Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə9/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   5   6   7   8   9   10   11   12   ...   76

 
33
önündə gedir
1
.  
V.Humboldtun „nitqin  səs və  hərəkətlərin məcmusu kimi 
formalaşması, eləcə  də  bu hissi təəssürat və  fəaliyyətlərin dilin 
yaranmasının ... önündə getməsi“  fikirləri A.Leontyevin “Nitq 
fəaliyyəti nəzəriyyəsi”ndə A.N.Leontyev və A.R.Luriyanın adı ilə 
bağlı irəli sürülən fəaliyyət ideyasından heç bir cəhəti ilə fərqlənmir. 
A.A. və A.N.Leontyevlərin, A.R.Luriyanın başlıca iradı fəaliyyət sö-
zünün önündəki “ruhi” təyini ilə bağlıdır. Belə ki,onlar “ruhi 
fəaliyyət” fikrinin materializmlə deyil, idealizmlə bağlı olduğunu id-
dia etməklə ona idealizm damğası vurmuş, həmin fikri sovet 
psixologiyası  və dilçilik elmi üçün “Non Grande” və ya 
qəbuledilməz elan etmişdilər.   
Bizcə, V.Humboldtun qeyd edilən fikrində irad tutulacaq 
məsələ „dilin yaranması ilə anlayışların əmələ gəlməsi“ fikri idi ki, 
bu cəhətə nə A.A. və A.N.Leontyevlər, nə A.R.Luriya, nə də digər 
tədqiqatçılar əhəmiyyət verməmişlər. Amma mahiyyət etibarilə məhz 
bu fikirlə razılaşmaq mümkün deyil. Belə ki, burada anlayışın 
gerçəklik elementinə xas bir xüsusiyyət olub, ilk növbədə birinci in-
tellekt obrazında və yalnız bundan sonra və  məhz birinci intellekt 
obrazının dil güzgüsündə  əks olunması  nəticəsində formalaşması
2
 
prinsipi nəzərə alınmamışdır.    
§1.3.3.  V.Humboldt belə hesab edir ki, dil özünəməxsus 
mahiyyət yaratma qabiliyyətinə malikdir. Dilin bu xüsusiyyəti yalnız 
dərketmə aktı çərçivəsində mövcud olur. Amma mahiyyət etibarilə 
dil dərketmə və ya təfəkkürdən asılı deyil
3

Əlbəttə ki, bu fikrin birinci hissəsi, yəni  “dilin mahiyyət 
yaratma qabiliyyətinin dərketmə aktı  çərçivəsində mövcud olması” 
mülahizəsi tamamilə doğrudur. Bu fikrin ikinci hissəsini isə,böyük 
alimə  bəslədiyimiz dərin rəğbətə baxmayaraq, məqbul hesab edə 
bilmərik. V.Humboldtun “mahiyyət etibarilə dil dərketmə  və ya 
                                                 
1
 Гумбольдт В. Избранные труды по языкознанию, М., 1984, с. 61. 
2
 Əsgərov M.B. Dilin psixolinqvistik mahiyyəti. Tədqiqlər. Bakı, 2004, N 2, s. 60-64. 
3
 Humboldt V. Həmin əsəri, s. 78 
 
34
təfəkkürdən asılı deyil” fikri nə dilin yaranması, nə də praktik olaraq 
ondan istifadə baxımından doğru hesab edilə bilməz. Çünki dilin, 
eləcə  də nitqin yaranması sinktual dərketmə
1
, onun kommunikativ 
funksiyası isə vizual-verbal dərketmə ilə birbaşa bağlıdır.  İnsanın 
yüksək psixoloji fəaliyyətlər qrupuna daxil olan nitqyaratma və 
dilyaratma fəaliyyətlərini, eləcə  də ünsiyyəti dərketmədən kənarda 
təsəvvür etmək belə mümkün deyil. V.Humboldtun bu fikrinin tam 
əksinə olaraq, biz belə hesab edirik kiinsan təfəkküründən kənarda 
mənasız söz yığını  və  işarələr zəncirindən başqa bir şey olmayan 
dilin və ya nitqin əsl mahiyyəti məhz dərketmə  və  təfəkkür pro-
seslərində üzə çıxır
2
.  
§1.3.4. V.Humboldt nitq vasitəsilə ünsiyyətin ən fundamental 
problemlərini düzgün müəyyənləşdirmişdir: 
“1) qarşılıqlı anlaşmanın mümkün ola bilməsi üçün kommu-
nikantlar dünya haqqında eyni təsəvvürə malik olmalıdırlar, məhz bu 
eynilik qarşı tərəfin məqsədini müəyyənləşdirməyə və nitq vasitəsilə 
ötürülən məlumat haqqında fikir bildirməyə imkan verir; 2) nitq 
vasitəsilə ötürülən məlumatın başa düşülməsi dinləyən tərəfin 
aktivliyidir, belə ki, o, dil işarəsi gövdələrini (özləri müstəqil gerçək-
lik elementi olan dil struktur vahidlərini – M.Ə) qəbul edir, onları 
tanıyır, identikləşdirir, yaddaşında olan ensiklopedik və dilçilik məlu-
matları ilə tutuşdurur, nəticədə, nitq vasitəsilə ötürülən məlumatın 
mənası və məzmunu haqqında qərar verir; 3) verilən məlumatda olan 
dil işarəsi gövdələrinin (dil struktur vahidlərinin–M.Ə) qəbulu – 
adresatla eyniyyət təşkil edən bilik fraqmentləri ilə bağlı ilkin göstə-
rişlərin qəbuludur,  əslində, bu göstərişlər nitq məlumatı haqqında 
qərar vermək üçün yalnız ilkin təkandır”
3

                                                 
1
 Əsgərov M.B. Ümumi dərketmə prosesində sinktual dərketmənin rolu (psixolinqvistik 
araşdırma). Tədqiqlər. Bakı, 2004, N 1, s. 16-19. 
2
 Bu haqda daha ətraflı bax. Əsgərov M.B.  Təfəkkür prosesləri baxımından dilin yaranması 
(məqalə), «Tədqiqlər». АМЕА Dilçilik İnstitutu. Bakı, «Elm», 2008, N  4 s. 45-53; Leksik-
qrammatik formalarin linqvopsixoloji təhlili. «Filologiya məsələləri». АМЕА M.Füzuli adına 
Əlyazmaları İnstitutu. «Elm və Təhsil», Bakı, 2010, № 1, s. 40-52. 
3
 Тарасов Е.Ф.Тенденции развития психолингвистики.Москва «Наука»,1987, s. 23. 


 
35
§ 1.4. H.Şteyntalın linqvistik və psixoloji görüşləri 
 
H.Şteyntal nitq prosesini şərtləndirən üç başlıca amilin əhə-
miyyətini ön plana çəkir. O, belə hesab edir ki, nitqin məqsədi psixo-
loji və maddi qüvvələrin köməyi ilə məzmunun ifadəsidir (və ya ötü-
rülməsidir–M.Ə). H.Şteyntal maddi qüvvəni musiqi aləti, psixoloji 
qüvvəni çalğıçı, məzmun və ya mənanı isə bəstəkarla müqayisə edir
1

Bütün digər cəhətləri bir kənara qoyaraq etiraf etməliyik ki, bu 
mövqeyi ilə H.Şteyntal elmi gerçəyə V.Humboldtdan daha yaxındır. 
Belə ki, V.Humboldtdan fərqli olaraq, H.Şteyntal məzmunun ifadə-
sində psixoloji və maddi cəhətlərin birgə iştirakını qəbul edir.  
Doğrudur, H.Şteyntal məzmun, maddi və psixoloji cəhətlər 
deyərkən heç də gerçəklik elementi, ona ekvivalent olan birinci və 
ikinci intellekt obrazlarını
2
 nəzərdə tutmur. Bu cəhətdən burada elmi 
gerçəyə yalnız nisbi yaxınlıqdan söhbət gedə bilər.  
§1.4.1.  H.Şteyntal dilçilikdə  məntiqi meyillərlə mübarizə 
məqsədi ilə dilçiliyi psixoloji elm, dili isə bütövlükdə  psixi fenomen 
elan edir. Təbii ki, bu, bütün varlığını sevdiyi elmə  həsr edən 
psixoloq-alimin eqoistcəsinə söylədiyi subyektiv fikirdir və  həmin 
fikri söyləməkdə onun əsas məqsədi psixoloq olmayan tədqiqatçıları 
dilin öyrənilməsi məsələlərindən uzaqlaşdırmaqdır.  
H.Şteyntalın əsərlərində psixologiya və linqvistikanın əlaqəsi 
nəzəri elmlərin metodologiyası  səviyyəsində  nəzərdən keçirilir. Bu 
zaman nəinki analizlərin metodoloji sxemləri uyğunlaşdırılmadan 
dilçiliyə köçürülür, hətta bunun dilçilik baxımından yeganə düzgün 
metodologiya olduğu iddia edilir. O, dilçiliyə yad olan metodologiya-
nı gətirməklə kifayətlənməmiş, eyni zamanda dilçilik məsələlərindən 
bəhs etdikdə belə onun əsas apellyativ vahidləri “danışıq”, “danışıq 
qabiliyyəti” kimi sırf psixoloji anlayışlar olmuş, o, dilçiliyin psixolo-
giyadan fərqli sistemi və predmeti olduğunu sanki unutmuşdur
3
.  
                                                 
1
 Steinthal H. Abriss der Sprachwissenschaft, Berlin, 1871, s.483. 
2
 Əsgərov M.B.Gerçəklik elementinin intellekt obrazları. Tədqiqlər. Bakı, 2003, №4, s. 39-43 
3
 Тарасов Е.Ф. Тенденции развития психолингвистики. Москва «Наука», 1987,  s. 23-24. 
 
36
Bir sözlə, H.Şteyntal öz tədqiqatlarında dilçilik problemləri ilə 
məşğul olan psixoloq olaraq qalır. Onun dilçiliyə  gətirdiyi yeganə 
yenilik isə müəllimi İ.F.Herbartın assosianizm ideyası olmuşdur.  
§1.4.2. Əslində müxtəlif psixoloji hiss, təsəvvür, obraz və sairə 
ilə bağlı assosiativ əlaqələr ideyasının çox qədim tarixi vardır. Bütün 
fəlsəfə tarixində, elməqədərki və elmi psixologiyada ona rast gəlmək 
mümkündür. Xarici təsirlər nəticəsində yaranıb bədən hissiyyatının 
əlaqələri kimi çıxış edən və bədən daxilində mühafizə olunan asso-
siasiyaların mexaniki modeli hələ XVII əsrdə R.Dekart, T.Gibbson, 
B.Spinoza tərəfindən işlənib hazırlanmışdır.  
Assosianizm və ya assosiativ əlaqələr ideyasının H. Şteyntal 
tərəfindən dilçiliyə tətbiqi əksər halda tənqidlərə məruz qalsa da
1
, nə-
zərə almaq lazımdır ki, müxtəlif eksperimentlərdə müəyyən edilən 
sözlərarası assosiativ əlaqələrdən eksperimentə  cəlb olunan normal 
və patologiyalı şəxslərin psixikasında mövcud olan anlayışlar arasın-
dakı əlaqələrin öyrənilməsində bir vasitə kimi istifadə edilir. Bu isə 
öz növbəsində ontogenezdə sözlərin mənalarının inkişafı
2
 və insanın 
daxili leksikonunun quruluşu haqqında
3
 mühakimə yürütməyə imkan 
verir. 
 
§ 1.5. V.Vundt. Formanın fərqli məzmun yaratması,  
təfəkkür elemnti anlayışı 
 
V.Vundtda da linqvistika və psixologiyanın əlaqəsi metodoloji 
səviyyədə  nəzərdən keçirilmiş, analiz sxemləri müvafiq adaptasiya 
aparılmadan dilçiliyə tətbiq edilmişdir. O, dil materialları ilə işlədikdə 
belə, psixoloq olaraq qalır. V.Vundt mənimsəmə (dərketmə) və  nitq 
yaratma proseslərini psixoloji analiz sxemlərindən istifadə yolu ilə 
tədqiq edir. 
                                                 
1
 Тарасов Е.Ф. Тенденции развития психолингвистики. Москва «Наука», 1987,  s. 24-25. 
2
 Уфимцева  Н.В.  Опыт  экспериментального  исследования  развития  словесного 
значения // Психолингвистические проблемы семантики. М., 1983. 
3
 Залевская  А.А.  Проблемы  организации  внутренного  лексикона  человека.  Калинин, 
1977. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə