən analizə cəlb olunacaqdır.
Bu problemlərin həlli obyektiv gerçəklik-şüur-dil-nitq-forma
zənciri üzrə reallaşan dərketmə və təfəkkür prosesləri ilə birbaşa
bağlı olduğuna görə tədqiqatda, ilk növbədə, dərketmə və onun
fazaları, sinktual dərketmə, onun məhsuldarlığı, başlanğıc şərtləri,
nitqin yaranmasını şərtləndirən modullaşma və onun transformativ,
reprezentativ növləri,birinci və ikinci intellekt obrazının yaranması,
sinktual dərketmədə dilin iştirakı məsələsi,
dil və dərketmədə qar-
şılıqlı əksolunmalar kimi bir-biri ilə üzvi şəkildə bağlı olan digər
linqvopsixoloji məsələlər nəzərdən keçiriləcəkdir.
Dilin psixoloji problemləri ilə maraqlanan linqvistlər və psi-
xoloji problemlərin həllində dilin rolu ilə maraqlanan psixoloqlar
üçün nəzərdə tutulmuş bu tədqiqat əsərində qoyulan və nəzərdən
keçirilən problemlər, seçilən metod və üsullar bəzən klassik psixo-
linqvistikanın problem və metodlarına uyğun gəlsə də, əksər halda
ona paralel istiqamətdə, amma ondan fərqli, ilkin meyar baxımın-
dan isə tamamilə yenidir.
Bəzən psixoloji dilçilik də adlandırılan,
amma mahiyyət eti-
barilə tam şəkildə psixoloji tədqiqatlar müstəvisinə keçirilən klassik
psixolinqvistikadan ad baxımından da fərqləndirmək üçün bu tədqi-
qatımızı
linqvopsixologiya, yəni dilin psixologiyası adlandırmağı
məqsədəuyğun hesab etdik. Klassik psixolinqvistikadan ilkin meyar
və tədqiqat obyektinə yanaşma baxımından fərqli olan bu araşdır-
mamızın dilçiliyin müstəqil bir qolunu, yaxud psixolinqvistikanın
yeni bir bölümünü, istiqamətini təşkil etməsi məsələsi ilə bağlı son
qərarı isə oxucuların, daha doğrusu, dil və psixologiya məsələləri ilə
məşğul olan mütəxəssis alimlərin ixtiyarına buraxırıq.
26
I F Ə S İ L
DİLİN PSİXOLOJİ PROBLEMLƏRİ İLƏ BAĞLI
NƏZƏRİ FİKİR VƏ MÜDDƏALARIN
TƏNQİDİ ANALİZİ
Bu günün insanları Yer kürəsi adlı planetimizin nə ilk, nə də
sonuncu şüurlu varlıqlarıdır. Bütün
dini və dünyəvi elmlər sübut
edir ki, Yer Kürəsində “canlı varlıqların yaranması və yaşaması
üçün uyğun olan və uyğun olmayan şəraitlər silsiləli şəkildə bir-
birini əvəz etmiş, minilliklər ərzində formalaşan canlı və cansız
təbiət növbəti minilliklərdə böyük katoklizmalara məruz qalmış –
məhv olmuş və yenidən yaranmışdır”
1
.
Özlərinin bizim eradan əvvəl 100-cü minillikdə
2
, az və ya
çox dərəcədə anlaşıqlı olan ilkin ünsiyyət dillərinin isə təxminən
35-40-cı minillikdə
3
formalaşmağa başladığı qeyd edilən ilk insan-
larla bağlı dəqiq, faktiki məlumatların olmaması istər onların dili-
nin, istərsə də düşüncə tərzinin formalaşmasını əyani sübutlarla şərh
etməyə imkan vermir. İndiyə qədər ilkin dilin yaranmasına aid yal-
nız mülahizə və fərziyyələr mövcuddur.
Bununla belə, istər nəzəri dilçilik və dil nəzəriyyəsi,
istərsə
də dilin psixoloji problemləri və psixoloji dilçiliyə aid araşdırmalar
nəticəsində ilkin dil, dilin ontogenezi ilə bağlı müəyyən elmi fikirlər
formalaşmışdır.
Dilin ontogenezinin müəyyənləşdirilməsi məqsədi ilə
aparılan araşdırmaların ən məşhur və mükəmməl olanlarında belə
çatışmazlıq kimi qiymətləndirilə biləcək iki başlıca cəhət daima hiss
1
Köksoy M. Yerbilimlerinin Katkısıyla Nuh Tufanı ve Sumerlerin Kökeni. Ankara, 2003, s.142
2
Parlak Tahsin. Aralın sirri. Bakı, “ASQ TTM” mətbəəsi, 2005, s 49.
3
Kazımov Q. Azərbaycan dilinin tarixi. Bakı, 2003, s. 9-18; Yenə onun: Dil, tarix, poeziya.
Bakı, 2005, s. 4-16.
27
olunmaqdadır. Onlardan birincisi real faktların olmaması səbəbin-
dən dilin ilkin yaranış mexanizmi ilə bağlı
tədqiqatçı təxəyyülünə,
ikincisi isə
analogiya prinsipinə əsaslanmaqdır. Belə ki, dilin
ontogenezini müəyyənləşdirməyə çalışan bütün tədqiqatçılar ya
fərziyyə və ehtimallardan, ya da yenicə dil açmağa başlayan uşaq-
larda dilin və nitqin formalaşması analogiyasından çıxış edirlər.
§1.1. Dilin ontogenezinin müəyyənləşdirilməsində
fərdi təxəyyülün və anologiya prinsipinin rolu
Əvvəla,
onu qeyd edək ki, fərdi təxəyyülün, ehtimal və fərziy-
yələrin fərqli olması bir tərəfdən müxtəlif fikir ayrılıqlarına, ifrata
varma, bir qütbdən digər qütbə sıçrama meyillərinə gətirib çıxarır,
digər tərəfdən isə, həqiqətdə gerçək olanın yox, daha məharətlə şərh
olunanın elmi gerçək kimi qəbul edilməsi ilə nəticələnir.
Məsələn, A.Leontyevin fikrincə, “
Pozitivizmdə hadisənin
mahiyyətini açmağın, daxili təbiətini araşdırmağın məqsəd kimi
qarşıya qoyulmadığı hallar nəzərdən keçirilir. Bu zaman müşahidə
olunan faktların və hesablamaların səthi ümumiləşdirilməsi aparılır.
Tədqiqatçı belə hesab edir ki, “əşyanın təbiətinə varmaq”
mümkün
deyil və tədqiqatın yeganə elmi məqsədi həmin “mahiyyətin” xarici
əlamətlərinin sistemli təsvirindən ibarətdir. Bir qayda olaraq belə
yanaşma təcrübə anlayışını fərdi təcrübə səviyyəsinə qədər daraltma
nəticəsində ortaya çıxır”
1
.
Qütbdən-qütbə sıçramanın ən bariz nümunəsi A.Leontyevin
pozitivizmə verdiyi bu qiymətin özüdür. Çünki buradan belə bir
qənaətə gəlmək olar ki, bu istiqamətdə aparılan tədqiqatların heç bir
elmi əhəmiyyəti ola bilməz. Başqa sözlə desək, verdiyi bu şərhlə
A.Leontyev pozitivizmi başdan-ayağa qara rəngə boyayıb, bu
istiqamətin istər fəlsəfəyə,
istər psixologiyaya, istərsə də dilçiliyə
verdiyi töhfələrin üstündən qələm çəkib. Pozitivizm nümayəndəsi
olan tədqiqatçılarda da A.Leontyevin materializmə əsaslanan nəzəri
1
Леонтьев А.А. Психолингвистика. Ленинград, «Наука» 1967, s. 17.
28
fikirləri ilə bağlı bənzər qənaətlər müşahidə olunur.
Pozitivizmdən fərqli olaraq,
praqmatizmdə belə hesab olunur
ki, insanın təfəkkürü və ümumiyyətlə, onun psixikası real gerçəkliyi
əks etdirmir və ya lazımi qədər adekvat şəkildə əks etdirmir. Yəni
praqmatiklərə görə,
biz gerçəkliyi dərk etmirik, yalnız onunla bağlı
bildiklərimizə əsasən bu və ya digər tərzdə hərəkət edirik. Bəzən
praktik cəhətdən faydalı nəticələr əldə edirik (“praqmatizm” sözü-
nün kökü buradan yaranıb). Praqmatiklər belə iddia edirlər ki, ger-
çək olan bizim düşüncələrimizdir. Onlar gerçəkliyi düzgün əks etdi-
rir və belə uğurlu nəticələrə gətirib çıxarır. Başqa sözlə desək,
“insanın təfəkkürü – onu ətraf aləmə uyğunlaşdıran vasitədir. O,
dünyanı dərk etmək və dəyişdirmək üçün vasitə deyil”
1
.
Psixolinqvistikanın ilkin mərhələsində aparıcı istiqamət kimi
formalaşan, Amerika, Avropa, Uzaq Şərq və Qərb psixolinqvistikası-
nın əsasını təşkil edən
behaviorizm pozitivizmin və praqmatikanın
müəyyən cəhətlərinin üzvi şəkildə birləşməsindən yaranmışdır.
Dilin ontogenezinin müəyyənləşdirilməsi istiqamətində aparı-
lan araşdırmaların çatışmazlıq kimi qiymətləndirilə biləcək ikinci
cəhətinin
analogiya prinsipi, yəni uşaqlarda nitqin və dilin forma-
laşmasının nümunə kimi seçilməsi olduğunu qeyd etmişdik.
L.Vıqotskinin, J.Piajenin tədqiqatları indi də öz aktuallığını
itirməmişdir. Bu tədqiqatlar uşaqlarda təfəkkürün formalaşması
baxımından tam qüsursuz, dilin formalaşması baxımından isə qismən
məqbul hesab edilə bilər.
Belə deyə bilərik ki, bu kimi təqiqatlar dilin
ontogenezinin müəyyənləşdirilməsi nöqteyi-nəzərindən az inan-
dırıcıdır və bunun iki başlıca səbəbini göstərmək mümkündür.
Birincisi, nəzərə almaq lazımdır ki, uşaqlarda təfəkkür və nit-
qin formalaşmasından fərqli olaraq, ontogenezdə dilin formalaşması
və ya yaranması zamanı hazır faktlar mövcud olmamış, hər bir
təfəkkür elementi və ya intellekt obrazı
2
, eləcə də hər bir söz və ya dil
struktur vahidi sıfır bazasında yaranmışdır.
1
Леонтьев А.А. Психолингвистика. Ленинград, «Наука» 1967, s. 18.
2
Əsgərov M.B. Gerçəklik elementinin intellekt obrazları. Tədqiqlər. Bakı, 2003, N 4, s. 39-43.