Lisenziya necə alınır



Yüklə 14,12 Kb.
tarix08.11.2018
ölçüsü14,12 Kb.
növüQaydalar

Günəş” mühasibat uçotu proqram təminatına



Lisenziya alma qaydaları


  1. Lisenziya almaq üçün İstifadəçinin kompyuterində “Günəş” mühasibat uçotu proqram təminatı quraşdırılmış olmalıdır (Əgər quraşdırılmamışsa - Bax “Günəş” mühasibat uçotu proqram təminatının quraqşdırılma təlimatı)

  2. Monitor ekranında yerləşən “Günəş sistemi 2.1.” düyməsini sıxandan sonra ekranda aşağıdaki menyu açılır:





  1. Bu menyudan “Administrator” duyməsini iki dəfə sıxmaq lazımdır. Ekranda aşağıdaki menyu açılır:





  1. “Administrator”un “Dosye” menyusundaki “Lisenziya” rejimini işlədəndən sonra ekranda aşağıdaki ekran sahəsi açılır:


Müəssisə / Şəxs” – sahəsinə proqram təminatını əldə edən hüquqı və ya fiziki şəxsin adı daxil edilməlidir.

Lisenziya No” – sahəsinə quraşdırılma diskində yerləşən 9 (doqquz) rəqəmli lisenziya nömrəsi daxil edilməlidir. (Büdcə təşkilatları lisenziya nömrəsini öz ali təşkilatından əldə etməlidirlər). Lisenziya nömrəsi çox diqqətli və dəqiq daxil edilməlidir.



Lisenziya nömrəsini daxil edəndən sonra bu ekran sahəsinin yuxarısında yerləşən duyməni sıxmaq lazımdır.
6. Bu əməliyyatdan sonra sistem “Qıfıl 1”“Qıfıl 2” sahələrinə hər biri 12 (on iki) rəqəmdən ibarət iki qıfıl gətirir.


7. Bu əməliyyatdan sonra lisenziya alınması iki variantda davam edilə bilər:
Birinci variant – (İstifadəçinin normal sürətli internet bağlantısı mövcud olan halda)

  1. www.linklicense.az saytına daxil olmaq lazımdır. Ekrana aşağıdaki menyu gələcəkdir



Proqram təminatını əldə etdiyi İstifadçının proqram istehsalcısında qeydiyyata alınması üçün (qeydiyyata alınma məsələsi çox vacıbdir, çünkü sonraki servis və tədris xidmətləri ancaq qeydiyyata alınmış İstifadəçilərə verilir)



  • Müəssisənin adı

  • Ünvanı

  • Səlahiyyətli şəxsin adı və soyadı

  • Email və telefonu

sahələrini doldurmaq lazımdır.
Sonra:

  • Administratorda daxil edilmiş 9 rəqəmli lisenziya nömrəsini “Lisenziya No” sahəsinə daxil edilməlidir.

  • Administratorun “Lisenziya” rejimində əldə edilmiş “Qıfıl 1” və “Qıfıl 2” sahələrin dəyərlərini kopyalayıb saytın müvafiq sahələrinə yerləşdirmək lazımdır.

Qıfıllar əllə də daxil edilə bilər. Bu halda çox diqqətli olmaq lazımdır.
8. Qıfıllar daxil ediləndən sonra “Açarları al” düyməni sıxmaq lazımdır. Saytın “Acarları al”

düyməsinin altına 3 açar gətitiləcəkdir.


“Acar 1”, “Acar 2” və “Acar 3” sahələrindəki rəqəmləri bir-bir kopyalayıb müvafiq olaraq Administratorun “Lisenziya” rejimindəki “Acar 1”, “Acar 2” və “Acar 3” sahələrinə yerləşdirmək və sonra düyməsini sıxmaq lazımdır*.


Əgər daxil edilən məlumatlar doğru isə Administrator aşağıdaki mesajı verir.



*Qeyd:

Çox istifadəçi sistemlərində Lisenziya hər bir terminal üçün ayrı-ayrılıqda alınmalıdır. Terminalların sayını əldə edilmiş Lisenziya nömrəsində təyin edilmişdir.


İkinci variant (İnternet bağlantısı zəif olan və ya heç olmayan halda)

  1. www.linka.az saytı vasitəsi ilə proqram istehsalcıları əlaqə qurmaq

  2. +994124969743 (daxili nömrə 300) və ya +994506215145 telefon nömrələrinə zənq etmək və operatorun suallarına cavab vermək lazımdır. Operatorun sualları birinci variantda olan məlumatlardan ibarətdir.



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə