Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə1/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   285


 

 



V.K. L O M A K İ N 

 

 

 

 

 

 

D Ü N Y A  

İQTİSADİYYATI 

 

Dördüncü, yenidən işlənilmiş  

və əlavələr olunmuş nəşr 

 

 

Rusiya Federasiyasının Təhsil Nazirliyi tərəfindən  

iqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan  

tələbələr üçün dərslik kimi tövsiyə olunmuşdur 

 

 

 

 

 



 

 

Bakı - 2013  


 

 



UDK 33 (100) (075.8) 

BBK 65.5 я 73-1 

 L74 

 

 

Tərcümə edən:

 

Milli  Məclisin  İqtisadi  Qanunvericilik  Şöbəsinin 

müdiri, II dərəcə dövlət müşaviri, 

 i.e.n. Rauf Şaiq  oğlu Hacıyev 



 

Redaktoru:

 

Milli Məclisin İqtisadi Qanunvericilik Şöbəsinin baş 

məsləhətçisi, i.e.n., baş elmi işçi 

 Əmirxan Mehralı oğlu Babaşov 



 

 

 

L 74 Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və 

istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərslik /V.K.Lomakin - 4-cü, 

yenidən işlənilmiş və əlavələr olunmuş nəşr 

/ Рус дилиндян тяржцмя. Бакы: 

“Игтисад Университети Nəşriyyatı”, 2013.- 625 s. 

 ("Rusiya dərsliklərinin qızıl fondu" seriyası) 

 

 ISBN 978-5-238-02157-7 

 

SIR RQB agentliyi 

 

 Dünya  iqtisadiyyatı  -  mürəkkəb,  dinamik,  daim  dəyişən  sistemdir.  Geniş 

statistik  materiallar, beynəlxalq təşkilatların tədqiqatları  və rəsmi  nəşrləri əsasında 

dünya  təsərrüfatının  əsas  cəhətləri,  mexanizmi  və  onun  fəaliyyəti  müəyyən 

edilmişdir.  Dünya  bazarlarının  (işçi  qüvvəsi,  kapital,  ərzaq,  mineral  resurslar), 

iqtisadi  artım  və  onun  keyfiyyəti,  dünyada  sosial  vəziyyətin  əsas  məsələləri  təhlil 

olunur.  Dünya  təsərrüfatı  altsistemlərinin  mövqeləri,  onların  xüsusiyyətləri,  ayrı-

ayrı ölkələrin vəziyyəti nəzərdən keçirilir. 

Dərslik  dünya  təsərrüfatının  inkişafının  və  vəziyyətinin  ən  mühüm 

məsələlərinin məntiqi və tarixi baxımdan şərh olunması  əsasında qurulmuşdur. 

Yeni nəşr əhəmiyyətli dərəcədə yenidən işlənmiş və müasirləşdirilmişdir.  

Ali təhsil məktəblərinin tələbələri və müəllimləri, dünya iqtisadiyyatı və 

beynəlxalq  iqtisadi  münasibətlər  sahələri  üzrə  mütəxəssislər,  politoloqlar, 

habelə dünya təsərrüfatının problemləri ilə maraqlananlar üçündür. 

 

 

 



 V.K.Lomakin, 1998, 2001, 2007, 2012 

 YUNITI-DANA NƏŞRİYYATI, 1998, 2001, 2007, 2012 



 “Игтисад Университети Nəşriyyatı”, 2013 

 

Nəşrdən  istifadə  olunmasının  və  onun  yayılmasının  müstəsna  hüquq-



larına malikdir  


 

 



 

Giriş 

 

Dünya iqtisadiyyatı - son iyirmi beş il ərzində böyük dəyişikliklər 



baş vermiş, özündə 200-dən artıq ölkə və ərazini birləşdirən mürəkkəb və 

çevik  sistemdir.  Dünya  təsərrüfatının  sosial-iqtisadi  siması  dəyişmişdir. 

Dünya sosializm sistemi süquta uğramışdır. İnkişaf etmiş ölkələrin tərk-

ibi  genişlənmişdir.  Bir  sıra  ərazi-təsərrüfat  vahidləri  (Cənubi  Koreya, 

Tayvan, Sinqapur, Sloveniya, Slovakiya, Çexiya) Qərb ölkələrinin sosial-

iqtisadi inkişaf səviyyəsinə çatmışdır (inkişaf etmiş yeni ölkələr). Dünya 

təsərrüfatında  baş  vermiş  dəyişikliklər  ölkələrin  əsas  iqtisadi  gücləri 

arasındakı nisbətlərdə və onların yerləşməsində də öz əksini tapmışdır. 

SSRİ-nin  dağılması  dünya  iqtisadi  sisteminin  konfiqurasiyasının, 

dünyanın sosial-iqtisadi gücləri arasındakı nisbətin dəyişməsinə əhəmiy-

yətli  təsir  göstərmişdir.  Dünyanın  iqtisadi  fəallıq  mərkəzlərindən  birinin 

mövcudluğuna  son  qoyulmuş  və  1990-cı  illərdə  dünya  təsərrüfatında 

praktiki  olaraq  yalnız  bir  qütb,  ABŞ  hakim  mövqe  tutmuşdur.  Demək 

olar ki, hər yerdə ümumi xarakter alan kapitalist əmtəə-pul münasibətləri 

üstünlük təşkil etməyə başlamışdır. 

 Dünya təsərrüfatı təkcə  sosial  deyil, həmçinin  texnoloji  cəhətdən 

dəyişikliklərə məruz qalmışdır. Dünyanın məhsuldar qüvvələrindəki key-

fiyyət dəyişiklikləri elmi-texniki tərəqqinin (ETT) təsiri altında baş verir. 

Sənayecə  inkişaf  etmiş  ölkələrdə  informasiya  inqilabı  baş  verir  –  infor-

matika  və  rabitə,  informasiya  texnikasının  və  texnologiyalarının  geniş 

tətbiqi iqtisadi proseslərdə vaxt amilinin əhəmiyyətini xeyli azaldır. Məh-

sul istehsalının ümumi mənzərəsi və xarakteri də dəyişir. 

Məhsuldar  qüvvələrin  (istehsal  amillərinin)  inkişafında  böyük 

irəliləmələr  baş  vermişdir.  Dünyada  istehsalın  həcmi  əhalinin  artımını 

təqribən  2  dəfə  üstələmişdir.  ETT-nin  təsiri  altında  iqtisadiyyatın  sahə 

strukturunda nəzərəçarpan dəyişikliklər baş vermiş, inkişaf etmiş ölkələr-

də inkişafın intensiv tipi üstünlük təşkil etmişdir.  

 Dünya  təsərrüfatının  strukturunda  və  fəaliyyətində  baş  verən  bu 

köklü  dəyişikliklər  sahibkarlıq  kapitalının  beynəlxalq  yerdəyişməsi  əsa-

sında  məhsuldar  qüvvələrin,  istehsal  amillərinin  beynəlmiləlləşməsi  və 



qloballaşması  proseslərinin  sürətlənməsinə  təkan  vermişdir.  Transmilli 

Korporasiyalar (TMK) və Transmilli Banklar (TMB) dünya təsərrüfatının 

struktur yaradan əsas amillərindən birinə çevrilmişlər. Transmilli Kapital 

(TK


məhsuldar  qüvvələri  yerləşdirərkən  nisbi  üstünlükləri  müqayisəsi-

nin nəticələrinə əsaslanaraq, mənşə ölkəsindən kənarda, qlobal miqyasda 

fəaliyyət  göstərir.  Bunun  təsiri  nəticəsində  xarici  ticarətin  genişlənməsi 

istehsal həcminin artımını xeyli qabaqlayır. Beynəlxalq əmək bölgüsünün 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə