«listerine® ilə 21 gün» aksiyasinin qaydalari aksiyanın Adı



Yüklə 50,59 Kb.
tarix22.11.2017
ölçüsü50,59 Kb.
#11651
növüQaydalar

«LISTERINE® ilə 21 gün» AKSİYASININ QAYDALARI




1. Aksiyanın Adı (sonradan – Aksiya)

«LISTERINE® ilə 21 gün»

2. Aksiyanın təşkilatçısı barədə məlumat:

Adı

«Zest Promotions» Məhdud Məhsuliyyətli Cəmiyyət

Poçt ünvanı

Azərbaycan Respublikası, AZ1010, Bakı şəhəri, Nizami küçəsi, ev 203

3. Aksiyanın keçirilmə Mexanikası

Aksiya aşağıda göstərilən Мexanikaya uyğun keçirilir:

Özünün istehlak xüsusiyyətləri ilə Aksiyanın İştirakçısını qane etmədiyinə görə məhsulun qiymətinin qaytarılması.



4. Aksiyanın keçirilmə müddəti və hədiyyə fondu

4.1. Aksiyanın ümumi keçirilmə müddəti:

01.02.2017 – 31.05.2017-ci il tarixinədək
4.2. Məhsulu Azərbaycan Respublikasının ərazisində 01.02.2017 – 31.05.2017-ci il tarixlərində əldə edilməlidir (məhsulun alındığı tarix alış-veriş çekindəki tarixlə müəyyən edilir).
4.3. Məhsula xərclənən pulun qaytarılma müddəti: 22.02.2017 – 22.06.2017-ci il tarixlərində

5. Aksiyanın keçirilmə ərazisi

Aksiya Qaydalarının 7-ci bəndində göstərilən Məhsulların satışı təşkil olunan Azərbaycan Respublikası ərazisində keçirilir

6. Aksiya İştirakçılarının Aksiya Qaydaları barədə məlumatlandırma qayda və üsulları

Aksiya iştirakçılarının məlumatlandırılması İnternetin qlobal şəbəkəsində Aksiyanın keçirilmə müddətində www.listerine.ru/21 ünvanı vasitəsilə həyata keçiriləcək.

7. Aksiyada iştirak edən Məhsulların adları 1№li MEXANİKA əsasında

Aksiyada Azərbaycan Respublikasının ərazisində əldə olunan aşağıda göstərilən məhsullar iştirak edir:

  • LISTERINE® EXPERT «Damaqların müdafiəsi» ağız yaxalayıcısı, 250 ml

  • LISTERINE® EXPERT «Kariyesdən müdafiə» ağız yaxalayıcısı, 250 ml;

  • LISTERINE® EXPERT «Ekspert ağartma» ağız yaxalayıcısı, 250 ml;

  • LISTERINE® «TOTAL Care» ağız yaxalayıcısı, 250 ml

  • LISTERINE® «Təravətli nanə» ağız yaxalayıcısı, 250 ml;

  • LISTERINE® «Yaşıl çay» ağız yaxalayıcısı, 250 ml;

8. 1№li MEXANİKA əsasında Aksiya iştirakçısının Məhsula xərclədiyi məbləğin qaytarılma şərtləri

8.1. Aksiyada iştirak etmək üçün Qaydaların 4.2 bəndində göstərilən müddətdə 7-ci maddədə qeyd olunduğu kimi Məhsulun 4 (dörd) ədədini almaq və alış-verişi təsdiqləyən çekləri saxlamaq lazımdır.
8.2. Aksiya iştirakçısı Məhsulun keyfiyyətindən narazı qalarsa, misal üçün:

8.2.1 21 gün ərzində gündə 2 dəfə mütəmadi şəkildə dişlərin fırça və məcunla təmizlənməsindən sonra ağız yaxalayıcıdan istifadə zamanı məhsul istehlak qablaşdırılmasında göstərilən xüsusiyyətlərə cavab vermirsə (LISTERINE® məhsullarının hamısına aiddir)

və ya

8.2.2. Məhsulun aşağıda göstərilən növlərinin 1-ci (birinci) gün istifadədən sonra təravət hiss olunmursa, 7-ci (yeddinci) gündən sonra ağız boşluğunda təmizlik hissi yoxdursa, 14 (on dörd) gündən sonra dişlərin möhkəmlənməsi və 21(iyirmi bir) gündən sonra ərpin azalması halları baş vermirsə qaydaların 7 (istənilən kombinasiyada) məcunlardan müntəzəm olaraq 21(iyirmi bir) gün ərzində gündə 2 dəfə qablaşdırmanın üzərində göstərilən qaydada istifadə edilən təqdirdə


Qaydaların 4.2 bəndində göstərildiyi kimi diş fırçası ilə dişlərin təmizlənməsindən və LISTERINE istifadəsindən sonra lazımi effekt əldə olunmursa Zest Promotions şirkətinin Azərbaycan Respublikası, AZ1010, Bakı şəhəri, Nizami küçəsi, ev 203 ünvanına Qaydaların 7-ci bəndində göstərilən Məhsulun 4 ədədinin aydın oxunan kassa çekini, www.listerine.ru/21 saytından çap olunmuş və İştirakçı tərəfindən doldurulmuş və imzalanmış anketi göndərin və məktubda aşağıdakıları göstərin:

– ASA (ad, soyad, ata adı)

– Doğum tarixini

– Şəhərin kodu ilə əlaqə nömrəsini

– E-mail

– İndekslə faktiki yaşayış ünvanınızı

– şəxsiyyət vəsiqənizin seriyasını, identifikasiya nömrəsini, kim tərəfindən və nə zaman verildiyini, qeydiyyat ünvanını

– İştirakçının hesabına pul vəsaitinin göndərilməsi üçün Azərbaycan Respublikasında yerləşən bankda açdığı hesab nömrəsini (Aksiya təşkilatçılarının Aksiya iştirakçısının şikayyəti ilə razılaşdığı halda), bankın adını, ünvanını, kodunu, kart-hesab müqaviləsinin nömrəsini,

– bankın UNP-ni;
Və bir neçə suallara cavab verməlisiniz:

- Siz ağız yaxalayıcısını ilk dəfə almısınız?

- Ağız boşluğunuz üçün adətən hansı vasitələrdən və tez-tezmi istifadə edirsiniz?

- Ağız boşluğunuzun yaxalanmasına nə qədər vaxt sərf edirsiniz? Bunu tez-tezmi edirsiniz?

- Ağız boşluğunuzun yaxalanmasından və problemin yaranmasında nə qədər vaxt keçib?

- Nə kimi problem yaranıb? (təsvir etmək)

- Məhsulun hansı xüsusiyyətlərini hiss etmədiniz və bunu necə aşkarladınız?

- LISTERINE® ağız yaxalayıcısında sizi nə qane etmir və niyə LISTERINE® ağız yaxalayıcısına verdiyiniz pulu geri götürmək istəyirsiniz?


8.3. Göndəriş Azərbaycan Respublikasının Poçt bölməsindən sifarişli məktubla həyata keçirilməlidir.
8.4. Yuxarıda göstərilən qaydalara riayət olunduğu halda Təşkilatçı İştirakçının 4 ədəd məhsulun alınmasına və poçta xərclədiyi pulu geri qaytaracaq. Məbləğ Qaydaların 8.2 bəndinə əsasən Məhsulun alınmasını təsdiq edən çek əsasında müəyyən olunur. Bir Aksiya iştirakçısına Aksiyanın keçirilmə müddətində köçürülən məbləğ 18.00 AZN (on səkkiz manat) üstələməməlidir.

9. Fərdi məlumatların emalı şərtləri

Aksiyada iştirak edərək, iştirakçı könüllü surətdə Aksiyanın keçirilməsi məqsədi ilə tələb olunan (fərdi məlumat daxil olmaqla) Aksiya Təşkilatçısı və səlahiyyətli şəxsləri tərəfindən məlumatların avtomatlaşdırılmış vasitələrin tətbiqi ilə emal olunmasına razılığını vermiş olur. İştirakçı Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə nəzərdə tutulmuş öhdəliklərin həyata keçirilməsi məqsədilə öz şəxsiyyət vəsiqəsindəki məlumatı, həmçinin, Məhsulun 4 (dörd) ədədini almaq üçün xərclədiyi məbləğin qaytarılması ilə bağlı cari hesabı haqda ətraflı məlumat təqdim etməlidir.
İştirakçı yetkinlik yaşına çatmış və işləmək qabiliyyəti olan şəxs olmalıdır və özü haqqında dürüst məlumatı təqdim etdiyini və Azərbaycan Respublikası vətəndaşı olduğunu təsdiqləməlidir. Aksiya Təşkilatçısı və onun səlahiyyətli nümayyəndələri belə məlumatların icazəsiz yayılmasına qarşı və qorunması üçün zəruri tədbirlər görməyi öhdələrinə götürürlər.
Saziş qeyri-müəyyən müddətə qüvvədə olacaq və fərdi məlumatın istifadəsi barədə razılığın geri çağırılması yolu ilə Operatordan istənilən zaman AZ1010, Bakı, Nizami küçəsi, 203 ünvanına İştirakçının Aksiyada iştirak etmək üçün göndərdiyi məlumatı – adını, soyadını və atasının adını, doğum gününü və ünvanını qeyd etməklə müvafiq məktub göndərib, geri çağırıla bilər.
Razılığın geri çağırılması barədə bildirişin alınması təqdirdə Aksiya Təşkilatçısı və onun səlahiyyətli nümayyəndələri həmin İştirakçının fərdi məlumatlarını emal etməyi dayandırırlar və bu məlumatların geri çəkilməsi haqda sorğunun daxil olması tarixindən 3 (üç) iş günündən artıq olmamaq şərti ilə məhv edirlər.

10. Məhsula xərclənən məbləğin qaytarılma qaydası

10.1. Aksiya İştirakçısı tərəfindən Qaydaların tam və düzgün yerinə yetirilməsi və Təşkilatçı tərəfindən Qaydaların 7-ci bəndində göstərilən şərtlər İştirakçı tərəfindən yerinə yetirilməsi təsdiqləndiyi təqdirdə İştirakçıya 4 (dörd) ədəd Məhsulun alınmasına və poçt xidmətinə xərclədiyi 18.00 (on səkkiz manat) AZN-dən çox olmamaq şərtilə olan məbləğ (Məhsulun alınmasını təsdiq edən çekə əsasən) qaytarılmalıdır.

Həmin məbləğ Aksiya iştirakçısına İştirakçının şəxsi hesabına Qaydaların 7-ci bəndində göstərilən Təşkilatçının bütün sənədləri (İştirakçı haqqında bütün məlumat) əldə etdiyi gündən etibarən 30 (otuz) gün ərzində qaytarılır.

Həmin məbləğ Aksiya iştirakçısına İştirakçının şəxsi hesabına Qaydaların 8-ci bəndində göstərilən Təşkilatçının bütün sənədləri (İştirakçı haqqında bütün məlumat) əldə etdiyi gündən etibarən 30 (otuz) gün ərzində qaytarılır.

10.2. Təşkilatçı poçt və bank xidmətlərinin işinə cavabdeh deyil.

10.3. Təşkilatçı İştirakçının qarşısında Təşkilatçının hesabından Aksiya İştirakçısının göstərdiyi hesaba məbləğin göndərdiyi təqdirdə öhdəliyini yerinə yetirmiş sayılır.


11. Aksiya İştirakçısının hüquqları

Aksiya İştirakçısının hüquqları:

11.1. Qaydalara əsasən Aksiyada iştirak etmək

11.2. Məhsulun qablaşdırmada göstərilən təlimata əsasən istifadə etdikdə, Qaydaların 8-ci bəndində göstərilən şərtlərin yerinə yetirilməsi və Aksiya Təşkilatçılarının Aksiya İştirakçısı tərəfindən Qaydaların 8-ci bəndində göstərildiyi kimi tam və düzgün yerinə yetirilməsi təqdirdə Məhsulun alınmasına xərclədiyi məbləğin (Məhsulun alınmasını təsdiq edən çekə əsasən) qaytarılmasını tələb etmək.


12. Aksiya Təşkilatçısının hüquqları

Təşkilatçının hüquqları:

12.1. Aksiyada iştirak etmək istəyən şəxs tərəfindən Qaydaların 8-ci bəndində göstərildiyi lazımi məlumat yalnış və/və ya tam olmasa həmin şəxsə Aksiyada iştirak etmək hüququ verilməyəcək.

12.2. Qaydaların 6-cı bəndində göstərilən qaydada iştirakçıları məlumatlandırmaq şərtilə Qaydaları dəyişmək.


13. Əlavə şərtlər

13.1. Aksiya İştirakçısı Azərbaycan Respublikasının yetkinlik yaşına çatmış, həmçinin, 18 yaşına çatmış və Azərbaycan Respublikasında daimi qeydiyyatda olan vətəndaşı iştirak edə bilər.

13.2. Bu Aksiya çərçivəsində Məhsulun eynisinə dəyişdirilməsi həyata keçirilmir.


13.3. Aksiya lotereya deyil və qalibin təsadüfi müəyyənləşdirilməsini istisna edir.

13.4. Dolğun sənəd (məlumat və kassa çeklərini) komplektini əks etdirməyən və oxunuşu çətin olan xətlə yazılan məktub sahibləri Aksiyada iştirak edə bilməyəcəklər və həmin məktub əsasında pulların qaytarılması da həyata keçirilə bilməz.


13.5. Məhsula xərclədiyi məbləği geri almaq hüququna malik olan Aksiya İştirakçısı bunun üçün müvafiq sənəd imzalamalıdır.
13.6. Hər İştirakçı bir Aksiada yalnız bir dəfə iştirak edə bilər.

13.7. Bu Aksiyada Aksiya işçiləri, Təşkilatçıları, onların səlahiyyətli nümayyəndələri bu Aksiyaya bilavasitə aidiyyatı olan şəxslər və ailə üzvləri iştirak edə bilməz.



«LISTERINE® ilə 21gün» Aksiyasının Qaydalarına №1-li Əlavə


AKSİYA İŞTİRAKÇISININ ANKETİ 1



ASA (ad, soyad, ata adı)




Doğum tarixi




Şəhərin kodu ilə əlaqə nömrəsi




E-mail




İndeks ilə faktiki yaşayış ünvanı




Şəxsiyyət vəsiqəsinin seriyası, identifikasiya nömrəsi, kim tərəfindən verildiyi və verildiyi tarix.




İştirakçının hesabına pul vəsaitinin göndərilməsi üçün Azərbaycan Respublikasında yerləşən bankda açdığı hesab nömrəsi (Aksiya təşkilatçılarının Aksiya iştirakçının şikayyəti ilə razılaşdığı halda), bankın adı, ünvanı, kodunu, kart-hesab müqaviləsinin nömrəsi.




bankın UNP-ni




Siz ağız yaxalayıcısını ilk dəfə almısınız?




Ağız boşluğunuz üçün adətən hansı vasitələrdən və tez-tezmi istifadə edirsiniz?




Ağız boşluğunuzun yaxalanmasına nə qədər vaxt sərf edirsiniz? Bunu tez-tezmi edirsiniz?




Ağız boşluğunuzun yaxalanmasından və problemin yaranmasında nə qədər vaxt keçib?




Nə kimi problem yaranıb? (təsvir etmək)




Məhsulun hansı xüsusiyyətlərini siz hiss etmədiniz və bunu necə aşkarladınız?




LISTERINE® ağız yaxalayıcında sizi nə qane etmir və niyə?




Siz LISTERINE® ağız yaxalayıcısına verdiyiniz pulu geri götürmək istəyirsiniz?




İmza/İzah




LISTERINE® dərman vəsaiti deyil. Bütün məlumatlar tədqiqat nəticəsində təsdiq edilib.© « Johnson & Johnson» MMC, Rusiya, 2017-ci il. Bu səhifə «Johnson & Johnson» MMC şirkətinə məxsusdur və «Johnson & Johnson» MMC şirkəti səhifənin tərkibinə tam olaraq cavabdehdir. Səhifə Azərbaycan Respublikası və LISTERINE® milli saytlarından yönəldilən istehlakçılarının daxil olması üçün nəzərdə tutulub.

Yüklə 50,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə