LüĞƏTİ Müəllif qrupu


Dövlət xarici borcu (public foreign debt)



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə14/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   10   11   12   13   14   15   16   17   ...   53


D
Dövlət xarici borcu (public foreign debt) – dövlətin maliyyə öhdəlikləri 
zamanı  ortaya  çıxan,  xarici  mənbələrdən  (xarici  dövlətlərdən, 
xarici  hüquqi  şəxslərdən  və  beynəlxalq  maliyyə  təşkilatlarından) 
hökumətin adından və yaxud onun zəmanəti ilə cəlb edilmiş borcdur. 
Azərbaycanda beynəlxalq müqavilələr və mülki-hüquqi saziş əsasında 
həyata  keçirilən  dövlət  xarici  borclarının  həyata  keçirilməsi  hüququ 
hökumətin  səlahiyyətinə  daxildir.  Dövlət  xarici  borcunun  yolverilən 
ölçüsü hər il dövlət büdcəsi haqqında qanunla tənzimlənir. Azərbaycan 
beynəlxalq  maliyyə  təşkilatlarından  (Dünya  Bankı,  BVF,  AYİB,  İslam 
İnkişaf  Bankı  və  s.)  aşağı  faizlə  uzunmüddətli  kreditlər  alır.  Hazırda 
Azərbaycanın dövlət xarici borcu 1,5 milyard ABŞ dollarından çoxdur.
Azərbaycanın dövlət xarici borcları üç qrupda təsnifləşdirilir:
- bilavasitə hökumətə verilən kredit (G);
- hökumətə verilən və icraçıya ötürülən kredit (G/O);
- hökumət zəmanəti ilə təqdim edilən kredit (GG).
Hökumətə  birbaşa  verilən  kreditlərə  (G)  BVF  və  DB-nin  iqtisadi 
islahatların  dəstəklənməsi  üçün  ayırdığı  bütün  kreditlər,  İİB-in 
güzəştli  şərtlərlə  ayırdığı  investisiya  kreditləri,  eləcə  də  DB-nin  bu 
məqsədlə ayırdığı bəzi kreditlər, Özbəkistan, Türkmənistan və İsveçrə 
hökumətlərinə olan borclar daxildir. İkinci qrupa (G/O) Almaniya KfW-
nin,  KTİBF-in,  Yaponiya  “Eksimbank”ının,  İİB-in  kommersiya  şərtilə 
ayırdıqları kreditləri aid etmək olar. Nisbətən kiçik olan üçüncü qrupa 
(GG)  Türkiyə  və  Amerika  “Eksimbank”ları  ilə,  AYİB-lə,  “Niçimen 
korporeyşin”lə  və  Britaniya  Banklar  Qrupu  ilə  imzalanmış  layihələr 
daxildir.
Dövlət  idarəçiliyi  (public  administration)  –  dövlətin  öz  hakimiyyət 
gücünə əsaslanaraq həyata keçirdiyi, insanların ictimai həyat fəaliyyətini 
qaydaya  salmaq,  qorumaq,  dəyişdirmək  məqsədi  güdən  tətbiqi, 
təşkiledici,  tənzimləyici  təsirdir.  Bu  anlayışı  Maks  Kefer  funksional 
və  səlahiyyət  spesifikası  ilə  fərqlənən,  dövlət  hakimiyyətinin  həyata 
keçirilməsinin konkret forması kimi xarakterizə edib. “Hökumətin siyasət 
və proqramlarının həyata keçirilməsi fəaliyyəti” – digər bir tərifdir. Dövlət 
idarəçiliyinin məzmununa isə ən azı 2 müxtəlif yanaşma mövcuddur. 
Amerikan  yanaşması  adlanan  1-ci  yanaşmada  diqqət  idarəetmə 
prosesi  və  funksiyalarına  dövlətin  səlahiyyətləri  prizmasından  baxışa 
yönəlir.  Başqa  sözlə,  dövlət  idarəçiliyi  hakimiyyətin  3  qolunu  əhatə 
edən və “intizam sistemi”nin mövcud olduğu sahə kimi qiymətləndirilir. 
Avropa  yanaşması  adlanan  2-ci  mövqe  isə  diqqəti  “yalnız  icraedici-
sərəncamverici fəaliyyətə” yönəldir.
Dövlət idаrələrinin əmtəələrə və хidmətlərə çəкdiкləri хərclər (public 
authorities  expenses  to  goods  and  services)  –  dövlət  idаrələrinin 
fərdi istehlак üçün аyrılmış əmtəə və хidmətlərin istehlакınа çəкdiкləri 


0
D
хərclərdən  ibаrətdir.  Belə  хərclər  dövlət  büdcəsi  və  büdcədənкənаr 
fоndlаr  hesаbınа  mаliyyələşdirilir.  Kоlleкtiv  tələbаtı  təmin  edən 
хidmətlərə dövlət idаrələrinin sоn istehlакınа çəкdiкləri хərclər isə аyrı-
аyrı ev təsərrüfаtının yох, cəmiyyətin bütövlüкdə və yа əhаlinin аyrı-
аyrı hissəsinin tələbаtını təmin edən müəssisə və təşкilаtlаr tərəfindən 
dövlət  büdcəsi  hesаbınа  göstərilən  хidmətlərin  ödənilməsini  dахil 
edir. Bu göstəriciyə müdаfiə хərcləri, ümumi dövlət idаrəetməsi, şоse 
təsərrüfаtı  və  qeyri-bаzаr  elminə  хərclər,  коmmunаl  təsərrüfаt,  кənd 
təsərrüfаtınа хidmət edən təşкilаtlаrın хidmətləri dахil edilir. 
Dövlət  inhisarları  (state  monopolies)  –  yalnız  xüsusi  lisenziyaya 
malik  dövlət  müəssisələrinin  fəaliyyət  göstərdiyi,  rəqabət  mühitinin 
məqsədəuyğun  olmadığı  spesifik  sahələr.  Bu  sahələrdə  yalnız 
iqtisadi  effektivsizliyə  görə  yox,  həm  də  ölkənin  sosial-iqtisadi 
inkişafında  oynadıqları  müstəsna  rola,  milli  təhlükəsizliyin  təmininə, 
müvafiq sahənin mal və xidmətlərinin əhali üçün xüsusi əhəmiyyətinə 
görə  rəqabət  yaradılmalıdır.  Dövlətin  inhisarında  olan  sahələr  pul 
emissiyası  fəaliyyəti,  xarici  iqtisadi  fəaliyyətin  bəzi  növləri  (ayrı-ayrı 
məhsulların  idxalı  və  ya  ixracı),  bəzi  məhsul  növlərinin  istehsalı  və 
satışı,  kütləvi  xidmətlərin  bəzi  növləri  və  s.-dir.  Dövlət  inhisarı  rejimi 
müstəsna xarakterlidir və xüsusi qanunla tənzimlənir. Bu müstəsnalıq 
ancaq  təsərrüfat  subyektlərinə  deyil,  dövlət  və  yerli  özünüidarəetmə 
orqanlarına da şamil edilir.
Dövlət istehlakı (public consumption) – ümumi milli məhsulun (ÜMM) 
dövlət  aparatının,  dövlət  idarəetmə  orqanlarının  saxlanılmasına  və 
dövlətin  funksiyalarının  həyata  keçirilməsinə  sərf  olunan  hissəsi. 
Buraya dövlət sifarişlərinə, dövlət satınalmalarına və dövlət qulluğuna 
çəkilən xərclərin məcmusu daxildir.   
Dövlət  investisiyası  (public  investment)  –  dövlət  büdcəsindən  və 
büdcədənkənar dövlət fondlarından əsaslı tikintinin müxtəlif formalarının 
maliyyələşdirilməsinə yönəldilən dövlət kapital qoyuluşlarıdır.
Dövlət  korporasiyası  (public  corporation)  –  dövlətin  xüsusi 
tapşırıqlarını  həyata  keçirmək  məqsədilə  təşkil  edilmiş  və  dövlət 
mülkiyyətində olan korporasiya.
Dövlət  krediti  (state  credit)  –  dövlət  tərəfindən  verilir  və  bir  qayda 
olaraq məqsədli səciyyə daşıyır (müəyyən növ məhsulun istehsalının 
təşkilinə, konkret iqtisadi inkişaf məqsədləri üçün). Özəl bank kreditləri 
ilə müqayisədə dövlət kreditləri güzəştli olur, uzun müddətə, ayrı-ayrı 
hallarda, hətta faizsiz də verilə bilər.


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə