LüĞƏTİ Müəllif qrupu


Əmək  pensiyasının  baza  hissəsi



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə22/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   18   19   20   21   22   23   24   25   ...   53


Ə
Əmək  pensiyasının  baza  hissəsi  (basis  part  of  work  pension)  – 
əmək pensiyalarının birinci pilləsi olmaqla əmək pensiyaçılarının sosial 
müdafiəsinin dövlət təminatıdır.
Əmək  pensiyasının  müəyyən  edilməsi  (determination  of  work 
pension) – əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən 
hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir.
Əmək  pensiyasının  növləri  (types  of  work  pension)  –  əmək 
pensiyasının  aşağıdakı  növləri  müəyyən  edilir:  yaşa  görə  əmək 
pensiyası;  əlilliyə  görə  əmək  pensiyası;  ailə  başçısını  itirməyə  görə 
əmək pensiyası. Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 
baza  hissəsindən;  sığorta  hissəsindən;  yığım  hissəsindən.  Əlilliyə 
görə  əmək  pensiyası  aşağıdakılardan  ibarətdir:  baza  hissəsindən; 
sığorta  hissəsindən;  yığım  hissəsindən.  Ailə  başçısını  itirməyə  görə 
əmək  pensiyası  aşağıdakılardan  ibarətdir:  baza  hissəsindən;  sığorta 
hissəsindən.
Əmək pensiyası ödənişinin maliyyə mənbələri (financial sources of 
work pension) – əmək pensiyasının baza hissəsi və baza hissəsinə 
əlavələr  məcburi  dövlət  sosial  sığorta  vəsaitləri,  dövlət  büdcəsinin 
transferləri  və  qanunvericiliyə  uyğun  digər  mənbələr  hesabına 
maliyyələşdirilir. Əmək pensiyasının sığorta və yığım hissələri, qulluq 
stajına görə əmək pensiyasına əlavələr məcburi dövlət sosial sığorta 
vəsaitləri hesabına maliyyələşdirilir. Əmək pensiyasının yığım hissəsinin 
müəyyən edilməsi və ödənilməsi sığorta olunanın fərdi hesabının yığım 
hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir.
Əmək pensiyasının sığorta hissəsi (insurance part of work pension) – əmək 
pensiyalarının  ikinci  pilləsi  olmaqla,  fərdi  hesabın  sığorta  hissəsində 
qeydə  alınmış  pensiya  kapitalının  gözlənilən  pensiya  ödənişi 
müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir.
Əmək pensiyasının yığım hissəsi (saving part of work pension) – əmək 
pensiyalarının üçüncü pilləsi olmaqla, fərdi hesabın yığım hissəsində 
toplanan  pensiya  kapitalının  gözlənilən  pensiya  ödənişi  müddətinin 
aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir.
Əmlak  (property)    hər  hansı  daşınar  və  ya  daşınmaz  əmlak,  o 
cümlədən  qeyri-maddi  aktivlər,  dövriyyə  vəsaitləri  və  mülkiyyət 
hüququnun digər obyektləri.
Əmlakın  qalıq  dəyəri  (property  remainder)    əsas  vəsaitlərin  ilkin 
dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği 
qədər azaldılan dəyəri.



Ə
Əmlak vergisi (property taxes) – müəssisənin əmlak vergisi dedikdə, 
onun   balansında  olan  əsas  vəsaitlərə  görə  hesablanıb  ödənilən 
vergi  başa  düşülür.  Vergitutma  obyekti  olan  rezident  müəssisələr  və 
Azərbaycan  Respublikasında  özünün  daimi  nümayəndəliyi  vasitəsilə 
sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr əmlak 
vergisinin  ödəyiciləridir.  Əmlak  vergisi  üzrə  aşağıdakılar  vergitutma 
obyekti  sayılır:  müəssisələrin  balansında  olan  əsas  vəsaitlərin  orta 
illik dəyəri; Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi 
vasitəsilə  sahibkarlıq  fəaliyyətini  həyata  keçirən  qeyri-rezident 
müəssisələr  üçün  –  yalnız  daimi  nümayəndəliklə  bağlı  olan  əsas 
vəsaitlərin  orta  illik  dəyəri. Azərbaycan  Respublikasında  müəssisələr 
əsas vəsaitlərin orta illik qalıq dəyərindən 1% dərəcəsi ilə əmlak vergisi 
ödəyirlər.
Ərzaq təhlükəsizliyi (food security) – ərzaq təhlükəsizliyi anlayışına 
üç ünsür daxildir: yüksək keyfiyyətli ərzaq məhsullarının mövcudluğu; 
ailələrin bu ərzağı əldə edə bilməsi; ərzağın analoji qidalandırıcı tərkibi. 
Milli  səviyyədə  qeyri-ərzaq  təhlükəsizliyi  inkişafın  aşağı  səviyyəsinin 
və  etibarlı  bazarın  olmamasının  nəticəsidir.  Ailə  səviyyəsində  bu, 
gəlirlərin  kifayət  qədər  olmamasından,  başqa  sözlə,  yoxsulluqdan 
doğan  problemdir.  Azərbaycanda  Ərzaq  Proqramı  1996-cı  ildən 
həyata  keçirilir.  Bu  proqram  kənd  təsərrüfatının  davamlı  inkişafı  və 
yoxsulluğun azaldılması ilə birgə ərzaq təhlükəsizliyinin uzunmüddətli 
təkmilləşdirilməsinə yönəlib.
Əsas akt (basic act) – ikinci qanunun (tənzimləmə, direktiv, qərar) aktı 
büdcənin həyata keçirilməsi üçün şərt və məqsədləri müəyyənləşdirir. 
       
Əsas  borcalan  (main  borrower)  –  dövlət  zəmanəti  verilmiş  öhdəlik 
üzrə borclu olan hüquqi şəxs.
Əsаs fоndlаr (ultimate funds) – ölкənin milli sərvətinin mühüm hissəsini 
təşкil  edir.  Binаlаr,  qurğulаr,  ötürücü  qurğulаr,  mаşın  və  аvаdаnlıq, 
nəqliyyаt  vаsitələri,  аlətlər,  işləк  və  məhsuldаr  mаl-qаrа  və  əsаs 
fоndlаrın  digər  növləri  оnlаrа  аiddir.  Bütün  mülкiyyət  fоrmаlаrındаn 
оlаn  müəssisə  və  təşкilаtlаrın  əsаs  fоndlаrı,  hаbelə  vətəndаşlаrın 
mülкiyyətində  оlаn  əsаs  fоndlаr,  yəni  yаşаyış  binаlаrı,  təsərrüfаt 
tiкililəri,  çохilliк  əкinlər,  işləк  və  məhsuldаr  mаl-qаrа,  кənd  təsərrüfаtı 
teхniкаsı  əsаs  fоndlаrın  tərкibində  uçоtа  аlınır.  Əsаs  fоndlаr  bаlаns 
və  bərpа  dəyəri  (tаm  və  qаlıq)  ilə  qeydə  аlınır.  Bаlаns  dəyəri  əsаs 
fоndlаrın  аlındığı  vахtdакı  qiymətlərlə  əldə  edilməsi,  qurаşdırılmаsı 
və istismаrа verilməsi dəyəridir. Bərpа dəyəri nəzərdən кeçirilən dövr 
üzrə əsаs fоndlаrın təкrаr istehsаl qiymətləri ilə dəyərini göstərir. Tаm 
dəyər  əsаs  fоndlаrın  аşınmаsının  yığım  кəmiyyəti  çıхılmаzdаn  əvvəl 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə