LüĞƏTİ Müəllif qrupu



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə21/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   17   18   19   20   21   22   23   24   ...   53


Ə
gəlirlərinin ölçüsünə görə bölgüsü
 müəyyən intervallar üzrə adambaşına 
pul gəlirlərinin ölçüsünə görə əhalinin sayını (xüsusi çəkisini) və maddi 
vəziyyətinin  ölçüsünə  görə  təbəqələşməsini  səciyyələndirir.  Əhalinin 
sərəncamında  olan  real  gəlirləri
  istehlak  qiymətlərinin  dəyişməsi 
nəzərə alınmaqla şəxsi sərəncamda olan gəlirlərdir. 
Əhalinin  pul  xərcləri  (expenses  of  population)  –  əhali  tərəfindən 
dövlət  və  qeyri-dövlət  müəssisə-təşkilatlarına,  ictimai  təşkilatlara  pul 
ödənməsi ilə əlaqədar xərclər (əmtəələrin satın alınması və xidmətlərin 
ödənməsi,  habelə  vergi,  rüsum,  sığorta  ödəmələri  şəklində  məcburi 
tədiyə və müxtəlif haqlar) daxildir. 
Əhalinin  şəxsi  sərəncamında  olan  gəlirlər  (population  revenues 
in  private  order)    əhalinin  şəxsi  gəlirlərindən  vergilər,  məcburi 
ödəmələr  və  könüllü  olaraq  ictimai  təşkilatlara  ödəmələr  çıxıldıqdan 
sonra qalan məbləğ aid edilir. Gəlirlərin alıcılıq qabiliyyətini vaxta görə 
ümumiləşdirilmiş  formada  qiymətləndirmək  üçün  əhalinin  ümumi  real 
gəlirləri göstəricisindən istifadə olunur. 
Əhalinin ümumi real gəlirləri (total real revenues of opulation)  istehlak 
qiymətlərinin  dəyişməsi  nəzərə  alınmaqla,  dövlət  və  qeyri-dövlət 
mənbələrindən  əhaliyə  verilən  ödənişsiz  və  ya  güzəştli  gəlirlərin 
dəyərinin  əhalinin  şəxsi  sərəncamında  olan  gəlirlərə  əlavə  edilməsi 
yolu ilə müəyyənləşdirilir. 
Əlavə  büdcə  fondları  (extra  budgetary  funds)  –  termin  ümumi 
olaraq illik büdcə təqdimatına daxil edilməyən dövlət razılaşmalarının 
yığımına  istinad  edir.  Bu,  yoxlama  və  mühasibat  standartlarına  illik 
büdcə səviyyəsində daxil edilmir. Əlavə büdcə razılaşmalarının geniş 
müxtəlifliyindən  istifadə  olunur.  Bunlara  aşağıdakılar  daxildir:  ayrı 
qanunvericilik  əsasında  yaradılan  fondlar  (sosial  müdafiə  fondu); 
əmtəə  yardımlarının  daxil  edildiyi  əmtəə  fondu;  müxtəlif  məqsədlər 
üçün gəlirin spesifik növlərindən yararlanmaq üçün fondlar.
Əlavə  rezerv  imkanları  (Supplemental  Reserve  Facility)    BVF-in 
çox qısa müddətdə valyuta rezervlərində kəskin azalma olan ölkələrə 
təqdim  etdiyi  əlavə  maliyyələşmə  imkanı.  Bu  məbləğ  hər  bir  ölkənin 
kvotasının bir neçə misli ola bilər.
Əmanət  (deposit)  –  hesablanmış  faizlər  də  daxil  olmaqla,  bankın 
milli  və  xarici  valyutada  qəbul  etdiyi  və  müvafiq  qanunvericiliyə  və 
ya  müqaviləyə  əsasən  geri  ödəməli  olduğu  pul  vəsaitləri.  Əmanətçi 
bankda  əmanəti  olan,  habelə  qanunvericiliyə  və/və  ya  müqaviləyə 
əsasən əmanətə sərəncam vermək hüququ olan şəxsdir. 



Ə
Əmanətə  hesablanan  faizlər  (calculated  interests)    faiz 
hesablamaları  bankın  əmanətçiyə  verdiyi  pul  məbləğləridir.  Bir 
qayda  olaraq  faiz  ödəmələrinin  miqdarı  əmanətin  müddətindən,  faiz 
dərəcəsindən və əmanətin valyutasından asılıdır. Əmanətin növündən 
asılı olaraq hesablanmış faizlər hər ay, hər rüb, hər il və ya əmanətin 
müddəti başa çatdıqdan sonra ödənilə bilər.
Əmanətlərin  Sığortalanması  Fondu  (Deposit  Insurance  Foun-
dation)  –  əhalinin  kommersiya  banklarına  qoyduğu  əmanətlərin 
mümkün  risklərdən  sığortalanması  üçün  formalaşdırılan  fondlardır. 
Azərbaycanda  artıq  əmanətlərin  sığortalanması  məqsədləri  üçün 
Əmanətlərin  Sığortalanması  Fondu  yaradılıb.  Fond  hüquqi  şəxsdir, 
qeyri-kommersiya  təşkilatıdır  və  öz  əmlakının  mülkiyyətçisidir.  O, 
üzərində öz adı olan möhürə, habelə Milli Bankda və müəyyən olunmuş 
qaydada  digər  banklarda  hesablara  malikdir.  Fondun  əsas  məqsədi 
mənfəət götürmək deyil və onun fəaliyyəti nəticəsində əldə etdiyi bütün 
mənfəət  sığorta  ehtiyatlarının  artırılmasına  yönəldilir.  Dövlət  və  Milli 
Bank fondun öhdəlikləri üzrə, fond isə dövlətin və Milli Bankın öhdəlikləri 
üzrə məsuliyyət daşımır. Sığorta qanunvericiliyinin müddəaları fondun 
fəaliyyətinə şamil edilmir və bu fəaliyyət üçün xüsusi razılıq (lisenziya) 
tələb  olunmur.  Fiziki  şəxslərin  əmanətlərinin  cəlb  edilməsi  üçün 
bank  lisenziyasına  malik  olan  bütün  banklar  və  xarici  bankların  yerli 
filialları fondun məcburi iştirakçılarıdır. İştirakçı bankların Azərbaycan 
Respublikası  ərazisindən  kənarda  yerləşən  filiallarındakı  əmanətlər 
fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir. 
Xarici bankın öz ölkəsindəki əmanətlərin (depozitlərin) sığorta sistemi 
onun Azərbaycan Respublikasında fəaliyyət göstərən filialını (filiallarını) 
əhatə etdikdə xarici bankın yerli filialındakı əmanətlər Fond tərəfindən 
sığorta olunmur, bu şərtlə ki, həmin ölkədə əmanətlərin sığortalanması 
sisteminin qaydaları müəyyən olunmuş şərtlərdən az əlverişli olmasın. 
Əks təqdirdə xarici bankın yerli filialındakı əmanətlər müəyyən edilmiş 
qaydada  əlavə  sığortalanmalıdır.  Fond  ali  idarəetmə  orqanı  olan 
Himayəçilik Şurası və icra orqanı olan icraçı direktor tərəfindən idarə 
olunur. İştirakçı bank fonda sığorta haqları ödəmək öhdəlikləri daşıyan 
bank və ya xarici bankın yerli filialıdır. 
Əmək pensiyası (work pension) – nəzərdə tutulmuş qayda və şərtlərlə 
müəyyən  edilən  və  məcburi  dövlət  sosial  sığorta  olunan  şəxslərin 
onlara  əmək  pensiyası  təyin  olunduqdan  əvvəl  aldıqları  əməkhaqqı 
və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar 
onların  ailə  üzvlərinin  itirdikləri  gəlirlərin  kompensasiyası  məqsədilə 
vətəndaşlara aylıq pul ödənişidir.


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə