LüĞƏTİ Müəllif qrupu



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə19/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   15   16   17   18   19   20   21   22   ...   53


D
tabe  etməsini  ifadə  edən  fenomendir.  Dövləti  ələ  keçirmə  anlayışı 
korrupsiyanın  ənənəvi  konsepsiyalarından  kənara  meyil  edir  –  belə 
ki,  bürokrat  gücsüz  adamlardan  rüşvəti  zorla  ala  və  ya  şirkətlər,  ya 
siyasətçilər  özləri  dövlət  avadanlıqlarını  oğurlaya  bilərdi.  Tranzitiv 
ölkələrdə daha dərin olan problem ən dağıdıcı və təhlükəli korrupsiya 
problemidir.
Dövlətin  fiaskosu  (government  failure)  –  hökumət  qərarlarının 
səmərəsizliyi və resurs bölgüsünün ədalətsizliyi ilə xarakterizə olunan 
tendensiya.  Bunun  əsas  səbəbi  məmurların  informasiya  da  daxil 
olmaqla, bütün resurslar üzərində monopol olmasıyla öz maraqlarına 
xidmət etmələridir.
Dövlətin  gəlirlər  siyasəti  (government’s  income  policy)  –  dövlətin 
gəlirlər  siyasəti  sosial  siyasətin  tərkib  hissəsi  olmaqla  2  mühüm 
məsələnin həllinə yönəlmişdir: 
1) Sosial təminat sistemi vasitəsilə əhalinin yoxsul təbəqələrinə birbaşa 
yardım göstərilməsi.
2)  Əhalinin  gəlir  və  əmanətlərinin  inflyasiya  nəticəsində  dəyərdən 
düşməsinin qarşısını almaq (indeksasiya vasitəsilə).
Bu siyasət gəlirlərin dövlət büdcəsi vasitəsilə təkrarbölgüsü prosesindən 
birbaşa asılıdır. Belə təkrarbölgü diferensial vergitutmaya əsaslanaraq 
milli gəlirin müəyyən hissəsinin əhalinin yüksək gəlirli təbəqələrindən 
aşağı gəlirli təbəqələrinə doğru hərəkətini təmin edir. Sosial transferlər 
siyasətin  mühüm  icra  vasitəsidir.  Sosial  transferlər  –  vətəndaşlara 
keçmişdə və indi, təsərrüfat fəaliyyətində iştirakından asılı olmayaraq 
verilən natural və ya pul ödənişləri sistemidir. Dövlət öz gəlirlər siyasəti 
vasitəsilə  nəinki  aztəminatlı  ailələrin  gəlirlərini  artırır,  işçi  qüvvəsinə 
normal  həyat  şəraiti  yaradır,  həmçinin  sosial  gərginliyin  azalmasına 
cəhd göstərmiş olur. 
Dövlətin iqtisadi siyasəti (government’s economic policy) – istehsal, 
bölgü,  mübadilə,  istehlak,  yığım,  idxal,  ixrac  sahələrində  dövlətin 
həyata  keçirdiyi  tədbirlər  kompleksi  və  ümumi  fəaliyyət  istiqamətidir. 
Onun tərkibinə aşağıdakılar daxildir:
a) Büdcə-vergi siyasəti;
b) Struktur siyasəti;
c) İnvestisiya siyasəti;
ç) Qiymət siyasəti;
d) Maliyyə-kredit siyasəti;
e) Xarici ticarət siyasəti;
f) Sosial siyasət;
g) İnstitusional siyasət;
h) Əmək-məşğulluq siyasəti.


0
D
Dövrün axırına ssudaların qalığı, DASQ (ending period loan margin)– 
DASQ = dövrün əvvəlinə ssudaların qalığı + cari dövrdə verilən kreditlər 
– cari dövrdə ödənilən kreditlər. 
DuPont  modeli  (DuPont  model)  –  bu  model  ənənəvi  performans 
menecmenti alətləri ilə bu və ya digər təşkilatın mənfəətliliyini ölçməyə 
imkan  verir.  DuPont  modeli  aşağıdakı  formula  əsaslanır:  Rentabellik 
(return on assets) = Xalis mənfəət marjası * Ümumi aktiv dövriyyəsi = 
= vergi çıxılmaqla xalis əməliyyat mənfəəti/Satış həcmi * Satış həcmi/
Orta xalis aktivlər.
Dünya Bankı (World Bank) – dünyada qlobal iqtisadi inkişaf məqsəd-
lərinə  xidmət  edən  və  maliyyə  resurslarının  bölgüsünü  təmin  edən 
ən  böyük  donor  təşkilatlardan  biri.  Bankın  əsas  məqsədi  kasıb 
ölkələrə  struktur  islahatlarının  həyata  keçirilməsində  və  yoxsulluğun 
azaldılmasında yardım göstərməkdir. Ayrı-ayrı ölkələrdə sabit və davamlı 
inkişafa  nail  olmaq  üçün  Dünya  Bankı  öz  maliyyə  resurslarından, 
yüksək ixtisaslı kadrlarından və biliklər bazasından istifadə edir. Dünya 
Bankı heç də klassik mənada bank deyil, ixtisaslaşmış agentlikdir. BMT 
tərəfindən yaradılan bu agentliyin hazırda 184 üzvü var. Həmin ölkələr 
bu  qurumun  fəaliyyətinə  nəzarət  edir.  Dünya  Bankı  inkişaf  etməkdə 
olan  ölkələrə  çox  aşağı  faiz  dərəcəsi  ilə  və  ya  faizsiz  uzunmüddətli 
kreditlər  və  qrantlar  verir.  Dünya  Bankı Azərbaycan  hökuməti  ilə  də 
struktur  islahatlarının  aparılması  istiqamətində  əməkdaşlıq  edir.  DB-
nin  strukturları:  IBRD; 
IFC  (International  Finance  Corporation);  IDA 
(International Development Agency ); 
MIGA (Multinational Investment 
Guarantee  Agency); 
ICSID  (International  Center  for  Settlement  of 
Investment Disputes).
Düzgünlük paktı (integrity pact) – düzgünlük paktı ictimai müqavilə-
lərdə korrupsiyanın qarşısını almaq üçün razılaşmadır. Tərəflərdən biri 
mərkəzi, lokal və ya bələdiyyə hökumətini, dövlətə məxsus müəssisəni 
təmsil  edir.  Digər  tərəf  isə  adətən  müqavilə  imzalamaq  və  ya  öz 
xeyrinə  müqaviləni  həyata  keçirmək  istəyən  özəl  kompaniyadır.  Hər 
iki  tərəf  qiymətqoyma,  müqavilə  və  onun  icrası  məsələsində  rüşvət 
götürməmək haqqında razılığa gəlir.


1
E
E
Edgevort  qutusu  (Edgeworth  box)    resursların  müxtəlif  bölgüsünü 
göstərən xüsusi metod.
Ehtiyat hesabı (reserve account) – kommersiya banklarının mərkəzi 
bankda ehtiyat tələbi hesabı. 
Ehtiyat  tələbi  (reserve  requirements)  –  kommersiya  banklarının 
mərkəzi  bankda  xüsusi  hesabda  cəlb  edilmiş,  nağd  pul  vəsaitinin  və 
digər  likvid  aktivlərinin  müəyyən  məbləğdə  saxlanması  üzrə  mərkəzi 
bank tərəfindən kommersiya banklarına tələbi.
Ehtiyatlar (reserves) – tədiyə balansının kapital hesabında ayrıca maddə. 
Ehtiyatlar,  mərkəzi  hakimiyyət  tərəfindən  ölkənin  beynəlxalq  ödəmələri 
üzrə  öhdəliklərini  ödəmək  üçün  (qızıl,  hökumətin  xarici  banklardakı 
depozitləri, BVF-də ehtiyatları və s.) nəzərdə tutulan aktivlərdir. 
Ehtiyat valyuta (reserve currency) – dövlət və beynəlxalq institutların 
qızıl  və  xarici  valyuta  ehtiyatlarında  saxladığı  və  xarici  ticarətin 
əhəmiyyətli  proporsiyasını  maliyyələşdirmək  üçün  istifadə  etdiyi 
valyutadır. Bunun üçün iki şərt tələb olunur: başqa valyutalara nisbətən 
bu valyutanın dəyəri sabit olmalıdır, dünya ticarətində əhəmiyyətli paya 
malik  ölkənin  valyutası  olmalıdır,  çevrilən  valyuta  olmalıdır  və  inkişaf 
etmiş  maliyyə  institutlarına  malik  ölkənin  valyutası  olmalıdır.  BVF-ə 
görə, hazırda ehtiyat valyutaların 69%-i ABŞ dollarının payına düşür.
Ekspertiza  (expertise)  –  nəzarət  obyektində  maliyyə  məsələləri  üzrə 
qərarların iqtisadi səmərəliliyini və hüquqi nəticələrini müəyyən etmək 
məqsədilə onların qəbul edilməsinin ilkin qiymətləndirilməsidir.
Emissiya  krediti  (emission  credit)  –  ümumilikdə  dövlətin  hökuməti 
(Nazirlər Kabineti) kreditləşdirdiyi bir formadır. Emissiya yolu ilə verilən 
krediti qaytarmaq barədə hökumət öhdəlik götürür. Emissiya kreditinin 
mənası heç də kreditləşdirmə deyil, onun əsas iqtisadi məqsədi növbəti 
ildə  büdcə  kəsirinin  real  azaldılması  üçün  hökumətin  məsuliyyətini 
artırmaqdır.
Ev təsərrüfatlarında ərzağın dəyəri (value of product in households) – ev 
təsərrüfatlarında istehlak üçün alınmış ərzaq məhsullarının alınmasına 
və  evdən  kənarda  qidalanmaya  çəkilən  pul  xərclərindən,  eləcə  də 
natura şəklində daxil olmuş ərzaq məhsullarının dəyərindən ibarətdir. 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə