LüĞƏTİ Müəllif qrupu


Ev  təsərrüfatlarının  istehlak  xərcləri  (consumption  expenses  of



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə20/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   16   17   18   19   20   21   22   23   ...   53


E
Ev  təsərrüfatlarının  istehlak  xərcləri  (consumption  expenses  of 
households)  –  ərzağa,  qeyri-ərzaq  məhsullarına,  alkoqollu  içkilərin 
alınmasına,  xidmətlərin  ödənilməsinə  çəkilən  xərcləri  əhatə  edir.  Ev 
təsərrüfatlarının vergi, rüsum, ödəmə, borc, aliment, qohumlara yardım, 
cərimə,  kreditlərin  ödənilməsi  və  s.  istehlaka  aid  olmayan  xərclər 
istehlak  xərclərinə  aid  edilmir.  Ev  təsərrüfаtının  sоn  istehlак  хərcləri
 
ev  təsərrüfаtının  bütün  ticаrət  müəssisələrindən,  şəhər  bаzаrlаrı  və 
qeyri-mütəşəккil (кüçə) ticаrətdən, məişət хidməti müəssisəsi, sərnişin 
nəqliyyаtı, rаbitə, mehmаnхаnаlаr, pullu mədəniyyət idаrələri, səhiyyə, 
təhsil  müəssisələrindən  əmtəə  və  хidmətlərinin  əldə  оlunmаsınа 
çəкilən  хərclər,  həmçinin  nаturаl  fоrmаdа  əmtəə  və  хidmətlərin  əldə 
оlunmаsı, özü üçün istehsаl оlunmuş (şəхsi кənd təsərrüfаtı məhsulu, 
şəхsi  mənzillərdə  yаşаyаnlаr  üçün  şərti  hesаblаnmış  хidmətlər)  və 
əməкhаqqı  кimi  ödənilmiş  хərclər.  Ev  təsərrüfаtlаrınа  хidmət  edən 
qeyri-коmmersiyа təşкilаtlаrının sоn istehlак хərcləri ev təsərrüfаtlarınа 
pulsuz  təqdim  edilən  istehlак  оlunmuş  mаl  və  хidmətlərə  ictimаi 
təşкilаtlаrın  çəкdiкləri  хərclərdən  ibаrətdir.  Burа,  həmçinin,  müəssisə 
və  təşкilаtlаr  tərəfindən  təhsil,  səhiyyə  və  mədəniyyət  sаhəsində  öz 
işçilərinə göstərdiкləri pulsuz хidmətlər dахil edilir. Satın alınmış ərzaq 
məhsullarından ev təsərrüfatı daxilində istifadə edilmək üçün nəzərdə 
tutulmayanların dəyəri son istehlak xərclərinə daxil edilmir. 
 
Ev təsərrüfatlarının pul gəlirləri (household income) – əmək gəlirləri, 
pensiyalar,  müavinətlər,  təqaüdlər  və  digər  sosial  transferlər,  kənd 
təsərrüfatı məhsullarının satışından əldə olunan gəlirlər, mülkiyyətdən 
əldə olunan gəlirlər, qiymətli kağızların faizləri, dividendlər, sahibkarlıq 
fəaliyyəti  ilə  məşğul  olan  şəxslərin  gəlirləri,  xarici  valyutaların 
satışından  əldə  olunan  gəlirlər  və  ailə  üzvlərinin  digər  gəlirləri 
daxildir.  Natura  şəklində  daxil  olmuş  ərzaq  məhsullarının,  yardım  və 
güzəştlərin pulla ifadəsi də pul gəlirlərinə aid edilir. Ev təsərrüfatlarının 
sərəncamda  qalan  gəlirləri  ev  təsərrüfatında  xərcləri  təmin  etmək  və 
əmanətlər  yaratmaq  üçün  pul  vəsaitlərinin,  eləcə  də  natura  şəklində 
daxil  olmuş  ərzaq  məhsullarının,  yardım  və  güzəştlərin  dəyərinin 
cəmindən ibarətdir. Ssuda və kreditlərin, əvvəl yığılmış pul kütləsinin 
və ev təsərrüfatlarının ümumi gəlirinin cəmi kimi hesablanır (tədqiqat 
müddətində ev təsərrüfatının təmin olunmuş xərcləri ölçüsündə). 
Ev  təsərrüfatlarının  pul  xərcləri  (household  expenses)  –  ev 
təsərrüfatı  üzvlərinin  tədqiqatda  iştirak  etdiyi  dövr  ərzində  çəkdiyi 
cəmi  faktiki  xərcləri  özündə  əks  etdirir.  İnvestisiyalar,  xarici  valyuta 
və qiymətli kağızların alınmasına çəkilən xərclər və banklara qoyulan 
vəsaitlər pul xərclərinin tərkibinə daxil edilmir. 



Ə
Ə
ƏDV  –  əlavə  dəyər  vergisi  (Value Added  Taxes,  VAT)    ƏDV  vergi 
tutulan  dövriyyədən  hesablanan  verginin  məbləği  ilə  verilən  hesab-
fakturalara  və  ya  idxalda  ƏDV-nin  ödənildiyini  göstərən  sənədlərə 
müvafiq  surətdə  əvəzləşdirilməli  olan  verginin  məbləği  arasındakı 
fərqdir.  Əlavə  dəyər  vergisi  aksizlərlə  birlikdə  dolayı  vergi  olmaqla 
dövriyyədən vergini əvəz etmişdir.
ƏDV-nin depozit hesabı (deposit account of VAT )  ƏDV-nin mədaxili, 
uçotu,  hərəkəti  və  dövlət  büdcəsinə  məxarici  ilə  bağlı  əməliyyatlar 
aparılan vahid xəzinə hesabıdır.
Əhalinin aztəminatlı təbəqələri (drags of society) – qanunvericiliklə 
müəyyən edilmiş minimum yaşayış səviyyəsində olan ailələr.
Əhalinin  əmanətləri  (population’s  deposits)  –  əhalinin  əmanət  və 
kommersiya banklarındakı əmanətlərinin artımını, istiqraz vərəqələrinin 
və  digər  qiymətli  kağızların  alınmasını,  habelə  əhalidə  olan  nağd 
pul  qalığının  dəyişməsini  (artmasını  və  ya  azalmasını)  özündə  əks 
etdirir.  Onlar  əhalinin  pul  gəlirləri  ilə  pul  xərcləri  arasındakı  fərqlə 
müəyyənləşdirilir. Buna görə də bu göstəricinin mahiyyəti milli hesablar 
sisteminin oxşar kateqoriyasından fərqlənir. Əhalinin əmanətlər şəklində 
banklara cəlb edilən vəsaiti
 müəyyən vaxt ərzində banklara daxil olmuş 
vəsaitin məbləğini göstərir. Əhalinin banklardakı əmanətlərinin qalıqları
 
isə
  müəyyən  tarixə  olan  vəziyyətə  görə  əmanət  və  digər  banklarda 
əhalinin əmanətlərinin qalıqlarıdır. 
Əhalinin əsas sosial-demoqrafik qrupları (main social-demographic 
groups of society) – yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə 
fərqlənən  əhali  qrupları  (əmək  qabiliyyətli  əhali,  pensiyaçılar,  əlillər, 
uşaqlar və s.).
Əhalinin pul gəlirləri (income of population)  əhalinin dövlət və qeyri-
dövlət  müəssisə-təşkilatlardan  və  ictimai  təşkilatlardan  əməkhaqqı, 
mükafat,  məzuniyyət  xərclərindən  əhaliyə  daxil  olan  vəsait,  kənd 
təsərrüfatı  məhsullarının  satışından  və  digər  satış  mənbələrindən 
daxilolmalar, habelə pensiya, müavinət, təqaüd, maliyyə sistemlərindən 
daxilolma  qaydasında  faktiki  olaraq  aldığı  pul  gəlirləridir.  Bu  zaman 
təkcə  nağd  pulla  deyil,  hətta  nağdsız  köçürmələrlə  əhaliyə  çatan 
pul  daxilolmaları,  habelə  vergilərin  və  digər  tədiyələrin  ödənməsi 
üçün tutulan məbləğ də hesaba alınır. Əhalinin adambaşına orta pul 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə