Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   31   32   33   34   35   36   37   38   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
75 
növ  və  biotopların  qiymətləndirilməsi  üçün  əsas  məlumat  massivi  kənd  təsərrüfatı  ərazilərinin 
yerquruluşu (1: 25 000 torpaq və geobotanika  xəritələri)  və  meşə  meşə quruluşu)  materiallarından 
alınır. 
Landşaftların  qiymətləndirilməsi  və  turizmin  inkişaf  imkanları  üçün  istirahət  yerinin  əlavə 
olaraq  tədqiq  olunması  məqsədəuyğundur.  Yerlərin  xəritələşdirilməsi  (şəkil  4.14)  əldə  olunan 
xüsusi  kartoqrafiya  və  fond  materialları,  normativ  sənədlər,  və  həm  də,  ayrı-ayrı  təsərrüfatlar 
haqqında  məlumatlar əsasında aparılır. Çöl tədqiqatları  ilə  bu  materialların tamlığı  və obyektivliyi 
yoxlanılır. 
Şə
kil 4.14. Torpaqdan real istifadə, Baykal vilayəti, Olxon rayonu (xəritənin legendasına Antipov 
və b., 2005-də baxmaq olar). 
Sosial-iqtisadi şərait əhalinin siyahıyaalınma materialları ilə analiz edilir, rəsmi demoqrafik 
və  sosial  statistika  məlumatları,  təşkilat  və  idarələrin  ilkin  statistika  sənədləri,  inzibati  idarələrin 
rəhbərləri  ilə  söhbətlərlə,  yerli  işçilər  və  mütəxəssislərlə  müzakirələrlə,  marşrut  müşahidlərinin 
nəticələri və sosial sorğularla tamamlanır. 
Yerin  kateqoriyası  kartoqrafik  və  statistik  informasiya,  normativ  sənədlər  və  torpaqdan 
istifadənin sərhədlərinin razılaşdırma aktları ilə müəyyənləşdirilir.  


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
76 
Beləliklə,  ilkin  məlumatın  strükturu  və  tərkibi  ümumiyyətlə  daha  yüksək  planlaşdırmada 
olduğu kimi qalır. Amma bütün ilkin məlumatlar daha ətraflı olmalıdır, eyni zamanda çöl tədqiqat 
işləri zamanı toplanmış original materialların payı çoxalmalıdır.  
 
4.8.3. Qiymətləndirmə mərhələsi  
Qimətləndirmə  mərhələsinin  əsas  məqsədi,  çərçivə  planlaşdırılmasında  olduğu  kimi, 
“əhəmiyyət” və “həssalıq” kateqoriyasında ərazinin müasir təbii şəraitini qiymətləndirməkdir. 
Torpağın  əhəmiyyətini  (şəkil  4.15)  təsərüfatın  istifadə  istiqamətindən  asılı  olaraq 
qiymətləndirmək  məsləhət  görülür.  Qiymətləndirmə  üçün  torpaq  xəritələri  ilə  yanaşı  yerquruluşunun 
(torpağın  aqroistehsalat  qruplarının  kartoqramı)  materilları  və  meşəquruluşunun  planından  istifadə 
olunur.  
Yüksəkəhəmiyyətli torpaqlar siyahısına baxılan ərazi üçün nadir olan, və həm də, böyük güclü 
köksalma  qatına  (meşə  təsərrüfatında  istifadə  üçün)  və  yüksək  aqroistehsal  xassələrinə  malik  (yerdən 
istifadə üçün – yaxşı qumuslu, qidalanma elementləri ilə təminatlı, istilik- və rütubət təminatı optimala 
yaxınlar,  otlaq  və  biçənək  üçün  istifadə  -  istilik-  və  rütubət  təminatı  fitomassanın  inkişafına  imkan 
verənlər) torpaqları salmaq olar.   
Aşağıəhəmiyyətlilərə  məhsuldarlığı aşağı olan  və  meşəyə  az  yarayan geniş  yayılmış torpaqları 
daxiletmək  olar,  bura  həmdə  eroziya  olunmuşlar  və  çirklənmişlər  daxildir.  Bütün  qalan  torpaqları 
konkret istifadə üçün ortaəhəmiyyətli kateqoriyasına daxil etmək məqsədə uyğundur.  
Torpağın çay vadilərində və göl sahillərində sunizamlama (çay axımının və səth sularının qrunt 
sularına  transformasiya  rolu)  və  sorbsiya  (qrunt  və  çay  sularının  texnogen  çirklənməsinin  qarşısını 
almaq  təminatı)  qabiliyyətini  nəzrə  alaraq  onun  sumühafizəsi  əhəmiyyətini  əlavə  qiymətləndirmək 
lazımdır.  Torpaqların  sunizamalama  qabiliyyəti  onların  susaxlama  və  infiltrasion  xassələri  ilə  təyin 
olunur və D.L.Armand (1961) tərəfindən təklif olunmuş təsnifatla qiymətləndirilir. Torpağın potensial 
sorbsiya qabiliyyəti transformasiya prosesini nəzarət edən xassədən asılıdır.   
Torpağın  həssaslığını  müasir  ekzogen  torpaqdağıdan  proseslərin  kəskinliyi  kriteriyası  və 
yerquruluşu  materiallarından  istifadə  etməklə  qiymətləndirmək  məsləhət  görülür.  Xüsusi  hidroloji 
tədqiqatlar nəticəsində müəyyən edilmiş təhlükəli hidroloji proseslərin yaranma yerləri ayrıca göstərilir.  
Biotopların  əhəmiyyətliliyi  nadir,  relikt,  endemik  bitgi  növləri  və  heyvanların  məskunlaşma 
yerlərinin  strüktur  xüsusiyyətləri  haqqında  məlumatların  analizi  əsasında  aparılır,  canlıların  tərkibi  və 
onların  dinamikasının  xüsusiyyətləri  də  nəzərə  alınır.  Yüksəkəhəmiyyətlilərə  potensial  və  mövcud 
mühit şəraiti (nadir, endemik, fauna və floranın  mövcud olduğu yerlər; nadir növlərin biotopları) eyni 
olanları daxil etmək olar. Ortaəhəmiyyətli bitoplar qrupuna potensial mühitinin vəziyyəti müasirə yaxın 
olanalar daxil  edilir,  azəhəmiyyətli  bitoplarda  isə  mühitin potensial  və  müasir  vəziyyəti əsaslı  surətdə 
fərqlənir.  
Biotoplatın  həssaslığınl  qiymətləndirdikdə  yanğınların  nəticəsinə,  ağacların  kəsilməsinə, 
sürülərin  otarılmasına,  yaylaq  sürülərinin  tərkibinə,  ağacların  qiymətli  növlərinin  yayılmasına, 
heyvanların  iştirakına  xüsusi  diqqət  vermək  məsləhətdir.  Həm  də,  bitgi  örtüyünün  tərkibi,  nadir 
növlərin  mövcudluğu  nəzərə  alınır.  Səthin  bitgi  kütləsi  ilə  proyektiv  örüyü  və  onun  ehtiyatı, 
bitgilərin  səpilmə  forması  (küləklə,  su  ilə,  heyvanlarla),  maneələrin  mövcudluğu  kimi  digər 
göstəricilər  də  hesaba  alınır.  Bu  kriteriyaların  əsasında  yüksək-,  orta-  və  aşağıhəssaslıqlı  bitoplar 
ayrılır: yüksəkhəssaslılara areallar arasında məsafə böyük olduğundan biosenozunun növ tərkibinin 
bir  hissəsini  əvəzsiz  olaraq  itirmək  təhlükəsi  qarşısında  olan  biotoplar  daxil  edilir; 
ortahəssaslıqlılara  miqrasiya  hesabına  biosenozları  bərpa  oluna  bilən  biotoplar  aiddir; 
aşağıhəssaslılıqlara  isə  yanğının  yaranması  və  yaılmasına  şərait  olmayan,  sürülərin  otarılmasının 
mənfi nəticəsi az olan biotopları daxil edirlər.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə