LüĞƏTİ Müəllif qrupu



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə24/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   20   21   22   23   24   25   26   27   ...   53

1
F
Fərdi hesab (private account) – dövlət sosial sığorta sistemində fərdi 
uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir 
sığorta  olunan  şəxsə  uçot  dövründə  daimi  (dəyişməz)  sosial  sığorta 
nömrəsi ilə açılmış şəxsi hesabdır.
Fərdi  hesabın  sığorta  hissəsi  (insurance  part  of  individual 
account) – müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş 
nisbətlərə uyğun olaraq sığorta olunan şəxslər üzrə ödənilmiş və əmək 
pensiyasının  sığorta  hissəsinin  hesablanması  üçün  nəzərə  alınan 
məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır.
Fərdi  hesabın  yığım  hissəsi  (saving  part  of  individual  account) – 
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə 
uyğun  olaraq  sığorta  olunan  şəxslər  üzrə  ödənilmiş  və  əmək 
pensiyasının  yığım  hissəsinin  hesablanması  üçün  nəzərə  alınan 
məcburi  dövlət  sosial  sığorta  haqlarının,  eləcə  də  bu  vəsaitlərin 
dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır.
Fərdi identifikasiya nömrəsi (private identification number) – rəsmi 
qanunvericiliyə  əsasən,  dövlət  reyestrinə  barəsində  məlumat  daxil 
edilən  şəxsə  müəyyən  edilmiş  qaydada  verilən  və  şəxs  barəsində 
müvafiq  məlumatları  birmənalı  müəyyən  etməyə  imkan  verən 
vahid,  təkrarolunmaz  koddur.  Dövlət  reyestrinə  məlumatların  daxil 
edilməsi  onların  birmənalı  fərqləndirilməsinə,  eyni  şəxs  barədə 
məlumatların  tərkib  hissələrinin  əlaqələndirilməsinə,  təkrara  yol 
verilməməsinə  və  səmərəli  istifadə  edilməsinə  imkan  yaradan  fərdi 
identifikasiya  nömrəsi  əsasında  aparılır.  Fərdi  identifikasiya  nömrəsi 
Azərbaycan Respublikasının hər bir vətəndaşına, habelə Azərbaycan 
Respublikasında  daimi  yaşayan  hər  bir  əcnəbiyə  və  vətəndaşlığı 
olmayan şəxsə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Fərdi 
identifikasiya  nömrəsinin  verilməsi  avtomatlaşdırılmış  rejimdə  xüsusi 
proqram təminatı vasitəsilə həyata keçirilir. Fərdi identifikasiya nömrəsi 
təkrar olunmur və dəyişilmir.
Fərdi  uçot  (individual  registration)  –  sığorta  olunanların 
qanunvericiliklə  nəzərdə  tutulan  sosial  müdafiə  hüquqlarının  təminatı 
üçün  zəruri  məlumatların  fərdi  qaydada  qeydiyyatının  və  uçotunun 
təşkilidir.
Fırıldaqçılıq (fraud) – aldatma, hiylə və yalan bəhanələrin daxil olduğu 
iqtisadi cinayətdir, beləi ki, onunla kimsə qeyri-qanuni fayda əldə edir. 
Həqiqi fırıldaqçılığa kimi isə aldatmaq yolu ilə zərər yaratmaq arzusu 
səbəb  göstərilir,  konstruktiv  fırıldaqçılq  isə  etibar  münasibətlərindən 
gəlir götürməkdir.



F
Filips  əyrisi  (Phillips  curve)    qısamüddətli  dövrdə  işsizlik  səviyyəsi 
ilə inflyasiya tempi arasında tərs mütənasib əlaqə olduğunu göstərən 
əyri.
Fiskal  federalizm  (fiscal  federalism)  –  hakimiyyətin  müxtəlif 
səviyyələrini  tədqiq  edən  sahə  və  onların  qarşılqlı  əlaqədə  olduğu 
istiqamətlər.
Fiskal  illüziya  (fiscal  illusion)  –  vergiqoymada  şəffaflığın  təmin 
olunmaması  dövlətə  əlavə  gəlirləri  əhalinin  vergi  yükünü  nəzərə 
almadan  qaldırmağa  imkan  verir.  Fiskal  illüziya  fiskal  maneənin 
nəticəsidir. Bəzi iqtisadçılar belə hesab edir ki, hökumət bunu ictimai 
cəhalətin sayəsində asan etmiş və Qərb dövlətlərinin xərcləri ölçüsündə 
konstitusional limitləri müdafiə etmişdir.
Fiskal maneə (fiscal obstacle) – inflyasiyanın effektli vergi dərəcələri 
üzərində  effekti  və  yaxud  nominal  ÜDM-in  artımının  vergi  gəlirləri 
üzərində  effekti.  Proqressiv  gəlir  vergisi  sistemi  altında  qazancda 
artımlar  vergi  ödəyicilərini  daha  yüksək  vergi  dərəcələrinə  irəli  çəkə 
bilər.  İnflyasiyaya  uyğun  indeksləşdirilməyən  vergi  sistemi  şəraitində 
isə qazancda artımlar inflyasiya ilə uyğunlaşmaq üçün vergi gəlirlərini 
də artıracaq. 1980-ci illərdən bəri inflyasiya dərəcələrinin azalması ilə 
“fiskal  maneə”  termini  bir  fakta  istinad  etdi  ki,  hətta  indeksləşdirilmiş 
vergi  sistemində  əgər  qazanclar  qiymətlərə  nisbətən  sürətlə  artırsa, 
aşkar  siyasi  dəyişikliklərdə  vergi  dərəcələrini  artırmadan  əlavə  gəlir 
vergiləri  əldə  edir.  Fiskal  maneə  fiskal  siyasətdə  tələb  və  məhsul 
buraxılışı  artımı  üzərinə  azaldıcı  effektlə  bilərəkdən  edilməmiş 
dəyişikliklə  nəticələnə  bildi.  Oxşar  proses  eyni  zamanda  deflyasiya 
şəraitində baş verir.
Fiskal siyasət (fiscal policy) – hökumətin büdcə xərcləri və vergi sistemi 
ilə bağlı elə tənzimləyici siyasətidir ki, bu, son nəticədə milli gəlirin və 
xərcləmələrin strukturuna və yenidənbölgüsünə təsir edir. Beynəlxalq 
praktikada  vergi  dərəcələrinin  artırılması  və  ya  büdcə  xərclərinin 
kəskin azaldılması fiskal siyasəti gərginləşdirən amillər kimi nəzərdən 
keçirilir.  Optimal  fiskal  siyasət  vergi  dərəcələrinin  dəyişməsinin 
işgüzar  aktivliyə,  büdcə  xərclərindəki  dəyişikliklərin  inflyasiya  və  faiz 
dərəcələrinə, büdcə kəsirinin isə makroiqtisadi tarazlığa təsirini nəzərə 
almaqla  icra  edilməlidir.  Bəzi  iqtisadi  ədəbiyyatlarda  büdcə-vergi 
siyasəti  də  adlandırılan  fiskal  siyasət  iqtisadi  tsikllərdən  və  monetar 
siyasətdən də asılıdır. Fiskal siyasətin diskret və avtomatik olmaqla iki 
növü fərqləndirilir ki, əsas fərq də onların stimullaşdırma funksiyalarının 
vəziyyəti  ilə  bağlıdır.  Fiskal  siyasət  mərkəzi  hökumətin  büdcə 
mövqeyidir. Məcmu tələbi stimullaşdırmaq üçün vergiləri azaltmaq və 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə